www.vivo-book.com
382
– Mən bunu bir az baĢqa cür deyərdim, amma...
– Nahara bizim qonaqlarımızmı olacaq, Pol?
– Ümid edirəm ki, olacaq, – deyə cavab verdim.
9
Mən Brutus və Din ilə dərhal danıĢa bildim, çünki onların hər
ikisinin də evində telefon xətti vardı. Harrinin evində isə telefon xətti
yox idi, ən azından o vaxtlar, lakin mən onun ən yaxın qonĢusunun
telefon nömrəsini bilirdim. Təxminən iyirmi dəqiqə sonra, Harriyə
növbəti ödəniĢ qəbzi gələndə, “öz hissəsini ödəyəcəyinə” utancaqlıqla
vəd edərək mənim zəngimə cavab verdi. Mən ona cücələri payızda
sayarıq deyəndən sonra, soruĢdum:
– YaxĢı de görüm, nahara bizə gələ bilərsənmi? Brutus ilə Dində
olacaqlar, Cenis isə özünün məĢhur doğranmıĢ kələm salatını
hazırlayacağına söz verib... mən hələ onun daha məĢhur alma piroqunu
demirəm.
– Nahar xatirinə, elə-belə nahar? – Harrinin səsindəki Ģübhə
tonunu asanlıqla hiss etmək olurdu.
Mən ona dedim ki, onlarla danıĢmaq istədiyim bir məsələ var,
amma bu haqda telefonda bir kəlmə belə deməsək yaxĢıdı. Harri də
www.vivo-book.com
383
nahara gələcəyinə söz verdi. Mən telefonun dəstəyini yerinə asıb
pəncərəyə yaxınlaĢdım və fikirli-fikirli bayıra baxmağa baĢladım. Biz
gecə növbəsində olmağımıza baxmayaraq, nə Brutusu, nə də Dini
yuxudan oyatmıĢdım, elə Harrinin də səsi yenicə yuxusundan ayılmıĢ
adamın səsinə oxĢamırdı. Belə çıxırdı ki, dünən gecə baĢ verən
hadisələrdən sonra problem yaĢayan təkcə mən deyildim və mənim
baĢımda qurduğum planın dəlisovluğunu nəzərə alsaq, bunun belə
olması, bəlkə də yaxĢı idi.
Mənim qonĢuluğumda yaĢayan Brutus on ikiyə on beĢ dəqiqə
iĢləmiĢ gəldi. Din ondan on beĢ dəqiqə sonra göründü və Harri isə iĢ
paltarını geyinmiĢ vəziyyətdə Dindən on beĢ dəqiqə sonra gəlib çıxdı.
Cenis mətbəxdə bizim qarĢımıza soyuq mal ətindən buterbrod, kələm
salatı və buzlu çay qoydu. Hələ bir-iki gün bundan əvvəl biz artırmada
oturub nahar edə və xəfif küləkdən həzz ala bilirdik, lakin tufandan
sonra havanın temperaturu təxminən on beĢ dərəcə aĢağı düĢmüĢdü və
indi dağdan əsən külək adamı bıçaq kimi kəsirdi.
– Sən də gəlib bizimlə otura bilərsən, – deyə mən arvadıma
səsləndim.
O, baĢını bulayaraq dedi:
– Sizin burada nə iĢlər çevirdiyinizi bilmək istəmirəm. Nə qədər
az bilsəm, bir o qədər rahat olaram. YaxĢısı budur, mən öz yeməyimi
salonda yeyim. Bu həftə xanım Ceyn Ostin mənim qonağım olacaq, o,
çox gözəl müsahibdir.
www.vivo-book.com
384
– Ceyn Ostin kimdir? – deyə Harri, arvadım gedəndən sonra,
soruĢdu. Sənin, yoxsa Cenisin qohumlarındandır? Xalaqızındır?
QəĢəngdirmi?
– O yazıçıdır, ay axmaq, deyə Brutus ona izah elədi. – Betsi
Ross ilk bayrağa ulduzlar tikən vaxt artıq o, axirət dünyasına çoxdan
köçmüçdü.
– Ay səni. – Harri bir az pərt oldu. – Mən kitab oxumağı o qədər
də çox sevmirəm. Əsasən, radioqəbuledicilər üçün təlimat kitablarını
oxuyuram.
– Yenə nə düĢünmüsən, Pol? – deyə Din soruĢdu.
– Gəlin Con Koffi ilə Mister Cinqlzdan baĢlayaq. – Mənim də
gözlədiyim kimi, onların üzündə təəccüb ifadəsi göründü. Onlar yəqin
düĢünürdülər ki, mən ya Delakrua, ya da Persi haqqında danıĢmaq
istəyirəm. Bəlkə də hər ikisi haqqında. Mən Din ilə Harriyə tərəf
baxdım. Con Koffinin Mister Cinqlza etdiyi hər nə idisə, çox sürətlə
baĢ verdi və bitdi. Mən hətta bilmirəm ki, siçanın nə halda olduğunu,
onun necə ağır xəsarətlər aldığını görə bilməniz üçün ora vaxtında çata
bildiniz, ya yox.
Din baĢını buladı.
– Amma mən döĢəmədə qan izləri gördüm.
Mən Brutusa tərəf döndüm.
– O, it oğlu it Persi, ayaqqabısını siçanın üstünə basaraq onu
əzmiĢdi, – deyə o dilləndi. Siçan onda ölməliydi, amma ölmədi. Koffi
www.vivo-book.com
385
ona nəsə elədi. Onu necə sağaltdı. Mən dediklərimin necə səsləndiyini
bilirəm, amma mən hər Ģeyi öz gözlərimlə gördüm.
Onda mən dedim:
– O məni də sağaldıb. Mən bunu necə etdiyini görməsəm də, onu
hiss etdim. – Mən onlara öz sidik yollarımın infeksiyası haqqında
danıĢdım – infeksiyanı necə geri qayıtdığını, özümü necə hiss etdiyimi
(pəncərədən, mən onlara ağrı məni diz çökməyə məcbur edəndə
yıxılmamaq üçün əlimlə yapıĢdığım odun cərgəsini də göstərdim),
Koffinin mənə toxunuĢundan sonra bu xəstəliyin necə birdən-birə
məndən əl çəkdiyi haqqında onlara danıĢdım. Xəstəlik o toxunuĢdan
sona bir də geri qayıtmadı.
Mənim hekayəm elə də uzun çəkmədi. Mən söhbətimi bitirəndə,
onlar öz sendviçlərini çeynəyə-çeynəyə fikirli halda oturmuĢdular.
Sonra Din dedi:
– Onun ağzından nəsə qara Ģeylər çıxdı, lap mığmığalara
bənzəyirdilər.
– Hə, elədir, – deyə Harri də onunla razılaĢdı. – Əvvəlcə onların
rəngi qara idi, sonra isə rəngləri ağardı və qeyb oldular. – O, fikirli-
fikirli ətrafa baxdı. – Sən bu haqda danıĢmasaydın, mən az qala bütün
bunları tamam unudacaqdım, Pol. Bu, bir az gülməli deyilmi?
– Burada gülməli və təəccüblü heç nə yoxdur, – deyə Brutus
etiraz etdi. – Məncə, insanlar çox vaxt onlara aydın olmayan Ģeyləri
unudurlar. Mənası ona aydın olmayan bir Ģeyi yadda saxlamaqla insan
Dostları ilə paylaş: |