Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə45/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   41   42   43   44   45   46   47   48   ...   142

133 

YAPONİYA 

 

 

Sakit Okeanın Şərqi Asiya sahilləri yaxınlığında yerlə-

şən Yaponiyanın ərazisi təxminən 4 min adadan ibarətdir. Ən 

böyük adaları Hokkaydo, Honsü, Sikoku və Küsu adalarıdır. 

Burada məsgunlaşma paleolit dörünə aid edilir. E.ə. təqribən 

7500-300-

cü  illərdə  burada  Neolit  mədəniyyətinin  təşəkkül 

tap


ması haqqında məlumatlar vardır. Əhali əkinçilik, balıqçı-

lıq, ovçuluq və heyvandarlıqla məşğul olmuşdur. Yaponiyada 

III əsrin ikinci yarısı, IV əsrin ortalarındaYamota tayfa ittifa-

qı yarandı və tədricən Yapon dövləti təşəkkül tapdı. Bu ölkə-

də V əsrin ortalarından etibarən Çin heroqlifi işlənməyə baş-

la

dı  və  V-VI  əsrlərdə  ibtidai  icma  quruluşunun  dağılmağa 



başlaması ilə sinifli cəmiyyətin yəni feodalizm cəmiyyətinin 

ilkin əlamətləri meydana çıxdı. VI əsrin ortalarından buddizm 

yayılaraq  VII  əsrin  ikinci  yarısında  isə  artıq  mərkəzləşdiril-

miş  erkən  feodal  dövləti  meydana  gəldi.  1192-ci ildə  hərbi-

feodal  hakimlərin,  yəni  syequnların  hakimiyyətə  keçmələri 

nəticəsində hərbi-feodal sistemi yaradıldı. Syequnların dayağı 

olan  hərbi-feodal  təbəqənin  (busi)  başında  şəxsi  vassallar 

(Qokenin),  nisbətən  aşağıda  isə  xırda  hərbi  zadəganlar  – 

samuraylar dururdu. XIV-XVI 

əsrlərdə  orta feodal torpaq 

sahib

liyindən  iri  knyazlıqlara  keçildi.  XV-XVI  əsrlərdə 



Yapo

niyada  fasiləsiz  feodal  çəkişmələri  və  kəndli  üsyanları 

(yamasiro  üsyanı)  mərkəzləşdirilmiş  vahid  hakimiyyətin 

yaradılması  zərurətini  irəli  sürdü.  Çünki,  feodal  dağınıqlığı, 

hakimiyyətin pərakəndəliyi Yaponiyaya qarşı xarici müdaxi-

ləyə zəmin hazırlayırdı. Ən düzgün siyasət mərkəzləşdirilmiş 

dövlət yaratmaq idi.  

 

XVII əsrin əvvəllərində 18 milyonluq Yaponiyada nəha-



yət  uzun  sürən  daxili  feodal  çəkişmələri  XVII  əsrin  birinci 

yarısında sona çatdı. Hələ XVI əsrin son rübündə Oda Nobu-

na

qa və Toyotominin Yaponiyanı birləşdirmək uğrunda baş-



la

dığı işi Tokuqava sülaləsindən olan iri feodallar İyeyasu və 

İyemitsu başa çatdırdılar. Ölkənin birləşdirilməsi, kəndli üs-

yan


larını  yatıra  biləcək  güclü  dövlət  hakimiyyəti  yaratmaq 

lüzumundan  və  iqtisadi  tələblərdən,  yəni  vahid  daxili  bazar 

yaratmaq 

zərurətindən irəli gəlirdi. 




134 

 Syoqun


1 

feodal 

mütləqiyyətinin başında şiddətli mübarizədə 

öz rəqiblərini məğlub etmiş olan Tokuqava sülaləsi dururdu. 

 Yaponiyada b

aşqa knyazlar içərisində ən varlısı Tokuqa-

va ailəsi idi. Onun torpaqları Yaponiya ərazisinin dörddə birini 

təşkil edərək, ölkənin 68 əyalətindən 47-sində yerləşmişdi. 

 

Feodal mübarizəsinə son qoyulması və ölkənin birləşdi-



ril

məsi  məhsuldar  qüvvələrin  müəyyən  dərəcədə  artması 

üçün  şərait  yaradırdı.  XVII  əsr  ərzində  əkin  sahələri  geniş-

ləndi. Əkin sahələri XVI əsrin axırındakı 1,5 milyon tyodan

2 

XVII  əsrin  axırlarında  təxminən  3  milyon  tyoya  çatmışdı. 

Yenə də bu müddətdə kənd təsərrüfatı bitkiləri məhsulu (baş-

lıca  olaraq düyü)  18,5 milyon  kokudan

3 

təxminən  25,8  mil-

yon 

kokuya çatmış, yəni 28,3 faiz artmışdı. 



 

Yaponiya 

kəndlilərinin vəziyyəti 

 

Tokuqava  ailəsinin  hərbi  diktaturası  dövründə  əhalinin 

çox  hissəsi  kəndlərdə  yaşayır  və  kənd  təsərrüfatı  işləri  ilə 

məşğul  olurdu. Bu  zaman kənddə  son  dərəcə  geridə  qalmış 

na

tural  təsərrüfat  hakim  idi.  Yaponiya  cəmiyyətinin  iqtisadi 



əsasını, iri torpaq sahiblərinin əlindəki torpaq üzərində feodal 

mülkiyyəti ilə bərabər, kəndlilərin xırda torpaqlardan istifadə 

formaları mövcud idi. Marks Yaponiyanın klassik feodal ölkə 

nümunəsi olduğunu göstərərək 1867-ci ildə yazırdı: "Torpaq 

sahibliyi xalis feodalizim üsulu ilə qurulub xırda kəndli təsər-

rüfatları geniş ölçüdə inkişaf etmiş olan Yaponiya Avropanın 

orta əsrlərdəki mənzərəsinin çox qismi yanlış burjua fikirləri 

                                                 

1

 

Syoqunun hərfi mənası "sərkərdə" deməkdir. İlk dəfə Minamoto Eri-to-



mo tərəfindən 1192-ci ildə tətbiq edilən soyqunat sistemi ən qüdrətli feo-

dal ailəsinin hərbi-feodal diktaturası idi. Əslində Yaponiyanı bu ailə idarə 

edirdi.  İlk  syoqunata  Minamoto  Xodzyo  (1192-1333), ikinci syoqunata 

Asikaqa (1335-

1572),  üçüncü  syoqunata  isə  Tokuqava  (1603-1867) 

başçılıq etmişdir. 

2

 Tyo- 


təxminən bir hektardır 

3

 



1 koku = 160 kiloqrama və 180-ə litrə bərabərdir. 


135 

ilə  dolu  olan  tarix  kitablarımızdan  daha  düzgün  məlumat  ver-

ir"

1

.  



 Yaponiyada t

orpağın  çox  hissəsi  feodallar  tərəfindən 

pay torpağı şəklində kəndlilərə paylanmışdı. Kəndlilərin isti-

fa

dəsinə  ən  çoxu  bir  tyo  (ildə  orta  hesabla  10  koku  məhsul 



ve

rən) torpaq sahəsi nəsli "daimi icarə" hüququ ilə verilirdi. 

Y

əni  bu  torpaqlar  onların  tam  mülküyyətinə  keçmirdi.  Tor-



paq

dan istifadə etmək hüququ almış kəndlilər bunun müqabi-

li

ndə feodal üçün işləməli idilər və digər mükəlləfiyyətləri də 



yerinə yetirirdilər. 

 

Yaponiya  feodal  cəmiyyətinin  xarakterik  xüsusiyyəti 



təhkimçilik sisteminin olmasında idi ki , bunun da özünə xas 

olan  bir  sıra  cəhətləri  var  idi

2

.  Yaponiya  kəndlisi sahibkar 



feo

daldan  şəxsi  asılılıqda  idi,  lakin  feodal  onu  alıb-sata bil-

məzdi. Kəndlilər torpağa təhkim edilmişdilər, onların bir yer-

dən  başqa  yerə  köçməsi  qadağan  edilmiş,  bir  feodalın  haki-

miy

yətindən başqa bir feodalın hakimiyyətinə keçməsi də qa-



dağan olunmuşdu. Ən varlı kəndlinin başçılıq etdiyi "beşhə-

yətliklər"  (qoninqumi)  deyilən  birləşmələrə  bölünməsi  bu 

vəziyyəti daha da möhkəmləndirirdi. 

 

"Beşhəyətlilik " sisteminin tətbiq edilməsi iqtisadi və si-



ya

si məqsədi ellik zəmanətlə əlaqədar olaraq kəndli həyətlə-

rin

dən müntəzəm surətdə və ən çox vergi alınmasını təmin et-



mək, polis nəzarəti təşkil etmək, kəndli çıxışları və üsyanları-

nın qarşısını almaq idi. 

Yaponiyada  təhkimçiliyin  bir  xüsusiyyəti  də  biyarın  az 

tətbiq  edilməsində  idi.  Lakin  bu  cəhət  təsərrüfatın  təhkimçi 

xarakterini dəyişmirdi. Yaponiyada biyar feodal üçün bilava-

sitə  kənd  təsərrüfatı  məhsulları  istehsalı  forması  olmayıb, 

yardımçı rol oynayırdı. Qanuna görə kəndlilər feodal  knya-

zın nəfinə işləyib ödəmədə  (odun hazırlamaq, binaların, mə-

bədlərin təmiri, tikinti və dəmirçi işləri və i.a.) iştirak etməli 

və dövlət mükəlləfiyyətlərini yerinə yetirərək, yol çəkməli və 

                                                 

1

 



1 koku = 160 kiloqrama və 180-ə litrə bərabərdir. 

2

 



Kəndlilərin torpaq sahəsinə təhkim edilməsi Xidoyesi tərəfindən həyata 

keçirilmişdir.  1589-1595-ci  illərdə  onun  düzəltdiyi  torpaq  siyahıları 

əslində Yaponiyada təhkimçiliyin bərpa edilməsi tədbiri idi. 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə