Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə50/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   46   47   48   49   50   51   52   53   ...   142

149 

nufaktura və fabrik müəssisələrində işləyən muzdlular sırala-

rına  düşür  və  beləliklə,  yapon  proletaritının  təşəkkülü  üçün 

fiziki qüvvələrdən birinə çevrilirdi. Hakimiyyət özü də bilmə-

dən özü üçün barışmaz rəqib hazırlayırdı. Çünki, hər şeydən 

məhrum  olmuşların  itirəcəyi  bir  şey  qalmırdı.  Belə  bir  şə-

raitdə tənəzzül bütün sahələri bürüdü. 

Dağılma prosesi sənətkarları da əhatə edirdi, onların və-

ziy

yəti  getdikcə  ağırlaşırdı.  Sex  quruluşu  dağılırdı,  usta  kö-



məkçiləri və şagirdlər öz işçi qüvvəsini satmağa məcbur olur-

dular. 


Kapitalistlər  üçün  ucuz  işçi  qüvvəsi  meydana  gəlirdi. 

Beləliklə,Tokuqava  diktaturasının  birinci  dövründə  mövcud 

olan silki 

hədlər feodalizm münasibətlərinin tənəzzülü prose-

si gedişində dağılır, burjua təbəqəsi təşəkkül tapırdı. Bu pro-

sesdə fəal iştirakçılar şəhər sakinləri və samuraylar idi. Maaş-

la işləyən qulluqçular, sənət müəssisələri müdirləri, nəzarətçi-

lər, hər cür prikazçiklər, sərbəst peşə sahibləri onların içəri-

sin

dən  çıxırdı.  Yaranmaqda  olan  burjuaziyanın  bir  mənbəyi 



də kəndlilərin yuxarı təbəqəsi idi. Burjua sinfi ilə yanaşı, pro-

letaria


t  sinfi  də  təşəkkül  tapırdı  ki,  bu  prosesdə  kəndlilər, 

sənətkarlar və xırda samuraylar da böyük rol oynayırdı. 

Feodal  münasibətlərinin  hökmranlğı  nəticəsində  feodal 

və sələmçilik istismarının güclənməsi kənddə və şəhərdə is-

ti

smar olunan kütlələrin müqavimətinin artmasına səbəb oldu. 



Yaponiyada  bu  amil  ictimai  ziddiyyətləri  daha  da  artırdı. 

Hakimiyyətlə xalq arasında ziddiyyətlərin daha da kəsginləş-

məsi prosesi müşahidə olunmaqda idi. 

 

Kəndlilərin və digər yoxsullarının  

antif

eodal üsyanları 

 

XVIII əsrin ikinci yarısı XIX əsrin əvvəllərində Yaponi-



yanın müxtəlif yerlərində antifeodal kəndli çıxışları baş verdi. 

Yaponiyada səlnaməçilərin yazdığına görə Tokuqava sülaləsi 

diktaturası  dövründə  (1603-1867-ci  illər)  1600  kəndli  çıxışı 

və üsyanı olmuşdu ki, bunlar da feodal və sələmçilik istisma-

rına qarşı çevrilmişdi və bu çıxışlar əslində sülalə hakimiyyə-

tinə xəbərdarlıq idi. Bu üsyanlar gedişində həm kəndin yuxarı 




150 

təbəqələrinin, həm də kənd yoxsullarının mənafeyini əks etdi-

rən tələblər irəli sürülürdü. Bunlar içərisində vergilərin azal-

dılması və yeni yığımların ləğv edilməsi, nəqliyyat mükəllə-

fiy

yətinin ləğv edilməsi, icarə haqqının azaldılması, düyü və 



pambıq alverində inhisar qiymətlərinin ləğv edilməsi, iltizam 

(otkun) sistemi

1

 

və feodal inhisarlarının ləğv edilməsi, kənd-



li

lərə müstəqil surətdə bazara çıxıb kənd təsərrüfatı məhsulla-

rını  sərbəst  satmaq  hüququ  verilməsi,  syoqunatın  qəza  mə-

mur


larının daha ədalətlilərlə əvəz edilməsi və seçkili olması, 

samurayların özbaşınalığının aradan qaldırılması və s. tələb-

lərini göstərmək olar. 

 

Yaponiyada cərəyan edən hadisələr, o cümlədən baş verən 



kəndli  üsyanları  zahirən  dini  pərdə  altında  gedirdi  və  bu  üs-

yanlara  din  xadimləri  ideya  verirdi.  Din  xadimlərinin  cəmiy-

yətdə təsir gücünü hiss edən hökumət bəzən onlarla gizli söv-

dələşmə aparırdı və nəticədə hərəkat məğlubiyyətə uğrayırdı.  

Üsyançılar  adətən  bambuk  nizələr,  şüvül,  daş,  dəryaz, 

paya, 


bel,  kərki,  balta,  qarmaqla,  bir  sıra  hallarda  isə  atəşli 

silahla silahlanırdılar. Üsyanın xüsusi simvolu var idi ki, bu 

da saman bayraqdan ibarət idi. Kəndlilər bu bayrağı qabaqda 

aparırdılar. Üsyançıları ərzaqla təmin etməkdə bir qayda ola-

raq  bütün  kənd  iştirak  edirdi.  Üsyan  zamanı  kəndlilər  düyü 

möhtəkirlərini və sake tacirlərinin dükan və anbarlarını dağı-

dır, yerli məmurların və knyazların evlərini yandırırdılar. Üs-

yançılarda ruh yüksəkliyi yaratmaq üçün xüsusi musiqiçi dəs-

tələri var idi. Onlar tütəklərdə çalır, təbil vurur və fədakarlıq 

göstərirdilər. 

 

Kəndli  üsyanlarının  ildən-ilə  artmasına  baxmayaraq, 



höku

mətin və yerli feodal knyazların qoşunları bu üsyanları 

amansızlıqla yatırırdı. Belə hallar da olurdu ki, feodallar üs-

ya

nı hərbi qüvvə ilə yatıra bilmədikdə, hiyləyə əl ataraq üs-



yan

çıların tələblərini ödəməyi vəd verir, sonra da üsyançıları 

aldadaraq onlara və rəhbərlərinə görünməmiş vəhşiliklə divan 

tuturdular.  

                                                 

1

 



Bu sistem xam və ya dincə qoyulmuş torpaqları, kəndli peşələrini və vergi 

toplanmasını təşkil etmək hüququnu iltizama vermək şəklində olurdu. 




151 

Üsyançıların  məğlubiyyəti  onların  kortəbiiliyi,  ümumi 

çıxış  hazırlamaq  imkanını  çətinləşdirən  dağınıqlığı  (bunlar-

dan  çoxu  bir  əyalət  və  ya  feodal  knyazlıq  çərçivəsindən 

kənara  çıxmırdı  və  aralarında  əlaqə olmurdu)  aydın  məqsəd 

və  lazımi  mübarizə  vasitələrinə  sahib  olmadıqları  ilə  izah 

edilir. Proletariatın olmaması və kəndlilərə başçılıq burjuazi-

ya

nın  zəifliyi  kəndlilərin  mübarizəsinin  genişlənərək  kəndli 



müharibəsinə çevrilməsinə imkan vermirdi və dağınıq kəndli 

çıxışlarının yatırılmasını asanlaşdırdı. 

Yaponiyadakı kəndli üsyanlarının məhəlli xarakter daşı-

masına  baxmayaraq,  arası  kəsilməyən  bu  üsyanlar  eyni  ilə 

antifeodal mahiyyət daşıyan şəhər yoxsullarının çıxışlarına da 

təsir göstərdi. Bu çıxışlarda xırda sənətkarlar və tacirlər, müf-

lis

ləşmiş samuraylar və şəhər yoxsulları iştirak edirdi. 1712-



1866-

cı illərdə (yapon tədqiqatçısı Kuronasa İvaonun hesab-

la

masına  görə)  Yaponiyada  şəhər  aclarının  117  qiyamı  ol-



muşdu. Bunlardan ən mühümü – 1837-ci ildə Osakada syo-

qunatı və mövcud feodal qaydalarını ləğv etməyə çağıran mə-

mur-

samuray Osio Xeyxatironun rəhbərliyi altında baş verən 



üsyan idi. Xeyxatiro feodal məmurların və Osaka varlılarının 

qəddarlığını  və  onların  özbaşınalığını  tənqid  edirdi.  Osio, 

yeganə  məhsuldar  sinif  və  cəmiyyətin  dayağı  hesab  etdiyi 

kəndlilərə həqiqi yardım göstərilməsini tələb edirdi. 

Osakada ac

lıq  başlandığı  və  düyünün  qiyməti  son  dərəcə 

bahalaşdığı bir şəraitdə Osio və onun tərəfdarları 1837-ci il fevralın 

19-


da şəhərə od vurub düyü anbarlarını ələ keçirdilər və ehtiyacı 

olanlara, 

aclara düyü paylamağa başladılar. Lakin üsyan yatırıldı. 

Çıxışın məhəlli xarakter daşıması, onun kifayət qədər ha-

zırlanmaması, üsyan rəhbərlərinin qətiyyətsiz hərəkət etməsi şə-

hər yoxsullarının bu çıxışının məğlubiyyətinə səbəb oldu. Lakin 

bu çıxış məğlubiyyətlə nəticələnsə də, onun sədası ölkənin digər 

ərazilərinə də yayıldı. Yaponiyanın müxtəlif yerlərində şəhər və 

kənd  yoxsullarının  yeni  üsyanları  başlandı  ki,  bunların  da 

iştirakçıları özlərini "Osionun ardıcılları" elan edirdilər. 

Kəndlilərin və şəhər yoxsullarının mübarizəsinin güclən-

məsi,  xüsusilə  Osionun üsyanı,  feodal  hökumətini  bəzi isla-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə