Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə52/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   48   49   50   51   52   53   54   55   ...   142

155 

nışıqlar zamanı Perri onun təklifi rədd ediləcəyi təqdirdə yenə 

də Yaponiyaya qarşı müharibəyə başlayacağı ilə hədələyirdi. 

Qətiyyətsizlik  və  tərəddüd  göstərən  syoqun  hökuməti  nəticə 

etibarilə 1854-cü il martın 31-də "Sülh və dostluq haqqında" 

Yaponiya Amerika 

ilə (Perri-Xayasi) müqaviləsi imzalamağa 

məcbur  oldu.  Bu  birinci  müqavilə  nəticəsində  Yaponiyanın 

iki limanı Simoda və Xakodate Amerika gəmiləri üçün açıldı. 

Yaponiyanın 215 ildən bəri davam edən nisbi təklənmə siya-

sətinə son qoyuldu. 

 Yaponiya 

ilə Amerika arasındakı birinci sazişdən sonra 

başqa  dövlətlərlə  də  bir  sıra  müqavilələr  imzalandı.  Bunlar-

dan İngiltərə-Yaponiya müqaviləsini (1854), admiral Putyati-

nin eskadrası gəldikdən sonra (yazıçı İ. A. Qonçarov da hə-

min  eskadraya  daxil  olan  "Pallada"  gəmisində  idi)  Rusiya-

Yaponiya müqaviləsini (1855), Yaponiya-Hollandiya (1856), 

Yaponiya-Fransa (

1858) müqavilələrini və başqalarını göstər-

mək olar. Bu müqavilələrin hamısının şərtləri demək olar ki, 

bir-


birinin eyni idi. Bunlar yaponiyanın ən mühüm limanları-

nı  (Simoda,  Naqasaki,  Xakodate)  xarici  dövlətlərlə  ticarət 

üçün açırdı. 

 

ABŞ-ın baş konsulu Qarris Yaponiyaya gəldikdən sonra 



1857-ci il iyunun 17-

də Yaponiya ilə Amerika arasında yeni 

saziş,  1858-ci il iyulun 29-da  isə  Yaponiya-Amerika  ticarət 

qaviləsi  imzalandı.  Yaponiyada  ABŞ-ın  mövqeyini  möh-



kəmlədən  bu  müqavilələr  qeyri-bərabərhüquqlu müqavilələr 

idi.  Bu  müqavilələr  ABŞ-a  eksterritoriallıq  hüququ  verir  və 

Yaponiyaya  gətirilən  mallar  üçün  aşağı  gömrük  müəyyən 

edili


rdi. Bu müqavilələr əsasında, Yaponiya-Amerika ticarəti 

üçün açılmış limanların sayı beşə çatırdı.  

1858-ci ilin avqust-oktyab

r  aylarında  Hollandiya,  Rusi-

ya, İngiltərə və Fransa ilə, 1860-cı ildə isə Portuqaliya ilə də 

belə müqavilələr imzalandı. 

 



156 

İki əsas cəbhə  arasında siyasi mübarizənin kəskinləşməsi 

 

Syoqun 



hökumətinin 1854-1858-ci illərdə bağladığı qeyri-

bərabər hüquqlu müqavilələr və bunun ardınca xarici kapita-

lın  Yaponiyaya  soxulması  ölkədə  siyasi  böhranın  yenidən 

kəskinləşməsinə səbəb oldu ki, bu mübarizədə əsas iki cəbhə 

iştirak  edirdi.  Xüsusilə,  Perrinin  ekspedisiyası  Yaponiyaya 

gəldikdən sonra burada iki cəbhə yarandı ki, bunlar arasında 

da müba

rizə kəskin şəkil aldı. Xarici dövlətlərlə müqavilələr 



bağlamaq tərəfdarları "ölkənin açılması dəstəsində" birləşdi-

lər. Bu dəstəyə hökumətin başçısı İi Naoske rəhbərlik edirdi. 

İkinci cəbhə isə "barbarları qovmaq" adlanan dəstədə birləş-

mişdi. Bu dəstəyə feodal knyaz Miti Nariaki başçılıq edirdi. 

Beləliklə, ənənəvi təklənmə siyasətinin davam və ya ləğv edil-

məsi məsələsi, xarici dövlətlərə və onların Yaponiyaya zorla 

qəbul etdirmiş olduqları müqavilələrə münasibət məsələsi si-

yasi müba

rizənin əsas motivini təşkil edirdi. Bu mübarizənin 

müəmmalı cəhətlərindən biri də bunda idi ki, təkcə samuray-

lar  içərisində

1 

deyil,  cəmiyyətin  daha  geniş  təbəqələri  içəri-

sin


də  də  xaricilərə  qarşı  nifrət  əhvali-ruhiyyəsi  geniş  yayıl-

mışdı. Çünki Yaponiyanın apardığı təklənmə siyasətinin davam 

etdirilməsi,  onun  müstəqilliyinin  qorunması  ilə  əlaqələndiri-

lirdi. Kiotoda

kı imperator sarayı da syoqunata qarşı mübarizə 

taktikası  nöqteyi-nəzərindən  "rədd  olsun  barbarlar"  şüarını 

müdafiə edirdi və ölkənin yadellilərdən təmizlənməsi işi vic-

dan və namus məsələsi olduğunu bildirirdilər. 

1857-1858-

ci  il  müqavilələri  imzalandıqdan  və  müqavi-

lələrə  yenidən  baxılması  ilə  əlaqədar  1860-cı  ilin  fevralında 

Yaponiyanın  ABŞ-a  göndərdiyi  səfirliyin  müvəffəqiyyətsizli-

yindən  sonra,  Yaponiyada  siyasi  mübarizə  son  dərəcə  gərgin-

ləşdi. Müxalifət cəbhəsi İi Naoskenin qətlini hazırladı və 1860-

                                                 

1

 



Samuray məfkurəçilərinin (Yesida, Syoin, Xasimoto, Sakai və başqaları) 

xaricilərə  qarşı  əhvali-ruhiyyəsinin  əsil  səbəbi  XIX  əsrin  ortalarında 

Kamçatka, Ryukyu, Koreya, Mancuriya, Tayvan, Filippinin işğal edilmə-

si, Yaponiya ilə qonşu olan kiçik" millətlərin əsarət" altına alınması idi. 




157 

cı ildə qətl baş tutdu. Odur ki, 1860-cı ilin martında bir qrup sa-

mu

ray  tərəfindən  Naoskenin  öldürülməsi  vəziyyəti  xeyli 



gərginləşdirdi və xaricilərə qarşı hərəkatın daha artıq miqyasda 

güclənməsinə  təkan  verdi.  Cənub-qərb  knyazlıqlarının 

antitokuqava blokunun başçılıq etdiyi bu hərəkatın əsas zərbəsi 

indi xarici dövətlərin nümayəndələrinə qarşı çevrilmişdi.  

 

Beləliklə, Yaponiyada xarici müdaxiləçilərə qarşı nifrət-



lə  qəzəb  birləşərək  onlara  qarşı  hücumlar  başlandı.  1860-cı 

ilin yanvarında ingilis konsulluğunun tərcüməçisi, 1861-cilin 

yanvarında  isə  Amerika  səfirliyinin  tərcüməçisi  öldürüldü. 

1862-


ci ilin iyununda ingilis səfirliyinə basqın edilmiş, həmin 

ilin  sentyabrında  isə  Edodan  Satsumaya  qayıdan  knyaz  Si-

mad

zunun təşrifatına "hörmətsizlik" göstərdiyinə görə ingilis 



taciri  Riçardson  öldürülmüşdü.  Bütün  bu sui-qəsdlər  xarici 

dövl


ətlərin  nümayəndələrinə  Yaponiyanı  tərk  etdirmək  və 

qeyri-


bərabərhüquqlu müqavilələri həyata keçirməkdən imti-

na etmək məqsədi güdürdü. 

 

Xaricilər əleyhinə qəsdlərin çox hissəsi İngiltərəyə qarşı 



çevrildiyindən  İngiltərə  hökuməti  cəza  ekspedisiyası  düzəlt-

mək təşəbbüsünü öz üzərinə götürmək qərarına gəldi və İn-

gil

tərə  beynəlxalq  jandarma  rolunu  oynamağa  başladı.  Eyni 



zamanda 

Riçardsonun öldürülməsi Yaponiya İngiltərə müna-

qi

şəsinə bəhanə oldu. İngiltərə Riçardsonun öldürülməsi mü-



qa

bilində  syoqun hökumətinin  100  min  f.  st.  və  Satsuma 

knyazının 25 min f. st. ödəməsini tələb etdi. Bundan başqa, 

Ya

poniya hökumət orqanlarına təklif edilirdi ki, Riçardsonun 



öldürülməsində müqəssir olanları məhkəməyə təqdim etsin. 

 

Yaponiyaya  qarşı  zor  gücünə  əl  atacağı  ilə  hədələyən 



İngiltərənin ultimatum xarakterli tələbləri, həmçinin iki zidd 

cəbhə  qüvvələrinin  bir-birilə  rəqabət  aparan  syoqunat  və 

impe

rator sarayı müvəqqəti olaraq barışdılar. Nəticə etibarilə 



syoqun 

saray  zadəganları  və  syoqun  əleyhinə  müxalifətçilər 

ara

sında "syoqun və imperatorun birliyi" adı ilə məşhur olan 



saziş imzalandı. Bundan sonra başlıca olaraq ölkənin cənub-

qərb knyazlarının iqtisadi qüvvələrini sarsıdan "zaminlik" sis-

temi 1862-

ci  ildə  ləğv  edildi.  Syoqun  İyemoti  "barbarları 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə