Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə95/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   91   92   93   94   95   96   97   98   ...   158

www.vivo-book.com 

 

378 



bağlarını  itirməyə  baĢlayan  birisi  haqqında  danıĢarkən  istifadə 

edirdilər.  

–  Onun  baĢ  ağrıları,  deyəsən  bir  az  səngiyib...  ən  azından  bu 

günlər,  amma  o,  sərbəst  gəzə  bilmir,  əlini  uzadıb  əĢyaları  götürə 

bilmir,  yatanda  isə  öz  sidik  sisteminə  nəzarət  edə  bilmir.  Yenə  fasilə 

yarandı, sonra Hal çox zəif bir səslə “O geyinir” kimi qulağıma çatan 

nəsə dedi.  

–  Nə  geyinir,  Hal?  –  deyə  mən  qaĢlarımı  çataraq  soruĢdum. 

Mənim  arvadım  dəhlizin  qapısında  göründü.  O,  əllərini  qab-qacaq 

dəsmalına silə-silə dayanıb mənə baxırdı. 

–  Yox,  deyə  o  dilləndi,  onun  səsində  həm  qəzəb,  həm  də  göz 

yaĢları hiss olunurdu. – O, söyüĢ söyür. 

–  Aman  Allah!  –  Mən  hələ  də  onun  nə  dediyini  anlamırdım, 

amma  sual  vermək  niyyətində  də  deyildim.  Buna  heç  ehtiyac  da  yox 

idi. O özü hər Ģeyi mənə izah elədi.  

– O öz gül bağçası, ya da kataloqda gördüyü paltar haqqında və 

yaxud  da  Ruzveltin  nitqinə  radioda  necə  qulaq  asdığı  və  onun  necə 

bəlağətlə  danıĢması  haqqında  oturub  normal  söhbət  edə  bilər,  amma 

sonra  qəfildən  çox  murdar  Ģeylər  söyləyə  bilər,  ən  murdar...  sözləri. 

Özü  də  heç  səsini  qaldırmadan.  Əgər  o  bu  sözləri  söyləyərkən  səsini 

qaldırsaydı, bəlkə də bu mənə elə də pis təsir etməzdi, məncə. Çünki 

onda... bilirsənmi, onda... 

– O zaman o, yəqin özünə oxĢamazdı.  



www.vivo-book.com 

 

379 



–  Hə,  elədir,  –  deyə  o,  minnətdarlıqla  mənim  sözümü  təsdiq 

elədi.  –  Lakin  o  iyrənc  sözləri  onun  gözəl  səsi  ilə  eĢitmək...  bağıĢla 

məni,  Pol.  –  Onun  səsi  yenə  eĢidilməz  oldu  və  mən  onun  öskürərək 

boğazını arıtladığını eĢitdim. Sonra o,  yenə sözünə davam  etdi, onun 

səsi bu dəfə daha güclü olsa da, elə əvvəlki kimi kədərli idi. – O istəyir 

ki,  mən  pastor  Donaldsonu  evimizə  çağırım  və  mən  bilirəm  ki,  o 

arvadımı, az da olsa, sakitləĢdirə bilər, amma onu evimizə necə dəvət 

eləyə  bilərəm,  axı?  Bir  özün  təsəvvür  elə...  tutalım  o  bizim  evimizdə 

oturub  arvadımla  birlikdə  müqəddəs  kitabı  oxuyarkən,  arvadım 

qəfildən  onu  ədəbsiz  bir  adla  çağırır,  təsəvvür  eləyirsənmi?  O,  belə 

eləyə bilər, keçən gecə məni də söyüb. Qulaq as, gör mənə nə deyib – 

mənə deyir ki – “Ey, minet, “Liberti” jurnalını mənə ver”. Pol, o, belə 

ədəbsiz sözləri harada eĢitmiĢ olar? Bu sözləri axı o, haradan bilir?   

– Bilmirəm. Hal, bu gün axĢam evdə olacaqsanmı?  

–  O  özünü  yaxĢı  hiss  edəndə  və  özünə  nəzarəti  itirmədiyi  və 

kədərdən  fikri  dağılmıĢ  olmadığı  vaxtlar  Hal  Murs  özünün  xüsusi 

sarkazm hissi ilə seçilirdi. Məncə, çoxları onun qəzəb və nifrətindənsə, 

daha  çox  onun  bu  keyfiyyətindən  qorxub  çəkinirdilər.  Onun  ,adətən, 

acı və iynəli olan sarkastik sözləri adamı arı kimi sancırdı. Həmin gün 

onun  sarkazmının  bir  hissəsi  də  mənim  üstümə  tökülmüĢdü.  Bu,  bir 

qədər gözənilməz olsa da, onun iynəli sözlərini eĢitmək, əslində, məni 

sevindirmiĢdi.  Deməli,  o,  təslim  olmamıĢdı,  hələ  də  mübarizə 

aparmaqda davam edirdi.  



www.vivo-book.com 

 

380 



– Yox, – deyə o cavab verdi. – Melinda ilə mən bu axĢam rəqs 

eləməyə  gedəcəyik.  Biz  do-si-do  rəqsini  oynayacağıq  və  sonra  da 

skripkaçıya deyəcək ki, o, xoruzun penisidir və abort qurbanıdır.  

Mən  gülməyini  boğmaq  üçün  əlimi  ağzıma  sıxdım.  Allaha 

Ģükürlər olsun ki, gülmək istəyim çox tez keçdi. 

– BağıĢla məni, – deyərək o, üzrxahlıq etdi. – Son vaxtlar çox az 

yatıram. Bu da məni deyingən edir. Əlbəttə ki, biz evdə olacağıq. Niyə 

soruĢursan ki? 

– Məncə, bu vacib deyil.  

– Sən bizə gəlmək fikrində deyildin, düzdümü? Əgər keçən gecə 

növbədə olmusansa, deməli, bu gecə də növbədə olacaqsan. Bəlkə sən 

öz növbəni kiminləsə dəyiĢmisən? 

– Yox, növbəmi heç kimlə dəyiĢməmiĢəm, – deyə cavab verdim. 

– Bu gün növbədəyəm.  

–  Ġstənilən  halda  bu  yaxĢı  fikir  olmazdı,  özü  də  onun  belə 

vəziyyətində.  

– Bəlkə də düz deyirsən. Xəbərlərə görə çox sağ ol. 

– Dəyməz. Melinda üçün dua elə, Pol. Mən ona dua edəcəyimə 

söz verdim, amma düĢündüm ki, onun üçün duadan daha artığını edə 

bilərəm.  Bekvudzdakı  Ġlk  Ġsaya  AlqıĢ,  Allah  Hər  ġeyə  Qadirdir 

Kilsəində  deyildiyi  kimi  –  “Özünə  yardım  edənə,  Allah  da  yardım 

edər”. Mən dəstəyi asıb Cenisə baxdım.  

– Melli necədir?  



www.vivo-book.com 

 

381 



–  Elə  də  yaxĢı  deyil.  –  Mən  Hal  Mursun  danıĢdıqlarını, 

Melindanın  söyüĢ  söyməsi  də  daxil  olmaqla  Cenisə  danıĢdım,  bircə 

“minet”, “xoruzun penisi və abort qurbanı” hissələrini buraxdım. Mən 

öz söhbətimi Hal Mursun “çökür” sözü ilə bitirdim və arvadım üzündə 

kədərli  bir  ifadə  ilə  baĢını  yırğaladı.  Sonra  o  mənim  üzümə  daha 

diqqətlə baxaraq dedi: 

– Sən nə haqda düĢünürsən? Sən, deyəsən, nəsə  yaxĢı  olmayan 

bir Ģey haqqında düĢünürsən. Bu sənin üzündə yazılıb. 

Yalan  danıĢmaqdan  söhbət  belə  gedə  bilməzdi;  biz  bir-birimizə 

qətiyyən  yalan  danıĢmırdıq.  Mən  sadəcə  ona  dedim  ki,  bunu  bilməsə 

daha yaxĢıdı, ən azından hələlik.  

– Sənin buna... buna görə sənin problemlərin ola bilərmi? – onun 

səsində  aĢkar  duyulan  təlaĢ  hiss  olunmurdu,  əksinə  o,  məncə,  sadəcə 

maraqlanırdı. Onda ən xoĢuma gələn cəhət də elə bu idi. 

– Bəlkə də, – deyə cavab verdim.  

– Bu xeyirxah iĢdimi? 

–  Bəlkə  də,  –  deyə  mən  təkrar  etdim.  Mən  hələ  də  yerimdə 

dayanıb  bir  barmağımla  telefonun  diskini  boĢ-boĢuna  fırladır,  o  bir 

barmağımla isə rabitə düymələrini basıb saxlamıĢdım.  

–  Ġstəyirsən ki,  sən zəng eləyəndə mən buradan  gedim?  – deyə 

Cenis soruĢdu. Ağıllı arvad olum və sənin söhbətinə maneə olmayım? 

Qab-qacağı yuyum? PapıĢlar toxuyum? 

Mən baĢımı yırğaladım.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə