www.vivo-book.com
567
– Ah, – Cenisin gözləri geniĢləndi. – Aman Allah! Deməli, sən
Con Koffini xilas edə bilərsən! ġükürlər olsun sənə, Ġlahi! Sənin etməli
olduğun Ģey, yalnız Uilyam Uortonun fotoĢəklini Detterikə
göstərməkdir... Onun fotoĢəkli hər Ģeyə...
Brutusla mən narahatlıqla bir-birimizə baxdıq. Din gözlərində
ümid iĢartıları ilə baxırdı, amma Harri isə baĢını aĢağı dikib öz əllərinə
baxırdı, elə bil birdən öz dırnaqlarında nəsə çox maraqlı bir Ģey kəĢf
eləmiĢdi.
– Sizə nə olub? – deyə Cenis qıĢqırdı. – Niyə bir-birinizə elə
baxırsız? Əlbəttə ki, o adam, Makci nəsə...
– Rob Makci, mənə pis oğlan təsiri bağıĢlamadı və məncə o,
hüquq-mühafizə orqanlarında ən yaxĢılardan biridir, – mən dedim, –
amma Trapinqusda o, söz sahibi deyil. Orada hakimiyyət ġerif
Kribusun əlindədir. Mənim aĢkar etdiklərimin əsasında, onun bu iĢə
məhkəmədə yenidən baxılması qərarını verəcəyi gün, yəqin
cəhənnəmdə qar yağacaq.
– Amma... əgər Uorton orada olubsa... əgər Detterik Ģəklə baxıb
onu tanıya bilsə və əgər onlar öyrənsələr ki, o, onların fermasında
olub...
– Uortonun may ayında orada olması, onun heç də iyun ayında
geri qayıdaraq qızları öldürməsi anlamına gəlmir, – Brutus dedi. O,
astadan və sakit bir səslə danıĢırdı, insanlar ailədən birinin vəfat
etməsini baĢqalarına xəbər verərkən bu tərzdə danıĢırlar. – Bir tərəfdən
www.vivo-book.com
568
əlimizdə Klaus Detterikə sarayı rəngləməyə kömək eləmiĢ və sonra da
çıxb getmiĢ bir oğlan var. Belə məlum olmuĢdur ki, həmin oğlan bütün
Ģtatda müxtəlif cinayət əməlləri törədib, amma həmin ilin may ayının
üç günü ərzində o, Teftonda olarkən, ona qarĢı əlimizdə heç bir dəlil
yoxdur. Digər tərəfdən də, çayın kənarında tapılmıĢ bu nəhəng zənci,
çox nəhəng zənci, onun qollarının arasında iki qızcığazın meyitini
tutubmuĢ, özü də çılpaq.
Brutus baĢını buladı.
– Pol haqlıdır, Cen. Makcinin bu iĢlə bağlı öz Ģübhələri ola
bilər, amma onun Ģübhələri heç kimə maraqlı deyil. Məhkəmədə iĢə
yenidən baxılması yalnız Kirbusun səlahiyyətindədir, amma o bu çirkli
iĢə bir də bulaĢmaq istəməz, çünki o, hesab edir ki, hər Ģey yaxĢı
qurtarıb: o düĢünür ki, cinayəti zənci törədib, özü də yadelli zənci. O
düĢünür ki, əla, mən Kold Mauntinə gedəcəyəm, Manın kafesində
bifĢteks sifariĢ edib bir parç pivə içəcəyəm, sonra da onun necə
qırtıqlarına tamaĢa edəcəyəm və bununla da hər Ģey bitəcək.
Cenis bütün bunlara qulaq asdıqca, onun üzündəki dəhĢət ifadəsi
də artırdı və o mənə dedi:
– Makci sənin dediklərinə inanır, elə deyilmi? Mən sənin
üzündən görürəm ki, o sənə inanır. ġerif köməkçisi Makci yanlıĢ
birisini həbs elədiyini bilir. YanlıĢlıqla həbs etdiyi adamı ġerifin
qarĢısında müdafiə etməyəcəkmi?
www.vivo-book.com
569
– Əgər belə etsə, onun əldə edəcəyi yeganə Ģey öz iĢini itirmək
olacaq, – mən dedim. – Hə, məncə o, ürəyinin dərinliyində, bu cinayəti
Uortonun törətdiyini bilir. Amma öz-özünə deyir ki, əgər dilini dinc
saxlasa və Kribus təqaüdə çıxana, ya da çox yeməkdən ölənə qədər
ona qarĢı çıxmasa, Ģerif vəzifəsini ala bilər. O vaxt isə hər Ģey baĢqa
cür olacaq. Gecələr rahat yata bilmək üçün bax, məncə, o özünə məhz
bunları deyir. Bir məsələdə, məncə, o, Homerdən çox da fərqlənmir.
Makci, məncə, özünü inandırmağa çalıĢır ki, həbs edilən, sadəcə,
zəncidir, nə böyük Ģey baĢ verib, günahsız bir ağdərilini edam
etməyəcəkdilər ki.
– Onda siz onların yanına getməlisiniz, – Cenis dedi və onun
səsindəki qətiyyəti eĢidəndə, ürəyim ayağıma düĢdü. – Onların yanına
getməlisiniz və bütün öyrəndiklərinizi onlara danıĢmalısınız.
– Bəs bütün bunları haradan öyrəndiyimizi onlara necə izah
edək, Cen? – deyə Brutus yenə həmin sakit tərzdə soruĢdu. – Biz
onlara Con Koffini rəisin arvadının üzərində möcüzə göstərməsi üçün
həbsxanadan qaçıranda, Uortonun barmaqlıqların arasında uzanaraq
onun qolundan yapıĢmasını da danıĢmalıyıq?
– Yox... əlbəttə ki, yox, amma... – O bu istiqamətdə buzun necə
nazik olduğunu baĢa düĢərək, yönünü dəyiĢdirməyə çalıĢdı. – Onda
yalan danıĢın, – deyərək Cenis ötkəm bir ifadə ilə Brutusa baxdı, sonra
isə nəzərlərini mənə çevirdi. Onun baxıĢları qəzetdə dəlik açacaq
qədər qaynar idi.
www.vivo-book.com
570
– Yalan danıĢaq... – deyə mən təkrar etdim. – Nə haqqında
yalan danıĢmaq?
– Səni, əvvəlcə, Purdom qraflığına, sonra da Trapinqusa
getməyə vadar etmiĢ Ģey haqqında. O piyli ġerif Kribusun yanına get
və ona de ki, Uorton özü Detteriklərin qızlarını zorladığını və onları
öldürdüyünü sənə etiraf edib. De ki, o, hər Ģeyi boynuna alıb. – O, bir
anlıq öz yandırıb-yaxan nəzərlərini Brutusa tərəf çevirdi. Sən də bunu
təsdiqləyə bilərsən, Brutus. Deyərsən ki, Uorton bu etirafı edəndə, sən
də orada olmusan və hər Ģeyi öz qulaqlarınla eĢitmisən. Hə, bəlkə elə
Persi də bu etirafı eĢidib və bu da onun ağlını baĢından çıxarıb.
Uortonun balaca qızcığazların baĢına açdığı oyunu eĢidəndə, o buna
dözə bilməyib və tapançadan atəĢ açaraq onu öldürüb. Uortonun
etdikləri onun beynini dumanlandırıb. Yalnız... Nə? Allah xatirinə, de
görüm, daha nə istəyirsən?
Ġndi yalnız Brutus və mən yox, Din ilə Harri də gözlərində
vahimə ilə ona baxırdılar.
– Biz buna bənzər heç bir Ģey haqqında rəhbərliyə məlumat
verməmiĢik, mem, – Harri dedi. O bu sözləri elə dedi ki, elə bil uĢağa
nəyisə baĢa salmağa çalıĢırdı. – Bizdən ilk soruĢacaqları Ģey, bu haqda
nə
üçün vaxtında məlumat vermədiyimiz olacaq. Bizim
kameralarımızdakı “körpələrin” öz keçmiĢ cinayətləri haqqında
dedikləri hər Ģeyi biz rəhbərliyə bildirməliyik. Həm özlərinin, həm də
baĢqaların cinayətləri haqqında.
Dostları ilə paylaş: |