Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə125/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   121   122   123   124   125   126   127   128   ...   158

www.vivo-book.com 

 

499 



əminən ki, hər Ģey çox tezliklə baĢ verəcək. Bir gün bizlərdən birimiz 

kameraları  yoxlayanda,  onu  öz  yatağında  ölmüĢ  vəziyyətdə  uzanmıĢ 

görəcəyik.  

Mən  elə  bildim  ki,  iĢimi  bitirmiĢəm,  amma  həmin  an 

kürəyimdən qəfil  gizilti keçdi  və sidik  yenidən axdı.  Mən Ģalvarımın 

qabağını  düymələyə-düymələyə  düĢündüm  ki,  Brutusun  dediklərində 

məntiq  vardı  və  mən  ümid  edirdim  ki,  o  öz  zənnində  yanılmır.  Əgər 

mən  Detteriklərin  qızları  ilə  bağlı  düĢüncələrimdə  haqlı  idimsə,  Con 

Koffi,  ümumiyyətlə  edam  edilməyə  layiq  deyildi  və  əgər  o,  edam 

ediləcəkdisə,  onda  bunun  mənim  əlimlə  edilməsini  heç  istəməzdim. 

Onu  edam  etmək  lazım  olduqda,  mən  əlimi  qaldırıb  bunu  edə 

biləcəyimə əmin deyildim.  

–    Hə,  tərpənin,  –  deyə  Harri  qaranlıqda  bizi  səslədi.  –  Artıq 

gecdir. Gəlin bu iĢi bitirək. 

Biz  geriyə,  yük  maĢının  yanına  qayıdanda,  mən  birdən  dərk 

etdim  ki,  biz  Koffini  tamamilə  tək  qoymuĢduq  –  Persi  Uetmorin 

səviyyəsində  bir  axmaqlıq.  Həmin  an  düĢündüm  ki,  o,  asanlıqla  qaça 

bilər;  ona  heç  kimin  nəzarət  etmədiyini  görəndə,  içindəki  qara 

mığmığaları  tüpürər  və  Hak  ilə  Jim  “Biq  Muddi”  çayı  ilə  qaçdıqları 

kimi, aradan çıxar. Bizə də onun çiyninə atdığı adyal qalar.  

Amma  o,  heç  yana  qaçmamıĢdı,  hələ  də  kürəyini  kabinəyə 

söykəyərək  maĢının  kuzovunda  oturmuĢ  və  əllərini  dizlərinin  üstünə 

qoymuĢdu.  Bizim  yaxınlaĢan  addım  səslərini  eĢidəndə,  o,  baĢını 



www.vivo-book.com 

 

500 



qaldırıb gülümsəməyə çalıĢdı. Təbəssüm onun yorğun üzünü bir anlıq 

iĢıqlandırandan sonra dərhal yox oldu. 

–    Vəziyyətin  necədir,  nəhəng  Con?  –  Brutus  yenidən  kuzova 

dırmaĢaraq soruĢdu və tez də adyala büründü.  

–  Qaydasındadır, boss, – deyə Con süst bir halda cavab verdi. – 

Hər Ģey qaydasındadır. 

Brutus əli ilə onun dizini Ģappıldatdı. 

–    Çox  tezliklə  geri  qayıdacağıq.  Hər  Ģeyi  qaydasına  salandan 

sonra  bilirsənmi  nə  olacaq?  Mən  özüm  nəzarət  edəcəyəm  ki,  sənə 

böyük bir fincan qaynar qəhvə verilsin. Özü də qənd və qaymaqla.  

“Hə,  özü  də  dərhal”,  –  deyə  düĢünərək  mən  maĢının  ətrafına 

dolanıb  kabinəyə  tərəf  addımladım.  Əgər  bizim  özümüzü  həbs  edib 

həbsxanaya atmasalar, əlbəttə.  

Biz  Persinin  əyninə  dəli  köynəyi  geyindirib  onu  karser 

kamerasına atdığımız andan bəri mən bu fikirlə yaĢayırdım və bu fikir 

daha  məni  yuxumu  ərĢə  çəkəcək  qədər  narahat  da  etmirdi.  Mən 

mürgülədim  və  yuxumda  Qolqofa  təpəsini  gördüm.  Qərbdə  göy 

gurultusu  və  ardıc  giləmeyvələrinin  iyini  xatırladan  qoxu.  Brutus, 

Harri,  Din  və  mən  baĢımızda  dəmir  dəbilqə  ilə  Sesile  B.  Demille 

filmindəki  kimi  dövrə  vuraraq  dayanmıĢdıq.  Məncə,  yuxumda  biz 

senturionlar  idik.  Yerə  üç  xaç  basdırılmıĢdı,  kənarlarda  Persi  Uetmor 

ilə Delakrua, ortada isə Con Koffi. Mən baĢımı aĢağı əyib öz əllərimə 

baxanda gördüm ki, əlimdə qan bulaĢmıĢ bir çəkic tutmuĢam.  



www.vivo-book.com 

 

501 



“Biz  onu  çarmıxdan  çıxarmalıyıq,  Pol!  –  deyə  Brutus  mənə 

qıĢqırırdı. – Onu çarmıxdan çıxarmalıyıq!” 

Amma  biz  onu  çarmıxdan  çıxara  bilmirdik,  çünki  nərdivanı 

harasa  aparmıĢdılar. Mən bunu Brutusa demək istəyəndə, maĢın bərk 

silkələndi  və  mən  yuxudan  ayıldım.  Biz  yavaĢ-yavaĢ  Harrinin  yük 

maĢınını həmin gün gizlətdiyi yerə çatırdıq. 

Biz  ikimizdə  kabinədən  çıxıb  kuzova  yaxınlaĢdıq.  Brutus 

asanlıqla  atılaraq  kuzovdan  düĢdü,  amma  Con  Koffinin  ayağı  nəyəsə 

iliĢdi  və  o  az  qala  yıxılaraq  yerə  çırpılacaqdı.  Biz  üçümüz  də  onu 

tutmağa çalıĢırdıq, amma o, yerə ayaq basmağa macal tapmamıĢ, onu 

yenə  öskürək  tutdu,  amma  bu  dəfəki  tutma  əvvəlkilərdən  daha  güclü 

oldu. O, öskürək səslərini boğmaq üçün aĢağı əyilərək əlləri ilə ağzını 

tutdu.  

Öskürək tutması bir qədər sakitləĢdikdən sonra, biz yenidən yük 

maĢının  üstünə  Ģam  ağacının  budaqlarını  düzdük  və  gəldiyimiz  yolla 

həbsxanaya geri qayıtmağa baĢladıq. Bu fantastik məzuniyyətin ən pis 

hissəsi – ən azından mənim üçün – yolumuzun son iki yüz metri oldu, 

yəni  biz  yolun  kənarı  ilə  geri  tələsərkən.  ġərqdə,  səhərin  ilk  solğun 

Ģəfəqləri  ilə  səmanın  iĢıqlandığını  mən  artıq  görə  bilirdim  (bəlkə  də 

mənə elə gəlirdi) və öz balqabaqlarını yığmaq, ya da son bir neçə ləki 

belləmək  üçün  erkən  çıxmıĢ  bir  fermerlə  üzləĢəcəyimizə  mən  artıq 

əmin idim. Hətta bu baĢ verməsə belə, mən “Ələddin” açarı ilə tunelə 

gedən  qapının  ətrafındakı  hasarın  darvazasını  açanda,  kimsə: 



www.vivo-book.com 

 

502 



“Olduğun  yerdə  dur”  –  deyə  qıĢqıracağını  (mənim  təsəvvürümdə  bu 

Körtis Anderson olacaqdı) mütləq eĢidəcəkdik. Sonra da iyirmi-iyirmi 

beĢ nəfər nəzarətçi  əllərində karabin  tüfənglər ilə ağacların arasından 

çıxacaq və bizim bu sərgüzəĢtimiz beləcə baĢa çatacaqdı.  

Həmin hasara yaxınlaĢanda mənim ürəyim elə sürətlə döyünürdü 

ki,  ürəyimin  hər  vuruĢunda  gözlərimin  önündə  bəyaz  nöqtələr 

görürdüm.  Əllərim  buz  kimi  soyuyaraq  donmuĢdu  və  mən  uzun 

müddət açarı kilidə sala bilmədim. 

–  Aman Allah, maĢın faraları! – deyərək Harri inildədi.  

Mən baĢımı qaldırıb baxanda, yolda bir cüt parlaq nöqtə gördüm. 

Son  anda  açar  bağlamasını  tutmasaydım,  onları  əlimdən  yerə 

salacaqdım.  

–  Ver onları mənə, – Brutus dedi. – Mən açaram. 

–  Yox, artıq hər Ģey qaydasındadır, – deyə mən cavab verdim. 

Açar nəhayət  ki,  kilidin  dəliyinə düĢmüĢdü və mən onu burdum. BĠr 

an sonra, biz artıq içəriyə girmiĢdik. Biz yuxarı açılan qapının ağzına 

yığıĢıb  həbsxananın  yanından  keçən  çörək  maĢınına  baxırdıq. 

Yanımda dayanmıĢ Con Koffinin qeyri-müntəzəm tənəffüsünün səsini 

eĢidə  bilirdim.  Bu  səs  mənə  içində  yağı  tükənmiĢ  mühərrikin  səsini 

xatırladırdı. Biz həbsxanadan çıxanda, yuxarı açılan qapını bizim üçün 

Con asanlıqla qaldıraraq saxlamıĢdı, amma bu dəfə biz ondan yardım 

istəmədik,  bu  mümkün  deyildi.  Brutusla  mən  qapını  qaldırdıq,  Harri 

isə Koffini onun altından keçirərək pilləkənlər ilə aĢağı apardı. Nəhəng 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə