139
ya
şamalı, özü paytaxtda olmadığı vaxt isə ailəsini burada za-
m
in qoymalı idi.
Hakim Tokuqava sülaləsi öz düşmənlərini zəiflətmək
məqsədilə "zaminlik" sistemindən başqa, açıq üsullardan da
istifadə edirdi. Öz hərbi-iqtisadi gücünə arxalanan Tokuqava
syoqunları "itaətkarlıq göstərməyənlərə" qarşı mübarizə bə-
ha
nəsilə bir sıra hallarda "todzamların" torpaqlarını müsadirə
edib bunları ya özləri mənimsəyir, ya da öz vassalları ara-
sında bölüşdürürdülər.
Yaponiyada feodal dövlət aparatının quruluşu da Toku-
qa
vanın qeyri-məhdud hakimiyyətini təmin etmək məqsədi
güdürdü. Mərkəzi hökumətə ("bakufu") başda "Böyük ağsaq-
qalın" durduğu "Ağsaqqallar şurası" rəhbərlik edirdi. "Böyük
ağsaqqal" hakim syoqun nəzdində baş nazir vəzifəsini daşıyır
və ya syoqun hələ həddi-buluğa çatmadığı halda regent olur-
du. Bütün dövlət aparatı, gəlirli sahələr, ümumiyyətlə bütün
idarəçilik sisteminin məmurları Tokuqavaya ən yaxın feodal
ailələri nümayəndələrindən ibarət idi. Yəni ailəyə yaxın ol-
ma
dan hakimiyyətə yaxın düşmək, vəzifə tutmaq qeyri-müm-
kün idi.
Tokuqava sülaləsi kənar adamı hakimiyyətə yaxın
buraxmırdı.
Yaponiyada "Metsuke" sistemi
(hərfi mənası "təhkim
olunmuş göz" və ya "xəfiyyəçilik ") xüsusi əhəmiyyət kəsb
edirdi. Mərkəzi hökumətin təyin etdiyi xüsusi məmurlardan
ibarət olan bu idarə yerlərdə feodalların və məmurların
fəaliyyəti üzərində polis nəzarətini həyata keçirirdi, həmçinin
hakimiy
yət üçün təhlükəli adamlara göz qoyurdu.
Tokuqava feodal ailəsinin 1603-1868-ci illərdə mövcud
olmuş hakimiyyəti dövründə syoqunun və imperatorun ikiha-
ki
miyyətliliyi, əslində isə syoqunun təkbaşına hakimiyyətilə
xarakterikdir. İmperator Yaponiyanın idarə olunmasına real
təsir göstərmirdi. O, iqtisadi cəhətdən hakim olan Tokuqava
ailəsindən asılı idi. Kiotoda imperator sarayı nəzdindəki saray
zadəganlarının da elə bir siyasi qüvvəsi yox idi. Saray zadə-
gan
ları yalnız varlanmağı, bir də karyerasını qoruyub saxla-
ma
ğı düşünürdü və ona verilən payla qənaətlənirdi, başqa ça-
rəsi də yox idi.
140
Tokuqava
sülaləsinin mürəkkəb mərkəzi idarə aparatı,
həmçinin ilk üç syoqunun qanunvericiliyi hərbi-feodal polis
dövlətinin varlığını ümumiyyətlə mövcudluğunu təmin edirdi.
Bütün bu tədbirlər ölkənin idarə olunmasını Tokuqava ailəsi-
nin qeyri-
məhdud hakimiyyəti altında mərkəzləşdirmək, ona
qarşı düşmən əhvali-ruhiyyədə olan feodal ailələrinin çıxışla-
rının qarşısını almaq, feodal qaydalarının maksimum dərəcə-
də sabitliyini təmin etmək, kəndli üsyanlarını yatırmaq və
təhkimçilik qaydalarını möhkəmləndirmək, yapon cəmiyyəti,
ümumiyyətlə, bütün sahələr üzərində ən ciddi nəzarəti həyata
keçirmək məqsədi güdürdü.
Tokuqava
syoqunatının xarici siyasəti
Tokuqava höküməti feodal qaydalarını möhkəmləndir-
mək üçün müxtəlif daxili tədbirlərdən başqa xarici siyasət
sahəsində də müəyyən tədbirlər həyata keçirirdi ki, bunların
içərisində də ən mühümü və dünyaya səs salmışı özünütək-
ləmə tədbiri idi ki, bu da kompaniya xarakteri daşıyırdı.
Özünü
təkləmə dünyadan təcrid olma demək idi.
Tokuqava sülaləsinin banisi İyeyasu və onun oğlu Xide-
ta
da ilk vaxtlar ispanlar, portuqaliyalılar, hollandlar və ingi-
lis
lərlə xarici ticarət əlaqələrini genişlətməyə səy göstərir-
dilər. Lakin bir az sonra hökümət antixristian siyasətə keçib,
xristianlığı "imperiyanın düşməni" elan etdi və bunun Yapo-
ni
yada yayılmasını qadağan elədi. Xatırladaq ki, Avropadan
dəstə-dəstə katolik missionerləri Yaponiyada xristianlığı ya-
yırdılar. Avropadan gəlmiş missionerlərin əksəriyyəti yerli
qadınlarla evlənirdilər. Ölkədə gizli yollarla xristian missio-
ner
lərə maddi cəhətdən kömək göstərilirdi. Xristianlara vəsait
ödəyən məmurlar və feodalların əksəriyyəti qarışıq nigahdan
olanlar idi.
Nəhayət, Yaponiyanın özünü təkləməsi siyasəti 1639-cu
ildə başa çatdırıldı. Lakin Yaponiyanın Hollandiya və Çinlə
ticarəti davam edirdi və buna görə Yaponiyanın təklənməsi
nisbi xarakter daşıyırdı.
141
Mərkəzləşdirilmiş feodal dövləti yaratmağa çalışan -
"todzama" qrupunu
hakimiyyətə müxaliflər qəti surətdə zəif-
lətməyə çalışırdı.Yaponiyanın varlı cənub-qərb zadəganları
öz iqtisadi qüdrətini artırmaq və beləliklə, mərkəzi hökumət-
dən asılı olmamaq üçün xarici ticarət əlaqələrini genişlətməyə
can atırdı. Onların bu vasitə ilə qüvvətlənməsini Tokuqava
re
jimi üçün ciddi təhlükə hesab edən syoqunlar "todzama" ilə
Avropa dövlətləri arasında heç bir əlaqəyə yol verməmək
fikrində idi. Əmtəə-pul münasibətləri inkişaf etdikcə və ölkə-
nin daha əlverilişli cənub-qərb limanları vasitəsilə xarici tica-
rət genişləndikcə, iqtisadiyyatda möhkəm mövqelər tutan cə-
nub-
qərb ticarət – sələmçi burjuaziyasının qüvvətlənməsinə
təcridolunma mane olurdu.
Xristian missionerləri və onların ardınca gələn ispan və
portuqaliyalı tacirlər Yaponiya dövlətinin müstəqilliyi üçün
təhlükə törədirdilər. Missionerlər xristianlığı qəbul etdirdiyi
yaponlara arxalanaraq
Avropa dövlətləri tərəfindən, xüsusilə
İspanya və Portuqaliya tərəfindən Yaponiyanın kolonizasi-
yası üçün yol açmaq niyyətində idi. Odur ki, ispanların Filip-
pini işğal etməsi hadisəsi yaponlar üçün ciddi xəbərdarlıq
oldu və buna görə yaponlar ispanları, portuqaliyalıları ölkə-
dən qovmaq yolu ilə Avropa dövlətlərinin Yaponiyaya soxul-
maq təhlükəsinin qarşısını almağa çalışırdılar.
Tokuqava
ailəsi syoqunlarının Yaponiyanı təklənmək,
dün
yadan təcrid olunmaq siyasəti obyektiv olaraq mürtəce
xarakter daşıyırdı. Eyni zamanda Tokuqava sülaləsinin bu
siyasəti feodal əlaqələrinin saxlanılıb möhkəmləndirilməsinə
səbəb olurdu. Yaponiyanı genişlənməkdə olan dünya bazarı
ilə əlaqələrdən süni surətdə məhrum etmək, onu feodal avtar-
kiyası (avtarkiya - başqa rayonlar və ya ölkələrdə iqtisadi və
siyasi ayrılıq, qapalılıq deməkdir) halında saxlamağa çalışan
Tokuqava syoqunatı ölkədə natural və yarımnatural təsərrü-
fa
tın hökmranlığını mühafizə etmək istəyirdi. Nəticə etibarilə
Yaponiyada kapitalist münasibətlərinin formalaşması və mü-
tərəqqi tarixi inkişafı ləngiyirdi. Dünyadan təcrid siyasətinin
digər mürtəce xüsusiyyəti ondan ibarət idi ki, Tokuqava
Dostları ilə paylaş: |