Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə53/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   49   50   51   52   53   54   55   56   ...   142

158 

qov


mağa"  başlamaq  və  xarici  dövlətlərlə  hər  cür  ticarəti 

dayan


dırmaq haqqında müxalifətin təklifini 1863-cü ildə qə-

bul etməklə ciddi güzəştə getdi. Buna müvafiq olaraq Tyosyu 

knyazlığı  1863-cü  il  iyunun  axırlarında  Simonoseki  körfə-

zində Amerika, Fransa və Hollandiya gəmilərini atəşə tutdu. 

Buna cavab olaraq

Amerikanın  "Vayominq"  hərbi  gəmisi 

onunla  döyüşə  girən  yapon  gəmilərini,  həmçinin  sahil  ba-

tareyalarını top atəşinə tutdu. Eyni zamanda bir neçə gündən 

sonra Simonoseki 

körfəzindəki yapon istehkamçıları Fransa-

nın iki gəmisini yenidən atəşə tutdu. Bütün bunlar dövlətlərin 

Yaponiyaya  qarşı  cəza  ekspedisiyası  göndərməsini  sürətlən-

dirdi.  Bunların  içərisində  ən  böyüyü  ingilis  cəza  ekspedişi-

yası idi. Admiral Kuperin başçılığı altında 7 gəmidən ibarət 

olan ingilis e

skadrası  1863-cü il avqustun 11-də  Satsuma 

knyaz

lığının  paytaxt  şəhəri  Krasimanı  top  atəşinə  tutdu  və 



xey

li tələfat oldu. 

Simonoseki  körfəzində  xarici  gəmilərin  atəşə  tutulması 

halları davam etdiyindən bir sıra dövlətlər birgə cəza ekspedi-

siyası  təşkil  etmək  qərarına  gəldilər  ki,  bu  da  əslində  ABŞ 

başda  olmaqla  Avropa  dövlətlərinin  Yaponiyaya  qarşı  hərbi 

koalisiyası idi. 

 

Beləliklə, admiral Kuperin komandası altında 290 topla 



silahlanmış və 5014 nəfərlik canlı qüvvəsi olan 17 gəmidən 

iba


rət  birləşmiş  ingilis,  fransız,  holland  və  ABŞ  eskadrası 

1864-


cü  il  sentyabrın  əvvəllərində  Simonoseki  körfəzindəki 

Tyosyu knyazlığının sahillərini atəşə tutdular. Bundan sonra

1864-

cü ilin oktyabrında xarici səfirlərlə hökumət nümayən-



dəsi arasında saziş imzalandı. Saziş Tyosyu knyazının Simo-

no

seki  körfəzi  sahillərində  istehkamlar  tikməsini  qadağan 



etməyi nəzərdə tutur və xarici gəmilərin körfəzdən keçməsinə 

tam 


sərbəstlik  verirdi.  Syoqun  hökuməti  müəyyən  edilmiş 

müd


dətlərdə 3 milyon dollar təzminatı verməyi öhdəsinə gö-

türdü


. Bu sazişin bağlanması syoqunatın hərbi-iqtisadi qüvvə-

lərini daha da sarsıtdı. 

 Xarici 

hərbi  müdaxilə  Yaponiyada  əsas  siyasi  qrupların 

mübarizəsinin kəskinləşməsinə böyük təsir göstərdi. Bu hadisə 



159 

Tyosyu, Satsuma, Tosa və Xidzen knyazlıqlarının daxil olduğu 

antitokuqava  ittifaqının  təbliğ  etdiyi  "rədd  olsun  barbarlar" 

şüarının daha geniş yayılmasına səbəb oldu. Mərkəz və Şimal 

knyaz

lıqlarına  nisbətən  iqtisadi  cəhətdən  daha  çox  inkişaf 



etmiş  olan  cənub-qərb  knyazlıqlarına  ticarət  burjuaziyası, 

xüsusilə varlı Mitsui və Konoike ailələri yardım göstərirdilər. 

Öz müstəmləkəçilik məqsədlərinə və Yaponiyada üstün nüfuz 

qazanmaq  uğrunda  rəqabət  mübarizəsi  mənafeyinə  görə 

Avropa  dövlətləri  müxtəlif  qruplara  kömək  edirdi.  Fransa  və 

A

BŞ syoqunatın tərəfində, İngiltərə isə 1864-cü ildən etibarən 



im

perator  ailəsi  və  cənub-qərb  knyazlıqlarının  antisyoqun 

ittifaqı  tərəfində  dururdular.  Bununla  bərabər, xarici döv-

lətlərin  hamısı  bakufunun  xaricilərlə  bağlamış  olduğu  qeyri-

bərabərhüquqlu  müqavilələrin  imperator  tərəfindən  təsdiq 

edilməsinə çalışır və Yaponiyanın daxili həyatına daha dərin-

dən sirayət etməyə can atırdılar. Bu məqsədlə də ingilis vitse-

admiralı Kinqin komandası altında 9 gəmidən ibarət birləşmiş 

ingilis, fra

nsız  və  holland  eskadrası  Osaka  körfəzində  hədə-

ləyici manevrlər etdi. Syoqun hökuməti qarşısında yeni tələb-

lər  qoyuldu.  Bunların  içərisində,  əlavə  olaraq  Osaka,  Xioqo, 

Niiqata liman

larının da xarici ticarət üçün açılması və Yaponi-

yaya  gətirilən  bütün  mallardan  alınan  gömrük  haqqının  azal-

dılması və həmin malların qiymətinin 5 faizinədək endirilməsi 

tələbləri də var idi. Nəticə etibarilə bakufu və imperator sarayı 

xarici koalisiya qüv

vələri  qarşısında  təslim  oldular. 1865-ci 

ilin noyabrında imperator bütün müqavilələrin təsdiq olundu-

ğunu  elan  etdi.  1866-cı  ilin  yayında  isə,  idxal olunan mallar 

üzərinə qoyulan gömrük haqqına dair yeni saziş imzalandı ki, 

bu da Yaponiya iqtisadiyyatının vəziyyətini daha da pisləşdirdi.  

 

Dövlətlərin müdaxiləsi şəraitində Yaponiyada bir tərəf-



dən dövləti iflic vəziyyətinə salan vətəndaş müharibəsi, digər 

tərəfdən isə antitokuqava ittifaqı daxilində mübarizə, çevriliş-

dən  sonra  yaranacaq  hökumətdə  nüfuz  qazanmaq  uğrunda 

mübarizə  başlandı.  1863-cü ilin  sentyabrında  bir  tərəfdən 

syo

qun  qoşunları  və  Satsuma  knyazının  qoşunları,  o  biri 




160 

tərəfdən  də  Tyosyu  knyazlığı  qoşunları  və  Ronin  dəstələri 

ara

sında qanlı toqquşma baş verdi. Tyosyu knyazlığı qoşun-



ları və Ronin dəstələri məğlub oldular. Nəhayət, təxminən bir 

il sonra, 

yəni  1864-cü  ilin  avqustunda  Tyosyu  qoşunları  və 

R

oninlərin  Kiotoda  qisas  almaq  səyləri  onların  yeni  məğlu-



biy

yətilə  nəticələndi. Tyosyu  knyazlığı  syoqunatı  devirmək 

üçün qüvvə toplamaq işini davam etdirdiyindən, bakufu onu 

qiyamçı  elan  etdi  və  1865-ci  ilin  iyulunda  ona  qarşı  yürüşə 

başladı. Lakin bu yürüş dayandırıldı. Yürüşün dayandırılma-

sının zahiri səbəbi 1866-cı ildə syoqun İyemoti və imperator 

Komenin, demək olar, eyni vaxtda vəfat etmələri idi. Bu isə 

cənub-qərb  knyazlıqlarının  zadəgan-burjua  müxalifətçi  qüv-

vələrinin sıx birləşməsinə və əlverişli şəraitdə onların hücuma 

keçməsinə kömək etdi. Tyosyu knyazlığının başçısı Yamano-

u

ti antitokuqava ittifaqı adından syoqun Keykiyə memorandum 



təqdim  edərək  hakimiyyəti  imperatora  qaytarmağı  məsləhət 

gördü. İmperator Mutsuxito (Meydzi) oktyabrın 14-də Satsuma 

və Tyosyuya syoqun hökumətinə qarşı hərbi əməliyyata baş-

lamaq  əmri  verdi.  Qüvvələr  nisbətinin  əlverişli  olmadığını 

nəzərə  alıb  silahlı  mübarizəyə  hazırlaşmaq  üçün  vaxt  əldə 

etməkdən ötrü Keyki 1867-ci il oktyabrın 28-də istefaya çıx-

maq təklifini qəbul etdi. İmperator Mutsuxito (Meydzi) 1868-ci 

il yanvarın 3-də şahzadə Arisuqava başda olmaqla yeni höku-

mət təşkil olunduğunu elan etdi. 

 

Lakin yeni hökumətdə öz nüfuzunu və mövqeyini saxla-



mağa  ümid bağlayan  Keyki  yenidən hərbi  mübarizəyə yolunu 

tutdu və müqavimət göstərmək qərarına gəldi. Uzun müddətdən 

bəri ölkədə təkbaşına hökmran olan feodal sinfinin mənafeyini 

təmsil edən Keyki ona sadiq qalan qoşunları ilə Osakadan Kioto 

üzərinə  hərəkət  etdi.  Fusimi  və  Toba  yaxınlığındakı  vuruşma-

larda Keyki

nin qoşunları məğlub edildi, o özü isə Edoya qaçdı. 

Cənub-qərb  knyazlıqlarının  üstün  qüvvələrinin  müvəfəqiyyətli 

hücumu nəticəsində syoqunatın qoşunları təslim olmağa məcbur 

oldu. Aydzu başda olmaqla şimal-şərq knyazlıqlarının müqavi-

məti davam etdirmək təşəbbüsü 1868-ci ilin noyabrında onların 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə