www.vivo-book.com
447
qarıĢaraq alnına tökülmüĢdü. Harri bir əli ilə Persinin tapançasını, o
biri əli ilə isə onun sevimli ağac dəyənəyini çıxartdı.
– Narahat olma, bunları geri alacaqsan, – Harri dedi. Bir balaca
pərt olduğu onun səsindən hiss olunurdu.
– Əfsuslar olsun ki, eyni Ģeyi mən sənin iĢin barəsində deyə
bilmərəm, – deyə Persi qəzəblə cavab verdi. – Bu hamınıza aiddir. Siz
mənimlə belə rəftar edə bilməzsiniz! Bu sizə çox baha baĢa gələcək!
O, hələ bir müddət qıĢqıraraq öz təhdidlərini davam etdirməyə
hazır olsa da, bizim onun moizələrini dinləməyə vaxtımız qalmamıĢdı.
Mənim cibimdə bu gün insanların istifadə elədiyi yapıĢqanlı lentin
otuzuncu illərdəki babası olan bir rulon izolyasiya lenti vardı. Mənim
əlimdə rulonu görəndə Persi geri dartınmağa baĢladı. Bunu görən
Brutus onu arxadan tutdu və mən lenti onun ağzına yapıĢdırana qədər
saxladı. Tam əminlik üçün mən rulonu, demək olar ki, onun baĢının
arxasınadək doladım. Lenti qoparanda, təbii ki, onun baĢından bir
cəngə saç qopacaq və dodaqları bir qədər çatlayacaqdı, lakin bütün
bunlar artıq mənim vecimə deyildi. Mən Persinin əlindən zara
gəlmiĢdim, zəncir çeynəyirdim.
Biz onu buraxıb geri çəkildik. O, əynində dəli köynəyi otağın
ortasında, metal torun içinə salınmıĢ lampanın altında dayanıb
geniĢlənən burun pərələrindən fıĢıltı ilə nəfəs alır və ağzına
yapıĢdırılmıĢ lentin altından inək movuldamasına bənzər boğuq
www.vivo-book.com
448
“mmfffff! mmfffff!” səslər çıxarırdı. Ümumiyyətlə isə o bizim bu
otağa saldığımız məhbuslardan heç nə ilə fərqlənmirdi.
– Nə qədər özünü sakit aparsan, bir o qədər buradan tez
çıxacaqsan, – mən dedim. – Bunu yadında saxlamağa çalıĢ, Persi.
– Əgər tək qalıb darıxsan, Oliv Oyl haqqından düĢün, – deyə
Harri məsləhət verdi. – Həh-həh-həh-həh.
Sonra biz otaqdan çıxdıq. Mən qapını örtdüm, Brutus isə hər iki
kilidi qıfılladı. Din YaĢıl Milin yuxarı baĢında, düz Con Koffinin
kamerasının yanında dayanmıĢdı. O, artıq master açarı yuxarı kilidə
salmıĢdı. Dördümüzdə bir söz demədən səssizcə bir-birimizə baxdıq.
Sözlərə ehtiyac qalmamıĢdı. Dəzgah iĢə düĢmüĢdü və bizə yalnız hər
Ģeyin qaydasında, bizim düĢündüyümüz və planlaĢdırdığımız kimi
gedəcəyinə ümid etmək qalırdı.
– Sən hələ də bu səfərə çıxmaq istəyirsənmi, Con? – deyə
Brutus soruĢdu.
– Bəli, ser, – deyə Koffi cavab verdi. – DüĢünürəm ki, hə.
– YaxĢı, – deyərək Din birinci kilidi açdı və açarı çıxarıb ikinci
kilidə saldı.
– Bizim səni zəncirlə bağlamamıza ehtiyac varmı, Con? – deyə
mən soruĢdum.
Koffi mənim sualımı bir neçə saniyə düĢünməli oldu.
– Əgər istəyirsinizsə, bağlaya bilərsiniz, – deyə nəhayət, o
dilləndi. – Amma buna ehtiyac yoxdur.
www.vivo-book.com
449
Mən Brutusa baĢımla qapını açmasını iĢarə etdim və sonra
Harriyə tərəf döndüm. Koffi kameradan çıxanda, Harri Persinin 45
çaplı tapançasını, demək olar ki, Koffiyə tuĢlamıĢdı.
– Onu Dinə ver, – mən dedim.
Harri yuxudan yenicə ayılmıĢ adam kimi əlində Persinin
tapançasını və dəyənəyini görüb silkindi və onları Dinə verdi. Bu
arada, Con Koffi artıq dəhlizə çıxmıĢdı, onun daz baĢı az qala
tavandan asılmıĢ lampalara dəyirdi. Orada əllərini önündə tutub
çiyinlərini əyərək dayanmıĢ Koffini görəndə, mən, ilk dəfə olduğu
kimi, yenə onun yaxalanmıĢ ayını xatırlatdığını düĢündüm.
– Biz qayıdana qədər Persinin oyuncaqlarını masanın
siyirtməsinə qoyub bağla, – mən Dinə dedim.
– Əgər qayıda bilsək, – deyə Harri əlavə etdi.
– YaxĢı qoyaram, – Din Harrinin sözlərinə heç bir əhəmiyyət
verməyərək mənə dedi.
– Birdən kimsə gəlsə, əslində, heç kim gəlməməlidir, amma iĢdi
kimsə gəlsə, sən nə deyəcəksən?
– Deyəcəyəm ki, gecə yarısı birdən Koffinin əhvalı pozuldu və
o həyəcanlandı, – deyə Din cavab verdi. O, çətin bir imtahanda cavab
verən tələbəni xatırladırdı. – Və biz onun əyninə dəli köynəyini
geyindirib karser kamerasına salmalı olduq. Əgər karser kamerasından
səs-küy eĢidilsə, həmin adam onun Con Koffi olduğunu düĢünəcək, –
deyərək Din baĢı ilə Con Koffiyni göstərdi.
www.vivo-book.com
450
– Bəs həmin vaxt biz haradayıq? – deyə Brutus soruĢdu.
– Pol inzibati Ģöbəyə gedib və orada Delin sənədləri və
Ģahidlərlə məĢğuldur, – deyə Din cavab verdi. – Ġndi bu çox vacibdir,
çünki Delakruanın edamı çox dəhĢətli alınmıĢdı. O dedi ki, bəlkə
növbənin qalan bütün vaxtını orada keçirməli olsun. Brutus, Harri və
Persi isə camaĢırxanada öz paltarlarını yuyurlar.
Hə, adətən, hamı belə deyirdi. Bəzi gecələr camaĢırxananın
təchizat otağında aĢıq atır, bəzi gecələr isə iyirmi bir, poker və ya eysi-
dyusi oynatırdılar. Hansı oyun olursa olsun, oyunda iĢtirak edən
nəzarətçinin paltar yuduğunu deyirdilər. Belə yığıncaqlarda bəzən
spirtli içkilər qəbul edir və növbə ilə keĢik çəkirdilər. Yəqin
həbsxanalar icad edilən gündən bəri, bu elə belə də olub. Bütün
həyatını çirkli insanların qayğısını çəkməyə həsr edirsənsə, istər-
istəməz özün də bir balaca çirkaba bulaĢırsan. Ġstənilən halda, çətin ki,
kimsə gəlib bizi yoxlasın. Kold Mauntində “paltaryuma” məsələsinə
çox ehtiyatlı bir münasibət vardı.
– Hə, hər Ģeyi düpbədüz dedin, – mən Koffini öz ətrafında
döndərib onu arxadan irəli itələyərək dedim. – Din, əgər iĢlər tərs
getsə, onda sənin heç nədən xəbərin yoxdur.
– Bunu demək asandır, amma...
Elə bu an Uortonun kamerasının dəmir barmaqlıqlarının
arasından arıq bir qol uzandı və Koffinin qaya kimi sərt çiyin
əzələsindən yapıĢdı. Bu qəfil hərəkətdən hamımız karıxaraq ah çəkdik.
Dostları ilə paylaş: |