97
tinqsə artıq himayədarlıq etməkdən imtina etdilər. Həmin dai-
r
ələr Hindistanda Ost-Hind kompaniyasının düşdüyü mürək-
kəb vəziyyətdən qorxurdular. Geniş ərazi və zəngin qənimət
ələ keçirmək ümidlərini doğrultmayan müharibələrin nəticə-
ləri onları məyus etmişdi. Bundan əlavə, Qastinqs başda ol-
maqla Ost-Hind komp
aniyası məmurlarının fırıldaq və qarət-
ləri haqqında müxalifətin ittihamları qətiyyən inkaredilməz
idi və bu məlumatlar real faktlara əsaslanırdı. Bütün bunlar
Ost-Hind kom
paniyası ilə əlaqədar İngiltərənin hakim dairə-
ləri içərisində kəskin mübarizə və ixtilaflara səbəb olmuşdu.
İngiltərə parlamentində də Hindistanın idarəçilik sistemi ilə
əlaqədar ciddi narahatçılıq var idi.
M
əhz bu səbəbdən burjua müxalifətinin rəhbəri Foks
Nort 1783-
cü ildə parlamentə yeni bir qanun layihəsi təqdim
etdi. Həmin qanun layihəsi Ost-Hind kompaniyasının işlərini
parla
ment tərəfindən təyin edilən yeddi müvəkkilə, ticarətə
rəhbərliyi isə onların doqquz köməkçisinə tapşırmağı təklif
edir
di. İcmalar palatası həmin qanun layihəsini təsdiq etsə də,
lakin
təklif lordlar palatasından keçmədi. Foks-Nortın koali-
sion kabinəsinin istefa verməsinin mühüm səbəbi də bunda
idi. Pitt (kiçik) başda olmaqla hakimiyyətə gələn yeni kabinə
1784-
cü ildə parlamentdən "Birləşmiş kompaniyanın və Hin-
distanda olan Britaniya ərazilərinin daha yaxşı idarə edilməsi
haqqında" adlı yeni bir layihə təqdim etdi və bu layihə parla-
ment
dən keçirdi.
Pitt qanunu kral tərəfindən təyin olunan altı nəfərdən
iba
rət Müvəkkillər şurası (yaxud Nəzarət şurası) yaradılma-
sını nəzərdə tuturdu. Bu qanunda Ost-Hind kompaniyasının
Hin
distan və Çinlə ticarət inhisarı saxlanılırdı. Kompaniyanın
cari işlərini aparmaq və qulluqçular təyin etmək kimi funk-
siya, bir hüquq Kompaniya
sının direktorlar şurasının sərənca-
mında saxlanılırdı. Qanunun bir sıra maddələri Hindistanda
hərbi-polis qüvvəsi olmaq etibarilə Kompaniyanın səlahiyyət-
lərinin daha da artırılmasına yönəldilmişdi. Nəzarət şurasının
sədri, Marksın təbirincə desək, "Hindistanın əsil hökmdarı"
nazir
lər kabinəsi heyətinə daxil idi, əslində o, Hindistan işləri
üzrə nazir idi. Beləliklə, həm Ost-Hind kompaniyası, həm də
98
Nəzarət şurası vasitəsilə "Hindistanın ikili idarəsi"
1
adlanan
bir sis
tem yaradıldı. Əslində Ost-Hind kompaniyasının fəaliy-
yəti Nəzarət şurası pərdəsi adı altında iş görən ingilis
hökumətinin ixtiyarına verildi.
Foksun qanun layih
əsinin tərəfdarı olan müxalifət, layihə
müəllifini razı salmaq üçün Qastinqsi general-qubernator və-
zi
fəsindən kənarlaşdırıb məhkəməyə verilməsini tələb etdi və
buna nail oldular.
Qastinqsin müəmmalı məhkəmə prosesi 7 il davam etdi.
Nəhayət, inkaredilməz dəlillər olmasına baxmayaraq, Qas-
tinq
sə bəraət qazandırıldı. Bir qədər sonra Qastinqs ingilis
hö
kumətinin müstəmləkə işləri üzrə ömürlük məsləhətçisi tə-
yin olundu. Oksford universiteti
isə Britaniya müstəmləkə
sistemi
ni Hindistanda möhkəmləndirdiyinə görə onu
rəğbətləndirdi və Qastinqisə hüquq doktoru fəxri adı verdi.
Hindistanda
İngiltərənin irticaçı müstəmləkə siyasəti
Hindistanda
İngiltərənin mövqeyini möhkəmlətmək
üçün ingilis
hökuməti XVIII əsrin 80-ci illərinin axırı və 90-
cı illərinin əvvəllərində bir sıra qanunlar qəbul etdi. İnzibati
və məhkəmə islahatı keçirildi. Məhkəmə islahatı əsasında
yeni
məhkəmələr yaradıldı və yeni mühakimə qaydaları qo-
yuldu ki, bunlar d
a tamamilə Britaniya ağalığının Hindistan-
da daha da
möhkəmləndirilməsi məqsədi güdürdü. Bu haqda
obrazlı şəkildə benqaliyalılar deyirdilər ki, "ingilis məhkəməsi
Benqaliya pələngindən də dəhşətlidir". Britaniya müstəmlə-
kəçilərinin zülmkarlığına və qarətçiliyinə qarşı xalq arasında
baya
tılar qoşurdular, müstəmləkə zülmündən xilas yolunu isə
ulu tanrıdan gözləyirdilər. Bununla da onlar ingilis məhkə-
mələrinə və mülkiyyətlərinə öz mənfi münasibətlərini ifadə
etmiş olurdular.
Hindistanda xalqın kütləvi etirazlarına baxmayaraq 1793-
cü ildə ingilis hökumət orqanları "Daimi vergi haqqında" və
yaxud
"Daimi zəmindarlıq haqqında" aqrar qanun qəbul etdi.
1
Hindistanın "İkili idarə" sistemi 1858-ci ildə Ost-Hind kompaniyası ləğv
olunanadək davam etmişdi.
99
Bu qanun köhnə zadəgan torpaqlarının müsadirə edilməsini və
Benqaliya, Bixar və Orissa kəndlilərinin torpaq sahibliyi hü-
ququnun l
əğv edilməsini hüquqi cəhətdən rəsmiləşdirdi. Torpaq
xüsusi mülkiyyət hüququ əsasında yerli tacirlərə, iltizamçılara
və sələmçilərə verilirdi. 1793-cü il qanunu Hindistanda torpağın
alver obyektinə çevrilməsini ilk dəfə olaraq rəsmiləşdirdi. Eyni
zamanda
həmin tədbir orta əsr feodal mülkiyyəti sisteminə zər-
bə vurmuş oldu. Torpaq alan mülkədar-zəmindarlar Ost-Hind
kom
paniyasına əvvəlcədən birdəfəlik vergi verməli idilər. İngi-
lislər bunu vegi adlandırsalar da, əslində bu rüşvətin açıq forma-
sı idi. Bu tədbir kompaniyanı müntəzəm gəlirlərlə təmin edirdi.
Həmçinin bu vergi məbləği çox yüksək idi. Bu məbləğ 1794-cü
ildə toplanan verginin 90 faizi həcmində müəyyən edilmişdi.
Zəmindarlar öz malikanələrində təsərrüfatla məşğul olmurdular.
Onlar torpa
ğı əsarətli şərtlərlə kəndlilərə yardarlığa becərməyə
verirdilər. İcarədarlar da öz şərtlərini kəndlilərə qəbul etdirmək-
lə torpağı icarəyə verirdilər. Bundan başqa, çoxlu vergi və mü-
kəlləfiyyət formaları mövcud idi. Odur ki, daimi vergi sistemi
y
arımfeodal mülkiyyət formalarını və kəndlilərin istismarının
yarımfeodal formalarının ağalığını mühafizə edib saxlayırdı.
Əslində torpaqların baş mülkiyyətçisi yadellilər, o cümlədən
Ost-
Hind kompaniyası idi və feodallar onların həmçinin yerli
kö
məkçiləri idi.
K.
Marks yazırdı ki, "Biz Benqaliyada ingilis lendlordizmi,
İrlandiyada vasitəçilik sistemi, mülkədarı töycü toplayana
çevirən Avstriya sistemi və dövləti torpağın əsil mülkiyyətçisi
edən Asiya sisteminin digər sistemlərlə qovuşduğunu görürük".
O za
mankı aqrar qanunvericiliyin başlıca məqsədi - hə-
min dövrdə Hindistan xalqının istismarının əsas forması olan
torpaq vergisindən maksimum gəlir götürülməsini təmin etmək
və daimi zəmindarların simasında Britaniya müstəmləkəçilə-
rinin möhkəm ictimai dayağını yaratmaq idi.
1793-
cü ildə qəbul olunmuş qanuna əsasən Hindistanda
olan ingilis
tacirlərinə Hindistana mal idxal və ixrac etmək
icazəsi verildi. Bu qanun bir çox məhdudiyyətlərinə baxma-
yaraq
Hindistandakı az sayda köhnə ingilis ticarət müəssisə-
lərinin möhkəmlənməsinə və yenilərinin yaranmasına səbəb
oldu.
Dostları ilə paylaş: |