Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə44/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   40   41   42   43   44   45   46   47   ...   142

130 

ilə tanış olmuşdular. Bu vaxtdan etibarən monqol knyazlıqları 

ilə Rusiya arasında müntəzəm əlaqə yaranmağa başlayır. Hər 

iki xalqın sonrakı tarixi inkişafı onlar arasındakı dostluq əla-

qələrinin möhkəmlənməsinə kömək edirdi. Çin və Monqolus-

tan ilə dinc iqtisadi əməkdaşlıq etməyə çalışan Rusiya bu sa-

hədə xeyli müvəffəqiyyət əldə etdi. Zaman keçdikcə Rusiya 

ilə Mancur imperiyası arasındakı bir çox mübahisəli məsələ-

lər nizama salındı və sərhədlər dürüstləşdirildi. 1689-cu ildə 

Nerçinskdə Rusiya ilə Çin arasında müqavilə imzalandı ki, bu 

da 

Rusiya ilə Çin və Monqolustan arasında normal ticarətin 



başlanğıcını qoydu. Rusiya Çinin hüquq bərabərliyi əsasında 

müqavilə münasibətləri yaratmağa müvəffəq olduğu ilk döv-

lət  idi.  Ticarət  məsələləri  və  Monqolustan  rayonlarında  sər-

həd məsələləri haqqında 1727-ci ildə Çin ilə Rusiya arasında 

Kyaxta  və  Burin  müqavilələri  imzalandı.  Karvan  ticarətinin 

ge

nişləndirilməsi sayəsində bu ölkələr arasında iqtisadi əlaqə-



lər  gücləndi.  Rusiya-Çin  ticarəti  başlıca  olaraq  Kyaxta, 

Kalqan və Pekində aparılırdı. 

 

XIX əsrin ortalarına qədər Rusiya-Çin və Rusiya-Mon-



qolustan  münasi

bətləri  həmin  müqavilələr  əsasında  inkişaf 

edirdi. İkinci "tiryək" müharibəsində Çinin məğlubiyyətindən 

sonra yaran

mış  əlverişli  vəziyyətdən  istifadə  edərək,  çar 

hökuməti  1860-cı  il  Pekin  müqaviləsinə  əsasən  Monqolus-

tanda gömrüksüz ti

carət hüququ əldə etdi. 1861-ci ildə Urqada 

ilk 

dəfə  Rusiya  konsulluğu  açıldı.  XIX  əsrin  60-cı  illərində 



rus ticar

ət  kapitalı  Monqolustana soxuldu.  Beləliklə,  XIX 

əsrin 60-cı illərindən etibarən Monqolustan uğrunda Rusiya-

Çin və Rusiya-Yaponiya, sonra isə ABŞ, Avropa dövlətləri-

nin rəqabəti gücləndi. Bununla yanaşı ABŞ və Avropa tacirlə-

rindən fərqli olaraq Rusiya tacirləri həmçinin Monqolustanda 

çox  incə  diplomatiya  işlədirdilər,  sadə  xalqla  çox  mehriban 

davranırdılar.  

 

Bunun  nəticəsi  olaraq  Rusiya  tacirləri  Monqolustanda 



kiçik faktoriyalar düzəldir və yerli əhali ilə ticarət edirdilər. 

Urqa


da, sonra da Ulyasutayda və Kobdoda olan rus konsul-

luqları  tacirlərin  fəaliyyətinə  kömək  edirdilər.  Monqolustan 

Rusiyadan parça, mahud, 

un,  baqqaliyyə  malları  və  s  alır, 




131 

Rusiyaya 

isə  iri  və  xırda  buynuzlu  mal-qara,  xəz,  gön, yun 

ixrac edirdi. Rusiya 

faktoriyaları ölkənin müxtəlif məntəqələ-

rində  yaranırdı  və  Çin  ticarət  kapitalının  şiddətli  rəqabətinə 

baxmayaraq, rus-

monqol ticarətinin həcmi ildən-ilə artırdı. 

 Rusiya 

tacirləri  monqol  aratlarını  çox  ustalıqla,  incit-

mədən, siyasətlə istismar edirdilər. Lakin ölkədə rus əhalisi-

nin olma


sının müəyyən müsbət əhəmiyyəti də var idi. Mon-

qolus


tanla Rusiya arasında işgüzar və mədəni əlaqələr yara-

nırdı.  Misal  üçün,  ilk  vaxtlarda  zəif  də  olsa,  rus  xalqının 

mədəniyyəti  ilə  əlaqə  və  tanışlıq  yaranırdı.  Sərhəd  boyu 

yaşayan əhali bu mənada böyük rol oynadı. XIX-XX əsrlərin 

böyük tədqiqatçıları N.Y.Miçurin, N.M.Prjevalski, Q.N.Pota-

nin, A.M.Pozdnyeyev, B.Y.Vladimirtsobun Monqolustana 

səyahətlərinin monqollarla ruslar arasındakı dostluq əlaqələri 

üçün böyük əhəmiyyəti olmuşdu.  

Çarizmin  irticaçı  siyasətinə  baxmayaraq,  monqolların 

rus xalq


ı ilə, onun mədəniyyəti ilə əlaqəsinin Monqolustanın 

gələcək inkişafı üçün mütərəqqi əhəmiyyəti danılmazdır. 

 

Mədəniyyət 

  

Monqolların  erkən  dövrünün  mədəniyyəti  haqqında  ilk 



və çox qısa məlumata "Qəlbdən gələn dastanda" rast gəlmək 

olur. XIII ərsə aid olan bu xronika monqol ədəbiyyatının döv-

müzə qədər gəlib çıxan ən qədim abidəsidir. Monqol impe-



ri

yasının parçalanmasından sonra baş verən daxili çəkişmələr 

elmin,  təhsilin  və  mədəniyyətin  inkişafına  imkan  vermirdi. 

XIV-


XVI əsrlər tarixinə aid yazılı monqol məxəzləri, demək 

olar 


ki, yox dərəcəsindədir. Halbuki, artıq bu zaman monqol-

lar ksiloqraf üsu

lu  ilə  kitab  çap  etməyi  bilirdilər.  Xalq  ədə-

biy


yatı (folklor) mövcud idi. Monqollar ağac, sümük və me-

tal üzərində naxışla işləməyi bacarırdılar və bədii metaltökmə 

işinə  yaxşı  bələd  idilər.  Bütün  bunlar  monqolların  özlərinə 

məxsus orijinal mədəniyyətə malik olduğunu inandırıcı surətdə 

sübut edir.  



132 

 

Mancur işğalçıları lamaizmdən özlərinin bir ideoloji si-



la

hı  kimi  istifadə  edirdi.  "Elm  və  maarifin"  yeganə  mərkəzi 

monastırlar idi ki, burada da lama gəncləri Tibet yazısını öy-

rənir və lamalar Tibet dilində olan "müqəddəs" mətnləri illər 

boyu mexa

niki olaraq əzbərləyirdilər. Mancurlar monqol xal-

qı  içərisində  maarifin  inkişaf  etdirilməsi  və  milli  yazının 

yayılması  qayğısına  qalmırdılar.  Ölkədə  məktəb  yox  idi  və 

əhali, demək olar, başdan-başa savadsız idi. 

Din xadimləri xalqın savad almasına və maariflənməsinə 

mane olurdu. 

 

Lakin istismarçı feodallardan, hakim sinfin nümayəndə-



lərindən fərqli olaraq xalq ziyalıları, şairlər, ölkənin mütərəq-

qi  fikirli  adamları  dünyəvi  mədəniyyəti  inkişaf  etdirməyə, 

orijinal əsərlər yaratmağa, Çin və Tibet dilində olan dünyəvi 

ədəbiyyat əsərlərini tərcümə etməyə, monqol əlifbasını inki-

şaf etdirməyə və dürüstləşdirməyə çalışırdılar. Monqol tarix-

şünaslığı da inkişaf etməkdə idi. Monqol müəllifləri XVII əsr 

ərzində bir sıra tarix əsərləri yaratmışdılar. Bunlar içərisində 

Lübsan Danzanın "Altan tobçi", Saqan Setsenin "Şara Tuci", 

"Monqolların  tarixi"  adlı  əsərlərini  göstərmək  olar.  Mancur 

h

ökmranlığı dövründə yazılmış monqol tarix əsərləri içərisin-



də, müəllifi bəlli olmayan və XIX əsrin 20-ci illərinə aid olan 

"Bolo


r  Toli"  əsərini  və  həmin  əsrin  50-ci  illərində  Qaldan-

taycı  tərəfindən  tərtib  edilmiş  "Erdeniyi  Erixe"  salnaməsini 

də  göstərmək  olar.  Bütün  bu  xronikalarda  buddizmin  təsiri 

hiss olunur. XIX əsrin monqol tarixinə aid bu ədəbiyyatın xü-

susiyyəti ondan ibarətdir ki, həmin əsərlərdə Tibet məxəzləri 

ilə  yanaşı,  Çin  və  mancur  məxəzlərindən  də  istifadə  edil-

mişdir. 

 

 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə