www.vivo-book.com
559
– O, Uortona qarĢı Persidən bir silah kimi istifadə edib, arvadım
Cenis belə demiĢdi, elə mən də bu haqda çox düĢünmüĢəm. Axı Azğın
Billini öldürmək Con Koffinin nəyinə lazın idi? Persini, bəlkə də,
öldürmək istəyərdi, çünki o, Delakruanın siçanını düz onun gözlərinin
önündə tapdalamıĢdı, Persi Delakruanı diri-diri yandırmıĢdı və Con da
bütün bunları bilirdi... Bəs nə üçün Uorton? Uorton bizim hamımızın
kefinə bu və ya digər Ģəkildə soğan doğramıĢdı, amma zənnim məni
aldatmırsa, onun Conla ümumiyyətlə heç bir mübahisəsi olmamıĢdı,
mübahisə bir tərəfə, onlar YaĢıl Milə gəldikləri gündən bu yana bir-
biri ilə heç kəlmə belə kəsməmiĢdilər, əlbəttə, dünənki günü
saymasaq. Bəs onda Uortonu nə üçün öldürmək istəsin? O, Purdom
qraflığından idi və həmin yerlərdə ağdərili oğlanlar zəncilərlə, əgər
zəncilər özləri onların yolunun üstünə çıxmasalar, heç vaxt
rastlaĢmırlar. Bəs onda niyə? Uorton ona toxunanda o, belə qorxunc nə
hiss etdi, ya da gördü ki, Melindanın bədənindən çəkib çıxartdığı
zəhəri öz içində saxlayıb?
– Və az qala özünü də məhv edəcəkdi, – Brutus dedi.
– Demək olar ki, həyatının dörddə üçünü itirmiĢdi. Mənim
ağlıma təkcə Detteriklərin əkiz qızlarının qətli gəlir, onun bu əməlini
izah etmək üçün yalnız bu kifayət qədər dəhĢətli hadisədir. Mən
dəfələrlə özümə demiĢəm ki, bu axmaq fikirdir, bəlkə də, təsadüfdən
baĢqa bir Ģey deyil və bu ola bilməz. Sonra isə Körtis Andersonun
Uorton haqqında bizə yazdığı ilk raportu xatırladım, o yazırdı ki,
www.vivo-book.com
560
Uorton azğın və dəlidir, bir çox insanları qətlə yetirib ələ keçincəyə
qədər bütün Ģtatı baĢdan-ayağa gəzib dolaĢıb. “Bütün Ģtatı baĢdan-
ayağa gəzib dolaĢıb”. Bu sözləri mənim yaddaĢıma iliĢib qalmıĢdı.
Sonra bura gələndə, onun Dini boğaraq öldürməyə cəhd eləməsi.
Bütün bunlar məni düĢünməyə vadar elədi...
– Bəs it, – deyərək Din Uortonun onun boynuna zəncir saldığı
yeri ovuĢdurdu. DüĢünmürəm ki, bunu edərkən, o, nə etdiyini baĢa
düĢürdü. – Bəs itin boynunu necə sındırmıĢdılar.
– Ġstənilən halda, mən Uortonun məhkəmə iĢlərini yoxlamaq
üçün Purdom qraflığına getdim – onun haqqında bizdə olan qeydlərin
hamısı onun YaĢıl Milə düĢməsi ilə nəticələnən qətl iĢləridir. BaĢqa
sözlə desək, o qeydlər onun cinayətkar karyerasının sonuna aiddir.
Mənə isə bu karyeranın baĢlanğıcını bilmək lazım idi.
– Çox Ģeymi öyrənə bildin? – deyə Brutus soruĢdu.
– O qədər. Vandalizm, xırda oğurluqlar, saman tayalarının
yandırılması, hətta partlayıcı maddələrin oğurlanması. O və bir dostu
dinamit patronu oğurlayaraq onu balaca bir çayın sahilində
partladıblar. Sən demə, Uorton öz fəaliyyətinə çox erkən yaĢlarda,
təxminən on yaĢı olanda baĢlayıbmıĢ, amma mənim axtardığım Ģey o
qeydlərin arasında yox idi. Sonra mənim kim olduğumu və orada nə
etdiyimi öyrənmək üçün ġerif gəldi. Mən ona yalan danıĢaraq dedim
ki, həbsxananın kameralarında axtarıĢ aparılan zaman Uortonun
döĢəyinin içindən bir dəstə azyaĢlı qız uĢaqlarının çılpaq fotoĢəkilləri
www.vivo-book.com
561
tapılıb. Bir də ona dedim ki, Uortonun keçmiĢdə uçaqbazlıqla məĢğul
olmasına dair qeydlərin olub-olmamasını bilmək istəyirəm, çünki
Tennessidə bir neçə buna bənzər iĢlərin üstü açılmamıĢ qaldığını
eĢitmiĢəm. Mən öz söhbətimdə Detteriklərin əkiz qızları haqqında bir
söz belə demədim. DüĢünmürəm ki, onun da ağlından bu fikir keçmiĢ
olsun.
– Əlbəttə yox, – deyə Harri dilləndi. – Necə keçsin axı, iĢ ki
artıq bağlanıb.
– Mən ona dedim ki, bəlkə də bu fikrin ardınca düĢməyinə
dəyməz, çünki Uortona aid arxiv sənədlərində heç nə yoxdur. Demək
istəyirəm ki, onun haqqında material çoxdur, amma bizə lazım olan
qeydlər yoxdur. Sonra ġerif, onun adı Katlettdir, güldü və Billi Uorton
kimi çürük almanın törətdiyi bütün cinayət əməllərinin hamısı
məhkəmə sənədlərində qeydə alınmayıb. Və indi o, ölmüĢ olduğuna
görə, bunun nə fərqi vardı?
– Mən ona dedim ki, sadəcə, öz marağımı təmin etmək
istəyirəm, baĢqa məqsədim yoxdu və bu da onu sakitləĢdirdi. O məni
öz kabinetinə gətirdi, masanın arxasına otuzdurdu, ponçiklə bir fincan
qəhvə verdi və mənə dedi ki, təxminən on altı ay bundan əvvəl,
Uortonun o vaxt hələ on səkkiz yaĢı ancaq olardı, əyalətin qərb
hissəsində yaĢayan birisi onu öz qızı ilə birlikdə samanlıqda tutmuĢdu.
Bu zorlama deyildi, yox, həmin adam Katlettə danıĢanda demiĢdi ki,
bu “sadəcə, iyli barmaq məsələsi imiĢ”. Üzr istəyirəm, əzizim.
www.vivo-book.com
562
– Eybi yoxdur, – deyə Cenis cavab versə də, onun rəngi bir
balaca avazımıĢdı.
– Qızın necə yaĢı varmıĢ? – Brutus soruĢdu.
– Doqquz, – deyə mən cavab verdim.
Bunu eĢidəndə Brutus səksəndi.
– Ona yardım edəcək qardaĢları, ya da kuzenləri olsaydı, həmin
adam özü Uortonun cəzasını verə bilərdi, amma onun heç kimi yox
imiĢ. Ona görə də o, Katlettin yanına gedib və deyib ki, Uortona,
sadəcə, xəbərdarlıq edilməsini istəyir. Heç kim belə biabırçılığın
ictimaiyyətdə müzakirə edilməsini istəməz, əlbəttə, əgər bundan
yayınmaq mümkündürsə. Bununla belə, ġerif Katlett Uortonun bəd
əməlləri ilə uzun müddət məĢğul olmalı olub: Uortonun hələ on beĢ
yaĢı olarkən, onu təxminən səkkiz aylığına islahedici xüsusi məktəbə
qoyub və düĢünüb ki, daha onunla əlləĢdiyi bəsdir. ġerif özü ilə üç
nəfər köməkçi də götürərək Uortonun evinə gedir və missis Uorton
ağlayıb-sızlamağa baĢlayanda, onu bir kənara çəkirlər, sonra da mister
Uilyam “Körpə Billi”yə aybaĢının nə olduğunu hələ eĢitməmiĢ balaca
qız uĢaqlarını samanlığa aparan üzü sızanaqlı gənclərin baĢına nələrin
gələ biləcəyi haqqında xəbərdarlıq edirlər. “Biz o balaca uĢaqbazı
yaxĢıca qorxuzduq” – deyə Katlett mənə dedi. – “Onun baĢından qan
axıncaya qədər, çiyini yerindən çıxınca və onun dalını az qala
sındırıncaya qədər biz ona xəbərdarlıq etdik”.
Brutus özündən asılı olmayaraq güldü.
Dostları ilə paylaş: |