Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə108/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   104   105   106   107   108   109   110   111   ...   158

www.vivo-book.com 

 

431 



 

Həmin gecə qoca Tut-Tut öz arabası ilə “E” blokuna son səfərini 

axĢam  saat  doqquza  on beĢ  dəqiqə  qalmıĢ  elədi.  Biz  Tut-Tutdan  onu 

gülümsətməyə yetəcək qədər azuqə aldıq. 

–  Hə, uçaqlar, deyin görüm siçanı görəniniz olubmu? – deyə o 

,bizdən soruĢdu.  

Biz baĢımızı buladıq. 

–    Bəlkə,  bizim  qəĢəng  oğlan  görüb,  –  deyə  Tut  baĢı  ilə  anbar 

otağına  tərəf  iĢarə  elədi.  Orada  Persi  ya  döĢəməsini  yumaqla,  ya  da 

raport yazmaqla və yaxud da öz dalındakı tükləri didməklə məĢğul idi.  

–  Bu sənin nəyinə lazımdı? Harasından baxsan, bunun sənə heç 

bir dəxli yoxdu, – Brutus dedi. – Hə, ləngimə, təkərlərini diyirlət, Tut. 

Sənin üfunətin hər yanı basdı.  

Tut  öz  iyrənc  diĢlərini  göstərərək  batıq  ovurdları  ilə  gülümsədi 

və sonra boynunu irəli uzadıb havanı iynəyirmiĢ kimi hərəkət elədi.  

–    Bu  mənim  iyim  deyil,  –  o  dedi.  Bu,  Delin  sizinlə  son 

“vidalaĢma” iyi olmalıdır. 

O,  qaqqıldaya-qaqqıldaya  arabasını  dəhlizin  qapısından  gəzinti 

həyətinə  çıxardı.  O,  mən  öz  iĢimi  tərk  edəndən  sonra  da,  mənim 

gediĢim  nədi,  hətta  Kold  Mauntin  bağlanandan  sonra  da  onun 

satdıqlarını almaq imkanı olan nəzarətçilərə və məhbuslara Ģirin Ģeylər 

və  spirtsiz  qazlı  içkilər  sata-sata  öz  arabasını  təxminən  on  il  də  ora-

bura diyirlətdi. Mən hələ indi də öz yuxularımda onun: “mən yanıram, 



www.vivo-book.com 

 

432 



mən yanıram, mən yanıram, mən qızardılmıĢ hind xoruzuyam” – deyə 

qıĢqırmasını eĢidirəm.  

Tut  gedəndən  sonra  vaxt  uzanmağa  baĢladı,  saatın  əqrəbləri  elə 

bil  hərəkət  etmir,  sürünürdü.  Biz  təxminən  bir  saat  yarım  radioya 

qulaq  asdıq  və  Uorton  “Allenin  Alleyası”  proqramında  Fred  Allenin 

etdiyi  zarafatlara  ucadan  gülərək  az  qala  qəĢĢ  edirdi,  amma  bu 

zarafatların çoxusunu onun baĢa düĢdüyünə mən Ģübhə eləyirəm. Con 

Koffi  isə  əllərini  dizlərinin  üstündə  bir-birinə  çarpazlayaraq  öz 

çarpayısında  oturub,  gözlərini  növbətçi  masasının  arxasında 

oturanlardan  çəkmirdi.  Mən  bir  çox  insanın  avtobus  dayanacağında 

oturub  öz  avtobuslarının  elan  edilməsini  bu  tərzdə  gözlədiyini 

görmüĢdüm.  

Persi  anbar  otağından  təxminən  saat  on  birə  on  beĢ  dəqiqə 

qalmıĢ  qayıtdı  və  qələmlə  səliqə  ilə  yazılmıĢ  raportu  mənə  verdi. 

Kağızın  hər  tərəfində  pozanın  izləri  gözə  dəyirdi.  Mənim  barmağımı 

bu izlərdən birinin üstündə durduğunu görəndə, Persi tez dedi: 

–  Bu, sadəcə, qaralamadır. Sonra onun üzünü köçürəcəyəm. Nə 

düĢünürsən, belə yarıyar? 

Mən  düĢünürdüm  ki,  bu  həyatımda  indiyədək  oxuduğum  ən 

həyasız gözdən pərdə asma və özünü təmizə çıxarma cəhdi idi. Amma 

ona  hər  Ģeyin  qaydasında  olduğunu  dedim  və  o  da  eĢitdiklərindən 

məmnun qalaraq uzaqlaĢdı.  




www.vivo-book.com 

 

433 



Din  ilə  Harri  kribbic  oynayırdılar,  həddən  çox  yüksək  səslə 

söhbət  edir  və  hesab  üstündə  tez-tez  səs-küy  salaraq  mübahisə 

edirdilər. Bununla belə, az qala hər beĢ saniyədən bir gözlərinin ucu ilə 

oğrun-oğrun  saatın  ağır-ağır  sürünən  əqrəblərinə  də  baxmağı 

unutmurdular.  Nəhayət  ki,  həmin  gecə  oyunların  birində  onlar 

lövhənin ətrafında iki dövrə əvəzinə üçünü vurmağa müvəffəq oldular. 

Ġçəridəki  psixoloji  abı-hava  o  qədər  gərgin  və  qatı  idi  ki,  sanki  onun 

üstündə  barmağımla izlər çəkə biləcəyimi düĢünürdüm. Bu psixoloji 

gərginliyi hiss etməyən yalnız iki nəfər vardı: Persi və Azğın Billi.  

Saatın əqrəbləri on bir əllini göstərəndə, mən daha səbrimi basa 

bilmədim  və  gizlincə  baĢımla  Dinə  iĢarə  etdim.  O,  Tutdan  aldığımız 

“kola” ĢüĢəsini də götürüb sakitcə mənim kabinetimə keçdi və bir-iki 

dəqiqədən sonra geri döndü. Ġndi onun əlindəki “kola” metal fincanda 

idi, çünki məhbuslar bu fincanı sındırıb onun qırıqları ilə özlərini kəsib 

doğraya bilməzdilər.  

Mən  fincanı  ondan  alıb  ətrafıma  göz  gəzdirdim.  Harri,  Din  və 

Brutus  isə  mənə  göz  qoyurdular.  Con  Koffi  də  gözlərini  mənə 

zilləmiĢdi.  Amma  Persi  mən  tərəfə  baxmırdı.  Persi  yenidən  anbar 

otağına  qayıtmıĢdı,  bəlkə  də  həmin  gecə  məhz  orada  o  özünü  daha 

rahat  hiss  edirdi.  Mən  fincanı  burnuma  yaxınlaĢdırıb  onun  içindəkini 

iynədim  və  “kola  R.  C.”dən  baĢqa,  iy  hiss  eləmədim.  O  vaxtlar 

“kola”dan qəribə, amma xoĢ darçın iyi gəlirdi.  




www.vivo-book.com 

 

434 



Mən  əlimdə  fincanla  Uortonun  kamerasına  yaxınlaĢdım.  O  öz 

çarpayısında uzanmıĢdı və onanizmlə məĢğul deyildi, baxmayaraq ki, 

onun  qısa  tumanının  qabağı  əməlli-baĢlı  qabarmıĢdı.  O,  nəĢələnmiĢ 

kontrabasçının  ən  qalın  sımı  dartdığı  kimi,  ara-sıra  həmin  yeri  bərk-

bərk dartıĢdırırdı.  

–  Körpə, – deyə mən onu səslədim. 

–  Məni narahat etmə, – deyə o cavab verdi. 

–    YaxĢı,  –  deyə  mən  razılaĢdım.  –  Bütün  gecəni  özünü  insan 

kimi  aparasan  deyə,  mən  sənə  “kola”  gətirmiĢdim,  çünki  sənin  də 

növbənə az qalıb. Əgər istəmirsənsə, onda özüm içərəm.  

Mən  metal  fincanı  (kameraların  dəmir  barmaqlarına  qəzəblə 

vurularaq  hər  tərəfi  əzilmiĢdi)  dodaqlarıma  yaxınlaĢdırıb  özümü  elə 

göstərdi  ki,  guya  içirəm.  Uorton  bir  göz  qırpımında  sıçrayaraq 

çarpayısından  qalxdı  və  mən  buna  heç  də  təəccüblənmədim.  Mənim 

etdiyim kələk elə də  riskli deyildi, çünki məhbusların – Old Sparkidə 

edam edilməyə məhkum edilmiĢ qatillərin, qadın zorlayanların böyük 

əksəriyyəti  Ģirin  Ģeylər  üçün  əldən-ayaqdan  gedirdilər,  Uorton  da 

istisna deyildi.  

–  Onu mənə ver görüm, əbləhin biri əbləh, – deyə Uorton elə bir 

tərzdə  qıĢqırdı  ki,  elə  bil  o,  usta,  mən  isə  onun  günəmuzd  iĢləyən 

köməkçisi idim. – Ver onu Körpəyə. 

Mən  əlimdəki  fincanı  dəmir  barmaqlıqlardan  elə  məsafədə 

tutmuĢdum  ki,  o  özü  əlini  uzadıb  onu  götürə  bilsin.  Bunun  tərsini 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə