Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə42/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   38   39   40   41   42   43   44   45   ...   142

124 

rısında Tibetdən keçmişdi. Bu din də insanda mütilik tərbiyə 

edir və feodalların hökmranlığına bəraət qazandırırdı. 

Artıq  XVII  əsrdə  monqolların  Asiyada  mancur  işğalla-

rına  qarşı  çıxış  cəhdləri  və  mübarizəyə  başlaması  tədricən 

şahidə olunmaqda idi. Mancurlar ən əvvəl cənubi monqol-



lara hücum etdikdən sonra Çaxarın xanı Liqdan xarici işğal-

çılara  qarşı  özünün  rəhbərliyi  altında  mübarizə  təşkil  etmək 

təşəbbüsü göstərdi. Lakin onun qoşunları darmadağın edildi. 

Nəticədə  1636-ci  ildə  cənubi  monqol  knyazlarının  qurultayı 

oldu ki, burada da mancur hökmdarı Monqolustanın xanı elan 

edildi. Bu zaman

dan  etibarən  cənubi  monqollar  və  daxili 

monqollar, on

ların yaşadığı rayonlar isə, Daxili Monqolustan 

adlanması rəsmiləşdirildi. 

 

Digər  əraziləri  də  zəbt  etmək  üçün  Mancur  hökumət 



dai

rələri Xalxa və Oyrat knyazları arasında feodal münaqişə-

ləri salır və bunlardan məharətlə istifadə edirdilər. Onlar Cun-

qar


iya və Xalxa arasındakı münaqişəni nəhayət ki, müharibə-

yə  çevirdilər.  Cunqar  xanı  Qaldanın  rəhbərliyi  altında  qərbi 

monqollar 1688-

ci ildə Şimali Monqolustana soxulub Xalxa-

nı tutdular. Lama ruhanilərinin mancurlara satılmış başçısının 

təkidi ilə Xalxa knyazları 1691-ci ildə Dolonor qurultayında 

"könüllü"  olaraq  mancur  təbəəliyini  qəbul  etdilər.  Cənubi 

Mon


qolustanın işğal edilməsi mancurların strateji mövqeyini 

daha da 


qüvvətləndirdi və onlar Qərbi monqollara qarşı hücu-

ma  keçdilər.1696-cı  ildə  Kerulen  çayı  yanında  həlledici  vu-

ruşma  oldu.  Oyratlar  məğlub  olub,  Şimali  Monqolustandan 

Cunqar köç

ərilərinə  tərəf  çıxıb  getdilər.  Lakin  Monqolustan 

xalqının istiqlaliyyəti uğrunda qərbi monqolların mancurlara 

qarşı mübarizəsi davam edirdi. Qərbi monqolların mancurlara 

qarşı  azadlıq  mübarizəsinin  axırıncı,  ən  parlaq  qəhrəmanlıq 

mərhələsi  oyrat  knyazı  Amursananın  başçılığı  altında  1754-

1758-


ci  illərdə  baş  verən  üsyan  oldu.  Amursana  bütün  anti-

man


cur qüvvələri öz ətrafında birləşdirmişdi. Zəhmətkeş arat-

lar Amur


sanaya  kömək  edirdilər  və  üsyan  bütün  Cunqar  və 

Xalxa ərazisini bürüdü. Oyratların qəhrəmancasına müqavimət 

göstərməsinə baxmayaraq, onlar sayca özlərindən xeyli üstün 



125 

olan,  topla  silahlanmış  mancur  ordusunun  qarşısında  dayana 

bilmədilər. Qat-qat güclü və üstün olan xarici işğalçılara qarşı 

bu mübarizə dörd il davam etdi və oyratların tamamilə darma-

dağın və başdan-başa məhv edilməsi ilə nəticələndi. 

 Bu milli-

azadlıq hərəkatı hadisələrindən bir qədər sonra 

mancurlar inzibati-

ərazi  islahatı  keçirdilər. Onlar Cun-

qariyanın  şimal  hissəsində  Kobdo  mahalı  təşkil edib  buranı 

xüsusi n

əzarət altına aldılar. Sonralar yeni yaradılmış Kobdo 

mahalı  Uryanxay  və  Xalxa  ilə  birlikdə  Xarici  Monqolustan 

adlandırılmağa başlandı. Xarici Monqolustan dedikdə, bunun 

da  ərazisi Monqolustan  Xalq  Respublikasının  indiki sərhəd-

ləri ilə əsasən uyğun gəlir. 

 

Mancurların Monqolustandakı iqtisadi siyasəti  

və bunun nəticələri 

 

Mancurlara qarşı  mübarizədə  monqolların  məğlubiyyəti 

ölkənin öz siyasi müstəqilliyini itirməsi ilə nəticələndi. Man-

curlar öz 

hökmranlığını  möhkəmlətməyə  çalışır və buna gö-

rə  Monqolustanı  Rusiyadan  və  Çindən  təcrid  etmək  siyasəti 

yeridirdilər. Olduqca maraqlıdır ki, mancurlar Monqolustanı 

işğal etdikdən sonra buradakı ictimai quruluşu dəyişdirmədi-

lər. Onlar geridə qalmış təsərrüfat formalarını mühafizə etdi-

lər və feodalların aratlar üzərindəki iqtisadi hüquqlarını saxla-

dılar. Keçmişdə olduğu kimi, yenə də Monqolustanın əsas si-

nif


ləri  feodallardan  (dünyəvi  və  dini  feodallar)  və  əhalinin 

əksəriyyətini təşkil edib, bütün feodal vergi və mükəlləfiyyət-

lərinin  ağırlığını  öz  çiyinlərində  daşıyan  təhkimli  aratlardan 

ibarət  idi.  Çində  hökmranlıq  edən  mancur  (Tsin)  sülaləsi 

Mon

qolustanda  öz  mövqeyini  möhkəmlətmək  üçün  hər  cür 



tədbirlərə əl atırdı. Mancurlar xanədanların (xoşunların) xır-

da

lanmasına  nail  oldular.  Təkcə  Xalxada  xanədanların  sayı 



1655-

ci ildə 8-dən 1815-ci ildə 105-ə çatdırılmışdı. Mancur-

lar xanların və adi xoşun knyazlarının hüquqlarını bərabərləş-

di

rərək, onlara xüsusi maaş müəyyən etdilər, onlar üçün rüt-



bə, mükafat və fərqlənmə nişanları verdilər, knyazlar silkinin 


126 

bütün  görkəmli  nümayəndələrini  müntəzəm  surətdə  şirnik-

ləndirib öz tərəflərinə çəkməyə başladılar. 

 

Monqol knyazları və feodalları get-gedə hakim mancur 



dairələrinin itaətkar alətinə çevrilirdi. Bununla bərabər Mon-

qolustanda mancur qanunvericiliyi, 

Çin  xarici  işlər  palatası-

nın qanunlar külliyatı olan "Qanunnamə" (1789-1815) tətbiq 

edilməyə başlandı. Mancur imperatoru Monqolustanı Ulyasu-

tayda olan xüsusi general-qubernator (tszyan-

tszun) və Urqa 

ilə Kobdoda əyləşən iki nəfər köməkçisi vasitəsilə idarə edirdi. 

Mancurların  Monqolustandakı  siyasətinin  tərəfdarı  və 

təbliğatçısı həmçinin lama kilsəsi idi. Mancurlar digər dinlərdə 

olduğu kimi lamaizmi öz işğalçılıq siyasətinin və hökmranlıq 

apara


tının alətinə çevirdilər. Bütün ölkə çoxlu monastır şəbə-

kəsi  ilə  əhatə  olunmuşdu  və  ölkənin  kişi  əhalisinin  yarıdan 

çoxunu lama

izm  dininə  sitayiş  edənlər  təşkil  edirdilər.  Öz 

ictimai mənşəyi etibarilə lamalar yekcins deyildi. Ali lamalar 

feodal sinfinə, sıravi lamalar isə arat sinfinə mənsub idi. Mo-

nas

tır  təsərrüfatları  (casa)  əllərinə  çoxlu  sərvət,  o  cümlədən 



say

sız-hesabsız  mal-qara  keçirmişdilər.  Monastırlar  ticarəti 

də öz əllərində təmərküzləşdirmiş və böyük sələmçilərə çev-

ril


mişdilər.  Mancurların  hakimiyyəti  dövründə  lama  kilsəsi 

həmçinin monqol feodalizminin ideologiyasını təmsil edirdi. 

Lama  kilsəsi  aratların  əsarət  altına  alınmasında  böyük  rol 

oynadı və bununla da ölkənin təsərrüfat və mədəni inkişafını 

ləngitdi, insan hüquqlarının tapdanmasına bəraət qazandırdı, 

yəni, din zülm aparatının ideoloqu idi. 

Mancurlar 

sələmçi-ticarət  kapitalının  yardımı  ilə  sıravi 

monqol 

xalqını iqtisadi cəhətdən əsarət altına alırdılar. Mancur 



höku

məti ilk vaxtlar Xalxanın kolonizasiyası prosesini məh-

dud

laşdırmağa  çalışırdı.  Lakin  buna  baxmayaraq  Çin, sonra 



isə  rus  ticarət-sələmçi  kapitalı  XIX  əsrdə  ölkəyə  soxularaq 

Monqolus


tanın iqtisadi həyatını müsbət mənada dəyişdirdilər. 

 

Xarici sələmçi-ticarət kapitalı Monqolustanda maldarlıq 



təsərrüfatının yaxşılaşdırılması, kustar istehsalı və sənətkarlı-

ğın yeni sahələrinin yaradılması və ya faydalı qazıntılar çıxa-

rılması  işinin  təşkil  edilməsinə  laqeydlik  göstərirdi. Onun 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə