www.vivo-book.com
583
– YaxĢı, – mən dedim və düĢündüm ki, hələ desertə də Cenis
Eckumun biĢirəcəyi Ģaftalı piroqu da olacaq. – Bəs keĢiĢ məsələsinə nə
deyirsən? Birisi gün səninlə birlikdə qısa bir dua oxuya biləcək bir
adam? Bu, insanlara rahatlıq gətirir. Mən bunun dəfələrlə Ģahidi
olmuĢam. Bunun üçün mən ġüster ata ilə əlaqə saxlaya bilərəm, Delin
də yanına ġüster ata...
– KeĢiĢ istəmirəm, – deyə Con etiraz etdi. – Sən mənimlə yaxĢı
rəftar etmisən, boss. Əgər istəsən, duanı səninlə birlikdə oxuya
bilərdik. Mənə bu da kifayət edər. Və mən də bir az səninlə birlikdə
dizlərimin üstündə dayanardım.
– Mən! Con, mən bacarmaram...
O, bir balaca mənim əllərimi sıxdı və bədənimdəki iynə
batmaları bir qədər də gücləndi.
– Sən bacararsan, – o dedi. – Sən bacararsan, düz demirəmmi,
boss?
– Məncə, hə, – deyəndə, mən öz səsimi eĢitdim. Səsim elə bil
əks-sadə verirdi. – Əgər buna ehtiyac yaranarsa, yəqin ki, bacararam.
Həmin gün içimdə çox güclü hislər vardı, sidik yollarımın
infeksiyasının sağaldığı gün olduğu kimi, amma bu hislər həmin gün
duyduqlarımdan bir azca fərqlənirdi. Ona görə yox ki, bu dəfə mən
tamamilə sağlam idim. Ona görə ki, bu dəfə Con bunu etdiyinin
fərqində deyildi. Birdən içimə təlaĢ doldu, az qala nəfəsim kəsildi,
www.vivo-book.com
584
içimdə qarĢısıalınmaz kameradan çıxmaq arzusu yarandı. Ġçimdə elə
bil iĢıq yandırmıĢdılar, yalnız beynimdə deyil, bütün bədənimdə.
– Sən, mister Hovell və baĢqa boslar mənə qarĢı çox mərhəmətli
olmusunuz, – Con Koffi dedi. – Mən bilirəm ki, sən çox narahatlıq
keçirirdin, amma daha narahat olmaya bilərsən. Çünki bunu mən özüm
istəyirəm, boss.
Mən ağzımı açıb danıĢmaq istədim, amma bacarmadım. Amma o
bacarırdı. Ondan sonra Conun söylədiyi nitq , indiyə qədər ondan
eĢitdiklərimdən ən uzunu idi.
– Mən eĢitdiyim və hiss elədiyim ağrılardan çox yorulmuĢam,
boss. Mən yollardan yorulmuĢam, birəbitdən quĢu kimi yağıĢın altında
tək-tənha dolaĢmaqdan yorulmuĢam. Heç kiminlə yol-yoldaĢı
olmamaqdan, haradan gəlib haraya getdiyimizi ya da nə üçün
getdiyimizi paylaĢa biləcəyim bir dostumun olmamasından
yorulmuĢam. Ġnsanların bir-birinə qarĢı düĢmən kəsilməsindən
yorulmuĢam. Elə bil beynimin içində çoxlu ĢüĢə qırıntıları var.
Dəfələrlə yardım etməyə çalıĢıb bunu edə bilməməkdən yorulmuĢam.
Qaranlıq da yürüməkdən təngə gəlmiĢəm. Ən çoxu da ağrıdan
yorulmuĢam. Ağrı hər Ģeydən çoxdur. Əgər mən onu bitirə bilsəydim,
yer üzündən yox edərdim. Amma bacarmıram.
“Daha bəsdir”– demək istədim. “Daha bəsdir, əllərimi burax,
yoxsa mən boğulacağam. Boğulacağam, ya da partlayacağam.”
www.vivo-book.com
585
– Partlamazsan, – deyərək bu fikrimə o, yüngülcə gülümsədi...
amma əllərimi buraxdı.
Mən təəccübümdən nəfəsimi içimə çəkərək irəli əyildim.
Dizlərimin arasından beton döĢəmədəki hər bir çatı, hər bir oyuğu,
mikanın – mineral tərkiblərin hər bir parıltısını görə bilirdim. Mən
baĢımı qaldırıb kameranın divarlarına baxdım və 1924, 1926 və 1931-
ci illərdə divara yazılmıĢ adları gördüm. Həmin adlar divardan
silinmiĢdi, bu adları divara yazmıĢ insanlar da, müəyyən mənada
silinmiĢdilər, amma düĢünürəm ki, dünyamızın tutqun aynasından heç
nəyi tamamilə silib yox etmək mümkün deyil və indi mən divarda bir-
birinin üstündən yazılmıĢ bu adların yenidən görürdüm. Onlara
baxmaq – ölülərin söhbətinə, mahnı oxumasına ya da rəhm diləməsinə
qulaq asmağa bənzəyirdi. Gözlərimin öz oyuqlarında necə nəbz
vurmasını duydum, öz ürəyimin döyüntülərini eĢitdim, qanımın hər
tərəfdən göndərilmiĢ məktublar kimi bütün damarlarımda hərəkət
edərək necə dövr etdiyini duydum.
Uzaqdan qatar fitinin səsini eĢitdim – düĢündüm ki, Praysfoirdə
gedən saat üç qatarı olmalıdır, amma buna əmin deyildim, çünki onun
fitini əvvəllər heç vaxt eĢitməmiĢdim. Xüsusilə də Kold Mauntində,
çünki ən yaxın dəmiryolu Ģtatın həbsxanasının Ģərqindən, təxminən on
beĢ-on altı kilometr aralı keçirdi. Həbsxanadan onun səsini eĢitmiĢ ola
bilməzdim, siz də bunu təsdiq edərdiniz, 1932-ci ilin noyabr ayına
www.vivo-book.com
586
qədər mən də belə düĢünürdüm, amma həmin gün mən onun səsini
eĢitmiĢdim.
Haradasa bir lampa çatırdayaraq bomba kimi partladı.
– Sən mənə nə etdin? – deyə mən pıçıldadım. Aman Allah, Con,
sən mənə nə etdin?
– Məni bağıĢla, boss, – o, sakit bir səslə dedi. – Fikrim özümdə
deyildi. Bir azdan keçib gedər və yenə özünü normal hiss edərsən.
Mən yerimdən qalxıb kameranın qapısına yaxınlaĢdım. Ġçimdə
elə bir hiss vardı, elə bil yuxuda gəzirdim. Mən qapıya çatanda, o dedi:
– Sən bilmək istəyirdin ki, onlar nə üçün qıĢqırmamıĢdılar?
Sənin hələ də baĢa düĢmədiyin və bilmək istədiyin yeganə Ģey budur,
düz demirəmmi? O iki qızcığaz hələ artırmada olduqları vaxt nə üçün
qıĢqırmamıĢdılar.
Mən geri çevrilib ona baxdım. Onun gözlərindəki hər bir kiçik
qan damarını, üzünün dərisindəki hər bir məsaməni görə bilirdim... və
onun içindəki acını, insanlardan, süngər su əmən kimi, əmib içinə
çəkdiyi ağrını hiss edə bilirdim. Mən onun haqqında danıĢdığı
qaranlığı da görə bilirdim. O, ətrafa baxanda, bu qaranlıq dünyanın hər
yanına çökürdü və həmin anda mənim ona həm yazığım gəldi, həm də
böyük yüngüllük hiss etdim. Bəli, bizim ona edəcəyimiz Ģey çox
dəhĢətli idi və bundan qurtulmaq üçün heç bir çıxıĢ yolu da yox idi...
amma, bununla belə, biz ona yaxĢılıq etmiĢ, onu bu zülmdən qurtarmıĢ
olacaqdıq.
Dostları ilə paylaş: |