Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə51/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   47   48   49   50   51   52   53   54   ...   142

152 

hat


lar keçirməyə məcbur etdi. Hökumət başçısı Midzuno Ta-

dakuninin 

təşəbbüsü ilə samurayların borclarının çox hissəsi 

ləğv edildi, ticarət korporasiyalarını qadağan edən qanun qə-

bul olundu və onların inhisar hüquqları xeyli məhdudlaşdırıl-

dı. Bu islahatlar samuray silkinin dağılması prosesini dayan-

dırmaq,  ticarət-sələmçi  burjuaziyaya  zərbə  vurmaq  və  belə-

liklə feodalizm quruluşunu möhkəmlətmək məqsədi güdürdü. 

 

Kəndlilərin və şəhər yoxsullarının antifeodal üsyanları 1867-



1868-

ci illər çevrilişi zamanı yeni mərhələyə daxil olmaqda idi. 

Yaponiyada kəndli üsyanları və şəhər yoxsulları çıxışla-

rının məğlubiyyətlə qurtarmasına baxmayaraq, ölkənin gələ-

cək müqəddəratı üçün bunların böyük tarixi əhəmiyyəti vardı. 

Nəticədə  feodalizmin  "dağılması"  prosesini  sürətləndirmək 

və bununla da Yaponiyanın yeni ictimai quruluşa siyasi for-

ma

siyaya, yəni kapitalizm formasiyasına keçməsi üçün şərait 



hazırladı. 

 

İnqilabın ilkin şərtləri.  



Nisbi təklənmə siyasətinin dayandırlması və qeyri-

bərabərhüquqlu  müqavilələrin bağlanması 

 

Feodal münasibətlərinin dağılması və kapitalist münasi-

bətlərinin yaranması prosesi Yaponiyada feodal sistemi böh-

ranının son dərəcəyə çatdığını göstərirdi. Yaponiyanın kapita-

lizm 

cəmiyyətinə keçməsi üçün lazım olan ilkin daxili şərtlər 



artıq  yetişmişdi.  Bu  şərtlərin  daha  da  yetkinləşməsi  xarici  

am

il,  əcnəbi  dövlətlərlə  əlaqə  saxlamaq  üçün  Yaponiyanın 



qa

pılarının xaricilər üçün  zorla "açılması" nəticəsində sürət-

ləndi. XVIII əsrin  ikinci yarısı və XIX əsrin əvvəllərində xa-

rici 


dövlətlər    o  cümələdən  İngiltərə,  Fransa,  Rusiya,  ABŞ 

Yaponiyanı  özünütəkləmə  siyasətinə  son  qoymağa  dəfələrlə 

təhrik  etməyə  təşəbbüs  göstərirdilərsə  də,  daim  Tokuqava 

syoqu


natının  müqavimətinə  rast  gəlirdilər.  Bu  işdə  ABŞ 

xüsusən  inadlı  olub,  Yaponiya  ilə  ticarət  əlaqəsi  yaratmaq 

məqsədilə özünün "Ledi Vaşinqton" (1791), "Eliza" (1797 və 

1803), "Eklips" (1807), "Morrison" (1837) gəmilərini Yapo-

ni

ya  sahillərinə  göndərmişdi.  1846-cı  ilin  yayında  Biddinin 



rəhbərliyi altında iki hərbi gəmidən ibarət yeni Amerika eks-


153 

pe

disiyası Yaponiyaya göndərildi. Lakin Yaponiya hökumət 



orqanları öz xarici siyasət xəttini dəyişmədiyinə görə Amerika 

eskadrası  öz  məqsədinə  çatmadan  geri  qayıtdı.  Bu  dövrdə 

ABŞ-ın Yaponiyaya qarşı təcavüzü və Yaponiyanın içərilərinə 

daxil olmaq takti

kası Rusiyanı narahat edirdi. 

Y

aponiya təklənmə siyasətini həyata keçirdiyi bir vaxtda 



və bu siyasətdən əsla əl çəkmək istəmədiyini bəyan etdiyinə 

görə Rusiya da başqa Qərb dövlətləri kimi Yaponiya ilə əlaqə 

yaratmağa  çalışırdı  və  XVIII  əsrin  axırlarından  etibarən  bu 

sahədə daha tez-tez təşəbbüs göstərilirdi. Yaponiya ilə səmə-

rəli əməkdaşlığa, həmçinin Laksmanın səfirliyinə böyük əhə-

miy


yət  verilirdi.  Odur ki, 1792-ci  ildə  "Yekaterina"  gəmisi 

Nemuro  limanına  (Edzonun  şərq  hissəsində)  gəldikdə  Laks-

man xeyirxahlıqla qarşılandı və hətta syoqun hökuməti gəmi-

nin Naqasakiyə gəlməsinə icazə verdi. Lakin Yaponiya özünü-

təkləmə siyasətini dəyişdirmək istəmirdi və buna görə Laks-

man  Yaponiya  ilə  müqavilə  bağlaya  bilmədi.  1803-cü  ildə 

Yaponiyaya  Rezanovun  başçılığı  altında  yeni  səfirlik  gön-

dərildi. I Aleksandr ona tapşırıq vermişdi ki, rus gəmilərinin 

Naqasakidə ticarət aparmasına və ya Edzo adasında ticarət işi 

təşkil olunmasına icazə alsın. Yaponlar bu missiyaya da rədd 

cavabı  verdikdə  Xvostov  və  Davıdov  adlı  iki  zabit 1806-cı 

ildə Yaponiyanın sahil kəndlərini quldurcasına qarət etdilər. 

Xvostov 

və Davıdov qayıtdıqda onlar "qanunsuz və özbaşına 

hərəkət etməkdə" ittiham olunub Oxotskda həbsə alındılar. 

 

Xvostov  və  Davıdovun  hərəkətləri  üzündən  baş  verən 



narazılıq buna səbəb oldu ki, 1811-ci ildə "Diana" şlyupunda 

(orta su tutumlu gəmidir) Qolovninin ekspedisiyası zamanı o 

əsir  alındı  və  iki  il  əsir  saxlanıldı.  Qolovin  yalnız  onun  kö-

məkçisi kapitan Rikord  Yaponiyaya  gəldikdən  sonra  azad 

edil

di. Rusiya hökumət orqanlarının tapşırığı ilə kapitan Ri-



kord əsirləri azad etmək xahişi ilə Yaponiyaya gəlmişdi.  

1842-


ci  ildə  şturman  Lindenberqin  komandası  altında 

"Knyaz Menşikov" adlı rus gəmisi yeddi nəfər yaponiyalı ilə 

bir

likdə  yola  düşərək  onların  vasitəsilə  Yaponiya  ilə  ticarət 



müqavi

ləsi bağlamaq üçün Simoda limanı məmurları ilə əlaqə 

yarat

mağa təşəbbüs göstərdi, lakin bu təşəbbüs də müvəfəq-



qiy

yətsizliklə nəticələndi.  




154 

Rusiyanın və başqa dövlətlərin təcrübəsini nəzərə alaraq, 

ABŞ hökuməti Yaponiyanı təcrid olunma siyasətindən zorla 

əl  çəkməyə  məcbur  etməyə  və  başqa  dövlətlərdən  qabaq 

Yaponiya-

Amerika  ticarət  müqaviləsi  bağlamağa  getdikcə 

daha  artıq  cəhd  göstərirdi.  1852-ci  ildə  ABŞ  Uzaq  Şərqdə 

geniş təcavüzkarlıq siyasəti tərəfdarı olan Perrinin rəhbərliyi 

altında  Yaponiyaya  güclü  hərbi-dəniz  eskadrası  göndərmək 

qərarına gəldi. Perri Ryukyu, Bonin, öz rəhbərliyinə Tayvan 

adala

rını, həmçinin Koxinxina, Kamboca, Borneonun bir his-



səsini və Sumatranı tutmağı təklif edirdi. 

Perrinin  başçılıq  etdiyi  eskadranın  tərkibində  12  gəmi 

var idi. Eskadra 1852-

ci ilin axırlarında Birləşmiş Ştatlardan 

çıxıb,  1853-cü  ilin  iyulunda  Yaponiya  sahillərinə,  Uraqa  li-

ma

nına (Edo körfəzində) gəlib çatdı. Amerika prezidenti Fil-



morun məktubunu Yaponiya hökumətinə çatdırmaq tapşırığı 

alan  Perri  şantaja  əl  ataraq  Yaponiyanı  hədələməyə  başladı 

ki,  ölkənin  qapılarını  "açmaq"  haqqındakı  təklif  qəbul  edil-

məzsə, Yaponiya buna zor gücü ilə məcbur etdiriləcəkdir. La-

kin o, ABŞ-ın Çindəki təcavüzkarlıq məqsədini nəzərə alaraq 

dərhal  cavab  verilməsinə  təkid  və  zor  göstərmədi.  Gəmilər 

Çinə  getmək  və  cavab  üçün  1854-cü  ilin  yazında  qayıtmaq 

əmrini verdi. 

 

Perrinin  güclü  hərbi  eskadrasının  Yaponiyaya  gəlməsi 



və  onun  syoqun  hökuməti  nümayəndələri  ilə  ultimatum  tər-

zin


də  danışıq  aparması  Yaponiyada  siyasi  vəziyyəti  kəskin-

ləşdirdi. İqtisadi və siyasi cəhətdən xeyli zəifləmiş olan syoqun 

hökuməti ABŞ-ın təklifini qəbul etmək məsuliyyətini öz üzə-

rinə götürmək istəmədi və hiylə işlətmək yolu seçdi. Höku-

mətin  başçısı  Abe  Masaxiro  feodal  knyazlara  öz  fikirlərini 

bildirməyi təklif etdi. Lakin 258 daymyodan yalnız 58-i ca-

vab verdi və onların çoxu Yaponiyanın Birləşmiş Ştatlara si-

lah


lı müqavimət göstərməyə hərbi cəhətdən əsla hazır olma-

dığını nəzərə almağı məsləhət gördülər. 

 

250 topla silahlanmış və göyərtələrində 1600 dənizçi və 



zabit olan eskadra başda Perri olmaqla 1854-cü il fevralın 11-də 

cavab üçün Yaponiyaya qayıtdı. Yenidən davam etdirilən da-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə