www.vivo-book.com
555
əlindəki siqareti aqressiv bir tərzdə mənə tərəf uzadırdı, amma onun
üzündə xəstə bir ifadə vardı. Hər ikimiz çox yaxĢı bilirdik ki,
məhkəmədə heç də həmiĢə bütün sübut və dəlilləri nə görür, nə də
eĢidirik. Mən elə gəldi ki, ġerif köməkçisi Makci ömründə ilk dəfə öz
rəisi kimi kütbeyin olmadığına təəssüflənirdi.
– Bilirəm, – mən dedim.
– Əgər siz düĢünürsünüz ki, yalnız bunun əsasında yeni
məhkəmə dinləməsini çağırmaq mümkündür, yaxĢı olar ki, bunu bir də
düĢünəsiniz, senyor. Con Koffi zəncidir və Trapinqus qraflığında biz
zəncilərə təkrar məhkəmə Ģansı verilməsi məsələsində çox vasvasıyıq.
– Mən bunu artıq bilirəm.
– Bəs onda nə etmək fikrindəsiniz?
Mən öz siqaretimi artırmanın məhəccərinə basaraq söndürdüm
və onun kötüyünü küçəyə atdım. Sonra ayağa qalxdım. Evə qədər çox
uzun və soyuq yol məni gözləyirdi, ona görə də, yola nə qədər tez
çıxsaydım, evə bir o qədər də tez çatacaqdım.
– Mən özüm də bunu bilmək istərdim, ġerif köməkçisi Makci, –
deyə cavab verdim, – amma özüm də bilmirəm. Bildiyim yeganə Ģey
odur ki, ikinci piroqu gərək yeməyəydim.
– Əgər belə ağıllısansa, onda sənə bir Ģeyi də söyləyim, – deyə o
hələ də boĢ və aqressiv bir tonla dilləndi. – Məncə, Pandoranın
qutusunu açmalı deyildiniz.
www.vivo-book.com
556
– Onu mən açmamıĢam, – deyə cavab verdim və sonra evə yola
düĢdüm.
Evə çox gec gəlib çatdım, artıq gecədən bir xeyli keçmiĢdi,
amma arvadım yatmayaraq məni gözləyirdi. Onun yatmayaraq məni
gözləyəcəyini təxmin etmiĢdim, amma onu görmək, onun qollarını
boynuma dolaĢmasını duymaq, onun möhkəm bədəninin mənim
bədənimə sürtünməsini hiss etmək mənə çox xoĢ idi.
– Salam, qərib, – arvadım dedi, sonra isə əlini aĢağı salaraq
qasığıma toxundu. – Bəs bu oğlan necədi, qaydasındadırmı? O, həmiĢə
olduğu kimi sağlamdır?
– Bəli, mem, – deyərək mən onu qucağıma alıb yataq otağına
apardım və biz seviĢdik. Mən ən yüksək nöqtəyə, nəyisə verib, nəyisə
almaq nöqtəsinə çatmağa hazırlaĢanda, daima Con Koffinin aramsız
yaĢlar axıdan gözləri haqqında düĢündüm. Və: – “yuxumda səni
qaranlıqda sərgərdan dolaĢan görmüĢdüm, elə özümü də” – deyən
Melinda haqqında düĢündüm. Hələ də arvadımın qolları boynuma
dolanmıĢ, ayaqlarımız isə bir-birinə dolaĢmıĢ vəziyyətdə və hələ də
onun üstündə uzandığım halda ikən birdən ağlamağa baĢladım.
– Pol, – deyə arvadım qorxmuĢ və karıxmıĢ halda mənə
səsləndi. Uzun sürən evliliyimiz ərzində arvadımın məni altı dəfədən
çox gözüyaĢlı gördüyünü düĢünmürəm. Mən adi hallarda ağlayan
adamlardan deyildim. – Pol sənə nə olub?
www.vivo-book.com
557
– Mən bilinməsi mümkün olan hər Ģeyi bilirəm, – deyərək
ağlaya-ağlaya cavab verdim. – Lənət Ģeytana, düzünü bilmək
istəyirsənsə, mən həddən artıq çox Ģey bilirəm. Bir həftədən də az bir
müddətdən sonra, mən Con Koffini edam etməliyəm, amma
Detteriklərin qızlarını öldürən Uilyam Uortondur. Onları qətlə yetirən
Azğın Billidir.
5
Delakruanın dəhĢətli edamından sonra, mənim mətbəximdə
nahar edən həmin qrup ertəsi gün yenə orada toplaĢaraq nahar edirdi.
Bu dəfə bizim hərbi Ģuramızda beĢinci Ģəxs də vardı: mənim arvadım.
Hər Ģeyi baĢqalarına danıĢmağı məhz Cenis məni inandırmıĢdı, amma
mənim ilk arzum bunu etməmək idi.
– Bu dəhĢətli həqiqəti bizim bilməmiz kifayət deyilmi? – deyə
mən ondan soruĢdum.
-
Sən bu haqda düzgün düĢünmüsən, – deyə o mənə cavab
verdi. Bəlkə ona görə ki, hələ də qanın qaradır. Ən pis xəbəri onlar
www.vivo-book.com
558
artıq bilirlər: Con törətmədiyi cinayətə görə həbs edilib. Bəlkə də bunu
biləndən sonra onların əhvalı bir balaca düzələr.
Amma mən buna onun qədər əmin deyildim, amma onun fikrinə
qulaq asdım. Mən bildiyim hər Ģeyi (mən bunu sübut edə bilməsəm də,
hər Ģeyi dəqiq bilirdim) Brutusa, Dinə və Harriyə danıĢandan sonra,
onların səs-küy salacaqlarını gözləyirdim, amma onların ilk cavabı
fikirli bir sükut oldu. Sonra isə Din Cenisin biĢirdiyi peçenyelərdən
birini götürüb onun üstünə qalın yağ qatı çəkə-çəkə soruĢdu:
– Səncə, Con onu görübmü? Uortonun qızları atmasını, bəlkə də
zorlamasını Koffi görübmü?
– Məncə o, Uortonu görsəydi, ona mane olmağa çalıĢardı, –
deyə mən cavab verdim. – Uortonu görməsinə gəlincə, Con onu yəqin
qaçarkən görə bilərdi, yəqin belə də olub. Əgər onu görübsə də, yəqin
sonra onu yaddan çıxarıb.
– Düz deyirsən, – Din dedi. – O, baĢqalarından fərqlənir, amma
bu onu daha ağıllı etmir. Uorton öz kamerasının barmaqlıqlarının
arasından əlini uzadıb onun qolundan tutanda, Con qatilin Uorton
olduğunu baĢa düĢüb.
Brutus baĢını yırğalayırdı.
– Yəqin, məhz ona görə Con elə təəccüblənmiĢ... elə karıxmıĢ
görünürdü. Yadınızdadırmı, o, necə gözlərini bərəltmiĢdi?
Mən baĢımı yırğaladım.
Dostları ilə paylaş: |