136
təmir etməli, kanallar qazmalı və bunları təmir etməli idilər.
Yəni kəndli mükəlləfiyyətləri qanuniləşmişdi.
Yaponiyada b
ilavasitə istehsalçı və icraçı sinif olan
kəndlilər şiddətli feodal istismarı altında idi. Tokuqava ailəsi
hərbi diktaturası zamanı feodal təbəqəsinin bütün ağırlığı on-
la
rın, yəni kəndlilərin üzərinə düşürdü. O qədər də geniş
yayılmayan işləyib ödəmə mükəlləfiyyətindən başqa, istisma-
rın əsas forması natura ilə alınan (başlıca olaraq düyü ilə)
ərzaq rentasından ibarət idi. Kəndli, rəsmən öz təsərrüfatı
hesab edilən kiçik torpaq sahəsini primitiv kənd təsərüffatı
alətləri ilə öz əməyi sayəsində becərib, əldə etdiyi izafi məh-
sulu
, dözülməz bir yük olaraq üzərinə düşən çoxlu vergi və
tədiyyələr şəklində dövlətə və feodala verməli idi. Onlar rəs-
mən "dörd hissə knyazın, altı hissə xalqın" formulası əsasında
məhsulun 40 faizini əsas vergi üçün verirdilər. Əslində isə
əlavə vergi və rüsumlar da nəzərə alınarsa, kəndlilər becər-
diyi
topladıqlardan məhsulun 70 faizini vergi verirdilər. Əsas
vergidən başqa, kəndlilər qarışıq və ya xırda vergi adlanan
vergilər də verməli idilər, bu vergi kəndlilərin balıqçılıq və
ovçuluq kimi əlavə məşğuliyyətindən alınırdı. Bunlardan əlavə
kəndlinin uşağı doğulduqda, bir kimsəsi vəfat edəndə də
vergi verməli idi. Bununla bərabər kəndlinin evindəki hər bir
pəncərə və qapı üçün vergi alınırdı, feodalın meşəsindən
saralıb tökülmüş yarpağı gübrə üçün topladıqda haqq verməli
idi və müxtəlif münasibətlə ara-sıra hədiyyələr verməli idi.
Ən çətini o idi ki, çox zaman vergilər bir neçə il irəlicədən
alınırdı. Bu vergi siyasəti xalqı əzən, ən çox incidən vergi
siya
səti idi və bənzəri yox idi.
Müxtəlif mükəlliyyətlər, yol çəkilməsi və təmir edilmə-
si, körpü salınması knyazlar və məbədlər üçün suvarma şəbə-
kələri düzəltmək, həmçinin qasid və ya poçt xidməti üçün at
vermək və kəcavə daşımaq vermək kimi ağır işlər yapon
kəndlilərinin vəziyyətini daha da ağırlaşdırırdı ki, bu da haqlı
olaraq xalq həyəcanlarına zəmin hazırlayırdı.
Kəndlilərin bütün məişəti müəyyən məcburi qaydalara
tabe etdirilmişdi. Onun mənzilinin böyük-kiçikliyini, qidalan-
ma
sını, geyim təchizatını feodal qanunvericiliyi müəyyən
edir
di. Kəndlilərə yalnız kobud dənli bitkilər yeməyə icazə
verilirdi, düyü yeyilməsi məhdudlaşdırılmışdı. Kəndlilər yal-
137
nız kətandan və ya çitdən paltar geyə bilərdilər. Tokuqava
hö
kümət orqanları kəndlilərə "qayğı" göstərmək adı ilə 1643-
cü ildə torpağın alıb-satılmasını, 1673-cü ildə isə torpaq sahə-
lərinin parçalanmasını qadağan edən qanunlar verdi. Əslində
isə bu qanunlar feodal qaydalarını qoruyub-saxlamaq, kəndli-
lərdən müntəzəm surətdə vergi-renta toplanmasını təmin et-
mək və düyü istehsalını artırmaq məqsədi güdürdü. Güman
edildiyi kimi b
u qanunlar kəndlilər üzərindəki feodal istisma-
rı zülmünün qüvvətlənməsinə səbəb oldu. Kəndlinin imkanla-
rını məhdudlaşdıran bu qanunlara baxmayaraq kəndlilər
torpağı əsarətli şərtlərlə sələmçilərə girova qoymağa məcbur
olurdular.
XVII əsrdə və XVIII əsrin birinci yarısında genişlənən
kəndli çıxışlarının əsas səbəbi də, kəndlilər üzərində olan və
sələmçilik zülmü ilə birləşən feodal istismarının qüvvətlən-
məsində idi. Elə bu səbəbdən Tokuqava diktaturasının yalnız
ilk yüz ili ərzində yəni 1603-1702-ci illərdə Yaponiyada 163
antifeodal kəndli çıxışı və üsyanları olmuşdu.
Yaponiyada irticaçı feodal höküməti üsyançı kəndlilərə
şiddətli divan tuturdu. Hətta şikayət ərizəsi verilməsi ən ağır
cinayət kimi qiymətləndirilirdi, belə adamlara işgəncə ilə
yanaşı hətta edam cəzası verilirdi və kəndli yığıncaqları qa-
nun
dan kənar elan edilmişdi.
XVII əsrin sonu, XVIII birinci yarısında baş verən
kəndli çıxışları pərakəndə xarakter daşıyırdı. Bu çıxışlar ayrı-
ayrı kəndləri əhatə edir və bir qayda olaraq bu və ya digər
knyazlıq və ya əyalət hüdudundan kənara çıxmırdı. Bununla
bərabər, kəndlilər feodal qaydalarına qarşı qəhrəmancasına
mü
qavimət göstərmək, onların başçıları isə kəndlilərin məna-
fe
yi naminə hər cür fədakarlıq etmək bacarığına malik olduq-
larını nümayiş etdirdilər.
Tokuqava
sülaləsinin hakimiyyəti dövründə hakim sinif
və siyasi rejim
XVII əsrin birinci yarısı ərzində Tokuqava ailəsindən
olan syoqunlar –
İyeyasu, Xidetada və İyemitsu mərkəzləş-
miş dövlət yaratmağa çalışırdılar. Yeni hökumətin daxili və
xarici
siyasət sahəsində bir sıra tədbirləri bu məqsədi gü-
dürdü.
138
Lakin Yaponiyada protosionizm
əlamətləri azalmaq əvə-
zi
nə gündən-günə güclənirdi.
Belə bir şəraitdə ölkədə bir sıra hadisələr, o cümlədən
daxili ziddiyyətlər nəticəsində biri hakim feodal sinfinin
birinin yəni, 258 feodal ailəsinin iki qrupa bölünməsi oldu.
Birinci qrupa bütün torpaq sahələrinin yarısını əllərində cəm-
ləşdirən və Tokuqava ailəsindən olan nəsli feodallar, onların
tərəfdarları "fudai daymyo" adlanırdı və bu qrupa daxil idi.
Tokuqava ailəsinə qarşı düşmən əhval-ruhiyyədə olan və
mərkəzi hakimiyyət uğrunda mübarizədə məğlubiyyətə uğra-
yan feodal ailələri "todzama daymyo" adlanırdı və ikinci
qrupa
daxil idi. Feodal ailələri öz malikanələrinin böyük-
kiç
ikliyi və illik gəlirlərinin az və çoxluğu cəhətdən də bir-
birindən fərqlənirdi.
Tokuqava rejiminin hərbi dayağı samuraylar idi
1
. Samu-
raylar
əsasən iki qrupa bölünürdü. 1) syoqunun bilavasitə tə-
rəfdarları, şəxsi vassalı olub, ildə 500-dən 10000 kokuya qədər
gəlir götürən samuraylar; 2) Müxtəlif iri feodalların vassalı
olub, ildə 500 kokuya qədər gəlir götürən samuraylar. Bunlar-
dan başqa sinfi simasını və samuraylığını itirən kiçik samuray-
l
ar da (ronin) var idi. Tokuqava hakimləri özlərinin yaratmış
olduğu siyasi rejimin hərbi dayağını hər vasitə ilə möhkəmlət-
məyə çalışırdılar və samuraylar bu işdə böyük rol oynayırdılar.
Samuraylar arasında ayrı-seçkilik salınsa da, feodal qa-
nunveric
iliyi samurayları hər vasitə ilə qoruyurdu. Samuray
kəndlini və ya sənətkarı öldürə bilərdi və buna görə cəzalan-
dırılmırdı. Tokuqava inzibati qanun məcəlləsində "qılınc tə-
zələmək" adlanan qayda təsbit olunmuşdu ki, bu da samuraya
öz yeni qılıncını rəiyyətdən olan hər hansı bir adamın boy-
nu
nda sınaqdan keçirmək hüququ verirdi.
Tokuqava tayfası diktaturasının möhkəmlənməsində "za-
minlik" sisteminin də böyük əhəmiyyəti var idi. Bu sistem iki
yüz ildən artıq bir müddətdə mövcud olmuşdur. Həmin siste-
min
mahiyyəti ondan ibarət idi ki, hər bir daymyo bir il öz
knyazlığında, o biri il isə syoqunun paytaxtı Edo şəhərində
1
XIX əsrin ortalarında ümumi sayı 2 milyon nəfərə şatan 400 min
samuray ailəsi var idi.
Dostları ilə paylaş: |