Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə36/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   32   33   34   35   36   37   38   39   ...   142

106 

sahibliyi 

də  saxlanıldı.  Zəmindarın  verdiyi  verginin 

məbləğinə hər 30 ildən bir yenidən baxılmalı idi. Amma faktiki 

olaraq  ver

gi  məbləğinə  tez-tez  və  həm  də  ən  çox  məhsul 

götürülən illərdə yenidən baxılırdı. Torpaqdan götürülən gəlirin 

çox his


səsi müstəmləkəçilərin əlinə keçirdi və onlar varlandıqca 

is

tismarı gücləndirirdilər, gücləndikcə daha da qəddarlaşırdılar.  



Bu dövrdə Mədrəs və Bombey əyalətləri ərazisinin çox 

his


səsində rəiyyətvari sistemi tətbiq edildi. Rəiyyətvari siste-

mi

nə əsasən Ost-Hind kompaniyası öz vergi aparatı vasitəsilə 



torpağı kiçik sahələrlə müddətsiz icarə hüququ şəklində kənd-

lilərə icarəyə verirdi. Hər il bir dəfə vergi günü təyin olunur-

du. Torpaqdan məhsulun 50 faizi miqdarında, suvarılan tor-

paq


lardan  isə  75  faizi  miqdarında  vergi  alınırdı.  Yeni  aqrar 

sis


temin tətbiq edilməsi onunla əlaqədar idi ki, cənub kənd-

lilərinə daimi vergi sistemini qəbul etdirmək təşəbbüsü müqa-

vi

mətə rast gəlir və bəzi yerlərdə məsəslən, Koimbaturda bu 



müqavi

mət kortəbii kəndli çıxışlarına çevrilirdi. Zəmindarlıq 

siste

mində kəndlilər əslində torpağa təhkim edilir və yarım-



təhkimli asılılığa düşürdülər ki, bu da onlarda qəzəb oyadır, 

milli-


azadlıq hərəkatını gündən-günə sürətləndirməkdə idi. 

XIX əsrin 20-ci illərində Ost-Hind kompaniyası öz möv-

qe

yini  o  qədər  möhkəmlətmiş  və  o  dərəcədə  geniş  inzibati 



idarə  aparatı  yaratmışdı  ki,  ingilislər  zəmindarın  vasitəçiliyi 

olmadan da vergi toplamaq işini öz əlinə ala bilərdi. Eyni za-

manda 

zəmindar vasitəçinin aradan çıxarılması ingilislərə bö-



yük mənfəət gətirirdi. Yeni sistem bilavasitə istehsalçını met-

ro

poliyaya  lazım  olan  kənd  təsərrüfatı  bitkiləri  becərtməyi 



asan

laşdıran daha hiyləgər bir sistem idi. Rəiyyətvari sistem 

kənddə feodal əlaqələrini ləğv etmirdi. Aydın məsələ idi ki, 

Ost-


Hind  kompaniyası  həmin  rayonlarda  torpağın  bir  növ 

yarımfeodal mülkiyyətçisinə çevrilirdi. 

Hindistanda  Britaniya  müstəmləkə  sistemi  möhkəmlən-

diri


ləndən sonra ingilislər aqrar sahədə, o cümlədən vergi sis-

te

mində öz maraqlarına uyğun dəyişiklik etdilər. Yeni torpaq-



vergi  sistemi  tətbiq  edilməsi  nəticəsində  Britaniya  Hindis-

tanın sahələrinin 50 faizi rəiyyətvari sistemi, 30 faizi müvəq-

qəti zəmindarlıq və yalnız 19 faizi daimi zəmindarlıq sistemi 

rayonlarına çevrilmiş oldu. Bu haqda K.Marks ingilislərin aq-




107 

rar siyasətinin xarakterini təhlil edərək yazırdı ki, "Hər hansı 

xalqın  bir  sıra  müvəffəqiyyətsiz,  həqiqətən  mənasız  və  işdə 

biabırçı iqtisadi eksperimentlərdən ibarət bir tarixi varsa, o da 

məhz  ingilislərin  Hindistanda  ağalığından  ibarətdir.  Benqa-

liyada onlar ingilis iri torpaq sahibliyinin karikatu

rasını, Cə-

nub-


Şərqi  Hindistanda  parsel  mülkiyyətinin  karikaturasını 

ya

ratmışlar. Şimal-qərbdə onlar icma torpaq sahibliyi ilə bir-



lik

də hind iqtisadi icmasını özlərindən asılı olduğu dərəcədə 

onun karikaturasına çevirmişlər"

1

.  



Hindistanı  ingilis  mallarının  satış  bazarına  çevirməyi 

asan


laşdırmaq  üçün  Ost-Hind  kompaniyası  Bentinkin gene-

ral-quber

natorluğu dövründə (1828-1835) vahid ölçü və çəki 

sistemi, vahid pul si

stemi  tətbiq  etdi,  Kəlküttə-Dehli  şosse 

yo

lunu çəkməyə başladı. Hindistanın şimal-qərb torpaqlarının 



işğal  edilməsinə  hazırlıq  planı  ilə  əlaqədar  ölkənin  iqtisadi 

rayonlarına  və  müxtəlif  əyalətlərə  yollar  çəkilməsinə  başla-

nıldı. İqtisadi cəhətdən isə bu tədbir ölkənin daxili rayonları-

na  ingilis  mallarının  daşınmasını  asanlaşdırmaq  və  xammal 

ixracına kömək etmək məqsədi güdürdü. Eyni zamanda XIX 

əsrin  30-cu  illərində  ingilislər  ilk  dəfə  olaraq  şəkər  qamışı, 

pam

bıq  plantasiyaları  yaratmağa  başladı.  Bunun  nəticəsində 



kənd təsərrüfatı xammalının ixracı xeyli artdı. Beləliklə, bu-

nun nəticəsi olaraq 1833-cü ildə, 14,5 min ton, 1844-cü il-də 

is

ə  40  min  ton  pambıq  ixrac  edilmişdi.  Britaniya  hökuməti 



tün gəlir mənbələrini öz əlinə almaq üçün 1833-cü il qanu-

nu 

ilə  Ost-Hind kompaniyasının  ticarət  hüququnu  tamamilə 



ləğv etdi. Lakin yenidən taktika dəyişdi və müstəmləkə haki-

miy


yətinin inzibati-siyasi və hərbi-polis aparatı olmaq etibarilə 

Kompaniyanı gücləndirən bir sıra qanunlar həyata keçirildi. 



 

XIX əsrin 20-30-cu illərində ümumxalq hərəkatı və 

maarifpərvərlik 

 

Britaniya imperalistləri tərəfindən Hindistanın istilasının 

gücləndirilməsi və istismarının artması, müstəmləkə  zülmünün 

yeni  


formaları xalq kütlələrinin kortəbii müqavimətinə səbəb 

olurdu.  Ən  güclü  çıxışlardan  biri  də  Hindistanda  vəliullahi-

lərin-vahabilərin  hərəkatı  idi.  Onların  mübarizəsinin  əsas 

                                                 

1

 

K.Marks. Kapital, III cild, birinci hissə, Bakı, 1960, səh 343, qeyd. 




108 

istiqaməti feodal zülmünə və eyni zamanda ingilis əsarətinə 

qarşı  yönəlmişdi.  Digər  vilayətlərlə  yanaşı  Benqaliyada 

vahabilərin rəhbərliyi altında kəndlilərin və sənətkarların mü-

ba

rizəsi  1831-ci  ildə  silahlı  üsyana  çevrildi.  Kəlküttənin  şi-



mal  və  şərqində  olan  vilayətləri  bürüyən  bu  hərəkata  Titu 

Miy


yan  başçılıq  edirdi.  Üsyançılar  bu regionda  ingilis  ağa-

lığının ləğv edildiyini və "ədalətli dövlət" yaradıldığını elan 

et

dilər, əmlak birliyi qaydası müəyyənləşdirildi. Üsyanın an-



ti

feodal mahiyyəti istismarçı müsəlmanlara və qismən hindu-

lara qarşı mübarizədə özünü göstərdi. Yerli hökumət orqan-

ları  üsyançıların  öhdəsindən  gələ  bilmirdilər.  Yalnız  ingilis-

hind nizami qoşunlarından ibarət və üçüncü dəfə göndərilən 

cəza dəstələri üsyançıların müqavimətini qıra bildi. Vahabilər 

hərəkatının  nisbətən  fəal  cərəyanının  mərkəzi  Pətnə  şəhəri 

idi. Buradak

ı hərəkatın rəhbərləri Hindistanın bir sıra əyalət-

lərində  və  feodal  knyazlıqlarında  olan  öz  həmfikirləri  ilə 

əlaqə yaratmışdılar. 

Hindistanın Maysur əyalətində xalq narazılığı hələ XIX 

əsrin birinci yarısında başlanmışdı. Bununla əlaqədar 1830-cu 

ildə  Maysurda  kəndlilərin  üsyanı  başlanmışdı.  Kəndlilər  si-

lahlanaraq 

ingilislərin əlaltısı olan Maysur knyazına qarşı çı-

xış etdilər və bir çox əyalətlərdən buradakı idarə məmurlarını 

qovdular.  Silahlı  mübarizə  1831-ci  ilin  ortalarına  qədər  da-

vam etdi. Üsyan ingilis 

qoşunlarının yardımı  və  yerli  əlaltı-

la

rın satqınlığı nəticəsində yatırıldı. Nəticədə Maysur knyaz-



lığı Ost-Hind kompaniyasının idarəsi altına keçdi. 

Üsyançılara qarşı növbəti hücum zamanı ingilislərə Malabar 

sahilində mopla kəndliləri də müqavimət göstərdilər. Onlar ərə-

bistan


lıların sələflərindən, habelə islamı qəbul etmiş yerli əhali-

dən ibarət idi. Bu rayonda mülkədarlar və istismarçı təbəqə əsa-

sən hindulardan ibarət idi. Bir müddətdən sonra antifeodal xarak-

terli  üsyan 

siyasi mahiyyətini dəyişdi və dini xarakter aldı, mü-

barizə gedişində üsyan ingilislərə qarşı çevrildi. Müstəmləkəçilər 

çox çətinliklə bu üsyanı da müvəqqəti olaraq yatıra bildilər. 

Əlbəttə, XIX əsrin əvvəllərindəki bu üsyanlar kortəbii və 

pərakəndə  xalq  çıxışları  idi.  Amma  təəsüf  ki,  irtica güclü, 

vətəndaş həmrəyliyi isə zəif idi. Bu amil isə Ost-Hind kom-

pani

yasının üsyanları yatırmasına kömək edirdi. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə