Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə40/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   36   37   38   39   40   41   42   43   ...   142

118 

mədəniyyətin ən yaxşı nailiyyətlərini özündə birləşdirən hind 

mədəniyyəti həm də öz orijinallığını saxlamışdı. 

Böyük Moğol imperiyasının iqtisadi və siyasi böhranının 

dərinləşməsi hind mədəniyyətinin də tənəzzülünə səbəb oldu. 

Mürtəce və mütərəqqi qüvvələr arasında gedən kəskin müba-

rizə ideologiya sahəsini də bürüdü. Fəlsəfədəki idealist cərə-

yan


lar  azad  fikri  boğmaqda,  sxolastika  və  teologiyanı  yay-

maqda hakim sinif

lərə xidmət edirdi. Bütün bu məhrumiyyət-

lərə  baxmayaraq  təbiət  elmlərinin  nailiyyətlərindən  bəhrələ-

nən materialst ideyalar inkişaf etməkdə idi. 

O dövrün qab

aqcıl mütəfəkkirləri, xalq kütlələrini amansız-

casına  soyan  feodal  zadəganların  israfçılığını  və  tüfeyliliyini 

pisləyirdilər.  XVIII  əsrin  ortalarının  görkəmli  humanist  alimi 

dehlili Vəliullah müsəlman İntibahı adlanan cərəyanın məfkurə-

çisi  olmuşdur.  O,  "Hiccətül  Allahəl-Baliğan"  ("Qadir  allahın 

dafiəçisi") adlı əsərində küt siyasətlər ilə dövlətin qüdrətini 



sarsıdan feodal hakimləri kəskin tənqid atəşinə tutaraq ədalət və 

insaniyyət  qanunlarına  əsaslanan  ictimai  quruluş  haqqındakı 

idealını təsvir etmişdir. Vəliullahın görkəmli ardıcılı, Hindistan-

da ingilislərə qarşı vahabilər (vəliullahilər) hərəkatının təşkilat-

çısı və rəhbəri 1786-1831-ci illərdə Səid Əhməd olmuşdu. 

XVIII əsrin birinci yarısında Rəcputanda qabaqcıl adam-

lar dövlət xadimi, çox qüdrətli alim Savay Cay Sinqin ətrafına 

toplaşmışdılar.  O,  riyaziyyatçı,  astronom  və  şəhərsalma  mü-

təxəssisi idi. Caypur şəhərinin əsasının qoyulması onun adı ilə 

bağlıdır.  O,  Hindistanın  beş  şəhərində,  o  cümlədən  Caypur, 

Dehli, Benares, Udcayan v

ə Məthurda rəsədxana tikmişdir. 

İngilis istilasının başlanması ilə Hindistanın mədəni hə-

ya

tının  tənəzzülü  son  dərəcə  dərinləşdi.  XVIII  əsrin  axırları 



və XIX əsrin əvvəllərində ölkədə mədəniyyətin heç bir sahə-

sind


ə əvvəlki qərinələrin istedadlı əsərləri ilə bir sıraya qoyu-

la biləcək görkəmli əsər yaradılmamışdı. 

Yalnız  xalq  yaradıcılığı  hind  folklorunun  mahnı,  rəqs 

pan


tomima (mimika və hərəkətlərlə ifa olunan teatr tamaşaları) 

teatrının  köhnə  ənənlərini  davam  etdirirdi.  Bunların  süjeti 

başlıca olaraq dinlə, əməklə və xalq kütlələrinin azadlıq mü-

ba

rizəsi ilə əlaqədar idi. 



Əl  əməyinə  əsaslanan  toxuculuq  sənətinin  tənəzzülünə 

baxmayaraq, istedad

lı  xalq  ustaları  tətbiqi-bəzək  sənətinin, 



119 

yəni fil sümüyü və ağac üzərində naxış, üzərində zərlə nəfis 

işlənmiş metal məmulatı, naxışlı saxsı şeylər istehsalı, naxışlı 

yun parçalar 

istehsalının ənənələrini davam etdirirdilər.  

Eyni zamanda Avropa ilə daha sıx əlaqə yaradılması ar-

tıq  XVIII  əsrin  axırlarından  Hindistanın  mədəni  həyatına, 

birinci növ

bədə isə onun ən qabaqcıl xalqlarına getdikcə mü-

tərəqqi  təsir  göstərirdi.  Mütərəqqi  hal  ondan  ibarət  idi  ki, 

1789-cu il inqilabi Fransan

ın təsiri müəyyən dərəcədə May-

su

run  mütərəqqi  dairələrinin  fəaliyyətində,  Serinqapatamda 



yakobin klubunun açılmasında, elmi və siyasi müzakirələrin 

təşkilində və s. öz ifadəsini tapdı. 

Hələ 1784-cü ildə Uilyam Cons Benqal-Asiya cəmiyyəti 

təşkil etmişdi. Sonralar bu cəmiyyət krallıq cəmiyyəti adlan-

d

ırıldı.  Hindistanın  zəngin  qədim  mədəniyyəti  ilə  Qərbin 



tanış olmasında həmin cəmiyyət müsbət rol oynamışdı. 

XVIII 


əsrin axırlarında yeni tipli teatr yaratmaq üçün ilk 

təşəbbüslər  göstərildi.  Bu  təşəbbüslər  1785-ci  ildən  1797-ci 

ilədək Hindistanda yaşamış rus hindşünası Gerasim Stepano-

viç Lebedevin fəaliyyəti ilə əlaqədar idi. G.S.Lebedevin Ben-

qal  dilinə  tərcümə  etdiyi  "Riyakarlıq"  adlı  ingilis  pyesinin 

1795-


ci il noyabrın 27-də ilk tamaşası oldu. Teatrın müvəffə-

qiyyətinə  və  Benqaliya  ictimaiyyətinin  qabaqcıl  dairələrinin 

yardımına baxmayaraq, ingilis işbazlarının müqaviməti nəti-

cəsində teatr iki illik fəaliyyətdən sonra bağlandı. 

1804-

cü ildə Bombeydə Krallıq Asiya cəmiyyəti açıldı. 



Müstəmləkəçi  məmurlardan  fərqli  olaraq  ayrı-ayrı  ingilis 

alimləri  və  yazarları  Hindistanın  mədəni  inkişafına  kömək 

etməyə səy göstərirdilər. Lakin ingilis hökumət orqanları xalq 

kütlələrini  cəhalətdə  saxlamağa  çalışır,  onların  mədəni 

mədəni tanımaq istəmirdilər. 

Qərblə mədəni əlaqələrin gücləndiyi bir şəraitdə Hindis-

tanın ictimai-iqtisadi həyatında orta əsr qaydalarının yenisi ilə 

əvəz  edilməsi  ictimai  həyatda  yeni  hadislərə  səbəb  oldu  və 

ic

timai fikrin yeni cərəyanları formalaşdı. 



Ram Moxan Roy başda olmaqla ilk hind maarifpərvərlə-

ri  ictimai  səhnəyə  çıxdılar.  Görkəmli  alim  və  filosof  Ram 

Moxan Roy eyni zamanda islahat

çı idi. İnduizm prinsiplərinə 

sa

diq qalmaqla bərabər, Ram Moxan Roy bu dini islah etmə-



yə, bunun ən mürtəce cəhətlərini aradan qaldırmağa çalışırdı. 


120 

Cəhalətin hökm sürdüyü bir zamanda dində islahat aparmağın 

özü də çox böyük cəsarət tələb edirdi. O, dul qadınların yan-

dırılması  adətinə  (sati)  qarşı  qətiyyətlə  mübarizə  aparırdı. 

Onun bu mübarizəsi, ingilis hökumət dairələri tərəfindən hə-

min adətin qanunla qadağan edilməsində mühüm rol oynadı. 

Görkəmli  hind  maarifpərvəri  təhsilin  müasirləşdirilməsi  uğ-

runda, "riyaz

iyyatın,  tarixin,  naturfəlsəfənin,  kimyanın,  ana-

to

miyanın və digər dünyəvi elmlərin" tədris edilməsi uğrunda 



fəal mübarizə aparırdı. O, Benqal dilində yazılmış qramma-

tika, coğrafiya, astronomiya və həndəsə dərsliklərinin müəl-

lifi id

i. Onun təşəbbüsü ilə 1817-ci ildə Kəlküttədə hindlilər 



üçün Qərbi Avropada olan kolleclər tipli kollec yaradıldı ki, 

bu da böyük tarixi hadisə idi. 

Ram Moxan Roy həmçinin, hind mətbuatının banilərin-

dən biri olmuşdur. O, 1812-ci ildə Hindistanda Benqal dilin-

də ilk jurnal nəşr etməyə başlamışdı. 

Ram Moxan Roy və onun ən yaxın ardıcılı Dvarkanatx 

Taqor 

XIX əsrin əvvəllərində "Brahmo-samac" adlı dini-isla-



hat

çılıq  cəmiyyəti  yaratdılar.  Bu  cəmiyyət  görkəmli  maarif-

pərvərin ideallarını həyata keçirməyə, ölkəni mədəni tərəqqi 

yoluna çıxarmağa çalışırdı. 

Ram  Moxan  Royun  fəaliyyəti  sonralar  qabaqcıl mülkə-

dar-


burjua  ziyalılarına  böyük  təsir  göstərdi  və  burjua-milli 

hərəkatının  ideoloji  cəhətdən  hazırlanmasında  mühüm  bir 

mərhələ oldu. 

İlk  hind  maarifpərvərinin  fəaliyyəti  Britaniya  hökumət 

orqanlarını  Hindistanda  Avropa  təhsili  nümunələrini  həyata 

keçirməyə məcbur etdi. Yeni qanuna görə 1835-ci ildə Hin-

dis

tanda  klassik  gimnaziya  tipli  məktəblər  açılmasına  icazə 



ve

rilirdi. Həmin məktəblərdə dərslər ingilis dilində keçilirdi. 

Amma  tədris  planlarında,  Hindistan  tarixi  və  ədəbiyyatının 

tədrisi nəzərdə tutulmurdu. Hindistanın qədim və orijinal mə-

dəniyyətinə ingilislərin əsil münasibəti islahat müəlliflərindən 

biri olan, ingilis burjua-liberal tarixçisi Makoleyin 

öz məkrli 

siyasətini aşağıdakı sözlərlə açıq ifadə etmişdir: "Avropa ki-

tabxana

sındakı bir rəf kitab bütün Hindistanın və Ərəbistanın 



yerli ədəbiyyatına dəyər". 

Hindistanda  təhsil  islahatı  zəruriliyi  bir  də  ondan  irəli 

gəlirdi  ki,  1836-cı  ildə  ingilis  dili  rəsmi  dil  elan  edildikdən 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə