Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə46/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   42   43   44   45   46   47   48   49   ...   142

136 

təmir etməli, kanallar qazmalı və bunları təmir etməli idilər. 

Yəni kəndli mükəlləfiyyətləri qanuniləşmişdi. 

 Yaponiyada b

ilavasitə  istehsalçı  və  icraçı  sinif olan 

kəndlilər şiddətli feodal istismarı altında idi. Tokuqava ailəsi 

hərbi diktaturası zamanı feodal təbəqəsinin bütün ağırlığı on-

la

rın,  yəni  kəndlilərin  üzərinə  düşürdü.  O  qədər  də  geniş 



yayılmayan işləyib ödəmə mükəlləfiyyətindən başqa, istisma-

rın  əsas  forması  natura  ilə  alınan  (başlıca  olaraq  düyü  ilə) 

ərzaq  rentasından  ibarət  idi.  Kəndli,  rəsmən  öz  təsərrüfatı 

hesab  edilən  kiçik  torpaq  sahəsini  primitiv  kənd  təsərüffatı 

alətləri ilə öz əməyi sayəsində becərib, əldə etdiyi izafi məh-

sulu


, dözülməz bir yük olaraq üzərinə düşən çoxlu vergi və 

tədiyyələr şəklində dövlətə və feodala verməli idi. Onlar rəs-

mən "dörd hissə knyazın, altı hissə xalqın" formulası əsasında 

məhsulun  40 faizini  əsas  vergi  üçün  verirdilər.  Əslində  isə 

əlavə  vergi  və  rüsumlar  da  nəzərə  alınarsa,  kəndlilər  becər-

diyi 


topladıqlardan məhsulun 70 faizini vergi verirdilər. Əsas 

vergidən  başqa,  kəndlilər  qarışıq  və  ya  xırda  vergi  adlanan 

vergilər  də  verməli  idilər,  bu  vergi  kəndlilərin  balıqçılıq  və 

ovçuluq kimi əlavə məşğuliyyətindən alınırdı. Bunlardan əlavə 

kəndlinin  uşağı  doğulduqda,  bir  kimsəsi  vəfat  edəndə  də 

vergi verməli idi. Bununla bərabər kəndlinin evindəki hər bir 

pəncərə  və  qapı  üçün  vergi  alınırdı,  feodalın  meşəsindən 

saralıb tökülmüş yarpağı gübrə üçün topladıqda haqq verməli 

idi  və  müxtəlif  münasibətlə  ara-sıra  hədiyyələr  verməli  idi. 

Ən çətini o idi ki, çox zaman vergilər bir neçə il irəlicədən 

alınırdı.  Bu  vergi  siyasəti  xalqı  əzən,  ən  çox  incidən  vergi 

siya


səti idi və bənzəri yox idi. 

 

Müxtəlif mükəlliyyətlər, yol çəkilməsi və təmir edilmə-



si, körpü salınması knyazlar və məbədlər üçün suvarma şəbə-

kələri düzəltmək, həmçinin qasid və ya poçt xidməti üçün at 

vermək  və  kəcavə  daşımaq  vermək  kimi  ağır  işlər  yapon 

kəndlilərinin vəziyyətini daha da ağırlaşdırırdı ki, bu da haqlı 

olaraq xalq həyəcanlarına zəmin hazırlayırdı. 

 

Kəndlilərin  bütün  məişəti  müəyyən  məcburi  qaydalara 



tabe etdirilmişdi. Onun mənzilinin böyük-kiçikliyini, qidalan-

ma

sını,  geyim  təchizatını  feodal  qanunvericiliyi  müəyyən 



edir

di.  Kəndlilərə  yalnız  kobud  dənli  bitkilər  yeməyə  icazə 

verilirdi, düyü yeyilməsi məhdudlaşdırılmışdı. Kəndlilər yal-



137 

nız  kətandan  və  ya  çitdən  paltar  geyə  bilərdilər.  Tokuqava 

kümət orqanları kəndlilərə "qayğı" göstərmək adı ilə 1643-



cü ildə torpağın alıb-satılmasını, 1673-cü ildə isə torpaq sahə-

lərinin parçalanmasını qadağan edən qanunlar verdi. Əslində 

isə bu qanunlar feodal qaydalarını qoruyub-saxlamaq, kəndli-

lərdən  müntəzəm  surətdə  vergi-renta  toplanmasını  təmin et-

mək  və  düyü  istehsalını  artırmaq  məqsədi  güdürdü.  Güman 

edildiyi kimi b

u qanunlar kəndlilər üzərindəki feodal istisma-

rı zülmünün qüvvətlənməsinə səbəb oldu. Kəndlinin imkanla-

rını  məhdudlaşdıran  bu qanunlara baxmayaraq  kəndlilər 

torpağı əsarətli şərtlərlə sələmçilərə girova qoymağa məcbur 

olurdular. 

 

XVII əsrdə və XVIII əsrin birinci yarısında genişlənən 



kəndli çıxışlarının əsas səbəbi də, kəndlilər üzərində olan və 

sələmçilik  zülmü  ilə  birləşən  feodal  istismarının  qüvvətlən-

məsində idi. Elə bu səbəbdən Tokuqava diktaturasının yalnız 

ilk yüz ili ərzində yəni 1603-1702-ci illərdə Yaponiyada 163 

antifeodal kəndli çıxışı və üsyanları olmuşdu. 

 

Yaponiyada irticaçı feodal höküməti üsyançı kəndlilərə 



şiddətli divan tuturdu. Hətta şikayət ərizəsi verilməsi ən ağır 

cinayət  kimi  qiymətləndirilirdi,  belə  adamlara  işgəncə  ilə 

yanaşı hətta edam cəzası verilirdi və kəndli yığıncaqları qa-

nun


dan kənar elan edilmişdi. 

 

XVII  əsrin  sonu,  XVIII  birinci  yarısında  baş  verən 



kəndli çıxışları pərakəndə xarakter daşıyırdı. Bu çıxışlar ayrı-

ayrı  kəndləri  əhatə  edir  və  bir  qayda  olaraq  bu  və  ya  digər 

knyazlıq və ya əyalət hüdudundan kənara çıxmırdı. Bununla 

bərabər,  kəndlilər  feodal  qaydalarına  qarşı  qəhrəmancasına 

qavimət göstərmək, onların başçıları isə kəndlilərin məna-



fe

yi naminə hər cür fədakarlıq etmək bacarığına malik olduq-

larını nümayiş etdirdilər.  

 

Tokuqava 



sülaləsinin hakimiyyəti dövründə hakim sinif 

və siyasi rejim 

 

XVII  əsrin  birinci  yarısı  ərzində  Tokuqava  ailəsindən 



olan syoqunlar – 

İyeyasu,  Xidetada  və  İyemitsu  mərkəzləş-

miş  dövlət  yaratmağa  çalışırdılar.  Yeni  hökumətin  daxili  və 

xarici 


siyasət  sahəsində  bir  sıra  tədbirləri  bu  məqsədi  gü-

dürdü. 



138 

Lakin Yaponiyada protosionizm 

əlamətləri azalmaq əvə-

zi

nə gündən-günə güclənirdi. 



Belə  bir  şəraitdə  ölkədə  bir  sıra  hadisələr,  o  cümlədən 

daxili  ziddiyyətlər  nəticəsində  biri hakim feodal sinfinin 

birinin  yəni,  258  feodal  ailəsinin  iki qrupa bölünməsi  oldu. 

Birinci qrupa bütün torpaq sahələrinin yarısını əllərində cəm-

ləşdirən və Tokuqava ailəsindən olan nəsli feodallar, onların 

tərəfdarları  "fudai  daymyo"  adlanırdı  və  bu  qrupa  daxil idi. 

Tokuqava  ailəsinə  qarşı  düşmən  əhval-ruhiyyədə  olan  və 

mərkəzi hakimiyyət uğrunda mübarizədə məğlubiyyətə uğra-

yan  feodal  ailələri  "todzama  daymyo"  adlanırdı  və  ikinci 

qrupa 


daxil  idi.  Feodal  ailələri  öz  malikanələrinin  böyük-

kiç


ikliyi  və illik  gəlirlərinin  az  və  çoxluğu  cəhətdən  də  bir-

birindən fərqlənirdi.  

Tokuqava rejiminin hərbi dayağı samuraylar idi

1

. Samu-



raylar 

əsasən iki qrupa bölünürdü. 1) syoqunun bilavasitə tə-

rəfdarları, şəxsi vassalı olub, ildə 500-dən 10000 kokuya qədər 

gəlir  götürən  samuraylar;  2)  Müxtəlif  iri  feodalların  vassalı 

olub, ildə 500 kokuya qədər gəlir götürən samuraylar. Bunlar-

dan başqa sinfi simasını və samuraylığını itirən kiçik samuray-

l

ar  da  (ronin)  var  idi.  Tokuqava  hakimləri  özlərinin  yaratmış 



olduğu siyasi rejimin hərbi dayağını hər vasitə ilə möhkəmlət-

məyə çalışırdılar və samuraylar bu işdə böyük rol oynayırdılar.  

Samuraylar arasında ayrı-seçkilik salınsa da, feodal qa-

nunveric


iliyi  samurayları  hər  vasitə  ilə  qoruyurdu.  Samuray 

kəndlini və ya sənətkarı öldürə bilərdi və buna görə cəzalan-

dırılmırdı.  Tokuqava  inzibati  qanun  məcəlləsində  "qılınc  tə-

zələmək" adlanan qayda təsbit olunmuşdu ki, bu da samuraya 

öz  yeni  qılıncını  rəiyyətdən  olan  hər  hansı  bir  adamın  boy-

nu

nda sınaqdan keçirmək hüququ verirdi.  



Tokuqava tayfası diktaturasının möhkəmlənməsində "za-

minlik" sisteminin də böyük əhəmiyyəti var idi. Bu sistem iki 

yüz ildən artıq bir müddətdə mövcud olmuşdur. Həmin siste-

min 


mahiyyəti  ondan  ibarət idi  ki, hər  bir  daymyo  bir  il  öz 

knyazlığında,  o  biri  il  isə  syoqunun  paytaxtı  Edo  şəhərində 

                                                 

1

 



XIX  əsrin  ortalarında  ümumi  sayı  2  milyon  nəfərə  şatan  400  min 

samuray ailəsi var idi. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə