Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə32/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   28   29   30   31   32   33   34   35   ...   142

94 

əvvəllərində Maysurun və maratxa knyazlıqlarının hökmdar-

la

rı "Hindlilərin Böyük ittifaqı" adlı təşkilat yaratdılar. Əslin-



də bu təşkilat işğal ərəfəsində yaradılmalı idi. Amma bu təd-

bir 


gec  də  olsa  ingilis  işğalçılarına  qarşı  mübarizə  aparan 

Hindistan 

əyalətlərinin  hakimlərinin  ittifaqı  idi.  Onlar  Hey-

dərabad hakimini də öz tərəfinə çəkməyə  müvəffəq oldular. 

Ç

ünki ingilislərin himayəçilik etdiyi Heydərabad hakimi onun 



torpaqlarını işğal edən ingilislərdən narazı idi. İngilisləri Hin-

dis


tandan  qovmaq  məqsədilə  müttəfiqlər  birgə  hücum  planı 

hazırladılar. Bu olduqca mütərəqqi hadisə idi. 

Beləliklə,  uzunmüddətli  hazırlıqdan  sonra  1780-ci  ildə 

ikinci ingilis-Maysu

r müharibəsi başlandı. Maysur ordusu in-

gi

lis işğalçılarına dərhal ciddi zərbələr endirdi. Maysur ordu-



su ingilislərin vassalı olan Karnatik nəvabının paytaxtı Arko-

tu tutdu. 

Qələbədən ruhlanan Heydərəli bildirdi ki, “Karnatik-

də ingilislərin kökünü mütləq kəsəcəkdir”. 

Bu  hadisədən  sonra  Hindistnada Ost-Hind  kompaniyası 

üçün təhlükəli vəziyyət yarandı. Beynəlxalq vəziyyət də ingilis-

lər üçün əlverişli deyildi. Belə ki, Şimali Amerika müstəmləkə-

lərində  ingilis  ağalığına  qarşı  milli-azadlıq  müharibəsi,  Fransa 

və  Avropadakı  bir  sıra  başqa  dövlətlərlə  müharibə  Britaniya 

ağalığına  qarşı  yönəlmişdi. Hindistanda öz mövqeyini  bərpa 

etməyə  çalışan  Fransanın  hakim  dairələri  Heydərəliyə  yardım 

üçün Hindistana hərbi eskadra göndərdi. Bu eskadra ingilis do-

nanmasına ciddi zərbələr endirdi. Lakin hindlilər əlverişli bey-

nəlxalq  vəziyyətdən  istifadə  etməyə  macal  tapmamış,  beynəl-

xalq vəziyyət dəyişdi. Şimali Amerikadakı müstəmləkələrin İn-

gil


tərənin  əlindən  çıxması  İngiltərə  hakim  dairələrinin  Hindis-

tan


dakı torpaqlarını qoruyub saxlamaq və genişlətmək məqsədli 

mövqeyini daha da 

möhkəmlətdi. 

İngiltərə-Fransa  müharibəsi  Fransanın  məğlubiyyəti  ilə 

nəticələndi, 1783-cü ildə və Fransa neytrallıq nümayiş etdirəcəyini, 

Maysu


ra hərbi yardım göstərməyəcəyini öhdəsinə götürdü.  

Amma 


mütərəqqi hal idi ki, uzun müddətli müstəmləkə 

rejimi Hindistanın özündə istiqlaliyyət uğrunda fədakar mü-




95 

barizə aparmağa qadir qüvvələr yetişdirmişdi. Lakin təəssüf-

lər olsun ki, milli xəyanət hələ də qaldığına görə bu qüvvələr 

birləşməmişdi.  Müttəfiqlər  cəbhəsində  sinfi  və  sülalə  məna-

feyi üstün yer tuturdu. Bu isə Britaniya müstəmləkəçilərinin 

"parçala 

hökmranlıq et" siyasətinin həyata keçirilməsini asan-

laşdırırdı.  Bununla  yanaşı  feodal  hakimlər  istilaçılara  qarşı 

mübarizədə xalq kütlələrinə arxalanmaq istəmirdilər və xalq-

dan qorxurdular. 

Nəhayət, 1782-ci ildə birinci ingilis-maratxa müharibəsi 

də qurtardı. Salbay müqaviləsi nəticəsində Salsett adası Ost-

Hind kompani

yasına  verildi. Peşvə  taxt-tacına  iddia  edən 

bacarıqsız əlaltılar isə böyük təqaüdlə təmin edildi. Maratxa 

knyazlıqları  öz  ərazilərində  fransız  faktoriyalarının  təşkilinə 

yol verməməyi öhdələrinə götürdülər. 

Maysu


r  knyazlığı  mübarizəni  davam  etdirməyə  cəhd 

gös


tərsə də, ingilislərin köməyi ilə daxili irticanın planlı şə-

kildə təşkil etdiyi qəsd boşa çıxdı. Maysurun istiqlaliyyətinin 

düşmənləri  Heydərəlinin  oğlunu  xələfi  və  vəlihədi  Sultan 

titulu ilə taxta əyləşdirdilər. 1782-1799-cu illərdə xarici siya-

sət sahəsində köhnə xətt davam etdirildi. Lakin ingilislər Hin-

dis


tan ərazisində heç bir məğlubiyyətlə barışmır, müstəmləkə 

siyasətini daha da fəallaşdırırdılar. Odur ki, Britaniya qoşun-

ları Maysur ərazisinə yenidən hücum etdi və bu dəfə də onlar 

xalqın müqavimətini qıra bilmədilər, ingilislər güman etdikləri 

hərbi uğur əldə edə bilmədi. Mövcud vəziyyətin olduğu kimi 

saxlanılması razılaşma əsasında 1784-cü ildə Manqalor sülh 

müqaviləsi  ilə  nəticələndi. Qastinqs  isə  bu  müqaviləni 

"ingilislər üçün həqarətli sülh" adlandırmışdı. 

 

İngilis zülmkarlarına qarşı Hindistan xalqlarının 

müqavimət hərəkatının güclənməsi 

 

XIX  əsrin  70-80-ci  illərindəki  müharibələr  göstərdi  ki, 

Ost-Hind 

kompaniyasının istilaçılıq planları tədricən məhdud-

la

şır və  getdikcə müqavimət hərəkatı isə yeni mərhələyə daxil 



olmaqda

dır.  Hindlilərin  düşmənə  göstərdiyi  şiddətli  müqa-




96 

vimət  nəticəsində  Ost-Hind  kompaniyası  sürətli  qələbə  və 

zəngin qənimət  əvəzinə böyük  tələfata səbəb olan uzun sü-

rən müharibələr aparmalı oldu. Kompaniyanın başçıları Hin-

distanda  yen

i qarət mənbələri axtarırdılar. Ost-Hind kompa-

niyasının təxribatları və feodal istismarının güclənməsi Bena-

res


də xalq üsyanına səbəb oldu. Üsyanda kəndlilər, əsgərlər, 

Benares  əhalisinin  böyük  əksəriyyəti,  o  cümlədən  yerli  feo-

dal-

zadəganların bir hissəsi də iştirak edirdi. Ost-Hind kom-



pa

niyasının qoşunları üsyanı çox böyük qəddarlıqla yatıra bil-

di. Yalnız bundan sonra Benares knyazlığı Ost-Hind kompa-

niyasının  müstəmləkə  torpaqlarına  qatıldı.  Tədricən  ölkədə 

"ikili idarə" sistemi daha da fəallaşdı. 

Xalq narazılıqlarının ifadəsi olaraq 1775-1785-ci illərdə 

Benqaliyada  çoxlu  kəndli  üsyanları  baş  verdi.  Əlbəttə,  bu 

üsyanlar  güc

lənməkdə  olan  müstəmləkə  və  feodal  əsarətinə 

qarşı  kəndlilərin  kortəbii  çıxışları  idi.  Mübarizə  dini  şüarlar 

altında  gedirdi.  Mübarizəyə  Saniyasi

1

  d

ini  təriqəti  başçılıq 

edirdi. Bütün bunlara baxmayaraq 

xalqın yadellilərə qarşı bir-

ləşə  bilməməsi  səbəbindən  ingilis  müstəmləkəçiləri  başlan-

mış bu milli-azadlıq hərəkatını da qəddarlıqla yatırdılar. 

 

1784-cü il Pitti qanununun 



layihəsi 

 

Ost-


Hind kompaniyasının Hindistanda törətdiyi cinayət-

lər  haqqındakı  həqiqətlər  bəzi  maneələrə  baxmayaraq    hətta 

İngiltərəyə də gedib çatırdı və bunlar da İngiltərə ictimaiyyə-

tinin m


üxtəlif dairələrində pislənirdi. Humanizm mövqeyində 

duran demokratik 

fikirli ziyalılar, jurnaslistlər qarətkarlıq və 

zülm  siyasətini  rüsvayçılıq  adlandırır  və  öz  yanlarında  onu 

damğalayırdılar.  Ost-Hind  kompaniyası  ilə  əlaqəsi  olmayan 

gənc  sənaye  burjuaziyası  və  tacirlər  Hindistan  ticarətində 

kom

paniyanın  inhisarına  qarşı  mübarizə  aparırdılar.  Lakin 



80-

ci illərin ortalarında həm Ost-Hind kompaniyasının ağaları, 

həm də onlarla əlaqədar olan siyasi və maliyyə oliqarxiyası Qas-

                                                 

1

  Saniyasinin m



übarizəsi "Ananda Matx" ("Şənlik iqamətgahı") tarixi romanında 

təsvir  edilmişdir.  Romanın  müəllifi  XIX  əsrin  ikinci  yarısında  Benqaliyanın  ən 

böyük yazışısı Çondro  Çotopadxyayadır.  Üsyan  rəhbərinin  Ana  vətən  –  "Banda 

Mataram"  şərəfinə  mahnısının  mətni  sonralar  Hindistanın  istiqlaliyyəti  uğrunda 

mübarizə himni oldu. 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə