Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə128/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   124   125   126   127   128   129   130   131   ...   158

www.vivo-book.com 

 

511 



nənəsiyəm. Öz qohumlarını sevən bir adamın, mister Dolan. Xüsusilə 

də, özünün ahıl qohumlarını.  

Onun  üzündəki  təbəssüm,  yazı  taxtasından  nəm  süngər  ilə 

silinən yazı kimi silinərək yox oldu. Mən onun üzündən qətiyyətsizlik, 

tərəddüd, bəlkə də məni aldadırlar, birdən doğrudursa, deyə düĢünərək 

qorxduğunu,  məntiqlə  düĢünsək,  bunu  yoxlamaq  asandır,  o  da  bunu 

bilir, deməli, yalan danıĢmır, deyə düĢündüyünü oxudum.  

Birdən  mən  gülməyə  baĢladım,  səsim  xırıltılı  çıxsa  da,  normal 

idi.  KeçmiĢ  vaxtlarda  Persinin  necə  tez-tez  bizi  öz  əlaqələri  ilə 

hədələdiyini xatırlamıĢdım. Ġndi isə, çox uzun sürən ömrümdə ilk dəfə, 

belə bir təhdid yenə səslənmiĢdi... amma bu dəfə mənim xeyrimə.  

Berd  Dolan  qəzəblə  mənə  baxdı,  sonra  isə  nəzərlərini  Eleynə 

tərəf çevirdi.  

–    Mən  ciddi  deyirəm,  –  Eleyn  dedi.  –  Əvvəlcə  düĢündüm  ki, 

sənin  həyatını  çətinləĢdirməyim, çünki  daha qoca qadınam və  səninlə 

əlləĢməyə  həvəsim  yox  idi.  Amma  görəndə  ki,  kimsə  mənim 

dostlarımı hədələyir və onlarla qaba rəftar edir, mən belə Ģeylərə əsla 

dözə bilmərəm. Ġndi isə buradan get. Və bir söz belə demədən.  

Onun  dodaqları  balığın  dodaqları  kimi  tərpənirdi  –  ah  son  bir 

sözü necə də böyük istəklə deməyi arzulayırdı (yəqin ki, “acıq” sözü 

ilə  həm  qafiyə  olanı).  Amma  o  demədi.  Dolan  son  dəfə  mənə 

baxandan sonra Elynin yanından keçərək dəhlizə çıxdı.  




www.vivo-book.com 

 

512 



Eleyn  əlindəki  məcməyini  mənim  qabağıma  qoyub  özü  də 

masanın arxasında oturanda, mən bərkdən ah çəkərək nəfəsimi dərdim.  

–  Sənin nəvən doğrudanmı Palatanın spikeridir? 

–  Hə, elədir ki var. 

–  Bəs onda sən burada nə edirsən? 

–    Berd  Dolan  kimi  tarakanın  dərsini  vermək  üçün  Ģtatın 

qanunverici  orqanının  spikeri  olmaq  kifayət  qədər  böyük  vəzifədir, 

amma  bu  vəzifə  onu  kifayət  qədər  varlı  bir  adam  eləmir.  –  Eleyn 

gülərək  dedi.  –  Bundan  da  əlavə,  mənim  burada  qalmaqdan  xoĢum 

gəlir. Ətrafımdakı insanları da xoĢlayıram.  

–    Mən  bunu  bir  iltifat  kimi  qəbul  edirəm,  –  deyə  mən  cavab 

verdim.  

–    Pol,  sən  yaxĢısanmı?  Çox  yorğun  görünürsən.  –  Eleyn 

masanın  üstündən  əlini  uzadıb  alnıma  tökülmüĢ  saçlarımı  kənara 

itələdi. Onun qıc olmuĢ barmaqlarının toxunuĢu sərin və həzverici idi. 

Mən  bir  anlıq  gözlərimi  yumdum.  Gözlərimi  açanda  isə  mən  öz 

qərarımı vermiĢdim.  

–  Hə, qaydasındayam, – dedim. – Və, demək olar ki, öz yazımı 

bitirmiĢəm.  Eleyn,  sən  mənim  yazdıqlarımı  oxumaq  istəməzdinmi?  – 

Mən  tələm-tələsik  bir  yerə  yığaraq  əzdiyim  vərəqləri  ona  uzatdım. 

Böyük ehtimalla onların sırası da pozulmuĢ olmalı idi,  – Dolan məni 

həqiqətən  qorxutmuĢdu  –  amma  vərəqlər  sıra  ilə  nömrələnmiĢdi  və 

Eleyn çox asanlıqla onları yenidən sıra ilə düzə bilərdi.  



www.vivo-book.com 

 

513 



Eleyn  ona  uzatdığım  vərəqləri  götürmədən  fikirli-fikirli  mənə 

baxdı. 


–  Sən yazını bitirdinmi? 

–    Burada  olanları  bitirmək  üçün  günortayadək  oxumalı 

olacaqsan, – mən dedim, – Əlbəttə ki, əgər xəttimi oxuya bilsən.  

O, nəhayət ki, vərəqləri alıb baxdı. 

–    Sənin  çox  gözəl  xəttin  varmıĢ,  hətta  əlin  yorulanda  belə,  – 

Eleyn dedi. – Bunu oxumaqda heç bir çətinliyim olmayacaq.  

–  Sən bunları oxuyub qurtarınca, mən qalan hissəsini də bitirmiĢ 

olacağam,  –  mən  dedim.  –  Qalan  hissəni  də  təxminən  yarım  saata 

oxuyub bitirərsən. Sonra isə... görək hələ də sənin üçün maraqlıdırsa... 

sənə bir Ģey göstərmək istərdim.  

–    Bu  sənin  səhərlər  və  bəzən  də  günortalar  getdiyin  yerlə 

əlaqədardır?  

Mən baĢımı yırğaladım.  

O,  oturub  mənim  dediklərimi  kifayət  qədər  uzun  müddət 

düĢündü, sonra isə öz-özünə baĢını yırğaladı və vərəqləri əlinə alaraq 

ayağa qalxdı.  

–    Mən  həyətə  çıxacağam,  –  o  dedi.  –  GünəĢ  bu  səhər  yaxĢı 

isidir.  

–  Əjdaha isə məğlub edilib, – mən dedim. – Bu dəfə gözəl bir 

xanım tərəfindən. 




www.vivo-book.com 

 

514 



Eleyn gülümsədi və mənə tərəf  əyilərək məni həmiĢə titrəməyə 

məcbur edən həssas yerimdən, qaĢımın üstündən öpdü.  

–    Ümid  edək  ki,  bu  belədir,  Eleyn  dedi.  –  Amma  öz 

təcrübəmdən  bilirəm  ki,  Bred  Dolan  kimi  əjdahaların  öhdəsindən 

gəlmək o qədər də asan iĢ deyil. – Eleyn elə bil nədənsə tərəddüd etdi. 

– Sənə uğurlar, Pol. Ümid edirəm ki, sənə əzab verən hər nədirsə, ona 

qalib gələ biləcəksən. 

–    Mən  də  ümid  edirəm,  –  deyə  cavab  verdim  və  Con  Koffi 

haqqında düĢündüm. “Mən heç nə edə bilmədim – Con demiĢdi. Mən 

cəhd etdim, amma artıq çox gec idi.” 

Eleynin  gətirdiyi  qayğanağı  yedim,  meyvə  Ģirəsini  içdim, 

qızarmıĢ  çörəyi  isə  sonraya  saxladım.  Yenidən  qələmi  əlimə  alıb 

yazmağa baĢladım və ümid edirdim ki, bu artıq sonuncu dəfədir. 

Sonuncu bir mil. 

YaĢıl mil.  

 

 



 

 

 



Həmin  axĢam  biz  Conu  “E”  blokuna  geri  gətirəndə,  oradakı 

araba  artıq  dəbdəbə  yox,  zərurət  idi.  Mən  inanmıram  ki,  Con  Koffi 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə