Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə30/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   26   27   28   29   30   31   32   33   ...   142

88 

yaraq  Benqaliya ordusunu 

məğlubiyyətə  uğratdı.  İngilis 

qoşunlarının  hərbi-texniki  cəhətdən  üstün  olması,  Klayvın  və 

onun kö

məkçilərinin  fırıldaq  və  rüşvətlə  iş  görmək  siyasəti, 



Benqaliyanın  yuxarı  hakim  dairələri  içərisindəki  xəyanət, 

Siracəddövlə  və  onun  ətrafındakı  adamların  işğalçılara  qarşı 

mübarizədə  xalq  kütlələrinə  arxalanmaq  istəməməsi,  bütün 

bunlar Plessi 

vuruşmasının müqəddəratını həll etdi. 

 

Plessi vuruşmasından sonra ingilislər Benqaliyada Mir-



cəfərdən külli miqdarda rüşvət alaraq onu hakimiyyətə gətir-

dilər.  Benqaliyanın  əsil  ağası  isə  Ost-Hind  kompaniyasının 

Kəlküttə  şurası  və  bunun  sədri  beynəlxalq miqyasda mahir 

dələduz kimi tanınmış Robert Klayv oldu. Ölkənin bu vaxta-

dək  görünməmiş  qarət  olunmasına  başlandı.  Ost-Hind kom-

pani


yası  zabitlərinə  və  məmurlarına  Mircəfərin  verdiyi  və 

təkcə  hesaba  alınmış  "bəxşişlər"  1,25 milyon funt sterlinq 

təşkil  edirdi.  Rəsmi  mənbələrdə  göstərilirdi  ki,  bu  rüşvətin 

234 minini R.Klayv 

şəxsən özü almışdı. Ölkədə yadellilərin 

hakim  mövqe  tutması  narazılığı  artırdı.  Benqaliya  feodalı 

Mirqasım 1762-ci ildə ingilis müstəmləkəçilərinə qarşı üsyan 

qaldırdı.  Bir  sıra  qonşu  knyazlıqların  hakimləri  də  ona 

qoşuldular. 1764-cü ildə Buksar yanındakı döyüşdə ingilislər 

qəti  qələbə  nəticəsində  Ost-Hind  kompaniyası  Benqaliyada, 

Biharda  və  Orissada  tamamilə  möhkəmləndi.  1765-ci  ildə 

Ost-Hind kompaniya

sı Şərqi Hindistanın ən böyük knyazlığı 

Audu da öz vassa

lına çevirdi. Ost-Hind  kompaniyasının 

təqaüdçüsünə çevrilən rəsmi moğol imperatoru həmin il şir-

kətin  işğal  etdiyi  yerlərdə  torpaq  vergisi  toplamağı  kompa-

niyaya "


həvalə" etdi. Əslində ingilislər Qanq çayının orta və 

aşağı axını ətrafındakı yerlərin tam ağası oldu. Bu isə ingilis 

Ost-

Hind kompaniyasının cənubda rəqibi olan fransızlar üzə-



rin

dəki  qələbəsini  sürətləndirdi. Ost-Hind  kompaniyası  Hin-

dis

tanı tamamilə işğal etmək üçün geniş imkanlar əldə edərək 



yeni 

işğalçılıq yürüşlərinə başladı. 

Antimüstəmləkəçilik mübarizəsi Benqaliyada tarixi pers-

pektivlik  nöqteyi-

nəzərindən  dönüş  xarakterli  hadisələr  olsa 

da Britaniya imperializminə qalib gəlmək qeyri-mümkün idi. 

Amma bu da qeyri-

mütərəqqi fakt idi ki, Hindistanın müstə-

qil inkişafına faktiki olaraq son qoyuldu. Ost-hind kompani-



89 

ya

sı ticarət inhisarını saxlamaqla bərabər, eyni zamanda müs-



təmləkə  hakimiyyətinin  hərbi-polis  aparatına  çevrilməsinə 

nail oldu. Bu

nunla yanaşı Ost-Hind kompaniyasının ərazi iş-

ğallarına  başlaması  və  hərbi-siyasi  qüvvəyə  çevrilməsi  ona 

ye

ni  ilkin  yığım  mənbələri  tapmasına  şərait  yaratdı.  Belə 



mənbələr içərisində ən mühümləri renta-vergi almaq yolu ilə 

milyonlarla kəndliləri qarət və istismar etmək, həmçinin tir-

yək, ipək, duz və s. ticarətini inhisara almaq, hərbi qənimət 

ələ keçirmək və müstəmləkə bac-xəracını tənzimləmək başlı-

ca mənbələrdən idi. Məhz bu səbəbdən Hindistandan İngiltə-

rəyə axan qızıl "seli" sənaye çevrilişini, ingilis kapitalizminin 

maddi-texniki 

bazasının yaradılması prosesini qüvvətləndirə-

rək  İngiltərənin  Avropada  ən  varlı  dövlətə  çevrilməsində 

göstərilən amillər mühüm rol oynadı.  

Ost-Hind kompa

niyası ağalığının əvvəllərindən aqrar si-

yasəti  əslində  torpaq  üzərində  feodal  dövlət  mülkiyyətini 

möh


kəmlətməyə  və  beləliklə,  vergi  gəlirlərini  hər  vasitə  ilə 

artırmağa yönəldilmişdi. Hələ özünün xüsusi vergi aparatı ol-

madığından, kompaniya vergi toplanmasını qısamüddətli ilti-

zama vermək siyasəti yürüdürdü. Torpaq vergisinin miqdarı 

1764-1765-

ci illərdə 818  min funt sterlinq, 1765-1766-cı il-

lərdə  1  milyon  470  min,  1771-1772-ci  illərdə  isə  2  milyon 

341  min  funt  sterlinq  təşkil  etmişdi.  Suvarma  şəbəkələrinə 

qay

ğı göstərilməməsi, kəndlilərin ağır vergilərlə cəlb edilərək 



qarət olunması məhsuldar qüvvələrin sürətlə pərakəndə hala 

düşməsi, inkişaf ehtimalı, ümidverici vilayətlərin viranə qal-

ma

sına səbəb oldu. 1770-ci ildəki aclıq nəticəsində təqribən 9 



milyon adam, yəni Benqaliya əhalisinin üçdə biri həlak oldu. 

Ölkədəki təbii fəlakətə və aclığa baxmayaraq həmin il topla-

nan torpaq vergisinin miqdarı xeyli artırılmışdı. 

Ost-


Hind kompaniyasının ağalığı xalq kütlələrində həd-

siz qəzəb hissi oyadırdı. Məhz bu səbəbdən 70-ci illərin əv-

vəllərində  Kəlküttə  rayonunda  kortəbii  çıxışlar  baş  verdi  və 

bunlar çox 

qəddarlıqla yatırıldı. 

İşğal edilmiş Hindistan torpaqlarının idarə edilməsi mə-

sələsi  haqqında  ingilis  parlamenti  1774-cü  ildə  ilk  qanun 



90 

("tənzimedici akt" deyilən qanun) qəbul etdi. Nəticədə inziba-

ti-

siyasi  idarəçilik  tamamilə  Ost-Hind  kompaniyasının  əlinə 



keçdi. Bu qanun

a  əsasən  kortəbii  üsyanlar  qəti  surətdə  bo-

ğulmalı, müntəzəm surətdə müstəmləkə bac-xəracı alınmasını 

təmin etməli idi. Eyni zamanda Hindistanın işğalını başa çat-

dırmalı  olan  müstəmləkə  hakimiyyətinin  hərbi-siyasi aparatı 

Ost-


Hind kompaniyasının daha da möhkəmlənməsinə kömək 

etməli  idi.  Bu  qanun  həmçinin  Ost-Hind  kompaniyası  üzə-

ri

ndə  hökumətin  nəzarətini  yalnız  kağız  üzərində  göstərirdi. 



Real vəziyyət isə tamamilə başqa idi, yəni ölkəni yerli xalqın 

nümayəndələri deyil, yadellilər idarə edirdilər. 

 

XVIII əsrin 60-90-cı illərində Hindistanda müstəqil dövlətlər 

 

Panipat 



döyüşünün  məğlubiyyətindən  sonra  Maratxa 

dövlətinin hərbi-iqtisadi qüdrəti sarsılsa da, maratxaların döv-

ləti  XVIII  əsrin  axırlarında  Hindistanda  ən  böyük  müstəqil 

dövlət  olaraq  qalırdı  və  dövlətçilik  ənənələri  daha  da  möh-

kəmləndirilirdi.  Bu  məqsədlə  60-70-ci  illərdə  hökumət  bir 

sıra müvəffəqiyyətli müharibələr apardı, lakin Maratxa  döv-

ləti əvvəlki qüdrətini bərpa edə bilmədi. Tədricən kəskinləşən 

daxili 


ziddiyyətlər onu gücdən salırdı. Bu ziddiyyətlər marat-

xaların işğal etdiyi yerlərdə xüsusilə açıq şəkildə nəzərə çar-

pırdı. Buradakı, yəni işğal ərazisindəki zəhmətkeşlər isə yerli 

və  maratxa  feodallarının  ikiqat  zülmü  altına  düşmüşdü. Bu 

dövlətin hərbi, siyasi, iqtisadi vəziyyəti təhli edilərkən bir da-

ha demək olar ki, Maratxa dövləti bir-biri ilə fasiləsiz müba-

rizə  aparan  knyazların  qeyri-sabit  ittifaqı  idi.  Bunlardan  ən 

güclüləri  (Qvaliorda–  Sindxiya  sülasəsi,  İndorda  –  Xolkara, 

Barodada – Qaekvar

lar) peşvəyə tabe olmayıb, özləri dövlət-

də hakim mövqe tutmaq iddiasında idilər.  

 

XVIII  əsrə  qədər  Cənubi  Hindistan  ərazisində  ən  qüd-



r

ətli dövlətlərdən biri də Maysur idi. Amma XVIII əsrin orta-

larınadək  Maysur  öz  ərazisi,  hərbi-iqtisadi  qüdrəti  və  siyasi 

nüfuzu  cəhətdən  güclü dövlət  deyildi.  Odur  ki, 1761-ci  ildə 

kəndlilərin təşəbbüsü ilə qoşunun qaldırdığı üsyan gedişində 

hakim hindu sü

laləsi  devrildi  və  köhnə  feodal  zadəganları 

darmadağın edildi. Mübarizəyə başçılıq edən və çevrilişə nail 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə