146
Ölkədə manufakturanın təşkilatçıları təkcə tacirlər deyil,
başlıca olaraq cənub-qərb knyazları və syoqun hökumətinin
özü idi. Tacirlər isə sənaye müəssisələrinə nisbətən daha çox
gəlir gətirən ticarət və sələmçilik əməliyyatını qeyri-qanuni
və möhtəkirçi torpaq alverini özləri üçün daha münasib və
əlverişli gəlir mənbəyi hesab edirdilər.
Elə bu zaman hakimiyyət milli sərvətin talanması üçün
yeni metodlara əl atdı. İlk dövlət manufakturaları dağ-mədən
işi sahəsində, o cümlədən qızıl, gümüş, mis çıxarılmasının
qar
şısını almaq üçün çevik birliklər yaradıldı və kapitalist
istehsalının özəyi də ən əvvəl burada meydana çıxmışdı.
Sonralar, XVIII-
XIX əsrin birinci yarısında mərkəzi və cənubi
Yaponiyada pambıq və kətan toxuma mallar istehsalında, sap
istehsalında toxuculuq manufakturaları, ipək toxuculuq ma-
nu
fakturaları, farfor istehsalında, şərab (sake) istehsalı sahə-
sində və şəkər istehsalında, dəmir məmulatı sənayesində
manu
fakturalar meydana çıxdı. XIX əsrin 50-60-cı illərində
dəmir və polad əridən ocaqlar və domna peçləri meydana
çıxdı. Bunların sahibləri ölkənin cənub-qərb feodal knyazları
(Satsuma və başqaları) və syoqun hökuməti idi.
Yaponiyada qeyri-
bərabərhüquqlu müqavilələr bağlan-
dıqdan sonra hökumət və bir sıra knyazlıqlar gəmi inşaatı
müəssisələri və gəmi təmiri tərsanələri yaratmağa başladılar.
Əvvəllər Yaponiyada pərakəndə manufaktura inkişaf
e
dirdi. Belə halda istehsalçılar öz evlərində işləyir və bütöv
məhsulu əvvəldən axıradək özləri hazırlayırdılar. Sonralar sə-
nətkarlar istehsalatda müəyyən əməliyyat sahəsində ixtisas-
laşdıqca XVIII əsrin axırlarından sifarişçi-kapitalist onları bir
binay
a topladı. Bu isə sənətkarlar içərisində əlverişli əmək
bölgüsü üçün imkan yaradırdı.
Yaponiyada manufakturaların texnikası, istehsal alətləri
hələlik primitiv idi və bunlarda əl əməyi tətbiq edilirdi. Yalnız
XIX əsrin birinci yarısından bəzi müəssisələrdə xüsusilə
əyirici müəssisələrdə ilk dəfə su mühərrikləri tətbiq edilməyə
başlayır.
Beləliklə, XIX əsrin ortalarında Yaponiyada 420 manu-
faktura müəssisəsi var idi ki, bunların da 217-si 1803-1867-ci
illərdə yaradılmışdı. İnqilab ərəfəsində xüsusi mülkiyyətdə
147
olan kapitalist manufakturasının nisbətən zəif inkişaf etməsi-
nə baxmayaraq, fabrik-zavod sənayesinə keçmək üçün şərait
yaranmaqda idi. Məhsuldar qüvvələr inkişaf etdikcə və bunun
sayəsində iri istehsal artdıqca muzdlu fəhlə sinfi və burjua-
ziya təşəkkül tapırdı ki, bu da olduqca mütərəqqi hal idi.
Çünki
, nəticədə fəhlə sinfinin formalaşması Yaponiya cəmiy-
yətini fəallaşdırırdı.
Kapitalizmin feodalizmi sıxışdırması nəticəsində əmtəə-
pul münasibətlərinin inkişafı və natural rentanın pul rentasına
çev
rilməsi nəticəsində yapon kəndində təbəqələşmə prosesi
güclənirdi. Eyni zamanda təbəqələşmə yeni ziddiyyətləri də
formalaşdırırdı.
Kənd təsərrüfatının ixrac məhsulunun artdığı bir şərait-
də kəndlilər töycünü qismən pul şəklində də verirdilər. Bu da
kəndliləri sələmçilərdən borc almağa məcbur edirdi. Sələmçi-
lər isə bir qayda olaraq əsarətli şərtlərlə borc verirdilər. Borcu
vaxtında ödəmək imkanı olmayan kəndlilər öz torpaq sahələ-
rini itirirdi. 1 tyoya qədər torpaq sahəsinin parçalanmasının,
tor
pağın satılması və ya gizli girov qoyulmasının qadağan
edil
məsi haqqında 1721-ci ildə yeni qanun verilməsinə bax-
ma
yaraq, həqiqətdə isə məcburiyyət qarşısında qalan kəndli-
lər öz torpaq sahələrini satırdılar. Torpağın satılması daima
gizli şəraitdə baş versə də bu proses gedirdi və hakimiyyət
orqanları ondan xəbərdar idi.
Bununla da
Yaponiyada əsas icarə forması yardarlıq hələ
də qalmaqda idi. İcarə sisteminin geniş yayılması torpaqdan
istifadə etməyin son dərəcə parçalanmasına, kəndlilərin daha
da yoxsullaşıb müflisləşməsinə səbəb olurdu. Kəndli özünün
ata və babasının uzun illərdən bəri istifadə etdikləri torpağın
icarədarına çevrilirdi.
Yaponiyada müxtəlif formada yayılmış olan icarə siste-
mi kəndlilərin torpaqsızlaşması və torpaqdan məhrum olun-
ması üçün xüsusi bir vasitəyə çevrilmişdi. İlkin kapital yığımı
prosesinin nəticəsi olaraq XVIII əsrin ortalarından etibarən
kəndlilərin kənddən qaçması daha da geniş xarakter alırdı.
Bu dövrdə ölkədə kütləvi yoxsullaşma prosesi baş verir-
di.
Yapon kəndlilərinin son dərəcə yoxsullaşıb müflisləşməsi-
nə səbəb, təkcə məhsulun 70-80 faiz həddində yüksək ərzaq
148
rentası, habelə geniş yayılmış icarə sistemi idi. Kəndlilərin
icbari surətdə yolların və körpülərin təmirinə, feodalın və
yerli hakimiyyət orqanları binalarının təmirinə, yanacaq ha-
zırlığına cəlb olunması da bu prosesi sürətləndirirdi. Ölkədə
i
şləyib ödəmə rentasının ən ağır forması da mövcud idi ki,
bura
hətta nəqliyyat mükəlləfiyyəti də daxil idi.
Tez-
tez qıtlıq, quraqlıq, aclıq, təbii fəlakətlər və yoluxucu
xəstəliklərin baş verməsi də kəndlilərin vəziyyətini ağırlaşdırırdı.
XVIII əsrin ortalarından etibarən Yaponiyada əmtəə-pul
münasibətlərinin geniş inkişaf etməsi pul rentasının meydana
çıxmasına səbəb oldu. Lakin pul rentası hələ kapitalist renta-
sına çevilməmişdi. Öz torpaq sahələrini itirən kəndlilərin bir
hissəsi nə vasitə ilə olursa olsun, şəhərlərə getməyi daha mü-
na
sib bilir və onlardan çoxu şəhərdə muzdlu fəhləyə, ya da
kustar sənətkara çevrilirdi.
Feodalizm quruluşunun böhranı və əmtəə-pul münasibət-
lərinin inkişafı şəraitində hakim feodal və samuraylar sinfi
parçalanırdı. Feodal knyazlar ticarət-sələmçi burjuaziyanın
iq
tisadi asılılığı altına düşürdü. Bununla bərabər, onlardan
çoxu
başlıca olaraq Yaponiyanın cənub-qərb feodal knyazları
ticarətlə məşğul olmağa və manufaktura müəssisələri açmağa
başlayır, yeni şəraitə uyğunlaşaraq getdikcə kapitalist fəa-
liyyətinə cəlb olunurdular.
Bu dövrdə samurayların hərbi-feodal silkində də xeyli
dəyişikliklər baş vermişdi. Feodal knyazlar daha samuray
dəstələri saxlamaq və öz vassallarına haqq vermək iqtidarında
olmadığına görə, əvvəl bu dəstələri xeyli ixtisar edir, sonralar
isə tamamilə buraxırdılar. Hərbi peşəsindən istifadə etmək
imk
anını itirən samuraylar öz samuray dərəcələrini satmağa
və ya dolanmaq üçün başqa bir gəlir mənbəyi axtarıb tapma-
ğa məcbur olurdular. Onlardan bir çoxu feodal-samuray mə-
cəlləsinin ("busido") samuray üçün yaramaz peşə hesab etdiyi
ticarətlə məşğul olmağa başlayır
1
, başqa bir hissəsi isə ma-
1
Əvvəllər samuraylar arasında belə bir məğrur zərb-məsəl var idi: "Sa-
mu
ray yeməsə də, dişini təmizlər". Bu o deməkdir ki, samuraya yoxsulluq
üz versə də, o ac qalıb özünü tox göstərər, lakin pul üçün tacirə və sələm-
çiyə müraciət etməz. Əlbəttə, bu zərb-məsəl artıq keçmişdə qalmışdı.
Dostları ilə paylaş: |