www.vivo-book.com
523
Demək istəyirəm ki, əgər indi ona yerini tanıda bilməsən, deməli
bunu heç vaxt edə bilməyəcəyəm.
– Əgər bağırmayacağına söz verirsənsə, ağzına yapıĢdırdığımız
lenti qoparacağam, – mən dedim. – Mən qıĢqır-bağır salmadan səninlə
söhbət eləmək istəyirəm. Buna nə deyirsən? Özünü sakit
aparacaqsanmı?
Mən onun gözlərindən rahatlandığını oxudum, elə bil baĢa
düĢmüĢdü ki, əgər mən onunla danıĢmaq niyyətindəyəmsə, deməli
onun bu vəziyyətdən sağ-salamat qurtulmaq Ģansı var. Persi baĢını
yırğaladı.
– Əgər səs-küy salmağa baĢlasan, lenti yenidən ağzına
yapıĢdıracağam, – mən ona xəbərdarlıq etdim. – Bunu da baĢa
düĢürsənmi?
O, yenə baĢını yırğaladı, amma bu dəfə daha səbirsizliklə.
Mən əlimi uzadıb lentin onun qoparmağa müvəffəq olduğu
ucundan tutdum və onu sərt bir Ģəkildə dartdım. Lent qoparkən bərk
cırtıltı səsi gəldi. Brutus səksənərək üz-gözünü turĢutdu. Persi ağrıdan
zingildədi və onun gözləri yaĢardı.
– Çıxar məni bu lənətə gəlmiĢ dəli köynəyindən, kəlpeysər, –
deyə Persi diĢlərini qıcadı.
– Bir dəqiqə gözlə.
– Ġndi, indi, elə indi...
www.vivo-book.com
524
Mən onun yanağına bir sillə vurdum. Mən bunu düĢünməyə
macal tapmamıĢ etmiĢdim... lakin iĢin bu yerə çata biləcəyini, əlbəttə
ki, bilirdim. Hətta rəis Murs ilə Persi haqqında ilk söhbətimizdə o
mənə Delakruanın edamı zamanı Persini sərəncamçı kimi önə
qoymağı məsləhət edəndə də, mən iĢin bu yerə çatmaq ehtimalı
olduğunu bilirdim. Ġnsanın əlləri yarıəhliləĢmiĢ heyvan kimidir: əksər
hallarda özünü yaxĢı aparır, amma bəzən o nəzarətdən çıxır və ilk
qarĢısına çıxanı diĢləyir.
Sillənin səsi, sınan budaq səsi kimi sərt çıxdı. Bu səsi eĢidəndə,
Din ufuldadı. Persi karıxmıĢ halda gözlərini mənə zilləmiĢdi, onun
gözləri heyrətdən elə bərəlmiĢdi ki, elə bil bu dəqiqə həlqəsindən
çıxacaqdı. Onun ağzı, akvariumdakı balığın ağzı kimi açılıb
yumulurdu.
– Səsini kəs və mənə qulaq as, – mən dedim. Delin baĢına
açdığın oyuna görə sən cəzalandırılmağı haqq etmiĢdin və biz sənə
layiq olduğun cəzanı verdik. Bu sənə verə biləcəyimiz yeganə cəza
üsulu idi. Bu iĢdə Dindən baĢqa, hamımız əlbir idik, amma onun
bizimlə bir olmaqdan baĢqa əlacı yoxdur, əks təqdirdə o buna görə çox
peĢman olacaq. Düz demirəmmi, Din?
– Bəli, – deyə Din pıçıldadı. Onun rəngi süd kimi ağarmıĢdı. –
Hə, düĢünürəm ki, baĢqa əlacım yoxdur.
www.vivo-book.com
525
– Səni isə doğulmağına peĢman edəcəyik, – deyə mən davam
etdim. Delakruanın edamını sənin necə sabotaj etdiyini insanların
bilməsi üçün biz əlimizdən gələni edəcəyik...
– Sabotaj etdiyimi!
– ... və necə az qala Dinin ölümünə səbəb olacaqdın. Biz sənin
haqqında elə Ģeylər danıĢacağıq ki, dayının köməyi ilə tapa biləcəyin
bütün iĢlər əlindən çıxacaq.
Persi qəzəblə baĢını ora-bura yırğalayırdı. O mənim dediklərimə
inanmırdı, bəlkə də inana bilmirdi. Mənim əlimin izi onun bəyaz
yanağında falçının niĢanı kimi qızarırdı.
– Və nəyin bahasına olursa olsun, səni eĢĢək sudan gələnə qədər
döyülməyinin qayğısına qalacağıq. Biz bunu özümüz etməyəcəyik. Biz
də lazımi adamları tanıyırıq, Persi, sən yəni bu qədər səfehsən ki bunu
baĢa düĢməyəsən? Onlar Ģtatın paytaxtında yaĢamırlar, amma bəzi
məsələlərin hüquqi həllinin necə olunmalı olduğunu yaxĢı bilirlər.
Həmin adamların burada dostları var, bəzilərinin bacıları və qardaĢları,
bəzilərinin isə ataları burada yaĢayırlar. Onlar sənin kimi nəcis
torbasının burnunu, ya da Ģeyini kəsməkdən böyük həzz duyarlar. Özü
də onlar bunu, sadəcə, sevdikləri birisinin gəzinti həyətində hər həftə
əlavə üç saat gəzə bilməsi üçün edərlər.
Persi daha qəzəblə baĢını ora-bura yırğalamırdı. Ġndi o, sadəcə,
gözlərini zilləyib baxırdı. Onun gözləri yaĢarsa da, yanaqlarından
www.vivo-book.com
526
aĢağı axmırdı. Məncə, onlar qəzəb və ümidlərin puç olması ilə bağlı
göz yaĢları idi. Ya da, bəlkə, mən belə düĢünmək istəyirdim.
– YaxĢı, indi isə iĢin yaxĢı tərəfinə baxaq, Persi. Əlbəttə, lenti
dartıb qoparanda, sənin dodaqların bir balaca acıĢdı, mən bunu
təsəvvür edə bilirəm, amma bundan baĢqa heç haran ağrımadı, bəlkə
bir az qürurun ağrıdı, ola bilər... amma bu haqda kimsənin bilməsinə,
məncə, ehtiyac yoxdur, sadəcə, indi bu otaqda olanlardan baĢqa. Biz
isə bunu heç kimə danıĢmaq fikrində deyilik, düz demirəmmi, uĢaqlar?
Onlar baĢlarını yırğaladılar.
– Əlbəttə, demərik, – deyə Brutus dilləndi. – YaĢıl Mildə baĢ
verənlər, elə YaĢıl Mildə də qalır. HəmiĢə də belə olub.
– Sən iĢi yerini dəyiĢib Briar Ricə keçirsən və biz də sən ora
keçənədək sənə toxunmuruq, deyə mən müdaxilə etdim. – Hə, Persi,
məsələni burada bununla bitiririk, yoxsa yenə bizimlə davanı davam
etdirmək fikrindəsən?
O mənim dediklərimi içində götür-qoy etməyə baĢladı və otağa
dərin bir sükut çökdü – o, fikrində bütün lehinə və əleyhinə olanları
düĢündükcə, mən az qala onun baĢının içindəki təkərlərin necə
döndüyünü görə bilirdim. Və sonda, məncə reallıq qalan bütün
hesablamalara üstün gəldi: lenti onun ağzından qoparmıĢ olsaq da, dəli
köynəyi hələ də onun əynində idi və bəlkə də o, yarıĢ atı kimi iĢəməli
olacaqdı.
Dostları ilə paylaş: |