Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə60/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   56   57   58   59   60   61   62   63   ...   142

179 

 

Elə bu zaman, yəni 1866-cı ildə amerikalılar zorla Kore-



yanın  qapılarını  xaricilərin  üzünə  "açmaq" üçün müxtəlif 

təşəbbüs  göstərdi  və  Amerikanın  "General  Şerman"  gəmisi 

Koreya

nın  sahil  sularına  daxil oldu,  Pxenyan  yaxınlığında 



lövbər  saldı.  Qubernator  başda  olmaqla  Pxenyan  əhalisi  ba-

lıqçı qayıqlarında üzərək Amerika gəmisini yaxaladılar. XIX 

əsrin 60-cı illərinin ortalarında Amerikanının Koreya sahillə-

rinə  göndərdiyi  üç  hərbi  ekspedisiya da Koreya  xalqının 

coşğun vətənpərvərliyi nəticəsində müvəffəqiyyətsizliklə nə-

ticələndi. 

Nəhayət,  1871-ci  ilin  mayında  amerikalılar  yeni  hərbi 

ekspedisiya hazırladılar. 85 topla silahlanmış 6 hərbi gəmidən 

ibarət olan Amerikan eskadrası Kanxva adası yanında lövbər 

saldı. Amerikalılar Kvansonçjin istehkamını top atəşinə tutdu. 

Onlar  Koreyanı  Amerika  ticarəti  üçün  açmağı  tələb  edərək, 

əks halda Koreyanı tamamilə məhv edəcəkləri ilə hədələyir-

di

lər. Burada, yəni Kanxva adasında Amerika və Koreya qo-



şunları arasında şiddətli vuruşma oldu. Amerikalılar Koreya 

qoşunları  tərəfindən  ağır  məğlubiyyətə  uğradılar  və  ameri-

kalılar qaçmağa məcbur oldular. Koreyalılar arasında sonralar 

belə  bir  məsəl  yarandı    ki,  “döyüşmək  üçün  cəsur  döyüşçü 

ürəyi hər bir döyüşün taleyini həll edərmiş”. 

 

Ölkəyə zorla daxil olmaq səyləri və missionerlərin ölkə-



yə soxulmasının qüvvətlənməsi bununla nəticələndi ki, Kore-

ya hökuməti ölkəni qapalı saxlamaq siyasətini daha inadla və 

möhkəm  bir  surətdə  həyata  keçirməyə  başladı,  düşmənin 

işğal siyasəti baş tutmadı. 

 1864-

cü ildə 12 yaşlı kral Koçjon taxta çıxarıldı. Əslin-



də isə onun əvəzinə atası Li Xa In 1864-1874-cü illərdə te-

von


qun  olmuşdur

1 

hökmranlıq  edirdi.  Tevonqun  "barbarları 

qovmaq və ölkəni qapalı saxlamaq" siyasəti elan edərək, öl-

kənin  müdafiəsini  möhkəmlətmək  üçün  bir  sıra  tədbirlər  hə-

yata keçirdi. Katolik təbliğatına qarşı tədbirlər görüldü. 1866-cı 

ildə elan edildi ki, "mürtəd din xarici düşmənlərin casusudur" 

və  sonra  çoxlu  missioner  və  daxili  satqınlar  edam olundu. 

Əcnəbilərin ölkəyə soxulmasından qorxuya düşən hakim yuxarı 

                                                 

1

 Tevonqun – 



Avropadakı "regent" ("qəyyum") rütbəsinə bərabərdir. 


180 

təbəqələr  kapitalist  dövlətlərin  təzyiqinə  ayağa  qalxan  xalqın 

vətənpərvər  əhvali-ruhiyyəsindən  istifadə  etməyə  başlasalar 

da am


ma onlar həmişə olduğu kimi yenə də ikili siyasət yeri-

dirdil


ər. 

 

Mədəniyyət 

 

 



Koreya qədim mədəniyyət ölkəsidir. Bu dövrdə konfusi-

çilik  feodal-

aristokrat ədəbiyyatı ilə yanaşı, demokratik xalq 

ədəbiyyatı  da  geniş  yayılmışdı.  Xalq  ədəbiyyatı  şifahi  xalq 

ya

radıcılığında  və  bədii  ədəbiyyatda  geniş  təmsil  edilmişdi. 



Koreya  ədəbiyyatının  xarakterik  xüsusiyyəti  isə  onun xalq 

ya

radıcılığı ilə sıx əlaqədar olmasındadır. "Sim Çen haqqında 



dastan",  "Xın  Bu  haqqında  dastan",  "Dovşan  haqqında  das-

tan" kimi dastanlar Koreya fo

lklorunun  ən  yaxşı  nümunələ-

rin


dən hesab olunan əfsanədə Sim Çen adlı qızın öz kor ata-

sına  fədakar  məhəbbətindən  danışılır.  Atasına  olan  böyük 

məhəbbəti, bütün fəlakətlərə üstün gəlməkdə və atasının gö-

nü açmaqda qıza kömək edir. Burada övlad-ata məhəbbəti-



nin tərbiyəvi əhəmiyyəti böyükdür. 

 

"Xın  Bu  haqqında  dastan"da  isə  XVIII  əsrin  axırı  və 



XIX əsrin əvvəllərində Koreya cəmiyyətinin bütün təbəqələ-

ri

nin həyatı əks etdirilmişdir. Əfsanənin mərkəzində iki qar-



da

şın, yoxsul, əmək sevən Xın Bunun və varlı, qəddar Nol. 

Bunun  müqəddəratı  obrazlı  şəkildə  təsvir  edilir.  Dastanda 

feo


dalların acgözlüyü və iyrəncliyi ifşa olunur, məzlum xalqa 

rəğbət ifadə edilir, yaxşılıq təriflənir, təbliğ olunur. 

 

Çox geniş yayılmış nəsr əsərlərindən Xe Qyunun "Xon 



Qil Don" povestini (XVII) və XVIII əsrdə naməlum müəllif 

tərəfindən  yazılmış  "Çun  Xyan"  romanını  göstərmək  olar. 

Romanın qəhrəmanı Xon Qil Don yoxsulları müdafiə etmək 

üçün 


mübarizə aparır. O, feodalların, məmurların, monastırla-

r

ın  malikanələrinə  hücum  edib,  varlılardan  ələ  keçirdiyi 



əmlakı yoxsullar arasında bölüşdürür. Nəticədə o, yoxsullarla 

birlikdə ideal bir cəmiyyət qurur, bu ədalətli cəmiyyətin əda-

lətlə  idarə  olunan  dövlətini  də  yaradır  və  xalq  onu  həmin 

dövlətin kralı seçir. Belə romanlar xalqı xoşbəxt gələcək uğ-

runda mübarizəyə çağırırdı. 



181 

"Çun Xyan" romanı sadəcə olaraq sevgi dastanı deyildi, 

burada feodalizm qur

uluşu çox cəsarətlə qamçılanır, istismar-

çılar pislənir və lənətlənirdi. Romanın qəhrəmanı gənc zadəgan 

Ri Do Ryon qubernatorun ziya

fətində, varlıların dəbdəbəsi və 

tüfeyliliyi, xalqın yoxsulluğu və iztirabları haqqında qoşduğu 

pamfleti oxuyur. Maarif

pərvər  yazıçı  Pak  Çji  Von  (1735-

1805) yaratdığı bir sıra satirik romanlarda Koreya feodalizm 

cəmiyyətinin böhranını təsvir etmişdir. Müəllifin "Jexey gün-

dəliyi" adlı monumental əsəri xüsusilə maraqlıdır. 

 

Koreya poeziyası öz janr müxtəlifliyi ilə fərqlənir. Poe-



mada lirik şeirlər (kasa), epik poemalar (sonqa) və müqəddəs-

lər  (sidye)  xalq  içərisində  geniş  yayılmışdı.  Şairlər  öz 

şeirlərində  mütərəqqi  fəlsəfi  ideyaları  ifadə  edir,  humanizm 

və vətənpərvərlik, insana məhəbbət, xoşbəxtlik uğrunda mü-

bari

zə  ideyaları  təbliğ  edirdilər.  XVII  əsr  şairi  Pak  İn  No 



"İnsan  haqqında"  şeirində  deyirdi:  Dünyada  minlərcə  qiymətli 

şey  vardır,  lakin  təkcə  insanın  qiyməti  yoxdur".  XVIII  əsr 

şairi Kim Din Txe "Mən nə istəyirəm" şeirində yazırdı: "Öl-

məmişdən qabaq bir şey istəyirəm:  doğma vətənə, insanlara 

xidmət  etmək".  Satirik  şair  Kim  Sakadi  (1807-1864)  "İt  və 

müftəxor"  şeirini  bu  sözlərlə  qurtarırdı.  "İtdən  də  yüz  dəfə 

pisdir, 

işləməyib dişləyən". 

Poeziya, nəsr və digər bədii yaradıcılıqla yanaşı rəssam-

lıq  sahəsində  də  görkəmli  boya  ustaları  meydana  çıxmışdı. 

Təbiət mənzərələri çəkən rəssam Kyom Dya (1676-1759) öz 

ölkəsinin  təbiəti  haqqında  çoxlu  gözəl  əsərlər  yaratmışdı. 

Onun çəkdiyi "Seul ətrafı" və "Kimqansan dağları" mənzərə-

ləri öz müstəsna gözəlliyi ilə şöhrət qazanmışdır. Kyom Dya 

(Ten  Syan)  təsviri  incəsənətdə  realist  ənənələrin  banisi  ol-

muşdur. XVIII əsrin ikinci yarısında coşğunluqla rəsm əsər-

ləri yaradan realist rəssam Kim Xon Do (Tan Von) o dövrdə 

Koreya xalqının həyatından çəkdiyi şəkillərlə çox məşhur idi. 

Pen San Bey, Nam Qe U da realist rəssamlar sırasındandır.  

 

Koreya mədəniyyətinin ən çoxlu abidələri Pxenyan, Seul, 



Kyonçju  (Silla  dövlətinin  paytaxtı), Keson (Koreya döv-

lətinin paytaxtı – keçmiş Sondo) şəhərlərində toplanmışdır. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə