Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə54/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   50   51   52   53   54   55   56   57   ...   142

161 

məğlubiyyətilə  qurtardı.  Yeni  rejimə  qarşı  mübarizəni  davam 

etdir

mək  üçün  Edzo  adasında  (Xokkaydo)  möhkəmlənməyə 



çalışan syoqun donanmasının axırıncı təşəbbüsü də 1869-cu il 

iyunun axırlarında eyni məğlubiyyətlə qurtardı. Adanın paytaxtı 

Xakoda

te şəhərində hətta "zadəgan respublikası" elan edilmişdi. 



La

kin bu müvəffəqiyyətsizlik nəticəsində həmin "zadəgan res-

pub

likası" öz prinsiplərini və həyata keçiriləcək hərbi-siyasi təd-



bir

lərini reallaşdırmağa imkan tapmadı. 

 

1867-1868-

ci illər inqilabının xarakteri  

və hərəkətverici qüvvələri 

 

1867-1868-ci 



illər inqilabı və çevrilişi nəticəsində Yapo-

niya  feodalizm 

quruluşundan  kapitalizm  quruluşuna  keçdi. 

Bu çevriliş yeni ictimai münasibətlərin yetişməsi xüsusiyyət-

l

əri ilə əlaqədar olaraq özünəxas olan burjua inqilabı xarak-



teri 

daşıyırdı. 

Bir  çox  klassiklər  haqlı  olaraq  bu  hadisəni  inqilab  kimi 

qiymətləndirmişdir.  Yaponiyada  baş  verən  çevrilişdə  ideoloji 

ha

zırlıq böyük rol oynadı. Çevrilişin ən mühüm şüarları: "ba-



ku

funu devirmək", "imperator hakimiyyətini bərpa etmək" və 

"

barbarları qovmaq" şüarları idi. Bu şüarlar cənub-qərb knyaz-



lıqlarının və yaranmaqda olan burjuaziyanın müxalifətçi antis-

yoqun 


tərəfdarlarını birləşdirdi. Syoqunat sisteminə nifrət edən 

və imperatorun syoqundan yaxşı olacağına sadəlövlüklə ümid 

bəsləyən  kəndlilər  və  şəhər  yoxsulları  da  bu  şüarlar ardınca 

gedirdi.  Kəndli  kütlələri  və  şəhər  yoxsulları  bu  və  ya  digər 

dərəcədə başa düşürdülər ki, qeyri-bərabər müqavilələrin ləğv 

edilməsi,  Amerika  və  Avropa  müstəmləkəçilərinin  ölkədən 

qovulması Yaponiyanın daxilində stabilliyi saxlaya bilər. 

1867-1868-

ci illər inqilabının əsas hərəkətverici qüvvəsi 

kəndlilər və şəhər yoxsulları idi, samurayların aşağı təbəqələri 

də onlara kömək edirdi. Könüllü "qeyri-adi döyüşçü dəstələri" 

də mühüm rol oynamışdı. Bu dəstələrdə kəndlilər, şəhərlərin 

aşağı təbəqələri və sinfi simasından və imtiyazlarından məh-

rum edilmiş samuraylar xüsusi fəallıqla iştirak edirdilər.  




162 

Feodal-


burjua bloku, yəni cənub-qərb feodallarının mü-

tərəqqi syoqunat rejimi əleyhinə çıxan müxalifətçi hissəsi ilə 

yeni meydana gəlmiş burjuaziyanın ittifaqı çevrilişdə əsas rol 

oynay


ırdı ki, bu ittifaq da uzun müşahidələrdən sonra baş tut-

muşdu.  


 

Burjuaziya  hələ  iqtisadi  cəhətdən  zəif  olsa  da,  köhnə 

syoqun sisteminə qarşı siyasi mübarizəni davam etdirmək üçün 

maliyyə vəsaiti ilə təmin olunmaqla yanaşı özünün də kifayət 

qədər kapitalı var idi. Bununla yanaşı Mitsui, Konoike, Ono 

və Simada ailələrindən olan varlı tacirlər də antisyoqun cəb-

həsinə borc verir və çoxlu vəsait sərf edirdilər. 

Belə bir şəraitdə feodal-burjua bloku isə inqilabın islahat 

yolu 

ilə  getməsini  və  birinci  növbədə  kəndlilərin  və  şəhər 



yoxsullarının  mübarizəsinin  yatırılmasını  istəyirdi.  Feodal-

burjua  təbəqələrinin  inqilabdan  qorxmaları  onunla  bağlı  idi 

ki, inqilab təhlükəsi hər bir xüsusi mülkiyyətçini xoflandırırdı. 

Çünki, inqilab dal

ğası istismarçıların uzun illər xalqı istismar 

edərək topladığı sərvətini əldən çıxara bilərdi.   

Məhz  bu  xüsusiyyətlərinə  görə  Yaponiyadakı  1867-

1868-


ci illər inqilabı natamam xarakter daşıyırdı. Bunun ya-

rımçıqlığı feodalizm quruluşu daxilində kapitalist münasibət-

lərinin hələ tam yetişməməsi xüsusiyyətlərindən irəli gəlmiş-

di.  Bu  xüsusiyyətlər  aşağıdakılardan  ibarət  idi:  uzun zaman 

(1639-

1854) Yaponiyanın xarici aləmdən təklənməsi və bunun 



nəticəsində feodal münasibətlərinin dağılmasının və kapitalist 

əlaqələrinin yetişməsinin ləngiməsi, şəhərlərin, manufaktura-

ların və burjuaziaynın nisbətən zəif inkişaf etməsi, ilkin kapi-

tal yığımının kifayət qədər olmaması, feodal dairələrinin bir 

hissəsilə  ticarət  burjuaziyasının  (başlıca  olaraq  Osakanın  iri 

tacirlərinin) iqtisadi mənafeyinin bir-birilə sıx bağlı olması və 

bunun nəticəsində mənafeli kəndli üsyanları və şəhər yoxsul-

la

rının çıxışlarının yatırılmasını tələb edən feodal-burjua blo-



kunun  əmələ  gəlməsi  üçün  şəraitin  yaranması,  daxili  feoda-

lizm sisteminin böhr

anı  ilə  Qərb  dövlətləri  təzyiqinin bir 

vaxta  təsadüf  etməsi,  feodalizm  cəmiyyətinin  bütün  ziddiy-

yətləri kəskinləşdirməsi və kapitalist quruluşunun qələbəsini 



163 

sürətləndirməsi

1

, saray çevrilişi ilə (imperator hakimiyyətinin 



bərpa  edilməsi)  kəndlilərin  və  şəhər  yoxsullarının  inqilabi 

çıxışlarının birləşməsi və siyasi hakimiyyəti ələ almaq üçün 

feodal-

burjua  ittifaqının  bu  çıxışlardan  istifadə  etməsi  və  s. 



həmin problemlərin əlamətlərindən idi. 

Qeyd edilən iqtisadi, siyasi amillərlə yanaşı Yaponiyada-

kı 1867-1868-ci illər inqilabının daha bir mühüm xüsusiyyəti 

də var idi. belə ki, inqilab müəyyən dərəcədə azadlıq ideya-

ları xarakteri daşıyırdı və inqilabın bir vəzifəsi də Yaponiya-

nın müstəqil, azad inkişafını təmin edə biləcək mərkəzləşmiş 

burjua dövl

əti  yaratmaqdan  ibarət  idi.  Kəndlilərin  və  şəhər 

yoxsullarının antifeodal mübarizəsi milli hərəkatla birləşirdi. 

Yəni bu inqilab qarşısına bir çox problemin həllini qoymuşdu.  

Təəssuf ki, qeyri-obyektiv nəzəriyyələr əsasında yazılan 

tarixşünaslıqda 1867-1868-ci illər inqilabının xarakteri təhrif 

edilir. Tarixçilərin bir qismi xarici ekspedisiyaların, xüsusilə 

Perrinin ekspedisiyasının yardımı ilə Yaponiyaya kapitalizm 

idxal edilməsi kimi elmə zidd nəzəriyyə irəli sürürlər. Tarix-

çilərin digər qismi isə çevrilişin mahiyyətini yalnız imperator 

hakimiyyətinin  bərpa  edilməsi  ilə  məhdudlaşdırırdılar.  Hal-

bu

ki,  imperator  hakimiyyətinin  bərpa  edilməsi,  imperator 



bay

rağından öz mənafeyi üçün istifadə etməyə çalışan antito-

kuqava ittifaq

ı özü də bilmədən buna xidmət etmişdi. 

 

Bütün bu təhriflər 1867-1868-ci il hadisələrinin inqilabi 



məzmununu rədd edir. Halbuki, Yaponiyadakı burjua çevrili-

şinin natamamlığı heç də onun inqilabi məzmununu azaltmır. 

Çünki bu hadisə məzmununa görə inqilabdan da yüksək idi. 

 

                                                 

1

 

"Marksın təbirincə desək, hər bir köhnə cəmiyyət yeni cəmiyyətə hamilə 



olduqda  zorakılıq  ona  mamaça  olur".  (F.Engels.  "Anti-Dürinq".  Bakı, 

1953-


cü il, səh 173). 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə