130
ilə tanış olmuşdular. Bu vaxtdan etibarən monqol knyazlıqları
ilə Rusiya arasında müntəzəm əlaqə yaranmağa başlayır. Hər
iki xalqın sonrakı tarixi inkişafı onlar arasındakı dostluq əla-
qələrinin möhkəmlənməsinə kömək edirdi. Çin və Monqolus-
tan ilə dinc iqtisadi əməkdaşlıq etməyə çalışan Rusiya bu sa-
hədə xeyli müvəffəqiyyət əldə etdi. Zaman keçdikcə Rusiya
ilə Mancur imperiyası arasındakı bir çox mübahisəli məsələ-
lər nizama salındı və sərhədlər dürüstləşdirildi. 1689-cu ildə
Nerçinskdə Rusiya ilə Çin arasında müqavilə imzalandı ki, bu
da
Rusiya ilə Çin və Monqolustan arasında normal ticarətin
başlanğıcını qoydu. Rusiya Çinin hüquq bərabərliyi əsasında
müqavilə münasibətləri yaratmağa müvəffəq olduğu ilk döv-
lət idi. Ticarət məsələləri və Monqolustan rayonlarında sər-
həd məsələləri haqqında 1727-ci ildə Çin ilə Rusiya arasında
Kyaxta və Burin müqavilələri imzalandı. Karvan ticarətinin
ge
nişləndirilməsi sayəsində bu ölkələr arasında iqtisadi əlaqə-
lər gücləndi. Rusiya-Çin ticarəti başlıca olaraq Kyaxta,
Kalqan və Pekində aparılırdı.
XIX əsrin ortalarına qədər Rusiya-Çin və Rusiya-Mon-
qolustan münasi
bətləri həmin müqavilələr əsasında inkişaf
edirdi. İkinci "tiryək" müharibəsində Çinin məğlubiyyətindən
sonra yaran
mış əlverişli vəziyyətdən istifadə edərək, çar
hökuməti 1860-cı il Pekin müqaviləsinə əsasən Monqolus-
tanda gömrüksüz ti
carət hüququ əldə etdi. 1861-ci ildə Urqada
ilk
dəfə Rusiya konsulluğu açıldı. XIX əsrin 60-cı illərində
rus ticar
ət kapitalı Monqolustana soxuldu. Beləliklə, XIX
əsrin 60-cı illərindən etibarən Monqolustan uğrunda Rusiya-
Çin və Rusiya-Yaponiya, sonra isə ABŞ, Avropa dövlətləri-
nin rəqabəti gücləndi. Bununla yanaşı ABŞ və Avropa tacirlə-
rindən fərqli olaraq Rusiya tacirləri həmçinin Monqolustanda
çox incə diplomatiya işlədirdilər, sadə xalqla çox mehriban
davranırdılar.
Bunun nəticəsi olaraq Rusiya tacirləri Monqolustanda
kiçik faktoriyalar düzəldir və yerli əhali ilə ticarət edirdilər.
Urqa
da, sonra da Ulyasutayda və Kobdoda olan rus konsul-
luqları tacirlərin fəaliyyətinə kömək edirdilər. Monqolustan
Rusiyadan parça, mahud,
un, baqqaliyyə malları və s alır,
131
Rusiyaya
isə iri və xırda buynuzlu mal-qara, xəz, gön, yun
ixrac edirdi. Rusiya
faktoriyaları ölkənin müxtəlif məntəqələ-
rində yaranırdı və Çin ticarət kapitalının şiddətli rəqabətinə
baxmayaraq, rus-
monqol ticarətinin həcmi ildən-ilə artırdı.
Rusiya
tacirləri monqol aratlarını çox ustalıqla, incit-
mədən, siyasətlə istismar edirdilər. Lakin ölkədə rus əhalisi-
nin olma
sının müəyyən müsbət əhəmiyyəti də var idi. Mon-
qolus
tanla Rusiya arasında işgüzar və mədəni əlaqələr yara-
nırdı. Misal üçün, ilk vaxtlarda zəif də olsa, rus xalqının
mədəniyyəti ilə əlaqə və tanışlıq yaranırdı. Sərhəd boyu
yaşayan əhali bu mənada böyük rol oynadı. XIX-XX əsrlərin
böyük tədqiqatçıları N.Y.Miçurin, N.M.Prjevalski, Q.N.Pota-
nin, A.M.Pozdnyeyev, B.Y.Vladimirtsobun Monqolustana
səyahətlərinin monqollarla ruslar arasındakı dostluq əlaqələri
üçün böyük əhəmiyyəti olmuşdu.
Çarizmin irticaçı siyasətinə baxmayaraq, monqolların
rus xalq
ı ilə, onun mədəniyyəti ilə əlaqəsinin Monqolustanın
gələcək inkişafı üçün mütərəqqi əhəmiyyəti danılmazdır.
Mədəniyyət
Monqolların erkən dövrünün mədəniyyəti haqqında ilk
və çox qısa məlumata "Qəlbdən gələn dastanda" rast gəlmək
olur. XIII ərsə aid olan bu xronika monqol ədəbiyyatının döv-
rü
müzə qədər gəlib çıxan ən qədim abidəsidir. Monqol impe-
ri
yasının parçalanmasından sonra baş verən daxili çəkişmələr
elmin, təhsilin və mədəniyyətin inkişafına imkan vermirdi.
XIV-
XVI əsrlər tarixinə aid yazılı monqol məxəzləri, demək
olar
ki, yox dərəcəsindədir. Halbuki, artıq bu zaman monqol-
lar ksiloqraf üsu
lu ilə kitab çap etməyi bilirdilər. Xalq ədə-
biy
yatı (folklor) mövcud idi. Monqollar ağac, sümük və me-
tal üzərində naxışla işləməyi bacarırdılar və bədii metaltökmə
işinə yaxşı bələd idilər. Bütün bunlar monqolların özlərinə
məxsus orijinal mədəniyyətə malik olduğunu inandırıcı surətdə
sübut edir.
132
Mancur işğalçıları lamaizmdən özlərinin bir ideoloji si-
la
hı kimi istifadə edirdi. "Elm və maarifin" yeganə mərkəzi
monastırlar idi ki, burada da lama gəncləri Tibet yazısını öy-
rənir və lamalar Tibet dilində olan "müqəddəs" mətnləri illər
boyu mexa
niki olaraq əzbərləyirdilər. Mancurlar monqol xal-
qı içərisində maarifin inkişaf etdirilməsi və milli yazının
yayılması qayğısına qalmırdılar. Ölkədə məktəb yox idi və
əhali, demək olar, başdan-başa savadsız idi.
Din xadimləri xalqın savad almasına və maariflənməsinə
mane olurdu.
Lakin istismarçı feodallardan, hakim sinfin nümayəndə-
lərindən fərqli olaraq xalq ziyalıları, şairlər, ölkənin mütərəq-
qi fikirli adamları dünyəvi mədəniyyəti inkişaf etdirməyə,
orijinal əsərlər yaratmağa, Çin və Tibet dilində olan dünyəvi
ədəbiyyat əsərlərini tərcümə etməyə, monqol əlifbasını inki-
şaf etdirməyə və dürüstləşdirməyə çalışırdılar. Monqol tarix-
şünaslığı da inkişaf etməkdə idi. Monqol müəllifləri XVII əsr
ərzində bir sıra tarix əsərləri yaratmışdılar. Bunlar içərisində
Lübsan Danzanın "Altan tobçi", Saqan Setsenin "Şara Tuci",
"Monqolların tarixi" adlı əsərlərini göstərmək olar. Mancur
h
ökmranlığı dövründə yazılmış monqol tarix əsərləri içərisin-
də, müəllifi bəlli olmayan və XIX əsrin 20-ci illərinə aid olan
"Bolo
r Toli" əsərini və həmin əsrin 50-ci illərində Qaldan-
taycı tərəfindən tərtib edilmiş "Erdeniyi Erixe" salnaməsini
də göstərmək olar. Bütün bu xronikalarda buddizmin təsiri
hiss olunur. XIX əsrin monqol tarixinə aid bu ədəbiyyatın xü-
susiyyəti ondan ibarətdir ki, həmin əsərlərdə Tibet məxəzləri
ilə yanaşı, Çin və mancur məxəzlərindən də istifadə edil-
mişdir.
Dostları ilə paylaş: |