www.vivo-book.com
579
7
Ġki gündən sonra, ayın on səkkizi, Bill Doc, Hank Bitterman və
bir də kimsə baĢqa birisi – kim olduğunu xatırlamıram, deyəsən
müvəqqəti iĢçilərdən birisi – Con Koffini duĢ qəbul etməsi üçün “D”
blokuna apardılar və o burada olmadığı müddət ərzində biz onun necə
edam ediləcəyini məĢq etməyə baĢladıq. Biz qoca Tut-Tuta onun
rolunu oynamağa imkan vermədik; heç bir izahatsız da hamı baĢa
düĢürdü ki, bu ədəbsizlik olardı.
Conun yerində mən idim.
– Con Koffi, – mən əl-qolum Old Sparkiyə bənd edilmiĢ halda
oturanda, Brutus elə də qətiyyətli olmayan bir səslə dedi, – sən elektrik
stulunda edam edilməklə ölümə məhkum edilmisən, hökm səninlə eyni
mövqedə olan andlılar məhkəməsi tərəfindən çıxarılıb...
– Con Koffi ilə eyni mövqedə? Bu zarafata oxĢayırdı. Bildiyim
qədər, bütün Yer kürəsində onun tayı-bərabəri yox idi. Sonra Con
Koffinin mənim kabinetimdən aĢağı aparan pilləkənlərin dibində
www.vivo-book.com
580
dayanıb Old Sparkiyə baxaraq bizə dediyi sözləri xatırladım: “Onlar
hələ də buradadırlar. Mən onların fəryadlarını eĢidirəm.”
– Məni buradan buraxın, – deyə mən xırıltılı bir səslə qıĢqırdım.
– Lənətə gəlmiĢ bu toqqaları açın və məni buraxın.
Onlar məni açdılar, amma bir anlıq mən yerimdə donaraq
tərpənə bilmədim, elə bil Old Sparki məni buraxmaq istəmirdi.
Biz bloka geri qayıdanda, bizim arxamızda sonuncu stulları da
yerbəyer eliyən Harri ilə Din belə onu eĢidə bilməsinlər deyə, Brutus
alçaq səslə mənə az qala pıçıldadı:
– Bütün həyatımda məni utandıra biləcək cəmi bir neçə əməlim
olub, amma indi, ilk dəfə, əməlimə görə cəhənnəmə düĢəcəyimdən
qorxuram.
Mən onun zarafat etmədiyinə əmin olmaq üçün dönüb onun
üzünə baxdım. Onun həmin anda zarafat etdiyini düĢünmürdüm.
– Axı nə demək istəyirsən?
– Demək istəyirəm ki, biz Allahın hədiyyəsini, vergisini edam
etməyə hazırlaĢırıq, – deyə o cavab verdi. – Nə bizə, nə də baĢqalarına
heç bir ziyan vurmamıĢ birisini. Demək istədiyim odur ki, birdən
Allahın, Qüdrətli Atamızın hüzuruna aparılanda, o məndən bunu nə
üçün etdiyimi soruĢsa, mən Ona nə cavab verəcəyəm? Deyəcəyəm ki,
bu mənim vəzifə borcum idi? Mənim iĢim idi?
www.vivo-book.com
581
8
Con duĢ qəbul edib geri qayıdandan və müvəqqəti iĢçilər çıxıb
gedəndən sonra, mən onun kamerasının qapısını açdım və içəri girərək
onun yanında, çarpayısının kənarında oturdum. Brutus isə növbətçi
masasının arxasında oturmuĢdu. O, baĢını qaldırıb məni Koffinin
kamerasında onunla tək olduğumu görəndə, heç bir söz demədi. Brutus
yenə baĢını aĢağı salıb əlindəki karandaĢın ucunu dili ilə tez-tez
isladaraq qarĢısındakı kağızlara qeydlər etməyə davam etdi.
Con öz qəribə gözləri ilə mənə baxdı: qızarmıĢ, ifadəsiz və
ağlamağa hazır dayanmıĢ, amma bununla belə sakit gözləri ilə. Elə bil
göz yaĢı tökmək, ağlamaq elə də pis hal deyil, əgər ona öyrəĢməyə
macal tapmısansa. O, hətta yüngülcə gülümsədi də. Ondan xoĢ sabun
qoxusu gəldiyini də xatırlayıram, – təmiz və təravətli, axĢam
çimizdiriləndən sonra lap balaca uĢaqdan gələn ətir kimi.
– Salam, boss, – o dedi, sonra da mənim əllərimi öz ovuclarına
aldı. O bunu çox səmimi və təbii bir tərzdə etdi.
– Salam, Con, – deyə mən cavab verdim, amma boğazımda
sözlər elə bil düyümlənmiĢdi və mən udqunaraq boğazımı arıtlamağa
çalıĢdım. – Məncə, sən də baĢa düĢürsən ki, artıq yolun sonuna
yaxınlaĢırıq. Cəmi bir neçə gündən sonra.
www.vivo-book.com
582
O, cavab vermədi, mənim əllərimi öz ovuclarında tutaraq
dinməzcə oturdu. Ġndi keçmiĢə baxanda, düĢünürəm ki, hələ o vaxt
mənə nəsə olmağa baĢlamıĢdı, amma mənim bütün diqqətim, həm
emosional, həm də əqli, öz iĢimin üstündə olduğuna görə, mən bunu o
zaman sezə bilməmiĢdim.
– Həmin axĢam sən Ģam yeməyi üçün nəsə xüsusi bir yemək
istəyirsənmi, Con? Biz sənin üçün, demək olar ki, hər Ģey edə bilərik.
Əgər istəsən, hətta sənə pivə də gətirə bilərik. Sadəcə, onu qəhvədana
tökərik, vəssalam.
– Heç vaxt onun dadına baxmamıĢam, – deyə o cavab verdi.
– Onda bəlkə hansısa bir yemək adı çəkəsən?
Onun geniĢ və sığallı qafa dərisinin altında alnı qırıĢdı. Sonra
onun qırıĢları açıldı və o gülümsədi.
– Ət ruleti pis olmazdı.
– Ət ruletini hazırlatdırarıq, özü də sousu və kartof püresi də
yanında. – Mən bədənimə iynələr batdığını hiss edirdim, belə hiss
qolunuzun üstündə uzun müddət yatıb onun keyləĢdirən də olur, amma
mən iynə batmasına bənzər bu sancıları bütün bədənimdə hiss edirdim.
Bütün bədənimdə. – Daha nə istəyərdim?
– Bilmirəm, boss. Düçünürən ki, nəyiniz varsa, onu. Bəlkə də
qaxac edilmiĢ donuz budu da olsa yaxĢı olardı, amma mən yeməyə elə
də tələbkar deyiləm.
Dostları ilə paylaş: |