Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə47/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   43   44   45   46   47   48   49   50   ...   142

139 

ya

şamalı, özü paytaxtda olmadığı vaxt isə ailəsini burada za-



m

in qoymalı idi. 

Hakim  Tokuqava  sülaləsi  öz  düşmənlərini  zəiflətmək 

məqsədilə  "zaminlik"  sistemindən  başqa,  açıq  üsullardan  da 

istifadə edirdi. Öz hərbi-iqtisadi gücünə arxalanan Tokuqava 

syoqunları  "itaətkarlıq  göstərməyənlərə"  qarşı  mübarizə  bə-

ha

nəsilə bir sıra hallarda "todzamların" torpaqlarını müsadirə 



edib  bunları  ya  özləri  mənimsəyir,  ya  da  öz  vassalları  ara-

sında bölüşdürürdülər.  

Yaponiyada feodal dövlət aparatının quruluşu da Toku-

qa

vanın  qeyri-məhdud  hakimiyyətini  təmin  etmək  məqsədi 



güdürdü. Mərkəzi hökumətə ("bakufu") başda "Böyük ağsaq-

qalın" durduğu "Ağsaqqallar şurası" rəhbərlik edirdi. "Böyük 

ağsaqqal" hakim syoqun nəzdində baş nazir vəzifəsini daşıyır 

və ya syoqun hələ həddi-buluğa çatmadığı halda regent olur-

du. Bütün dövlət aparatı, gəlirli sahələr, ümumiyyətlə bütün 

idarəçilik sisteminin məmurları Tokuqavaya ən yaxın feodal 

ailələri  nümayəndələrindən  ibarət  idi.  Yəni  ailəyə  yaxın  ol-

ma

dan hakimiyyətə yaxın düşmək, vəzifə tutmaq qeyri-müm-



kün idi. 

Tokuqava  sülaləsi  kənar  adamı  hakimiyyətə  yaxın 

buraxmırdı. 

  Yaponiyada "Metsuke" sistemi 

(hərfi  mənası  "təhkim 

olunmuş  göz"  və  ya  "xəfiyyəçilik  ")  xüsusi  əhəmiyyət  kəsb 

edirdi.  Mərkəzi  hökumətin  təyin  etdiyi  xüsusi  məmurlardan 

ibarət  olan  bu  idarə  yerlərdə  feodalların  və  məmurların 

fəaliyyəti üzərində polis nəzarətini həyata keçirirdi, həmçinin 

hakimiy


yət üçün təhlükəli adamlara göz qoyurdu.  

Tokuqava feodal ailəsinin 1603-1868-ci illərdə mövcud 

olmuş hakimiyyəti dövründə syoqunun və imperatorun ikiha-

ki

miyyətliliyi,  əslində  isə  syoqunun  təkbaşına  hakimiyyətilə 



xarakterikdir.  İmperator  Yaponiyanın  idarə  olunmasına  real 

təsir göstərmirdi. O, iqtisadi cəhətdən hakim olan Tokuqava 

ailəsindən asılı idi. Kiotoda imperator sarayı nəzdindəki saray 

zadəganlarının da elə bir siyasi qüvvəsi yox idi. Saray zadə-

gan

ları yalnız varlanmağı, bir də karyerasını qoruyub saxla-



ma

ğı düşünürdü və ona verilən payla qənaətlənirdi, başqa ça-

rəsi də yox idi.  



140 

Tokuqava 

sülaləsinin  mürəkkəb  mərkəzi  idarə  aparatı, 

həmçinin  ilk  üç  syoqunun  qanunvericiliyi  hərbi-feodal polis 

dövlətinin varlığını ümumiyyətlə mövcudluğunu təmin edirdi. 

Bütün bu tədbirlər ölkənin idarə olunmasını Tokuqava ailəsi-

nin qeyri-

məhdud hakimiyyəti altında mərkəzləşdirmək, ona 

qarşı düşmən əhvali-ruhiyyədə olan feodal ailələrinin çıxışla-

rının qarşısını almaq, feodal qaydalarının maksimum dərəcə-

də  sabitliyini  təmin  etmək,  kəndli  üsyanlarını  yatırmaq  və 

təhkimçilik qaydalarını möhkəmləndirmək, yapon cəmiyyəti, 

ümumiyyətlə, bütün sahələr üzərində ən ciddi nəzarəti həyata 

keçirmək məqsədi güdürdü. 

 

Tokuqava 

syoqunatının xarici siyasəti 

 

Tokuqava  höküməti  feodal  qaydalarını  möhkəmləndir-



mək  üçün  müxtəlif  daxili  tədbirlərdən  başqa  xarici  siyasət 

sahəsində də müəyyən tədbirlər həyata keçirirdi ki, bunların 

içərisində  də  ən  mühümü  və  dünyaya  səs  salmışı  özünütək-

ləmə  tədbiri  idi  ki, bu da kompaniya xarakteri daşıyırdı. 

Özünü

təkləmə dünyadan təcrid olma demək idi.  



Tokuqava sülaləsinin banisi İyeyasu və onun oğlu Xide-

ta

da ilk vaxtlar ispanlar, portuqaliyalılar, hollandlar və ingi-



lis

lərlə  xarici  ticarət  əlaqələrini  genişlətməyə  səy  göstərir-

dilər. Lakin bir az sonra hökümət antixristian siyasətə keçib, 

xristianlığı "imperiyanın düşməni" elan etdi və bunun Yapo-

ni

yada yayılmasını qadağan elədi. Xatırladaq ki, Avropadan 



dəstə-dəstə katolik  missionerləri  Yaponiyada  xristianlığı  ya-

yırdılar.  Avropadan  gəlmiş  missionerlərin  əksəriyyəti  yerli 

qadınlarla evlənirdilər. Ölkədə gizli yollarla xristian missio-

ner


lərə maddi cəhətdən kömək göstərilirdi. Xristianlara vəsait 

ödəyən məmurlar və feodalların əksəriyyəti qarışıq nigahdan 

olanlar idi. 

Nəhayət, Yaponiyanın özünü təkləməsi siyasəti 1639-cu 

ildə başa çatdırıldı. Lakin Yaponiyanın Hollandiya və Çinlə 

ticarəti  davam  edirdi  və  buna  görə  Yaponiyanın  təklənməsi 

nisbi xarakter daşıyırdı.  



141 

Mərkəzləşdirilmiş  feodal  dövləti  yaratmağa  çalışan  - 

"todzama" qrupunu 

hakimiyyətə müxaliflər qəti surətdə zəif-

lətməyə  çalışırdı.Yaponiyanın  varlı  cənub-qərb  zadəganları 

öz iqtisadi qüdrətini artırmaq və beləliklə, mərkəzi hökumət-

dən asılı olmamaq üçün xarici ticarət əlaqələrini genişlətməyə 

can  atırdı.  Onların  bu  vasitə  ilə  qüvvətlənməsini  Tokuqava 

re

jimi üçün ciddi təhlükə hesab edən syoqunlar "todzama" ilə 



Avropa  dövlətləri  arasında  heç  bir  əlaqəyə  yol  verməmək 

fikrində idi. Əmtəə-pul münasibətləri inkişaf etdikcə və ölkə-

nin daha əlverilişli cənub-qərb limanları vasitəsilə xarici tica-

rət genişləndikcə, iqtisadiyyatda möhkəm mövqelər tutan cə-

nub-

qərb  ticarət  –  sələmçi  burjuaziyasının  qüvvətlənməsinə 



təcridolunma mane olurdu. 

Xristian missionerləri və onların ardınca gələn ispan və 

portuqaliyalı  tacirlər  Yaponiya  dövlətinin  müstəqilliyi üçün 

təhlükə  törədirdilər.  Missionerlər  xristianlığı  qəbul  etdirdiyi 

yaponlara arxalanaraq 

Avropa dövlətləri tərəfindən, xüsusilə  

İspanya  və  Portuqaliya  tərəfindən  Yaponiyanın  kolonizasi-

yası üçün yol açmaq niyyətində idi. Odur ki, ispanların Filip-

pini  işğal  etməsi  hadisəsi  yaponlar  üçün  ciddi  xəbərdarlıq 

oldu və buna görə yaponlar ispanları, portuqaliyalıları ölkə-

dən qovmaq yolu ilə Avropa dövlətlərinin Yaponiyaya soxul-

maq təhlükəsinin qarşısını almağa çalışırdılar. 

Tokuqava 

ailəsi  syoqunlarının  Yaponiyanı  təklənmək, 

dün

yadan  təcrid  olunmaq  siyasəti  obyektiv  olaraq  mürtəce 



xarakter  daşıyırdı.  Eyni  zamanda  Tokuqava  sülaləsinin  bu 

siyasəti feodal əlaqələrinin saxlanılıb möhkəmləndirilməsinə 

səbəb  olurdu.  Yaponiyanı  genişlənməkdə  olan  dünya  bazarı 

ilə əlaqələrdən süni surətdə məhrum etmək, onu feodal avtar-

kiyası (avtarkiya - başqa rayonlar və ya ölkələrdə iqtisadi və 

siyasi ayrılıq, qapalılıq deməkdir) halında saxlamağa çalışan 

Tokuqava  syoqunatı  ölkədə  natural  və  yarımnatural  təsərrü-

fa

tın hökmranlığını mühafizə etmək istəyirdi. Nəticə etibarilə 



Yaponiyada kapitalist münasibətlərinin formalaşması və mü-

tərəqqi tarixi inkişafı ləngiyirdi. Dünyadan təcrid siyasətinin 

digər  mürtəce  xüsusiyyəti  ondan  ibarət  idi  ki,  Tokuqava 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə