Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə43/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   39   40   41   42   43   44   45   46   ...   142

127 

məqsədi başqa idi, yəni dəyər-dəyməzinə mümkün qədər daha 

çox mal-

qara, yun, dəri və sairə almaq və burada ehtiyac olan 

vacib  malları  yüksək  qiymətə  satmaqdan  ibarət  idi.  Belə 

ticarət  əməliyyatı  feo-dal zülmünün daha da şidətlənməsinə 

səbəb olurdu, feodallar isə özlərindən asılı olan aratlar qarşı-

sında getdikcə daha çox tələblər qoyurdular. 

 

Ölkədə ticarət-sələmçi kompaniyalar tərəfindən istifadə 



edilən "ellik zəmanət" sistemi var idi. Bu sistemin mahiyyəti 

ondan ibarət idi ki, vergi və mükəlləfiyyətlər üçün xoşun mə-

sul

liyət daşıyırdı. Knyaz və ya ayrı-ayrı şəxslər borclarını və 



ya vergilərini ödəmədikdə, onların əvəzinə bunu bütün xoşu-

nun əhalisi verməli idi ki, bu da olduqca ədalətsiz qayda idi. 

 

Monqol  feodalları  və  lama  kilsəsi  tərəfindən  monqol 



xalq kütlələrinin istismar edilməsi ilə yanaşı, onların ticarətçi 

və sələmçilər tərəfindən də istismarı, yadelli mancur işğalçı-

larının zülmü, bütün bunlar monqolların təsərrüfatının tama-

milə tənəzzül etməsinə səbəb oldu. Avropa və Amerika kapi-

ta

lının zorla  Çinə  və  onun  ucqarlarına,  o  cümlədən  Monqo-



lustana soxulması bu prosesi daha da sürətləndirdi. XIX əsrin 

30-40-


cı  illərində  Çin  öz  limanlarını  xarici  dövlətlər  üçün 

açmağa  məcbur  oldu.  Bu  vaxtdan  etibarən  Monqolustan  da 

kapitalist  bazarı  dairəsinə  cəlb  olunmağa  başlayır.  Çinin  ən 

nəhəng  kapitalist  dövlətlərin  yarımmüstəmləkəsinə  çevril-

məsi Monqolustanın da vəziyyətinə təsir göstərdi. 

 

Monqolustanın xammalı və mal-qarası təkcə Çinə deyil, 



başqa  ölkələrə  də  ixrac edilməyə  başlandı.  Monqolustanın 

mal


darlıq təsərrüfatı məhsulları ABŞ, Almaniya, İngiltərə və 

Yaponiyaya 

aparılırdı.  Xarici  şirkətlər  ticarət  əməliyyatını, 

əsasən kredit üsulu ilə aparırdı. Bəzən knyaz və zadəganların 

borclarını  aratlar  ödəməli  olurdu.  Bu  da  xalqın  vəziyyətinə 

olduqca pis təsir edirdi ki, nəticədə monqol aratlarının vəziy-

yəti olduqca pisləşməyə başladı. 

 

Müstəmləkə  zülmü,  talançılıq  və  quldurluq  monqol 



xal

qının  dərin  qəzəbinə  səbəb  olurdu  ki,  bu  da  zülmkarlara 

qarşı aratların bir sıra çıxışlarında özünü göstərirdi. Monqo-

lustanda man

cur zülmünə və xüsusilə ticarət-sələmçi kapitalı-



128 

nın  fəaliyyətinə  qarşı  çevrilmiş  xalq-azadlıq  hərəkatı  artıq 

yetişməkdə idi. 

 

Müstəmləkəçilərin və feodal zülmünə qarşı aratların 



mübarizəsi 

  

Tarixi faktlardan məlumdur ki, monqol zəhmətkeşləri iki 

əsrdən  artıq  bir  müddət  ərzində  mancur  sülaləsinin  əsarəti 

altında  olmuşlar.  Lakin  azadlıqsevən  monqol  xalqı  bununla 

barışmayaraq yadelli və daxili zülmkarlara qarşı mübarizəsini 

dayandırmamış, dəfələrlə silahlı mübarizəyə qalxmışdır.  



 

XVIII əsrin ortalarında Amursana başda olmaqla aratla-

rın qəhrəmanlıqla üsyanından sonra, mancur hökumət orqan-

larının  cəza  tədbirlərinə  və  terroruna  baxmayaraq,  Xalxada 

xalq 

çıxışlarının arası kəsilmirdi. Amma bu da danılmaz fakt 



idi ki, ö

z sinfi mənafe və imtiyazları xatirinə xəyanət yolunu 

seçən monqol feodalları da mancurlara qarşı çevrilmiş üsyan-

ların yatırılmasında iştirak edir, varlanmaq naminə xalqa xə-

ya

nət yolunu tuturdular. 



 

Xalqın ictimai zülmə qarşı protesti isə müxtəlif forma-

larda 

özünü göstərirdi. Aratlar ayrı-ayrı xoşun hakimlərindən 



el

liklə ərizə verib şikayət edir, feodalların hakimiyyəti altında 

olan yerlərdən kütləvi surətdə köçüb gedirdilər. Nəhayət, on-

lar  silahlı  çıxışlar  təşkil  edərək,  feodal  mükəlləfiyyətlərinin 

azal

dılmasını  tələb  edirdilər.  Həm  qohumluq  əlaqələri,  həm 



də iqtisadi cəhətdən zəhmətkeş aratlarla sıx bağlı olan sıravi 

la

malar çox zaman aratların çıxışlarında fəal iştirak edirdilər. 



Bu  zaman  dözülməz  həyat  şəraiti  üzündən  doğma  yerlərini 

tərk edən aratlar hər yerdə kiçik dəstələr düzəldirdilər. Onlar 

Çin ta

cirləri və sələmçilərinin faktoriyalarını dağıdır, knyaz-



ların  iqamətgahına  hücum  edir,  onların  mal-qarasını  sürüb 

aparır və aratlara paylayırdılar. Aratların bu dəstələrə yardım 

göstərməsi, mancur hökumət idarələrinin onlara qarşı mübari-

zəsini  çətinləşdirirdi.  Belə  yürüşlər  mövcud  ictimai  sistemi 

sarsıda bilməsə də, hər halda onu zəiflədir, gələcək ədalət tu-

fanının yaxınlaşmasını göstərirdi. 




129 

 

Çində feodalizm quruluşuna və mancurlara qarşı geniş-



lənən hərəkat, xüsusilə 1850-1864-cü illərdəki Taypin üsyanı 

aratların azadlıq hərəkatına və onun fəallaşmasına böyük təsir 

göstərdi. Monqolustanda yaşayan çinlilər, hakim yuxarı təbə-

qələrin səylərinin əksinə olaraq aratlara bilavasitə inqilabi tə-

sir  göstərirdilər.  Monqollar  təkcə  rəsmi  Çinlə,  təkcə  tacir  və 

s

ələmçilərlə  deyil,  həmçinin  Çin  zəhmətkeşləri  ilə  ünsiyyət 



qururdular

. Monqolustan təsərrüfatının məhdud tələbatını ödə-

yən sənətkarların böyük əksəriyyəti çinlilərdən ibarət idi. Çin 

əkinçilərinin Monqolustanda məskunlaşması, sonralar bu diyara 

digər  əməksevər  Çin  kəndlilərinin  də  gəlib  çıxmasına  səbəb 

olmuşdur.  Mancurların  hakimiyyətinə  hədsiz  nifrət  bəsləyən 

Çin zəhmətkeşləri var-yoxdan çıxmış aratlarla birlikdə dəfələr-

lə çıxış etmiş və həmrəylik nümayiş etdirmişdilər. 

 

Ölkədə baş qaldırmış narazılıqlar nəhayət xalqın kütləvi 



narazılığı  ifadəsini  doquylan  hərəkatında  tapdı.  Bu  hərəkat, 

Xalxaya  nisbətən  əhalisi  daha  çox sıx  məskunlaşdırılan  Da-

xili  Monqolustanın  Ordos  rayonunda  1858-ci  ildə  meydana 

çıxmışdı.  Doquylanlar  aratların  kütləvi  yığıncaqlarını  təmsil 

edən geniş demokratik təşkilatlar idi. Həmin yığıncaqlar feo-

dalların zülmünə qarşı mübarizə aparmaq və mancur-Çin hö-

kumət  dairələri  tərəfindən  yadellilərin  Monqolustanda  məs-

kunlaşdırılmasına müqavimət göstərmək üçün çağırılırdı. Hə-

rəkatın antifeodal meyllərindən qorxan monqol feodallarının 

köməyilə mancur hökumət orqanları bu hərəkatı yatırmaq üçün 

böyük səy gösərirdi. 

 

Lakin Daxili Monqolustandakı doquylan hərəkatı geniş-



lənməkdə və ətraf əyalətlərə də yayılmaqda idi. İnqilabi arat-

la

rın  bu  mübarizə  forması  sonralar  Xarici  Monqolustan 



xoşunlarına

 

da təsir edərək, orada da kütləvi milli azadlıq hə-



rəkatı xarakterni alırdı. 

 

Rusiya 

Monqolustan münasibətləri 

 

XVII 



əsrin əvvəllərindən etibarən rusların Sibirə gəlməsi 

ilə  əlaqədar monqol-rus  münasibətləri  yeni  mərhələyə  daxil 

oldu.  Buraya 

gələn  ruslar ilk  dəfə burada  monqol  köçəriləri 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə