Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə37/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   33   34   35   36   37   38   39   40   ...   142

109 

Lakin  ümidverici hal onda

n  ibarət  idi  ki,  nəhəng  ölkə 

olan Hindistanda əzilən xalqın ziyalı təbəqələri də antiinqilab 

mövqeyində formalaşmaqda yetişməkdə idi. Beləliklə, ölkənin 

iqtisadiyya

tındakı  dəyişikliklər  mülkədar  və  komprador-

tacirlər içərisindən ziyalı kadrlarının yetişməsinə səbəb oldu. 

Öz  ictimai  vəziyyəti  və  qulluğuna  görə  ingilislərlə  əlaqədar 

olan  bu  ziyalı  kadrlar  əcnəbi  ağaların  köməyi  ilə  Avropa 

mədəniyyətini  Hindistana  yaymaq  ümidində  idilər.  Öz 

dövrünün qabaqcıl adamları olan bu ziyalılar ən vəhşi orta əsr 

qalıqlarına  qarşı  çıxır,  maarifi  yaymağa  çalışırdılar.  Bu 

qrupun  ən  görkəmli  nümayəndələrindən  və  maarifçiliyin 

təşəbbüsçülərindən biri Ram Moxan Roy idi (1772-1833). O, 

özünün ideologiyasını yaratmaqla, davamçılarını da hazırladı. 

Xalqın, xüsusilə gənclərin maariflənməsi olduqca zəruri 

idi. Ona gö

rə ki, bu şüurlu mübarizəyə gəncləri cəlb etmədən 

müstəmləkəçilərə qalib gəlmək mümkün deyildi. 

 

Hindistanın istilasının başa çatdırılması,  

İngilis-siqx müharibələri 

 

XIX  əsrin  40-cı  illərində  Hindistanın  müstəqil  dövlət-



lərinə,  yəni  knyazlıqlarına  qarşı  ingilis  işğalçılarının  yeni 

hücumu 


başlandı.  Əsas  zərbə  Pəncaba  qarşı  yönəldilmişdi. 

Rəncit Sinqin vəfatından sonra (1839) ölkədə  siyasi vəziyyət 

daha  da  g

ərginləşdi. Bu hadisədən istifadə edən iri feodallar 

mərkəzi  hakimiyyətdən  ayrılmağa  çalışırdılar.  Taxt-tac  uğ-

run


da mübarizə  yeni mərhələyə daxil oldu. İngilislər bu ha-

disədən, yəni siyasi pərakəndlikdən istifadə etmək üçün mə-

qam gözləyirdilər. Bu dövrdə Pəncabda istiqlaliyyət arzuları-

nın  əsas  ifadəçisi  siqx  ordusu  idi.  Siqx  ordusunun  əsgərləri 

1841-

ci ildə ən mənfur komandirlərə və feodallara divan tuta-



raq, əslində hakimiyyəti öz əllərinə aldılar. Hər bir hərbi his-

sədə əsgər şuraları (pəncayatlar) yaradılmışdı. Bu işdə Lahor 

şurası  xüsusilə  böyük  rol  oyna-yırdı.  İri  feodallardan  ibarət 

olan hökumət tamamilə ordudan asılı idi. Geniş xalq kütlələri 

pəncayatların tərəfinə keçirdilər. 

Əfqanıstanla həmsərhəd olan Pəncabda müstəmləkəçilər 

ciddi surətdə narahat idilər. Onlar bəzi iri feodallarla əlaqəyə 



110 

girir, başlanmış hərəkatı zəiflətməyə çalışırdılar. Feodallar isə 

ordunun iştirak etdiyi xalq hərəkatının inkişafından qorxur və 

ingilislərin  yardımı  ilə  üsyançılara  divan  tutmağa  çalışırdı. 

Beləliklə,  müstəmləkəçilərlə  iri  feodalların  xalqa  qarşı  mür-

təce fəaliyyət birliyi yarandı. 

1845-1846-

cı  illərdə  baş  vermiş  birinci ingilis-siqx 

müharibəsi  dövründə  Pəncab ordusunun  son  dərəcə 

qəhrəmanlığı və mətanətli olduğu bir daha nümayiş etdirildi. 

Döyüşlərin ilk mərhələsində öz baş komandirlərinin xəyanə-

tinə  baxmayaraq  əsgərlər  müstəmləkəçilərin  ordusunu  dəh-

şətli məğlubiyyətə uğratdılar. 1846-cı ilin fevralında Sobraun 

yaxınlığında qəti vuruşma oldu. Nəticə etibarilə bu vuruşma-

nın  müqəddəratını  yenə  də  xəyanət  həll  etmiş  oldu.  İngilis-

lərin  baş  komandanı  əməliyyat  planı  hazırlayarkən  siqx qo-

şunlarının yerləşdiyini göstərən xəritə onun əlinə keçdi. Bəzi 

məxfi  məlumatları  isə  cəsuslar  ingilislərə  çatdırmışdılar.  Az 

sonra 

Pəncabın  paytaxtı  Lahor  şəhəri  tamamilə  işğal  edildi. 



1846- 

cı ilin mart ayında bağlanan Lahor sülh müqaviləsinə 

rə  ingilislər  1,5 milyon  funt  sterlinq  təzminat  aldılar  və 



siqx ordu

su xeyli azaldıldı. Eyni zamanda hərbi cəhətdən bö-

yük strateji 

əhəmiyyəti olan Beynəlnəhr və Calandharın zən-

gin ərazisi Ost-Hind kompaniyasının ixtiyarına keçdi. Kom-

paniya alaca

ğı təzminat əvəzinə Kəşmir torpaqlarını ilhaq et-

məyə "razı oldu". Tezliklə bu geniş knyazlıq bir milyon funt 

sterlinqə Camma knyazlığının hakimi Qulyab Sinqə satıldı. 

Lahor  müqaviləsinin  əsarətli  şərtləri,  habelə  Ost-Hind 

kompaniyasına yerli feodallar tərəfindən yardım göstərilməsi, 

qəddar müstəmləkəçilik siyasəti, Pəncab əhalisinin haqlı na-

ra

zılığına səbəb oldu. Əcnəbilərin əsarətinə və talançılıq siya-



sətinə  qarşı  hər  yerdə  müqavimət  hərəkatı  qüvvətlənirdi. 

1848-


ci ilin əvvəllərində Multanda ingilislərə qarşı üsyan baş 

verdi. Bu üs

yan  dərhal  bütün  Pəncabda  rəğbətlə  qarşılandı. 

Azaldılmış,  lakin  heç  də  öz  döyüş  qabiliyyətini  itirməmiş 

siqx ordusu 

yenidən silahlı mübarizəyə başladı. Lakin 1848-

ci  ilin  fevralında  Hücərat  yaxınlığındakı  vuruşmada  ingilis 

qoşunları  siqxləri  qəti  məğlubiyyətə  uğrada  bildi.  1849-cu 

ilin  martında  Ost-Hind kompaniyası  Pəncabın  ilhaq  olundu-

ğunu elan etdi.  




111 

Yeni xalq çıxışlarından qorxan və Pəncabın Əfqanıstana 

yaxın olmasını nəzərə alan müstəmləkəçilər Pəncabda ehtiyatlı 

siyasət yeritməli oldular. Xatırladaq ki, Britaniya hökumətinin 

vergi siyasəti xalqı acınacaqlı vəziyyətə salmışdı. Odur ki, xalq 

hərəkatı bir-birini əvəz edirdi. Yeni xalq çıxışlarından ehtiyat 

edən  müstəmləkəçilər  burada  kəndlilər  üzərinə  Hindistanın 

digər  yerlərində  olduğu  qədər  yüksək  vergi  qoymurdular. 

İngilislər  maliyyə-vergi  siyasətinin  təşkilatçısı  olan  kənd 

icmasını  saxlayırdı.  Çəmənliklər  və  otlaq  yerləri  icmanın 

ixtiyarında  qalırdı.  Bununla  bərabər,  yeni  çıxışlardan  qorxan 

Ost-Hind kompani

yası  öz  şimal-qərb  sərhədlərini  möhkəm-

lədərək,  burada  çoxlu  qoşun  yerləşdirməyə  başlamışdı. Ost-

Hind kompa

niyası Pəncabı ilhaq etməklə demək olar ki, bəzi 

istisnalar  nəzərə  alınmazsa  Hindistan  ərazisinin  işğalını  başa 

çatdırmış oldu. 

 

1857-1859-cu i

llərdəki xalq azadlıq hərəkatı 

 

 

Artıq XIX əsrin 50-ci illərində Hindistan sürətlə metro-



poliya

nın aqrar-xammal əlavəsinə çevrilməkdə idi. Bu siyasə-

ti  hər  vasitəsilə  həyata keçirən  general-qubernator lord Dal-

xuz idi.  

  

İngilis müstəmləkəçiləri Hindistanda  çevik idarəçiliyə 



nail olmaq üçün 1853-

cü ildə dəmiryol çəkilməsinə başladı. 

1854-

cü ildə ilk cüt fabriki açıldı. Bu dövrdən etibarən Hin-



distanda sənaye tədriclə inkişaf etməyə başladı. Britaniya hö-

kumət orqanları yarımasılı hind knyazlıqlarını tamamilə özlə-

rinə tabe etmək üçün tədbirlər görürdü. 1853-cü ildə Cxansi 

və Berar knyazlıqları Kompaniyanın torpaqlarına birləşdirildi 

və  1856-cı  ildə  Aud  ilhaq  olundu,  bu  regionlarda  qəddar 

ingilis idarəçilik sistemi tətbiq edildi. 

Digər ərazilərlə yanaşı Pəncabın ilhaqı ilə 1849-cu ildə 

Kom


paniya  Hindistanın  bütün  müstəqil  dövlətlərini  özünə 

tabe et


di. Bu vaxtdan etibarən Britaniya hökumətinin Hindis-

tanda 


böyük  ordu  saxlamağa  ehtiyac  qalmadı.  İngilis-hind 

birləşmiş  ordusunun  hərbi  hissələri  Hindistandan  kənar 

yerlərə, Birmaya, Əfqanıstana yürüşə göndərildi, hindli sipa-

hi-


əsgərlərin müxtəlif imtiyazları ləğv edildi. Ordu müstəmlə-

kəçilərin hərbi güc vasitələrindən ingilislərə xidmət göstərən 

işçi  qüvvəsinə  çevrilirdi.  Ölkədə  ağır  müstəmləkə  şərtləri, 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə