Суал-3. Гуйуларын ляьв едилмяси вя консервасийасы
Ъаваб:
a) quyuya texniki kəmərin (konduktorun) buraxıldığı dərinliyə qazma borularını buraxmaq. Yuxarıdakı (sonuncu) qazma borusuna kürəli kran və əks klapan bağlamaq;
b) preventor qurğusu vasitəsi ilə quyunun boru arxası fəzasını germetikləşdirmək;
c) aparıcı borunu fırlanğıcla birlikdə şurfa buraxmaq. Qazma (yuma) şlanqını fırlanğıcdan açmaq;
ç) qarmağı və tal blokunu buruq döşəməsinə qoymaq. Qazma və köməkçi bucurqadı əyləcdən ayırmaq;
d) qazma avadanlığının hava sistemindən havanı buraxmaq;
e) vurucu boru kəmərindən mayeni boşaltmaq və boru kəmərini sıxılmış hava ilə üfürmək. Qazma nasosundan vurma və sorma klapanlarını çıxarmaq;
ə) qazma qurğusunu elektrik cərəyanından ayırmaq (dizelli ötürücüdə yanacaq kəmərini bağlamaq);
f) obyektin mühafizəsini və quyu ağzına nəzarəti təşkil etmək;
q) regional xüsusiyyətləri və fəsil-iqlim (klimatik) şəraitini nəzərə almaqla obyektin müvəqqəti konservasiyası üçün əlavə tələblər müəssisə tərəfindən müvafiq qaydada işlənilmiş və razılaşdırılmış təlimatda verilməlidir.
Bütün konservasiya olunmuş quyuların quyuağzı avadanlıqları korroziyadan mühafizə olunmalıdır.
Konservasiyada olan quyuların vəziyyəti рцбдя bir dəfədən az olmayaraq xüsusi жurnalda müvafiq qeydlər aparılmaqla yoxlanılmalıdır.
Dərinlik nasosu ilə işləyən quyuları konservasiya edən zaman, onların yeraltı avadanlıqları çıxarılmalı, quyuağzı kəmərin flansına isə siyirtmə quraşdırılıb germetik bağlanmalıdır.
Tikilməsi qurtarmış quyuları konservasiya edərkən onların lüləsinin təchiz edilməsi lay təzyiqi və konservasiya müddətindən asılı olaraq müəyyən edilir.
Tikilən neft və qaz quyularının lüləsinin və quyu ağzının təchiz edilmə qaydası quyu lüləsində açılmış neftli-qazlı obyektin olmasından (olmamasından) və quyunun konservasiya müddətindən asılı olaraq müəyyən edilir.
Konservasiyadan sonra quyuların yenidən işə buraxılması, quyunun konservasiya planını əvvəl razılaşdırmış və təsdiq etmiş təşkilatlarla razılaşdırılmış və təsdiq edilmiş plan üzrə yerinə yetirilməlidir.
Təşkilat, konservasiyadan sonra quyuların yenidən işə buraxılması işlərinə başlamazdan əvvəl, bu quyulara nəzarət edən FQDHH-nin müvafiq razılığını almalıdır.
Dostları ilə paylaş: |