www.vivo-book.com
443
O bu iĢlə məĢğul olarkən öz qəlyanından qullablar almağa da macal
tapırdı.
– Əllərini irəli uzat, – deyə Brutus əmr etdi. – Axmaqlıq etdiyin
daha bəsdi. Sənə deyiləni yerinə yetir, dərhal.
– Uzatmayacağam, – deyə Persi təslim olmaq istəmirdi, –
uzatmayacağam və siz məni buna məcbur edə bilməzsiniz.
– Sən çox böyük bir səhvə yol verirsən, – Brutus dedi, sonra da
Persini qulaqlarını sıxdı və sənin istədiyin kimi yemək biĢirməyən qaz
sobasının dəstəklərini fırladırmıĢ kimi burmağa baĢladı. Ağrı və
təəccübündən Persi bərkdən qıĢqırdı, mən onun bu qıĢqırığını
eĢitməmək üçün çox Ģeyimi qurban verərdim. Onun bu fəryadında
yalnız ağrı və təəccüb yox idi, həm də vəziyyəti düzgün baĢa
düĢüdüyü hiss edilirdi. Öz həyatında Persi ilk dəfə baĢa düĢürdü ki, pis
Ģeylər yalnız qubernatorla qohum olmaq kimi xoĢbəxtliyin nəsib
olmadığı baĢqa adamların baĢına gəlmir. Mən Brutusa dayanmasını
demək istəyirdim, amma əlbəttə ki, mən bunu söyləyə bilməzdim.
Bunu etmək üçün artıq çox gec idi, çünki iĢ iĢdən keçmiĢdi. Yalnız bir
Ģeylə təskinlik tapdım ki, Delakrua, sadəcə, ona gülmüĢdü deyə,
Persinin onu bircə Allaha məlum olan əzablardan keçirdiyini yadıma
saldım. Amma bunu xatırlamaq mənə o qədər də təskinlik gətirmədi,
bəlkə də ona görə ki, mənim xislətim Persininkindən çox fərqli idi.
– Əllərini mənə tərəf uzat, əzizim, – Brutus dedi, – yoxsa
qulaqlarını bir də burmalı olacağam.
www.vivo-book.com
444
Harri artıq cavan mister Uetmorun əllərini buraxmıĢdı.
Yanaqlarında göz yaĢaları axan və balaca uĢaq kimi içini çəkərək
ağlayan Persi komediya filmlərində yuxuda gəzən adamlar kimi
əllərini önünə uzatdı. Mən bir göz qırpımında dəli köynəyinin qolarını
onun əllərinə keçirdim. Mən dəli köynəyini Persinin əyninə tam
keçirməyə macal tapmamıĢ, Brutus onun qulaqlarını buraxıb dəli
köynəyinin qollarından asılmıĢ qayıĢlardan yapıĢdı. O, Persinin
qollarını çarpaz Ģəkildə dala çəkərək elə sıxdı ki, indi Persinin qolları
sinəsinə sıxılmıĢdı və elə görünürdü, elə bil öz-özünü bərk-bərk
qucaqlayır. Bu arada, Harri köynəyin arxasındakı qaytanları və çarpaz
qayıĢları bağladı. Persi bizə təslim olandan sonra, bütün bu əməliyyat
on saniyədən az çəkdi.
– Hə, dostum, bax belə, – Brutus dedi. – Ġndi isə irəli marĢ.
Lakin Persi yerindən tərpənmədi. O, əvvəlcə, Brutusa baxdı,
sonra isə göz yaĢları ilə dolmuĢ gözlərini həyəcanla mənə tərəf çevirdi.
Ġndi o, nə öz əlaqələrindən danıĢır, nə də müftə qida dalınca Cənubi
Karolinaya gedəcəyimiz ilə bağlı bayaq bizə etdiyi təhdidləri yada
salırdı. Ġndi o, belə fikirlərdən çox uzaq görünürdü.
– XahiĢ edirəm, – deyə o kövrək və xırıltılı bir səslə pıçıldadı, –
məni onun yanına salmayın, Pol.
Yalnız o an Persinin nə üçün təlaĢa qapıldığını və bizimlə nə
üçün belə qızğınlıqla müqavimət göstərməsinin səbəbi mənə aydın
oldu. O, fikirləĢirdi ki, biz onu Billi Uortonun yanına salmaq
www.vivo-book.com
445
fikrindəyik və elə güman edirdi ki, onun süngəri islatmamasının cəzası
psixopat məhbusla quru anal seks olacaqdı. Onun nə üçün
təlaĢlandığının səbəbini baĢa düĢəndə, Persiyə acımaq əvəzinə, ona
qarĢı nifrət hiss etdim və düzgün qərar qəbul etdiyimə bir daha əmin
oldum. Deməli, o bizi öz arĢını ilə ölçürmüĢ. Deməli, bizim yerimizdə
olsaydı, o, məhz belə bir vasitəyə əl atardı.
– Yox, Persi, səni Uortonun yanına salmaq fikrimiz yoxdur, –
deyə mən onu sakitləĢdirməyə çalıĢdım. – Səni karser kamerasına
salmağı planlaĢdırmıĢıq, Persi. Sən orada təkbaĢına və zülmət
qaranlıqda təxminən üç-dörd saat keçirməli olacaqsan və Delin baĢına
nə oyun açdığını düĢünməyə də kifayət qədər vaxtın olacaq. Ġnsanların
özünü necə aparmalı olduqları haqqında sənin yeni Ģeylər öyrənməyin
üçün bəlkə də çox gecikmiĢik, ən azından Brutus belə hesab edir,
amma mən optimistəm. Ġndi isə tərpən.
O öz-özünə danıĢırmıĢ kimi burnunun altında bizim buna görə
peĢman olacağımız, çox peĢman olacağımız, gözləyin və görərsiniz
kimi tam anlaĢılmayan Ģeylər donquldana-donquldana addımladı,
amma ümumiyyətlə, o, sakitləĢmiĢ və rahatlaĢmıĢ görünürdü.
Biz Persini otaqdan dəhlizə çıxaranda, Din gözlərini bərəldib
heyrət və təəccüblə bizə elə baxdı ki, əgər iĢimiz bu qədər ciddi
olmasaydı, mən onun bu hərəkətinə ürəkdən gülərdim. Bundan yaxĢı
aktyor oyununu mən ucqar Qreyncrevyuda görmüĢdüm.
www.vivo-book.com
446
– Bura baxın, sizə elə gəlmirmi ki, sizin bu zarafatınız bir qədər
həddi aĢıb? – deyə Din soruĢdu.
– Əgər nəyin sənin xeyrinə, nəyin isə ziyanına olduğunu baĢa
düĢürsənsə, səsini kəs, – Brutus nərildədi. Bu sözləri biz nahar zamanı
düĢünərək məĢq eləmiĢdik və onlar mənim üçün elə məĢq elədiyimiz
ssenarinin bir hissəsi kimi də səsləndi, amma Persi kifayət qədər
qorxmuĢdusa və özünü itirmiĢdisə, bu sözlər, çətin bir vəziyyət
yarandığı halda, Din Stantona iĢ yerini qorumaqda kömək edə bilərdi.
Mən özüm, əslində, belə düĢünmürdüm, amma həyatda hər Ģey olur.
Hər dəfə mənim içimə Ģübhələr dolduqda, mən Con Koffi və
Delakruanın siçanı haqqında düĢünürdüm.
Biz Persini arxadan itələyə-itələyə YaĢıl Mil ilə aparırdıq, o isə
hər dəfə arxadan dümsük yeyəndə, onun ayaqları büdrəyir və üzü üstə
döĢəməyə yıxılacağını qıĢqıraraq söyləyir və bizdən bir az yavaĢ
hərəkət etməyimizi xahiĢ edirdi. Uorton öz çarpayısında uzanmıĢdı,
amma onun yatmıĢ, ya da oyaq olduğunu görməyə macal tapmadım,
çünki biz onun kamerasının yanından çox sürətlə keçdik. Con Koffi öz
kamerasının qapısının yanında dayanıb bizə baxırdı.
– Sən pis adamsan və o qaranlıq otağa salınmağa layiqsən, –
Con Koffi dedi, amma düĢünmürəm ki, Persi onun dediklərini eĢitdi.
Biz karser kamerasına daxil olanda, Persinin yanaqları qızarmıĢ
və göz yaĢaları ilə islanmıĢdı, onun gözləri sürətlə ora-bura fırlanır, az
qalırdı hədəqəsindən çıxsın, onun həmiĢə əzizlənən saçları isə
Dostları ilə paylaş: |