142
sülaləsi ölkə daxilində despotik rejim yaratmaqla zülm və
istibdadı gizlətmək məqsədi güdürdü.
143
Yaponiyada
feodal münasibətlərinin tənəzzülü
və kapitalist münasibətlərinin formalaşması
Feodalizm
qurluşunun toxunulmaz saxlanılması üçün
To
kuqava syoqunatının gördüyü bütün tədbirlərə baxmaya-
raq
XVIII əsrin ortalarından etibarən feodalizm qurluşu da-
xi
lində bu münasibətlərin dağılması və yeni kapitalist əlaqə-
lərinin meydana gəlməsi prosesi sürətlə inkişaf etməyə baş-
ladı. Bu prosesin əsasının məhsuldar qüvvələrin artması təşkil
edirdi ki, bu
da XVII əsrin axırları, XVIII əsrin əvvəllərindən
xüsusilə nəzərə çarpırdı. Natural təsərrüfat dağılır, əmtəə-pul
münasibətləri inkişaf edir, daxili bazarın hüdüdları genişlənir
və "Üçüncü silk" sürətlə təşəkkül tapırdı.
Edo, Osaka, Naqasaki, Sakai, Xakata k
imi iri şəhərlər,
tədricən kənd təsərrüfatından və ticarətdən ayrılan sənətkar-
lığın inkişaf mərkəzinə çevrilirdi. Məhsuldar qüvvələrin daha
da inkişafı üçün mərkəzi şəhərlərin əhalisi sürətlə artırdı. XIX
əsrin əvvəllərində Edonun əhalisi 2 milyona çatmışdı və
XVIII əsrin əvvəllərində Osakada 352 min adam yaşayırdı.
Ticarət şəhərləri ərazisində yerləşdikləri knyazlıqların haki-
miy
yəti altından çıxarılmışdı, bu isə şəhərlərin iqtisadi qüd-
rətinin xeyli artdığını göstərirdi. Bundan başqa, ölkədə 200-ə
qədər orta əsr tipli qala şəhərləri var idi ki, bunlarda da varlı
knyazlar və samuraylar, habelə sənətkarlar və tacirlər yaşa-
yırdılar.
Sənətkarlar sexlərdə, tacirlər isə ticarət ittifaqları və ya
gildiyalarda birləşmişdilər. XVIII əsrin ortalarında Osaka şə-
hərində tacirlərin topdan satışla məşğul olan düyü gildiya-
sında 1351 adam, şərab satan tacirlər gildiyasında 1706 nəfər
var idi. XIX əsrin əvvəllərində Edoda 68 ticarət birləşməsi
var idi ki, bunlara da 2 minədək tacir daxil idi.
Müxtəlif sahələrdə yaradılmış ticarət birləşmələri o cüm-
lədən dəniz nəqliyyatı, şərabçılıq, ağ neft, dərman satışı və s.
birləşmələr feodal hökumətinə müəyyən qədər rüşvət verib
bazarda müxtəlif mallar satmağa ondan inhisar hüququ alırdı-
la
r. Ticarət birləşmələri feodalların təzyiqindən qorunmaq,
ticarətdə inhisarçı mövqe tutmaq və birləşməyə daxil olmayan
144
tacirlərin rəqabətinə üstün gəlmək məqsədi güdürdü. Ticarət
gildiyaları tacirlərin pul vəsaitinin təmərküzləşməsinə, yəni
kapital yığımına kömək edir, burjuaziyanın möhkəmlənmə-
sinə səbəb olur, onun sinfi həmrəyliyinin artması üçün şərait
yaradırdı.
Tacirlər və sələmçilər başlıca olaraq düyü ilə müamilə
edirdilər. Əvvəllər onlar knyazların nümayəndəsi kimi fəaliy-
yət göstərir, lakin sonralar iri tacirlər kimi müstəqil çıxış
etməyə başlayır, daymyoların özlərinin, hətta syoqun höku-
mətinin kreditoruna çevrilirdilər.
Ticarət kapitalistlərinin müxtəlif təbəqələri içərisində
"kuramoto", yəni topdan satışla düyü möhtəkirləri xüsusi
qayday
a uyğun seçilirdilər. Onların varlanması ölkənin "düyü
birjasına" çevrilən Osakadakı fəaliyyətləri ilə, böyük düyü
anbarları olan iri ticarət firmalarının fəaliyyəti ilə bağlı idi.
Düyünün qiymətini ən böyük tacirlər müəyyən edirdi və bu
tacirlər öz əllərində çoxlu pul, sərvət toplamışdılar. Misal
üçün, Yodoya tacir ailəsinin 1 milyon kokuluq əmlakı var idi.
XVIII əsrin ortalarında Yaponiyada, hər birinin çoxlu
pul vəsaiti olan 70-ə qədər milyonçu var idi.
Digər Şərq ölkələrində olduğu kimi Yaponiyada da tacir-
lər böyük hüquq və imtiyazlara malik idilər. Onlar hökumətə
istədikləri zaman təzyiq göstərmək imkanlarına malik idilər.
Nəticə etibarilə Mitsui, Konoike,Yodoya ailələrindən olan
yapon tacirləri ölkənin iqtisadiyyatında öz mövqelərini o qə-
dər möhkəmlətmişdi ki, adətən onların haqqında belə deyir-
dilər: "Osaka tacirləri acıqlananda, ölkənin bütün knyazları
qorxudan titrəyir".
Yaponiyada t
icarət kapitalı ilə yanaşı, sələmçi kapital da
güclənirdi. Sələmçilər adətən sahibkar-feodallara, sənətkarla-
ra və xüsusilə, kəndlilərə borc verirdilər, özü də ağır şərtlərlə.
Yaponiyada feodalizm quruluşu daxilində kapitalist mü-
na
sibətlərinin qeyri-bərabər surətdə inkişafı və bu prosesin,
xüsusilə XVIII əsrin ikinci yarısından etibarən qüvvətlənməsi
şəhər sənətkarlığına pozucu təsir göstərirdi. Odur ki, XIII
əsrin sonu, XIX əsrin əvvəllərində Yaponiyada 130 müxtəlif
sənət sahəsi var idi. Acınacaqlı hallardan biri də o idi ki, sex-
145
lər dağılır, sənətkarlar öz müstəqil vəziyyətini itirib, sələmçi-
lərin əsarətli asılılığına düşürdülər. İstehsalçı funksiyasını iti-
r
ən sənətkarlar əvvəlcə manufaktura müəssisələrində, sonra-
lar isə fabriklərdə muzdlu fəhlələr sırasına qoşulmağa məcbur
olurdu. Bu proses məhsuldar qüvvələrin və əmtəə-pul müna-
sibətlərinin inkişafı şəraitində baş verirdi.
Əmtəə-pul münasibətlərinin artması təkcə syoqun höku-
məti tərəfindən deyil, iri feodal knyazlar tərəfindən də çoxlu
pul buraxılmasında özünü təzahür etdirirdi. XIX əsrin birinci
yarısında feodal knyazların çox hissəsi öz ərazisində yerli ka-
ğız pul buraxırdı. İnqilab ərəfəsində Yaponiyada 1694 növ
kağız pul var idi ki, bu da olduqca anormal hal idi.
Yaponiyada əmtəə-pul münasibətlərinin inkişafı ilə ya-
na
şı, ayrı-ayrı rayonların ixtisaslaşması prosesi gedirdi ki, bu
da ticarət kapitalının rolunu artırırdı. Əkinçiliklə ev sənət-
karlığı arasında feodalizm quruluşu üçün xarakterik olan əla-
qə pozulurdu. Ayrı-ayrı sahələr tədricən kənd təsərrüfatından
ayrılır, müstəqil sahələrə çevrilirdi. Misal üçün, Satsuma feo-
dal knyazlığında toxuculuq, Tosa knyazlığında kağız istehsa-
lı, Asikaqa və Kiriuda toxuculuq, Exime prefekturasında (Sa-
nuki rayonunda)
şəkər istehsalı, Kioto və onun ətrafında,
Qum
ma və Naqanoda ipək istehsalı, Ovari, Kaqa və İsedə
sax
sı və çini qablar istehsalı, Aydzuda şam istehsalı ayrıca
müstəqil sahələrə çevrilmişdi.
Müxtəlif rayonların ayrı-ayrı sahələr üzrə ixtisaslaşması
ictimai əmək bölgüsünün daha da inkişafının göstəricisi olub,
kapitalist təsərrüfatına keçidin rüşeymi idi. Belə bir ixtisas-
laşma müxtəlif əyalətlər arasında əmtəə mübadiləsinə kömək
ed
ir və bununla da Yaponiyada vahid daxili bazarın təşəkkülü
prosesini əks etdirirdi.
Yaponiyada XVIII əsrin ikinci yarısından etibarən evdə
kapitalist üçün işləmə, ev istehsalı geniş yayılır. Evdə kapita-
list üçün işləmənin geniş yayılması və əmtəə-pul münasibət-
lərinin inkişafı şəraitində XVIII əsrin axırlarından etibarən
manufaktura müəssisələri meydana çıxır.
Dostları ilə paylaş: |