Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə61/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   57   58   59   60   61   62   63   64   ...   142

182 

 

Seulda kralın Kyanbokkun adlanan Yeni və ya Yay sa-



ra

yı yerləşir, bunun şərqində Şərq sarayı və ya Köhnə saray 

yerləşir ki, bunun özü də iki saraydan ibarətdir. Seul özünün 

məbədləri, o cümlədən konfusi məbədi, kral nəsillərinin mə-

bədi ilə də məşhurdur. Kımqansan dağlarındakı buddist mə-

bədləri və monastırları (Almaz abidələr) özünün qədim tarixə 

malik olması və bədii gözəlliyi ilə diqqətəlayiqdir. Ən qədim 

memarlıq  abidələri  Pxenyanda,  onun  qədim  hissəsindədir. 

Kıyçjanın  (ilk  Koreya  dövlətinin  banisi)  məqbərəsi,  Tanqu-

nun (Koreya dövlətinin əfsanəvi banisi) məbədi də buradadır. 

Beləliklə,  xalq  ustaları  gözəl  tətbiqi  incəsənət  nümunə-

ləri yaratmışlar. Qiymətli mebel, sədəflə işlənmiş laklı mebel 

istehsalı, parça, saman və dəridən istehsal olunan mallar, bə-

dii  tikiş  işləri,  metaldan  incə  şeylər  düzəltmiş  və  digər  incə 

sənətkarlıq çox inkişaf etmişdi. Koreya kağızı xüsusilə şöhrət 

qazanmışdı. Koreya çini qabları öz yüksək keyfiyyətilə fərq-

lənirdi. Hələ VII əsrdə Koreyada qum saatı, addım ölçən, su 

saatı yaradılmışdır ki, bu da xalqın elmi təfəkkürünün erkən 

inkişafından  xəbər  verirdi.  Ən  başlıcası  ictimai-siyasi quru-

luşdan, dövründən asılı olmayaraq yaradılan hər bir əsər, hey-

kəltəraşlıq nümunəsi tarixi əsər kimi tarixi xatırlatmaq üçün 

saxlanılır. 




183 

FİLİPPİN 

 

Cənub-Şərqi  Asiyada,  Sakit  Okeanın  qərbində  yerləşən 

Fi

lippinin  tarixi  zəif  öyrənilmişdir.  Əhalinin  90%-dən  çoxu 



yerli xalqlardır. Onlardan vissaylar, taqalar, iloklar, morolar, 

luson, neqros, aetalar yerli xalqlardan hesab olunur. Filippin-

də dindarların əksəriyyəti, yəni 90%-dən çoxu xristianlardır.  

Lakin sonralar

yəni  ərəb  istilasından  sonra  Filippində 

yalnız  XIV-XV  əsrlərdə  islam  dini  yayılmağa  başlamışdı. 

Lu

son  və  Sebu  adalarında,  o  cümlədən  Sulu  arxipelaqında 



kiçik knyaz

lıqlar yaranmışdı. Dəniz yollarının açılması, yeni 

coğrafi  kəşflər  nəticəsində  avropalılar  Cənub-Şərqi  Asiyada 

işğalçılıq  yürüşünə  başlayanda  Filippin  də  bu  işğala  məruz 

qaldı.  XVI  əsrin  ikinci  yarısında  ispanlar  Filippini  işğal 

etdilər. İspan müstəmləkəçilərinin işğalından sonra Filippində 

milli azadlıq hərəkatı formalaşmağa və təşkilatlanmağa baş-

ladı.  XVII  əsrdə  Filippin  xalqları  fasilələrlə  ispan  qəsbkar-

larına, hərbi ekspansionistlərə və digər Avropa dövlətlərinin 

erkən  müstəmləkəçilərinə  qarşı  silahlı  mübarizə  aparmalı 

olmuşdur. 1639, 1649-1650-ci illər, 1660-1661-ci illər silahlı 

müqavimət hərəkatı Filippin xalqlarının milli azadlıq hərəkatı 

tarixində mühüm mərhələni təşkil edir. Bu məqsədlə Filippində 

1774-


cü  ildə  ispan  müstəmləkəçilərinə  qarşı  başlanan  üsyan 

85 il da


vam etmişdir. 

 1892-


ci ildə A.Bonifasionun yaratdığı "Katipunan" gizli 

cəmiyyəti Filippin xalqlarının antimüstəmləkəçilik mübarizə-

sin

də böyük rol oynamışdı. 



 

Filippinə qarşı ABŞ-ın, İspaniyanın, həmçinin Yaponi-

ya

nın istilaçılıq siyasəti yeritməsi adalardan ibarət olan bu öl-



kədə  coğrafi  şərait,  xalqların  və  etnik  qrupların  çoxluğu  və 

on

ların vətəndaş həmrəyliyinə nail ola bilməmələri, siyasi, iq-



ti

sadi  pərakəndəlik  və  digər  amillər  mühüm  rol  oynamışdı. 

Fi

lippində Avropa dövlətlərinin, xüsusilə İspaniyanın qismən 



asan müstəmləkəçiliyə nail olmasını etnik qrupların ispanlar 

tərəfindən asanlıqla ələ alınmasında görürdülər. 

 

Filippin  ispanlar  tərəfindən  çox erkən,  hələ  XVI  əsrin 



axırlarında işğal edilmişdi ki, bu dövrdə arxipelaqın adaların-


184 

da yaşayan çoxlu qəbilələr və xalqlar müxtəlif iqtisadi və mə-

dəni inkişaf mərhələsində idilər. Dəniz sahilləri boyunca, ha-

belə Luson adası və Visay adalarındakı çayların vadilərində 

y

aşayan xalqlar içərisində artıq inkişaf etmiş feodal münasi-



bətləri  hökm  sürürdü.  Lusonun  dağlıq  rayonlarında,  Minda-

nao,  Palavan  adalarında  və  bir  sıra  başqa  yerlərdə  yaşayan 

qəbilələr və xalqlar hələ də ibtidai-icma quruluşu mərhələsin-

də idilər. İspanların işğalından bir qədər əvvəl arxipelaqın cə-

nub hissəsində və Lusonun sahil rayonlarında islam dini ya-

yılmışdı. Ölkənin qalan hissələrində yerli ibtidai dini ayinlər, 

o cümlədən totemizim üstün yer tuturdu. 

 Amma 


oldquca  maraqlıdır  ki,  XVI  əsrin  axırlarından 

başlanan müstəmləkəçiliyə baxmayaraq XVIII əsrin axırların-

da ölkə hələ də bütünlüklə İspaniya taxt-tacının hakimiyyəti 

altında deyildi. İspaniya hələ Şimali Lusonun dağ rayonlarını 

və Batan adalarını zəbt edə bilməmişdi. Sulu arxipelaqında və 

Mindanaonun  çox  hissəsində  müsəlman  qəbilə  rəhbərləri 

hökm

ranlıq edirdilər. Bu qəbilələrin hamısını ispanlar ümumi 



"moro" adı ilə adlandırırdı. Burada yaşayan müsəlmanlar ara-

sında ənənəvi olaraq çoxarvadlılıq yayılmışdı. 

 

İspaniyanın əsasən XVI əsrin axırı və XVII əsrin əvvəl-



lərində təşəkkül tapmış müstəmləkəçilik rejiminin xarakterik 

xüsusiyyəti  İspaniya  istilaçıları  tərəfindən  torpaq  üzərində 

feodal hü

quqlarının mənimsənilməsində özünü daha çox bü-

ruzə verirdi. Adaların istilası gedişində yerli feodalların yuxa-

rı təbəqələri əsasən vətənpərvər feodallar məhv edilirdi. Bö-

yük ərazilər və burada yaşayan əhali ilə birlikdə enkomiend 

("qəyyumluq") şəklində dini və dünyəvi ispan konkistadorla-

rın idarəsinə verilirdi. Enkomiend sistemi XVII əsrin ortala-

rında ləğv edildi, lakin torpaqların böyük əksəriyyəti ispanlar 

tərəfindən artıq işğal edilmişdi.  

 

Adaları  işğal  etmək  işində  ispan  müstəmləkəçilərinin 



əsas alətlərindən biri Filippin əhalisini xristianlaşdırmaq idi. 

Bu ona görə idi ki, katolik kilsəsi və xüsusilə monax orden-

ləri ölkənin iqtisadi və siyasi həyatında son dərəcə mühüm rol 

oynayırdı. Adalarda iri  torpaq  mülkiyyətçisi  monastırlar idi. 

Kilsə idarəçiliyin əksəriyyətini öz əllərinə almışdı və monax-



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə