www.vivo-book.com
571
– Hə, biz ona inanmaya da bilərik, – deyə Brutus söhbətə
müdaxilə etdi. – Con, Azğın Billi Uorton kimi adamlar hər Ģey
haqqında yalan danıĢa bilərlər: iĢlədikləri cinayətlər haqqında,
tanıdıqları nüfuzlu insanlar haqqında, yatağına girdikləri qadınlar
haqqında, orta məktəbdə oxuduqları zaman vurduqları qollar və hətta
hava haqqında.
– Amma... amma... – arvadımın üzündə iztirab ifadəsi göründü.
Mən onun çiynini qucaqlamağa cəhd etdim, amma o, sərt bir hərəkətlə
mənim əlimi kənara itələdi. – Amma Uorton orada olub! Onların
lənətə gəlmiĢ sarayını rəngləyib! Onlarla birlikdə nahar edib!
– Bu da törətdiyi cinayətlə onun öyünməsi üçün, sadəcə, əlavə
bir səbəbdir, – Brutus dedi. – Əslinə baxsan, bunun nə ziyanı var ki?
Nə üçün də öyünməsin? Axı bir insanı elektrik stulunda iki dəfə edam
etmək mümkün deyil.
– Bir dayanın görüm, əgər sizi düz baĢa düĢdümsə, bu masanın
arxasında oturanların hamısı Con Koffinin nəinki qızları
öldürmədiyini, onun hətta qızların həyatını xilas etməyə cəhd etdiyini
də bilir. ġerif köməkçisi Makci, əlbəttə ki, bütün bunları bilmir, amma
o da yaxĢı bilir ki, qızların qətlinə görə ölümə məhkum edilmiĢ adamın
heç bir günahı yoxdur. Və bununla belə... bununla belə... siz onun
iĢinə yenidən baxılmasına nail olmaq iqtidarında deyilsiniz. Hətta iĢin
yenidən açılmasına belə.
www.vivo-book.com
572
– Hə, mem – Din dedi. O, yenə cidd-cəhdlə öz eynəyinin
ĢüĢələrini silirdi. – Vəziyyət təxminən sizin dediyiniz kimidir.
Cenis baĢını aĢağı dikib düĢüncələrə dalmıĢdı. Brutus nəsə
demək istəyirdi ki mən əlimi havaya qaldırdım və o susdu. Mən
inanmırdım ki, Cenis Con Koffini ölüm kamerasından çıxarmaq üçün
bir çarə düĢünüb tapa bilər, amma bunun tamamilə qeyri-mümkün
olduğunu da düĢünmürdüm. O, əlbəttə ki, çox ağıllı bir qadın idi.
Mənim arvadım həm də çox qətiyyətli idi. Belə bir kombinasiya isə
bəzən dağları yerindən oynatmağa imkan verir.
– YaxĢı, – nəhayət, Cenis dedi. – Onda Conu həbsxanadan öz
gücünüzlə çıxarmağa cəhd etməlisiniz.
– Mem? – Harri təəccüblə, həm də qorxu ilə dedi.
– Siz ki, bunu edə bilərsiniz. Siz bunu artıq bir dəfə etmisiniz,
düz demirəmmi? Deməli, bir də edə bilərsiniz. Yalnız bu dəfə onu geri
qaytarmazsınız, vəssalam.
– Bəs siz mənim uĢaqlarıma onların atalarını nə üçün
həbsxanaya salındığını izah edə bilərsinizmi, missis Eckum? – deyə
Din soruĢdu. – Ona görə həbsxanaya salınıb ki, qatilin oradan
qaçmasına yardım edib?
– Bu baĢ verməyəcək, Din. Biz yaxĢı bir plan düĢünüb
hazırlayarıq. Elə edərik ki, həbsxanadan əsl qaçıĢa bənzəsin.
– Onda bu planı elə düĢünün ki, öz ayaqqabılarının qaytanını
belə necə bağlamaq lazım olduğunu yadında saxlaya bilməyən bir
www.vivo-book.com
573
oğlanın belə bir plan qurduğuna inanan tapılsın, – Harri dedi. – Çünki
onlar buna inanmalıdırlar.
Cenis ona tərəddüdlə baxdı.
– Bunun nəticəsi yaxĢı olmayacaq, – deyə Brutus dilləndi. –
Hətta biz düĢünüb bir çarə tapsaq belə, heç nə alınmayacaq.
– Nəyə görə? – Cenis bu sualı elə verdi ki, elə bu dəqiqə
hönkürtü ilə ağlayacaqdı. – Nəyə görə, lənət Ģeytana, heç nə
alınmayacaq?
– Ona görə ki, o iki metrdən uca və baĢı daz bir qaradərilidir və
hətta özünü dolandıracaq qədər ağılın sahibi deyil, – mən dedim. –
Necə düĢünürsən, onu yenidən yaxalamq üçün polisə nə qədər vaxt
lazım olacaq? Ġki saat? Altı?
– Bəs əvvəllər o, heç kəsin diqqətini çəkmədən axı gəzib
dolaĢırdı, – Cenis dedi. Onun yanağı ilə göz yaĢı axdı. O, əlinin
arxasıyla göz yaĢlarını yanağından sildi.
Onun sözlərində müəyyən qədər həqiqət vardı. Mən atamın
cənubda yaĢayan bəzi dostlarına və qohumlarına məktub yazıb
onlardan qəzetlərdə Con Koffinin əlamətlərinə uyğun gələn bir adam
haqqında bir Ģey oxuyub-oxumadıqlarını soruĢmuĢdum və heç bir
təminedici cavab ala bilməmiĢdim. Cenis də eynilə mənim kimi
etmiĢdi. Biz indiyə qədər yalnız Alabama Ģtatının Masl ġoalz
Ģəhərində ona aid ola biləcək bir izə rast gəlmiĢdik. 1929-cu ildə Kilsə
xorunun məĢqi zamanı tufan qalxmıĢ və kilsəni dağıtmıĢdı Ġrigövdəli
www.vivo-book.com
574
bir zənci iki nəfəri dağıntıların arasından çıxararaq xilas etmiĢdi.
Kənardan baxanlar, əvvəlcə, onların hər ikisini də ölü zənn etmiĢdilər,
amma sonra müəyyən edilmiĢdi ki, onların heç biri hətta ciddi
xəsarətlər belə almayıbmıĢ. ġahidlərdən birinin bunu möcüzə
adlandırdığı qeyd olunurdu. Pastorun günə muzd ödəmə ilə iĢə
götürdüyü qaradərili isə çaxnaĢma zamanı aradan çıxıbmıĢ.
– Siz haqlısınız, o heç kimin diqqətini çəkmədən bir təhər
günlərini keçirirdi, – Brutus dedi. Lakin bir Ģeyi unutmamalısınız ki,
həmin vaxt o, iki balaca qızı zorlamaqda və onları qətlə yetirməkdə
günahlandırılmamıĢdı.
Cenis cavab vermədən sakitcə oturmuĢdu. O, təxminən bir
dəqiqə beləcə susdu, sonra isə elə bir Ģey etdi ki, onun bu hərəkəti mən
göz yaĢlarımın onun təəccübləndirdiyindən az təəccübləndirmədi. O,
əlini irəli uzadıb sərt bir hərəkətlə masanın üstündəki hər Ģeyi yerə
tökdü: boĢqabları, stəkanları, fincanları, gümüĢ qaĢıqları, içində kələm
salatı olan qabı, meyvə Ģirəsi olan qrafini, doğranmıĢ bud əti olan
boĢqabı, südü, içində soyuq çay olan dolçanı. Hər Ģeyi masanın
üstündən süpürüb yerə tökərək bir-birinə qatdı.
– Aman Allah! – deyə Din qıĢqıraraq masadan geriyə elə sərt
sıçradı ki, az qala beli üstə yerə çırpılacaqdı.
Cenis onu heç vecinə belə almadı. O, Brutusla mənə baxırdı,
əsasən də mənə.
Dostları ilə paylaş: |