Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə109/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   105   106   107   108   109   110   111   112   ...   158

www.vivo-book.com 

 

435 



etmək fəlakətlə nəticələnə bilərdi. Bunu sizə həbsxanada kifayət qədər 

uzun müddət iĢləmiĢ hər bir nəzarətçi deyə bilər. Belə Ģeylər haqqında 

biz,  bunun  fərqində  belə  olmadan,  qeyri-Ģüuri  surətdə  düĢünürdük  – 

məhbuslara bizi  adımızla çağırmağa icazə  verməmək kimi  ya da  əgər 

qulağımıza  açarların  bərk  cingiltisi  dəyirsə,  deməli,  blokda  problem 

var, çünki bu səs qaçan nəzarətçinin açarlarından gəlir, nəzarətçilər isə 

həbsxanada  heç  vaxt  qaçmırlar,  bircə  problem  yarandığı,  aranın 

qarıĢdığı  vaxtlar  istisna  olmaqla.  Persi  kimi  adamların  bu  hikmətləri 

anlaması mümkün deyil.  

Amma  bu  gecə  Uorton,  deyəsən,  heç  kimi  qamarlamaq,  ya  da 

boğmaq ovqatında deyildi. O mənim əlimdən fincanı qapıb üç böyük 

qurtuma onu boĢaltdı və bərkdən gəyirdi.  

–  Əla, – deyə o, razılıqla baĢını yırğaladı.  

Mən əlimi irəli uzadaraq dedim: 

–  Fincan. 

O,  fincanı  bir  anlıq  əlində  saxlayıb,  gözləri  ilə  mənə  meydan 

oxuyaraq qıcıqlandırmağa çalıĢdı. 

–  DüĢünürsən ki, özümdə saxlamaq istəyirəm? 

Mən çiyinlərimi çəkdim.  

–    Biz  kameraya  girib  onu  geri  alarıq.  Sən  isə  yenə  o  balaca 

otağa getməli olarsan. Bu da sənin içdiyin sonuncu “kola” olar, əlbəttə, 

əgər cəhənnəmdə “kola” vermirlərsə. 

Onun üzündəki təbəssüm bir anda yox oldu. 



www.vivo-book.com 

 

436 



–  Cəhənnəm haqqında zarafatlardan xoĢum gəlmir, əbləhin biri 

əbləh.  –  deyərək  o,  fincanı  dəmir  barmaqlıqların  arasından  dəhlizə 

fırıldatdı. – Al. Götür. 

Mən əyilib fincanı götürdüm. Arxadan Persinin səsini eĢitdim: 

–    Nə  xəbərdi,  Allah  xatirinə,  de  görüm,  niyə  bu  kəlpeysərə 

siroplu içki verirsən? 

“Çünki onun içində lazaretdən gətirilmiĢ o qədər uyuĢdurucu var 

ki, bu əbləhi özündən bixəbər iki sutka ayılmadan yatızdırmaq olar” – 

deyə mən düĢündüm. 

–    Polun  ürəyindəki,  –  deyə  Brutus  söhbətə  müdaxilə  elədi,  – 

mərhəmətin  hədd-hüdudu  yoxdur  və  bu  mərhəmət  cənnətdən  yağan 

yağıĢ kimi yerə səpələnir.  

–  Hə? – deyə Persi qaĢlarını çatdı.  

–  Demək istəyirəm ki, onun ürəyi yumĢaqdır. HəmiĢə belə olub 

və  həmiĢə  də  belə  olacaq.  Bəlkə  “Dəli  Səkkizliklər”  oynamaq 

istəmirsən, Persi? 

 Persi hiddətlə fınxırdı: 

–    Bircə  “Balıq”  və  “QarımıĢ  Qız”  olmasın,  çünki  bunlar  ən 

axmaq kart oyunlarıdır.  

–  Mən elə məhz bu səbəbdən düĢündüm ki, bəlkə sən bir-iki əl 

oynamaq istəyərsən, – deyərək Brutus Ģirin-Ģirin gülümsədi. 

–    Görürəm  hamınız  yaman  ağıl  dəryasısınız,  –  Persi  qaĢlarını 

çataraq  mənim  kabinetimə  getdi.  Bu  balaca  siçovulun  öz  arxasını 



www.vivo-book.com 

 

437 



mənim stuluma qoyması mənim çox xoĢuma gəlməsə də, mən bir söz 

demədim.  

Vaxt keçmək bilmirdi. On iki iyirmi, on iki otuz. Saat on iki qırx 

olanda, Con Koffi çarpayıdan qalxıb kameranın qapısına yaxınlaĢdı və 

əlləri  ilə  dəmir  barmaqlıqlardan  tutaraq  dayandı.  Brutusla  mən 

Uortonun  kamerasına  yaxınlaĢıb  içəri  baxdıq.  O  öz  çarpayısında 

uzanıb tavana gülümsəyirdi. Onun gözləri açıq olsa da, iri ĢüĢə Ģarlara 

bənzəyirdi.  Onun  bir  əli  sinəsində,  çarpayıdan  aĢağı  sallanmıĢ  o  biri 

əlinin barmaqları isə döĢəməyə toxunurdu.  

–  Aman  Allah!  –  deyə  Brutus  öz-özünə  mırıldandı,  –  cəmi  bir 

saat  ərzində  Körpə  Billidən  Ağlağan  Billiyə  çevrilib.  Maraqlıdır, 

görəsən Din onun içkisinə necə morfin həbi atıb? 

–  Kifayət qədər, – deyə mən cavab verdim. Mən bunu deyəndə, 

səsim  yüngülcə  titrədi.  Səsimdəki  bu  titrəyiĢi  Brutusun  eĢidib-

eĢitmədiyini  bilmirəm,  amma  mən  özüm  eĢitmiĢdim.  –  Hə,  tərpənin. 

Biz bunu indi etməliyik. 

–  Sən bu gözəlçənin tamam sönməsini gözləmək istəmirsən? 

–  O, artıq sönüb, Brutus. O, elə keflənib ki, gözlərini yummağa 

da taqəti qalmayıb. 

–  Rəis sənsən, sən bilərsən, – deyə o, ətrafına baxaraq gözləri ilə 

Harrini  axtardı,  amma  Harri  artıq  bizim  yanımızda  idi.  Din  növbətçi 

masasının  arxasında  mıx  kimi  dimdik  oturmuĢdu  və  əlindəki  kart 

dəstini elə bərk-bərk və sürətlə qarıĢdırırdı ki, onların alıĢıb yanmadığı 



www.vivo-book.com 

 

438 



mənə təəccüblü gəldi. O, hər dəfə dəsti ayırıb qarıĢdıranda, gözləri ilə 

sola,  mənim  kabinetimə  tərəf  baxırdı,  çünki  onun  bütün  diqqəti 

Persinin üstündə idi.  

–  Vaxt gəlib çatıbmı? – deyə Harri soruĢdu. Onun at kimi uzun 

sifəti mavi köynəyinin fonunda daha avazımıĢ görünürdü, amma onun 

bütün görkəmindən qətiyyət yağırdı.  

–    Hə  vaxtdır,  –  deyə  mən  cavab  verdim,  –  əgər  vaxtında 

yetiĢmək istəyiriksə, vaxt tamamdır.  

Harri  xaç  çevirəndən  sonra,  baĢ  barmağını  öpdü.  Sonra  karser 

kamerasına tərəf getdi, qapının kilidini açıb içəri daxil oldu və oradan 

əlində  dəli  köynəyi  ilə  geri  qayıtdı.  Harri  əlindəki  dəli  köynəyini 

Brutusa verdi və biz üçümüz də YaĢıl Mil ilə addımladıq. Kameranın 

qapısının yanında dayanmıĢ Con Koffi bizi nəzərləri ilə müĢayiət eləsə 

də,  biz  söz  demədi.  Biz  növbətçi  masasına  yetiĢəndə,  Brutus  dəli 

köynəyini öz arxasında  gizlətdi, onun iri gövdəsi  ilə bunu etmək heç 

də çətin deyildi.  

–    Uğurlar,  –  deyə  Din  astadan  dilləndi.  Onun  da  rəngi  lap 

Harrininki kimi qaçmıĢdı və elə Harri kimi o da qətiyyətli görünürdü.  

Persi  mənim  masamın  arxasında  oturmuĢdu.  Hə,  məhz  mənim 

stulumda  oturub  qaĢlarını  çataraq  əlində  tutduğu  kitaba  baxırdı.  Bu 

kitabı bir neçə gün idi ki, hər yana özü ilə daĢıyırdı: bu, “Xəzinə”, ya 

da “Subay KiĢilər” kitabı deyil, “Xəstəxanalarda ruhi xəstələrə qayğı” 

kitabı  idi. Lakin  onun narahat və  günahkar  görkəmilə bizə tərəf necə 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə