www.vivo-book.com
575
– Siz onu öldürməkmi istəyirsiniz, siz qorxaqlar? – deyə o, uca
səslə soruĢdu. – Siz Melinda Mursun həyatını qurtarmıĢ və həmin
körpə qızcığazların həyatlarını xilas etməyə cəhd etmiĢ bir adamı
öldürməkmi istəyirsiniz? Hə, nə var ki, yer üzündə bir zənci də
azalacaq, elə deyilmi? Özünüzə bununla təsəlli verə bilərsiniz. Bir
zənci az, bir zənci çox, nə fərqi var.
O, masanın arxasından qalxdı, öz stuluna baxdı və onu ayağı ilə
vuraraq divara çırpdı. Divara çırpılan stul yerə düĢüb qırılaraq balaca
gölməçə yaratmıĢ meyvə Ģirəsinin içinə düĢdü. Mən onun biləyindən
tutdum, amma o, əlini bərk dartaraq biləyini əlimdən çıxardı.
– Toxunma mənə, – deyə üstümə çımxırdı. – Bir həftə sonra bu
vaxt sən də qatil olacaqsan, sənin də o qatil Uortondan bir fərqin
olmayacaq. Ona görə də mənə toxunma.
O, arxa artırmaya çıxdı və önlüyünü üzünə sıxaraq hönkürtü ilə
ağlamağa baĢladı. Biz dördümüz də çaĢqınlıqla bir-birimizə baxdıq.
Qısa bir müddət sonra mən yerimdən qalxıb ətrafdakı qarıĢıqlığı
səliqəyə salmağa baĢladım. Əvvəlcə, Brutus yerindən qalxıb mənə
kömək etməyə baĢladı, sonra isə Din ilə Harri də bizə qoĢuldular. Otaq
bir balaca qaydasında düĢəndən sonra onlar çıxıb getdilər. Bütün bu
vaxt ərzində heç kim bir söz belə danıĢmadı. Əslində, deyiləcək bir söz
qalmamıĢdı.
www.vivo-book.com
576
6
Həmin gecə mən iĢdə deyildim. Mən bizim balaca evimizin
qonaq otağında oturub siqaret çəkir, radioya qulaq asır və qaranlığın
yerdən qalxaraq səmanı necə udmağa hazırlaĢdığına tamaĢa edirdim.
Televiziya yaxĢı Ģeydir, heç nə demirəm, amma onun insanı bütün
dünyadan ayırıb özünün ĢüĢə ekranına bənd eləməsi heç xoĢuma
gəlmir. Bu mənada radio daha yaxĢıdır.
Cenis otağa daxil oldu, mənim oturduğum kreslonun yanında diz
çökdü və mənim əlimi öz əlinə aldı. Biz bir müddət susaraq Key
Kayzerin “Musiqi bilikləri kolleci”nə qulaq asdıq və səmada getdikcə
çoxalan ulduzlara tamaĢa etdik. Mən özümü yaxĢı hiss edirdim.
– Səni qorxaq adlandırdığıma görə məni bağıĢla, – o dedi. –
Sənə qorxaq dediyimə görə özümü çox günahkar hiss edirəm, birgə
həyatımız boyu sənə bundan ağır söz deməmiĢəm.
– Hətta açıq təbiətin qoynunda çadır quraraq düĢərgə saldığımız
gün məni qoca kaftar Sem adlandıranda da? – deyə mən ondan
soruĢdum. Biz ikimiz də güldük, bir-iki dəfə öpüĢdük və ondan sonra
aramız yenə düzəliĢdi. Mənim Cenisim elə gözəl idi ki, mən hələ də
onu yuxularımda görürəm. QocalmıĢ və yaĢamaqdan yorulmuĢ olsam
da, mən hələ də yuxularımda görürəm ki, dəhlizləri sidik və
www.vivo-book.com
577
pörtlədilmiĢ köhnə kələm iyi verən bu tənha və tərk edilmiĢ yerdə
mənim otağıma daxil olur, yuxumda görürəm ki, onun mavi gözləri və
toxunmamaq iqtidarında olmadığım dik döĢləri ilə o, hələ də cavan və
gözəldir, görürəm ki, mənə deyir: “Hə, əzizim, mən həmin qəzaya
uğramıĢ avtobusda olmamıĢam. Sən, sadəcə səhv eləmisən, vəssalam”.
Hətta indi də bu yuxuları tez-tez görürəm və bəzən ayılanda, bütün
bunların yuxu olduğunu baĢa düĢüb ağlayıram da. Mən cavan olanda,
demək olar ki, heç vaxt ağalamayan bir adam idim.
– Bəs Hal bunu bilirmi? – deyə o nəhayət, soruĢdu.
– Conun günahkar olmadığınımı? Bilmirəm, amma o, haradan
bilə bilər ki?
– O, yardım edə bilərmi? O, Kribusa hər hansı bir yollasa təsir
göstərə bilərmi?
– Heç bir qram da, əzizim.
O, dinməzcə baĢını yırğaladı, elə bil məhz bu cavabı gözləyirdi.
– Onda Hala heç nə demə. Əgər onun yardım etmək imkanı
yoxdursa, irinə, ona heç nə demək lazım deyil.
– YaxĢı, demərəm.
Cenis baxıĢlarını qaldırıb ciddi nəzərlərlə mənə baxdı. Həmin
gecə, telefonla zəng edərək xəstə olduğunu demə. Heç biriniz belə
etməyin. Siz belə edə bilməzsiniz.
– Hə, biz belə edə bilmərik. Əgər biz orada olsaq, ən azından,
hər Ģeyi onun üçün ağrısız və tez edə bilərik. Ən azından, bunu etmək
www.vivo-book.com
578
bizim imkanımız daxilindədir. Heç olmasa, Delakruanın baĢına
gələnlər onun baĢına gəlməz. – Bir anlıq, Allaha Ģükürlər olsun ki, çox
qısa bir anlıq, Delakruanın baĢına geyindirilmiĢ ipək maskanın necə
yandığı, yanaraq tökülən maskanın altından bir vaxtlar onun gözləri
olmuĢ iki dənə biĢmiĢ qatı jele Ģarlarının görüntüsü gözlərimin önündə
canlandı.
– Sizin heç bir çıxıĢ yolunuz yoxdur, hə? – deyərək Cenis
mənim əlimi öz əlinə alaraq özünün yumĢaq və məxməri yanağına
sürtdü.
– Zavallı, Pol. Zavallı insan.
Mən ona heç bir cavab vermədim. Həyatımda heç vaxt nə o
andan əvvəl, nə də sonra, belə böyük istəklə hər Ģeydən baĢ götürüb
qaçmaq istədiyimi xatırlamıram. Cenisi də yanıma alıb ikimizə bir yol
çantası ilə baĢ götürüb buralardan, ayaqlarımızın bizi apardığı istənilən
yerə getmək və bircə buralardan uzaqlaĢmaq.
– Mənim zavallı oğlanım, – deyə o təkrar etdi və birdən mənə
dedi: – DanıĢ onunla.
– Kiminlə danıĢım?
– Hə, danıĢ onunla. Öyrən gör ürəyindən nə keçir, nə istəyir.
Mən arvadımın sözlərini bir müddət düĢünəndən sonra razılıqla
baĢımı yırğaladım. Arvadım haqlı idi, həmiĢə olduğu kimi.
Dostları ilə paylaş: |