Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə94/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   90   91   92   93   94   95   96   97   ...   158

www.vivo-book.com 

 

374 



Bu  dəfə  mən  yuxuda  ikən  onun  nə  demək  istədiyini  dəqiq  baĢa 

düĢdüm. 


 

 

 



                                                              8 

 

 



 

Ertəsi  gün  səhər  saat  doqquzda,  mən  mətbəxdə  artıq  üçüncü 

fincan  qəhvəni  içərkən  (arvadım  mənə  bir  söz  deməsə  də,  qəhvə 

fincanını  mən  verəndə  onun  üzündəki  ifadədən  məni  üçüncü  fincan 

qəhvə  içməyimdən  narazı  olduğunu  baĢa  düĢmüĢdüm),  telefonumuz 

zəng  çaldı.  Dəstəyi  qaldırmaq  üçün  mən  dəhlizə  keçdim  və  dəstəyi 

qulağıma  yaxınlaĢdıranda,  Mərkəzdəki  telefonçu  qızın  kiməsə  “sizin 

xəttiniz məĢğuldur” dediyini eĢitdim. Sonra mənə sabahımın xeyirlərə 

açılmasını diləyərək xətdən ayrıldı... Belə güman edirəm ki, bu telefon 

stansiyası ilə heç nəyi dəqiq bilmək mümkün deyil.  

Telefonda Hal Mursun səsini eĢidəndə, mən sarsıldım. Titrək və 

xırıltılı,  onun  səsi  səksən  yaĢlı  bir  adamın  səsi  kimi  çıxırdı.  Birdən 

ağlıma  gəldi  ki,  nə  yaxĢı  dünən  tuneldə  Körtis  Anderson  ilə  iĢimiz 

yolunda getdi, nə yaxĢı ki, o da Persi haqqında bizimlə eyni fikirdədir, 




www.vivo-book.com 

 

375 



çünki indi telefonda danıĢdığım bu adam çətin ki, Kold Mauntində bir 

gün belə iĢləməyə qalardı. 

–  Pol,  mən  baĢa  düĢürəm  ki,  dünən  sizin  problemləriniz  olub. 

Onu  da  baĢa  düĢürəm  ki,  bu  problemlərin  yaranmasında  bizim 

dostumuz mister Uetmorun da barmağı olub.  

– Hə, bəzi problemlərimiz oldu, – deyə dəstəyi qulağıma sıxaraq 

və boynumu mikrofona tərəf uzadaraq mən razılaĢdım, – lakin iĢ icra 

edilib. Vacib olan da budur. 

– Hə, əlbəttə. 

–  SoruĢa  bilərəmmi  bunu  sənə  kim  deyib?  –  “Bunu  bilim  ki, 

onun quyruğuna vedrə bağlayım” – deyə düĢünsəm də, ona demədim.  

–  SoruĢmağına  soruĢarsan,  amma  bu  məsələnin  sənə  dəxli 

olmadığına görə, yaxĢısı budur mən ağzımı bərk tutum. Lakin mən bir 

məlumat, ya da təcili bir iĢin olub-olmadığını öyrənmək üçün ofisimə 

zəng edəndə, mənə çox maraqlı bir Ģey dedilər.  

– Eləmi? 

–  Hə.  Belə  baĢa  düĢdüm  ki,  iĢ  yerini  dəyiĢmə  haqqında  ərizə 

mənim  masamın  üstündədir.  Persi  Uetmor  mümkün  olduqca  qısa 

zamanda  Briar  Ricə  köçürülməsini  istəyir.  Deyəsən,  dünənki  gecə 

növbəsi hələ baĢa çatmamıĢ, o bu ərizə formasını doldurub, sən necə 

düĢünürsən? 

–  Sənin  dediyindən  elə  çıxır,  mən  də  elə  anladım,  –  deyə  mən 

razılaĢdım.  



www.vivo-book.com 

 

376 



–  Adi  halda  mən  bu  iĢlə  məĢğul  olmağı  Körtisə  tapĢırardım, 

amma...  amma  “E”  blokundakı  abı-havanı  nəzərə  alaraq,  Hannadan 

nahar fasiləsində ərizəni mənə Ģəxsən özünün gətirməsini xahiĢ etdim. 

O  da  lütfkarlıq  edərək  razılaĢdı.  Mən  ərizəni  təsdiq  edib  nəzarətdə 

saxlayacağam  ki,  o  elə  bu  gün  Ģtatın  paytaxtına  çatdırılsın.  Güman 

edirəm  ki,  sən  bir  aydan  gec  olmayaraq  qapıdan  çıxan  Persinin 

kürəyini görəcəksən. Bəlkə də daha tez.  

O,  güman  edirdi  ki,  mən  bu  xəbərdən  sevinəcəyəm,  əlbəttə  ki, 

belə  düĢünməyə onun haqqı  vardı. O, Persinin  öyündüyü  əlaqələri ilə 

də  yarım ilə çəkə biləcək bu prosesi sürətləndirmək üçün öz arvadına 

qulluğa  sərf  etməli  olduğu  zamanın  bir  hissəsini  ayırmıĢdı.  Bütün 

bunlara baxmayaraq, bu xəbəri eĢidəndə mənim ürəyim düĢdü. Bir ay! 

Bəlkə də bunun indi elə də əhəmiyyəti yoxdur. Tamamilə təbii bir arzu 

olan gözləmək və təhlükəli cəhdi təxirə salmaq əvəzinə, mən indi çox 

təhlükəli  ola  biləcək  bir  iĢ  haqqında  düĢünürdüm.  Bəzən,  elə  indiki 

halda  olduğu  kimi,  cəsarətini  itirməzdən  əvvəl  tullanmaq  daha 

yaxĢıdır. Əgər istənilən halda, biz hələlik Persi ilə təmasda olmalıyıqsa 

(mən  həmiĢə  ümid  etmiĢəm  ki,  baĢqalarını  özümün  bu  dəlisov 

planımda iĢtiraka sövq edə biləcəyəm – baĢqa sözlə, hər zaman güman 

etmiĢəm ki, bu iĢdə mən yox, biz anlayıĢı var), onda bu iĢi elə bu gecə 

də etmək olar.  



www.vivo-book.com 

 

377 



– Pol? Sən oradasanmı? – onun səsi bu dəfə bir az asta eĢidildi, 

deyəsən,  o  özü  ilə  danıĢdığını  zənn  etmiĢdi.  –  Zibil,  deyəsən,  xətt 

kəsildi.  

– Yox, mən buradayam, sənə qulaq asıram,  Hal. Bu, çox gözəl 

xəbərdir.  

–  Hə,  –  deyərək  o,  razılaĢdı  və  mən  yenə  onun  səsinin  necə 

qocaldığına təəccübləndim. Bir təhər – zəif və gücsüz. – Hə, indi sənin 

nə düĢündüyünü bilirəm.  

“Yox,  bilmirsən,  rəis”  –  deyə  düĢündüm,  –  “bundan  sonra 

milyon il də yaĢasan, mənim nə düĢündüyümü tapa bilməzsən”. 

–  Sən  düĢünürsən  ki,  bizim  gənc  dostumuz  Con  Koffinin 

edamında da burada olacaq. Yəqin bu belə də olacaq – məncə, Koffi 

ġükran  Günündən  əvvəl  edam  ediləcək  –  lakin  sən  Persini  arxaya, 

aparat  otağına  qoya  bilərsən.  DüĢünürəm  ki,  heç  kim  buna  etiraz 

eləməz, elə Persinin özü də. 

–  Mən  sən  deyən  kimi  də  edərəm,  –  deyə  onunla  razılaĢdım.  – 

Hal, Melinda necədir? 

Xətdə  uzun  bir  fasilə  yarandı,  elə  uzun  bir  fasilə  ki,  əgər  onun 

nəfəsinin  səsini  eĢitməsəydim,  elə  düĢünərdim  ki,  əlaqə  kəsilib.  Bu 

dəfə o, danıĢmağa baĢlayanda onun səsi bir az da asta çıxırdı.  

– O çökür. 

Çökür,  insanın  qanını  damarlarında  donduran  bu  sözü  köhnə 

dəbli  insanlar  ölüm  ayağında  olan  birisi  haqqında  deyil,  həyatla 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə