Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə48/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   44   45   46   47   48   49   50   51   ...   142

142 

sülaləsi  ölkə  daxilində  despotik  rejim  yaratmaqla  zülm  və 

istibdadı gizlətmək məqsədi güdürdü. 

 



143 

Yaponiyada 

feodal münasibətlərinin tənəzzülü 

və kapitalist münasibətlərinin formalaşması 

 

Feodalizm 



qurluşunun  toxunulmaz  saxlanılması  üçün 

To

kuqava syoqunatının  gördüyü bütün tədbirlərə baxmaya-



raq  

XVIII əsrin  ortalarından  etibarən feodalizm qurluşu da-

xi

lində bu münasibətlərin dağılması və yeni kapitalist əlaqə-



lərinin  meydana  gəlməsi  prosesi  sürətlə inkişaf etməyə  baş-

ladı. Bu prosesin əsasının məhsuldar qüvvələrin artması təşkil 

edirdi ki, bu 

da XVII əsrin axırları, XVIII əsrin əvvəllərindən 

xüsusilə nəzərə çarpırdı. Natural təsərrüfat dağılır, əmtəə-pul 

münasibətləri inkişaf edir, daxili bazarın hüdüdları genişlənir 

və "Üçüncü silk" sürətlə təşəkkül tapırdı. 

 Edo, Osaka, Naqasaki, Sakai, Xakata k

imi iri şəhərlər, 

tədricən  kənd  təsərrüfatından  və  ticarətdən  ayrılan  sənətkar-

lığın inkişaf mərkəzinə çevrilirdi. Məhsuldar qüvvələrin daha 

da inkişafı üçün mərkəzi şəhərlərin əhalisi sürətlə artırdı. XIX 

əsrin  əvvəllərində  Edonun  əhalisi  2  milyona  çatmışdı  və 

XVIII  əsrin  əvvəllərində  Osakada  352  min  adam  yaşayırdı. 

Ticarət  şəhərləri  ərazisində  yerləşdikləri  knyazlıqların  haki-

miy


yəti altından çıxarılmışdı, bu isə şəhərlərin iqtisadi qüd-

rətinin xeyli artdığını göstərirdi. Bundan başqa, ölkədə 200-ə 

qədər orta əsr tipli qala şəhərləri var idi ki, bunlarda da varlı 

knyazlar  və  samuraylar,  habelə  sənətkarlar  və  tacirlər  yaşa-

yırdılar. 

Sənətkarlar  sexlərdə,  tacirlər  isə  ticarət  ittifaqları  və  ya 

gildiyalarda birləşmişdilər. XVIII əsrin ortalarında Osaka şə-

hərində  tacirlərin  topdan  satışla  məşğul  olan  düyü  gildiya-

sında 1351 adam, şərab satan tacirlər gildiyasında 1706 nəfər 

var  idi.  XIX  əsrin  əvvəllərində  Edoda  68  ticarət  birləşməsi 

var idi ki, bunlara da 2 minədək tacir daxil idi. 

Müxtəlif sahələrdə yaradılmış ticarət birləşmələri o cüm-

lədən dəniz nəqliyyatı, şərabçılıq, ağ neft, dərman satışı və s. 

birləşmələr  feodal hökumətinə  müəyyən  qədər  rüşvət  verib 

bazarda müxtəlif mallar satmağa ondan inhisar hüququ alırdı-

la

r.  Ticarət  birləşmələri  feodalların  təzyiqindən  qorunmaq, 



ticarətdə inhisarçı mövqe tutmaq və birləşməyə daxil olmayan 


144 

tacirlərin rəqabətinə üstün gəlmək məqsədi güdürdü. Ticarət 

gildiyaları  tacirlərin  pul  vəsaitinin  təmərküzləşməsinə,  yəni 

kapital  yığımına  kömək  edir,  burjuaziyanın  möhkəmlənmə-

sinə səbəb olur, onun sinfi həmrəyliyinin artması üçün şərait 

yaradırdı. 

Tacirlər  və  sələmçilər  başlıca  olaraq  düyü  ilə  müamilə 

edirdilər. Əvvəllər onlar knyazların nümayəndəsi kimi fəaliy-

yət  göstərir,  lakin  sonralar  iri  tacirlər  kimi  müstəqil  çıxış 

etməyə  başlayır,  daymyoların  özlərinin,  hətta  syoqun  höku-

mətinin kreditoruna çevrilirdilər.  

Ticarət  kapitalistlərinin  müxtəlif  təbəqələri  içərisində 

"kuramoto",  yəni  topdan  satışla  düyü  möhtəkirləri  xüsusi 

qayday


a uyğun seçilirdilər. Onların varlanması ölkənin "düyü 

birjasına"  çevrilən  Osakadakı  fəaliyyətləri  ilə,  böyük  düyü 

anbarları  olan  iri  ticarət  firmalarının  fəaliyyəti  ilə  bağlı  idi. 

Düyünün qiymətini ən böyük tacirlər müəyyən edirdi və bu 

tacirlər  öz  əllərində  çoxlu  pul,  sərvət  toplamışdılar.  Misal 

üçün, Yodoya tacir ailəsinin 1 milyon kokuluq əmlakı var idi. 

XVIII  əsrin  ortalarında  Yaponiyada,  hər  birinin  çoxlu 

pul vəsaiti olan 70-ə qədər milyonçu var idi. 

Digər Şərq ölkələrində olduğu kimi Yaponiyada da tacir-

lər böyük hüquq və imtiyazlara malik idilər. Onlar hökumətə 

istədikləri zaman təzyiq göstərmək imkanlarına malik idilər. 

Nəticə  etibarilə  Mitsui,  Konoike,Yodoya  ailələrindən  olan 

yapon tacirləri ölkənin iqtisadiyyatında öz mövqelərini o qə-

dər möhkəmlətmişdi ki, adətən onların haqqında belə deyir-

dilər:  "Osaka  tacirləri  acıqlananda,  ölkənin  bütün  knyazları 

qorxudan titrəyir". 

Yaponiyada t

icarət kapitalı ilə yanaşı, sələmçi kapital da 

güclənirdi. Sələmçilər adətən sahibkar-feodallara, sənətkarla-

ra və xüsusilə, kəndlilərə borc verirdilər, özü də ağır şərtlərlə. 

Yaponiyada feodalizm quruluşu daxilində kapitalist mü-

na

sibətlərinin  qeyri-bərabər  surətdə  inkişafı  və  bu  prosesin, 



xüsusilə XVIII əsrin ikinci yarısından etibarən qüvvətlənməsi 

şəhər  sənətkarlığına  pozucu  təsir  göstərirdi.  Odur ki, XIII 

əsrin sonu, XIX əsrin əvvəllərində Yaponiyada 130 müxtəlif 

sənət sahəsi var idi. Acınacaqlı hallardan biri də o idi ki, sex-




145 

lər dağılır, sənətkarlar öz müstəqil vəziyyətini itirib, sələmçi-

lərin əsarətli asılılığına düşürdülər. İstehsalçı funksiyasını iti-

r

ən sənətkarlar əvvəlcə manufaktura müəssisələrində, sonra-



lar isə fabriklərdə muzdlu fəhlələr sırasına qoşulmağa məcbur 

olurdu. Bu proses məhsuldar qüvvələrin və əmtəə-pul müna-

sibətlərinin inkişafı şəraitində baş verirdi. 

 

Əmtəə-pul münasibətlərinin artması təkcə syoqun höku-



məti tərəfindən deyil, iri feodal knyazlar tərəfindən də çoxlu 

pul buraxılmasında özünü təzahür etdirirdi. XIX əsrin birinci 

yarısında feodal knyazların çox hissəsi öz ərazisində yerli ka-

ğız  pul  buraxırdı.  İnqilab  ərəfəsində  Yaponiyada  1694  növ 

kağız pul var idi ki, bu da olduqca anormal hal idi. 

 

Yaponiyada əmtəə-pul münasibətlərinin inkişafı ilə ya-



na

şı, ayrı-ayrı rayonların ixtisaslaşması prosesi gedirdi ki, bu 

da  ticarət  kapitalının  rolunu  artırırdı.  Əkinçiliklə  ev  sənət-

karlığı arasında feodalizm quruluşu üçün xarakterik olan əla-

qə pozulurdu. Ayrı-ayrı sahələr tədricən kənd təsərrüfatından 

ayrılır, müstəqil sahələrə çevrilirdi. Misal üçün, Satsuma feo-

dal knyazlığında toxuculuq, Tosa knyazlığında kağız istehsa-

lı, Asikaqa və Kiriuda toxuculuq, Exime prefekturasında (Sa-

nuki rayonunda) 

şəkər  istehsalı,  Kioto  və  onun  ətrafında, 

Qum

ma  və  Naqanoda  ipək  istehsalı,  Ovari,  Kaqa  və  İsedə 



sax

sı  və  çini  qablar  istehsalı,  Aydzuda  şam  istehsalı  ayrıca 

müstəqil sahələrə çevrilmişdi. 

 

Müxtəlif rayonların ayrı-ayrı sahələr üzrə ixtisaslaşması 



ictimai əmək bölgüsünün daha da inkişafının göstəricisi olub, 

kapitalist  təsərrüfatına  keçidin  rüşeymi  idi.  Belə  bir  ixtisas-

laşma müxtəlif əyalətlər arasında əmtəə mübadiləsinə kömək 

ed

ir və bununla da Yaponiyada vahid daxili bazarın təşəkkülü 



prosesini əks etdirirdi. 

 

Yaponiyada XVIII əsrin ikinci yarısından etibarən evdə 



kapitalist üçün işləmə, ev istehsalı geniş yayılır. Evdə kapita-

list üçün işləmənin geniş yayılması və əmtəə-pul münasibət-

lərinin  inkişafı  şəraitində  XVIII  əsrin  axırlarından  etibarən 

manufaktura müəssisələri meydana çıxır.  




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə