Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə56/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   52   53   54   55   56   57   58   59   ...   142

167 

dal mülkədarlar və burjuaziya aqrar islahatın həyata keçiril-

məsini  daha da sürətləndirdilər  ki,  xalq  kütlələrinin  müqa-

vimətini  tamamilə  məhdudlaşdıraraq  hakim  irticaçı  blokun 

strateji mövqeyini 

möhkəmlətsinlər. 



 

Mədəniyyət 

  

 



Tokuqava  ailə  hakimiyyətinin  birinci  dövründə  olduğu 

kimi, XVIII 

əsrin ikinci yarısı və XIX əsrin əvvəllərində, əsr-

lərdən bəri Yaponiyada yayılmış olan buddizm ilə konfusiçi-

lik  məfkurələrinin  şiddətli  mübarizəsi  müşahidə  edilmişdi. 

Kəndli üsyanlarının artması, ölkənin iqtisadi vəziyyətinin pis-

ləşməsi  və  Tokuqava  syoqunlarının  buddist  monastırlarına 

vur


duğu zərbələrlə əlaqədar olaraq, XVIII əsrin ortalarından 

eti


barən buddist kilsəsinin nüfuzu aşağı düşür. Yeni şəraitdə 

buddizm, feodalizm quruluşunu möhkəmlətmək, ölkənin mər-

kəzləşdirilməsini  təmin  etmək  üçün  yararsız  ideoloji  alətə 

çev


rilmişdi. İndi əxlaqi-siyasi təlim olan konfusiçilik ön plana 

keçirdi. 

 Tokuqava 

syoqunat rejiminin rəsmi dövlət ideologiyası 

buddizm  və  daosizmin  təsiri  altında  meydana  çıxmış  olan 

Çju


sian konfusiçilik oldu. Bu ideologiyanın tərəfdarları syo-

qun


at  rejiminin  müqəddəs,  qanuni  və  əbədi  olduğunu  sübut 

edirdilər. Onlar səbr etməyə çağırır və qüdrətli yaradıcı zəka, 

hər şeyin əsası hesab etdikləri syoqunat rejimi ilə və qismətlə 

barışmağı tələb edirdilər. 

 Tokuqava 

ailəsinin hakim ideologiyası olan Çjusian fəl-

səfəsinə  qarşı  "milli  alimlərin"  ideoloji  sistemi  irəli  çıxdı. 

"Milli alimlər" məsləkinə mənsub olan yapon alimləri və filo-

sofları  yabançı  nəzəriyyələrə  (buddizmə,  Çin  və  Hollandiya 

təsirinə) qarşı mübarizə aparmaq və Yaponiyanın özünə xas 

olan 

spesifik  xüsusiyyətləri  (sintoizm,  mədəni  müstəqillik, 



ya

pon dilinin təmizliyi) dirçəltmək üçün yapon əfsanəsinin ən 

qədim abidələrini ("Kodziki" və "Nixonqi" əfsanələrini) tərif-

ləyib  göylərə  qaldırırdılar.  Yaponiyanın  məşhur  tarixçisi  və 

filoloqu  Motoo

ri  Norinaqanın  (1730-1801)  tərəfdarları,  Ya-

po

niyanın yeganə qanuni hökmdarı elan



 edi

lmiş


 

"müqəddəs" 

imperatora danışıqsız itaət etməyə çağırırdılar. 



168 

"Milli  alimlərin"  təlimi  antisyoqun  blokunun  royalist 

(monarxist) hərəkatının ideoloji əsası oldu, 1867-1868-ci illər 

burjua çevrilişinin hazırlanması və həyata keçirilməsində bö-

yük rol oynadı. Motoori Norinaqanın şagirdi olan Xirata At-

sutane (1776-

1843) həmin ideologiyanın görkəmli təbliğatçısı 

idi. O, imperator hakimiyyətinin bərpa edilməsinin zəruriliyi 

uğrunda fəal çıxış edirdi. 

 

"Çin elminin" tərəfdarları olan başqa alimlər Tokuqava 



syoqunatının son dövründə xüsusilə 1853-1867-ci illərdə onun 

təklənmə xarici siyasətinə qarşı çıxırdılar. 

 Nisbi 

təklənmə siyasətinə baxmayaraq ölkədə elmi-təbii 



bilik

lər  yayılırdı.  Bir  sıra  alimlər  öz  əsərlərini  Kopernik  və 

Kant-

Laplas nəzəriyyələrinə həsr edirdi. Yaponlar astronomi-



ya

dan başqa, geologiya və riyazi elmləri də öyrənir, hollandi-

ya

lıların köməyi ilə hərb elmlərini də öyrənməyə başlamışdı-



lar. Holland 

alimlərinin təsiri altında Yaponiyada tibb elmlə-

rinin 

yayılmasına da xeyli diqqət verilirdi. Təbiət elmlərinin 



inki

şafı dini-fəlsəfi cərəyanlara zərbə vurur və materialist ide-

ya

ların yayılmasına kömək edirdi. 



 

XVIII  əsrdə  və  XIX  əsrin  birinci  yarısında  dilşünaslıq 

da inkişaf etməkdə idi. Bu məqsədlə yapon dilinin qrammatik 

quruluşu, sözlərin hecalara bölünməsi və dəyişmə nəzəriyyəsi 

elmi cəhətdən işlənilirdi. 

 

XVIII  əsrin  axırlarından  etibarən  holland  dilinin  öyrə-



nil

məsinə xüsusilə diqqət verilirdi. 1856-cı ilə Edoda (Tokio) 

"barbarların yazılarını öyrənmək üçün məktəblər" yaradılır və 

bunlarda  holland  dili  ilə  yanaşı,  Avropanın  başqa  dilləri  də 

öyrədilirdi.  Amma  yapon  ziyalıları  və  yapon  vətənpərvər 

alim


ləri tövsiyyə edirdilər ki, "yad dilləri öyrənək, lakin ana 

dilimizi unutmayaq". 

 

Yaponların coğrafiya sahəsindəki bilikləri də genişlənir-



di. 1782-

ci ildə Koreyanın, Edzo və Ryukyu adalarının coğra-

fiyasına dair böyük əsər yazıldı. Bununla yanaşı 1844-cü ildə 

Yaponiyanın xəritəsinin tərtib olunması başa çatdırıldı ki, bu 

da coğrafiyaşünaslıqda yenilik idi. 



169 

 

Ölkənin təklənmə siyasətini inadla davam etdirən höku-



mət  Avropa  maarifinin  Yaponiyada  yayılmaması  üçün  sərt 

tədbirlər  görürdü.  Amma  bu  sahədə  ölkə  daxilində  müxtəlif 

fikirlər və mövqelər də mövcud idi. 

 

Bununla  yanaşı  XVIII  əsrin  ikinci  yarısı  və  XIX  əsrin 



əvvəllərində feodalizm dövrü ədəbiyyatının güclü inkişafı ilə 

xarakterikdir. Bu ədəbiyyat feodalizmin son dövrünə xas olan 

ən mühüm prosesləri, ilk növbədə isə şəhərlərin inkişafını, öl-

kənin iqtisadi və ictimai həyatında tacir və sənətkar silkləri-

nin 

nüfuzunun artmasını əks etdirirdi, yəni baxmayaraq sinfi 



mahiyyət kəsb edirdi. 

Romantik novella janrı və bu növdən olan əsərlər XVIII 

əsrin sonu və XIX əsrin birinci rübündə, xüsusilə geniş şöhrət 

tapmışdı.  

"Şəkilli  kitabçalar"  (qırmızı,  göy  və  sarı  rəngli)  yayıl-

mışdı.  Bu  ədəbiyyat  burjuaziyanın  rasionalistik  (şüura  və 

məntiqə  əsaslanan)  ideologiyasını  əks  etdirir  və  neokonfut-

sian


çılıq, buddizm və sintoizm əlamətlərini özündə birləşdi-

rirdi. 


Bunların  içərisində  qısa  hekayələr  janrı,  hakim feodal 

sinfinə qarşı çevrilmiş satirik "sarı kitabçalar" xüsusi yer tu-

turdu

.  Syoqun  hökumətinin  cəza  tədbirləri  satirik  əsərlərin 



qa

dağan  edilməsinə  səbəb  olduğundan  müəlliflər  didaktik 

ədəbiyyata daha çox üstünlük verirdilər. "Seriya-roman" tipli 

əsərlərdə qısa hekayələr forması mürəkkəb rəvayət üslubu ilə 

birləşirdi. Bu janrın ən görkəmli nümayəndələri "Camaat ha-

ma

mı" və "Camaat bərbərxanası" əsərlərinin müəllifi Sikitey 



Samba (1797-1844), "Yal

ançı Murasaki, kəndli Qendzi" əsə-

ri

nin müəllifi Ryutey Tanexiko (1783-1842) idi. Dzippensya 



İkku da (1765-1831) XVIII əsrin son rübü və XIX əsrin əv-

vəllərində  şəhərlilərin  və  sənətkarların  həyatını  əks  etdirən 

no

vellalar yazırdı. Onun məşhur romanı olan "Böyük Tokay-



do 

yolu ilə piyada" əsəri (1802) iki nəfər savadsız gəncin pul-

ları  olmadığına  görə  Tokaydo  və  bir  sıra  başqa  iri  şəhərləri 

piyada gəzdiyini realist ruhda əks etdirir. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə