Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə22/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   18   19   20   21   22   23   24   25   ...   142

64 

Amerika-Avro

pa irticasının birləşmiş qüvvələri asanlıqla 

Şanxayı öz təsir dairəsində saxlaya bildi. Li Sü-çen geri çə-

kil

di. O, bir də ona görə geri çəkilməli oldu ki, başqa istiqa-



mətlərdə də irticaçılar hücuma keçmişdi, xüsusilə Tszyaosin 

üçün təhlükə yaranmışdı. 

1861-

ci ildə Antsin rayonunda vəziyyətin pisləşməsi Li 



Sü-

çeni Tszyansudan və Çjetszyandan geri çəkilməyə məcbur 

etdi, lakin o, Antsin rayonunda Çen Yuy-

çenə əməli yardım 

göstərmədi.  1861-ci  ilin  ikinci  yarısında  Li  Sü-çen  yenidən 

Çjetszyana daxil oldu.  Li Sü-çen 1861-

ci  ilin  dekabrında 

Çjetszyan əyalətinin mərkəz şəhəri Xançjounu, habelə Ninbo 

limanını tutaraq Şanxay üzərinə yeni hücuma başladı. Şanxay 

rayo


nunda şərait 1860-cı ildəkinə nisbətən o qədər də əlveriş-

li deyildi. 1860-

cı ildən bəri sayca artmış və Suntszyan şəhə-

ri

ni taypinlərdən almış Uordun quldur dəstəsindən başqa, bu-



rada 1862-

ci ildə ingilis və fransızların nizami qoşun hissələri 

də əməliyyata başlamışdılar. Xaricilərin bir neçə həmləsindən 

sonra 


Ninbo  taypinlərin  əlindən  alındı.  Əcnəbilərlə  bərabər 

Tszen Qo-

fanın "Xunan cəsurları" adlı ordusu və Li Xun-çja-

n

ın  Xuay  ordusu  (Xuay  çayı  hövzəsi  əhalisindən  toplanmış 



or

du) da taypinlərə qarşı vuruşurdu. İngilis admiralı Hop və 

fran

sız admiralı Protenin komandası altında ingilis və fransız 



nizami  qoşunları  1862-ci ilin fevralında  taypin  qoşunlarına 

qarşı  əməliyyata  başladılar.  1862-ci  və  1863-cü  illər  gərgin 

barizədə keçdi. Nankinin mühasirə dairəsi getdikcə dara-



lırdı. Xarici dövlətlər mancurlara bolluca silah verir, taypinlər 

h

ərəkatının məğlubiyyətini gözləyirdilər. 



Li Sü-

çen ordularının müdaxiləçilərə - Uord və Qordon 

("Həmişə qalib gələn ordunun" komandanı vəzifəsində Uordu 

əvəz  edən  şəxsdir),  Hop  və  Prote  əleyhinə  mübarizəsi  tam 

mənada  milli xarakter daşıyırdı. Bu  mübarizə xalqın yadda-

şında unudulmaz bir iz qoymuşdu. 

  

Taypin üsyanı Çin xalqında milli şüurun inkişafına kö-



mək  etdi,  çünki  bu  üsyan  mancur  istilaçılarına  və  əcnəbi 

qəsbkarlara qarşı mübarizədə böyük bir nəslin formalaşması-

na təsir etmişdi. 



65 

Taypin Tyanqonun süqutu 

 

1864-cü il



in  əvvəllərində  Taypin  Tyanqo  hərəkatının 

hərbi-strateji  vəziyyəti  pisləşməkdə  davam  edirdi.  General 

Tszo  Tszun-tan 

fransız  qoşunlarının  yardımı  ilə  Çjetszyan 

əyalətində Xançjou şəhərini tutdu. Belə bir vəziyyətdə taypin 

rəhbərləri  həmişəkindən  daha  artıq  cəsarətlə  hərəkət  etməli 

idi. Lakin Nankin

də vəziyyət heç də yaxşı deyildi. Xun Sü-

tsüanın özü tamamilə xalqdan ayrılmışdı. Xalq aclıq çəkirdi. 

Taypin  dövlət  başçısının  qardaşları xalqın  fəlakətli  vəziyyə-

tindən şəxsən varlanmaq üçün istifadə edirdilər. Taypin haki-

miy


yət aparatında hələ bundan əvvəl başlanmış feodallaşma 

və şəxsi varlanma daha da sürətlənmişdi. 

Li Sü-çen Xun Sü-

tsüana  təklif  etdi  ki,  mübarizəni  da-

vam  etdirmək  üçün  Nankini  tərk  edib  qərbə,  Sıçuan  və  ya 

Yun


nan əyalətinə çəkilsinlər. Real vəziyyətdən xəbəri olma-

yan Xun Sü-tsüan 

yeganə  məqsədəuyğun  hesab  edilən  bu 

təklifi rədd etdi. 

  1864-

cü  ilin  yazında  taypinlərin  perspektiv  imkanları 



ümidsiz idi. Tszen Qo-

fanın  qardaşı  Tszen  Qo-tsüanın  qo-

şunları taypinlərin paytaxtını mühasirəyə almağa başlamışdı. 

Belə  bir  şəraitdə  taypinlərin  rəsmi  başçısı  Xun  Sü-tsüan 

1864-cü il iyunun 30-da  intihar etdi. Xun Sü-

tsüanın böyük 

oğlu, 16 yaşlı Xun Fu, Tyan van elan olundu. Paytaxtın mü-

dafiəsi  taypinlər  hərəkatına  axıradək  sadiq  olan Li  Sü-çenin 

üzərinə düşdü. İnadlı vuruşmalar bir neçə gün davam etsə də, 

düşmən  iyulun 19-da  gecə  qala  divarını  partlatdı  və  şəhərin 

küçələrində  şiddətli  vuruşmalar  başlandı.  Taypinlər  şəhərin 

içərisində də vuruşmanı davam etdirirdilər. Nankin şəhərinin 

küçələri meyitlərlə dolmuşdu, küçələrdə qan su yerinə axırdı. 

Deyirlər ki, üç gün davam edən qırğın nəticəsində Nankində 

100 min nəfər həlak oldu. 

Li Sü-çen, Xun Sü-

tsüanın oğlu və qocaman əsgərlər şə-

hərdən kənara çıxa bildi. Gənc Tyan vanın həyatını xilas et-

mək üçün Li Sü-çen öz atını ona verdi, özü isə tezliklə Tsin 

əsgərlərinin  əlinə  keçdi.  Həbsdə  olduğu  zaman  Li  Sü-çen 




66 

Tay


pin üsyanı haqqında xatirələrini yazmışdır ki, bu da Tay-

pin üsya


nının tarixini öyrənmək üçün ən mühüm sənəddir.  

1864-cü il avqustun 7-

də Li Sü-çenin boynunu vurdular, 

orta əsr feodal qaydalarına uyğun olaraq cəsədini şaqqaladı-

lar.  Xun Sü-

tsüanın oğlu Xun Fu da tezliklə düşmənin əlinə 

keçdi və onu da qətlə yetirdilər. 

Nankinin süqutundan sonra da ayrı-ayrı taypin dəstələri-

nin  mübarizəsi  bir  çox  aylar  davam  etdi.  Taypinlər  hələ  də 

Futszyan


da,  Xubeydə,  Quandunda,  Tszyansində  vuruşurdu-

lar.  Taypin

lərin  cəsur  dəstələri  ümidlərini  üzmədən  hələ  də 

vuruşsalar da, onlar 1866-cı  ildə  darmadağın  edildi.  Taypin 

qo

şunlarının  bir  hissəsi  isə  Nyantszyunun  dəstələri  ilə 



birləşərək 1868-ci ilə qədər mübarizəni davam etdirdilər.  

Şi  Da-kay  öz  dəstəsi  ilə  Çin  ərazisində  uzun  müddət 

vuru

şaraq məcburi mühacirət haqqında düşünürdü. Şi Da-ka-



yın  əməliyyat  apardığı  son  əyalət  Sıçuan  oldu.  Şi  Da-kay 

1863-


cü  ildə  burada  qərəmancasına  həlak  oldu.  Bir  qədər 

sonra onun 

digər vətənpərvər dəstələri də dağıdıldı. Beləliklə, 

Çin xalqının milli-azadlıq hərəkatı tarixinə daxil olmuş Tay-

pinlər hərəkatı süquta uğradı.  

 

Taypinlər üsyanının tarixi əhəmiyyəti 



 

Çin xalqının milli-azadlıq hərəkatı tarixində mühüm yer 

tutan və uzun müddət davam edən Taypinlər üsyanı yatırıldı. 

Bu    üsyan  is

tismara  qarşı  kütləvi  etirazları  özündə  əks 

etdirirdi və Çin xalqının böyük inqilabi mübarizələrindən biri 

hesab olunurdu. 

  

Taypin üsyanının və bir çox digər kəndli hərəkatlarının 

təcrübəsindən biz aydın görürük ki, bütün kəndli üsyanları nə 

qədər mütəşəkkil olsa da, mütərəqqi, ədalətli, siyasi və ictimai 

quruluş  yaratmağa  qadir  deyildi.  Üsyanın  məğlubiyyətinin 

digər obyektiv səbəblərindən biri də yeni məhsuldar qüvvələ-

rin inki

şafının lazımi səviyyəyə çatmaması idi. 

1856-

cı  il  hadisələrindən  sonra  hərəkat  rəhbərliyin  öz 



mövqey

ini  dəyişib  feodallaşması  güclənmişdi.  Taypinlərin 

yaratd

ığı dövlət tez bir zamanda özünün ilkin, xüsusi demok-



ratiz

mini itirdi. Dəstəbazlıq, yerlibazlıq və varlanmaq meyl-

ləri  artdı.  Rəhbərlərin  ideologiya  və  siyasət  sahəsindəki 

sektantçılığı bir sıra ciddi səhvlərə gətirib çıxardı.  




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə