121
son
ra, ingilislər azacıq savadı olan, azmaaşlı hindli məmurla-
ra ehtiyac hiss edirdi. Müstəmləkəçilərin fikrincə, avropalaş-
mış hind ziyalılarından ibarət olan kiçik bir təbəqə onların
ideoloji təsiri üçün bir alət olmalı idi. 1857-ci ildə Kəlküttə
universitetinin açılması, Bombey və Mədrəs universitetlərinin
təsis edilməsi də məhz eyni məqsədi güdürdü. İngilis müs-
təmləkəçilərinin düşündüklərinin əksinə olaraq, həmin mək-
təblər sonralar milli mədəniyyətin iri mərkəzlərinə çevirildi.
XIX əsrin birinci yarısında Hindistan xalqlarının ədəbiy-
ya
tında yeni proses nəzərə çarpmağa başlayır. İlahiyyatı
mədh və dini-əxlaqı təbliğ edən orta əsr süjetlərinin təsiri
zəifləməyə başlayır. Hindistan xalqlarının ədəbiyyatında icti-
m
ai ahənglər qüvvətlənir. Bunlardan bəzisində humanizm,
ümumi qardaşlıq (şair M.A. Qalib, 1797-1869), vətənpərvər-
lik (Benqaliyanın ən görkəmli vətənpərvər şairi, publisist və
satiriki İşşorçondro Qupto, 1811-1859) və başqalarının za-
man
la səsləşən əsərlərində yeni mövzuları meydana çıxır.
Vətənpərvərlik ideyası və Britaniya müstəmləkəçilərinə qız-
ğın nifrət xalq yaradıcılığında, xüsusilə 1857-1859-cu illərd-
əki azadlıq üsyanı haqqında xalq içərisində doğan şeir və
mahnılarda daha parlaq bir surətdə özünü göstərirdi.
Mütərəqqi hadisələrdən biri də o idi ki, hind xalqları içə-
ri
sindən çıxmış ziyalılar heç bir mənfəət güdmədən xalqı cə-
halətdən qurtarmaq üçün fədailərə çevrildilər. Onlar müstəm-
ləkə boyunduruğundan xilas olmağın yolunu göstərməklə
istiqlaliy
yət proqramını hazırlamağa başladılar. Gələcək istiq-
lal mü
barizəsini cəhalət içərisində qalmışlara dərk etdirənə
qədər çoxlu məhrumiyyətlərə dözməli oldular. Xalq ziyalıları
onla
rın ideyalarının yaxın zamanlarda reallaşmasına və ədalə-
tin zəfər çalmasına inanırdılar.
Hind mədəniyyətinin Şərq ölkələri ilə əlaqəsinin yaradıl-
masında ziyalılar böyük rol oynamışlar. Dünya poeziyasının
korifeyi N.Gəncəvi, Məhsəti, M.P.Vaqif, S.Ə.Şirvani, M.F.
Axundzadə, M.Ə.Sabir kimi Azərbaycan klassikləri Hindis-
tanda tanınırdılar. Azərbaycan mütəfəkkirlərinin humanizmə
əsaslanan əsərləri Hindistan xalqlarının dillərinə tərcümə
edil
mişdi və Hindistanda Azərbaycan mütüfəkkirlərinin əsər-
lərindən bəhrələnirdilər.
122
MONQOLUSTAN
Mərkəzi Asiyada yerləşən Monqolustanın orta əsrlər və
yeni dövr
tarixi keçmişi ilə, eləcə də müasir ardıcıllıq dövr
arasında müəyyən ziddiyyətlər mövcud olsa da, Monqolustan
ərazisində Aşağı paleolit dövrünə təsadüf edən məsgunlaşma
prosesinin
baş verməsi haqqında tarixi məlumatlar çoxdur.
Yuxarı paleolit dövründə isə artıq matriarxal qəbilə qu-
ruluşu təşəkkül tapmışdı. Monqolustanda e.ə IV-III əsrlərdə
xüsusi mülkiyyət meydana gəlir və mübadilə yaranır, tayfa
ittifaqları meydana çxmaqla ibtidai icma quruluşu dağılmağa
başlayır. Bununla da Monqolustanda feodalizm münasibətləri
formalaşır, təşəkkül tapır.
X-
XII əsrlərdə Kidanlar dövləti mövcud olsa da, sonra-
lar Monqolustanda mərkəzləşdirilmiş feodal dövlətinin yaran-
ması zərurəti meydana çıxdı. 1206-cı ildə monqol xanlarının
Onon
çayının sahilində çağırılmış Onon qurultayında Temu-
çin Çingiz xan adı ilə böyük xan elan edildi. XIII əsrin birinci
onilliyində başlanan qəsbkarlıq yürüşləri nəticəsində XIII əsrin
ortalarında Şimali Çin və Tanqut dövləti, Orta Asiya, Zaqaf-
qaziya, İran, Rusiya monqolların əsarəti altına düşdü və nəhəng
Monqol imperiyası yarandı. XIII əsrin 70-ci illərində Xubilay
Çinin işğalını başa çatdıraraq Yuan sülaləsinin hakimiyyəti-
nin əsasını qoydu. Amma 1368-ci ildə monqollar Çindən
qovuldu
və Çində Min sülaləsinin hökmranlığı dövrü
başlandı. Rusiya isə 1380-ci ildə Kulikovo vuruşmasından
sonra monqol əsarətindən qismən xilas oldu. XIV əsrin ikinci
yarısında isə İranda, Zaqafqaziyada monqol istilası süquta
uğradı və Monqolustanda feodal pərakəndəliyi dövrü başlandı.
1440-1455-
ci illərdə Esen xan və 1453-1479-cu illərdə Dayan
xan Monqolustanın pərakəndəliyinə son qoymaq və mərkəz-
ləşdirilmiş dövlət yaratmağa cəhd göstərsələr də, bu cəhd baş
tutmadı. Əksinə, XVI əsrdə Monqolustan üç hissəyə bölündü
və üç hissədə 200-dən artıq xanlıq və knyazlıq yaradılmışdı.
XVI əsrin son rübündə Monqolustanda yaranan buddizm dini-
nin lamaizm təriqəti XVII əsrin əvvəllərində bütün Monqolus-
tanda dövlət dininə çevrildi.
123
Monqolustanın daxili pərakəndəliyindən istifadə edən
man
curlar Çinin istilasından sonra Monqolustanı da işğal et-
mək niyyətində idi. Nəhayət, 1636-cı ildə mancurlar Cənubi
Mon
qolustanı işğal etdi. Bu dövrdən etibarən mancurların iş-
ğal etdiyi Cənubi Monqolustan Daxili Monqolustan adlandırıl-
dı. Mancurlar tezliklə öz hakimiyyətini Şimali Monqolustanda
da
bərqərar etdilər. XVIII əsrin ortalarında yalnız Oyrat xanlığı
müstəqilliyini saxlamışdı. 1758-ci ildə mancurlar daha bir qətl
törədərək Oyrat xanlığının 500 min nəfərdən artıq əhalisini
qıraraq bu dövlətin müstəqilliyinə son qoydular. Beləliklə,
Mon
qol xalqı Mancur-Sin sülaləsinin hökmranlıq etdiyi Çinin
hakimiyyəti altına düşdü. Çinin hakimiyyəti altına düşən Mon-
qolustan ərazisində çox da inkişaf etməyən knyazlıqlar var idi.
Bu knyazlıqlar coğrafi şəraitinə görə bir-birindən fərqlənir-
dilər. Hətta, idarəçilik sistemində də müxtəliflik mövcud idi.
Yaşayış məsgənləri bir-birindən çox uzaq olduğuna görə qar-
şılıqlı mübadilə, həm də ictimai münasibətlər zəif idi.
XVII
əsrin əvvəllərində Monqolustan bir sıra müstəqil,
bəzi hallarda bir-birilə düşmənçilik edən knyazlıqlardan iba-
rət idi. Əhalinin son dərəcə seyrək olduğu bir şəraitdə mon-
qol
ların yerləşdiyi ərazi çox böyük idi. Bu ərazi Şərqdə Bay-
kal
dan və Xinqan dağ ətəklərindən, Qərbdə Tyan-Şan, Şimal-
da İrtışın və Yeniseyin yuxarı axarındakı yerlərdən, Cənubda
Böyük Çin səddinə qədər uzanırdı. Ölkə şimali, cənubi və
qərbi monqollara bölünmüşdü. Şimali monqollar içərisində
xalxalılar, cənubi monqollar içərisində çaxarlar, qərbi mon-
qol
lar içərisində isə oyratlar əsas rol oynayırdılar. Şimali
mon
qollar Qobi səhrasından şimalda, cənubi monqollar bun-
dan cənubda köçəri həyat tərzi keçirir, qərbi monqollar isə
Cunqarda (Sintszyanda)
yaşayırdılar.
Əhalinin (aratların) əsas məşğuliyyəti maldarlıq idi.
Mon
qollar demək olar əkinçiliklə məşğul olmurdular. Sənət-
kar
lıq da zəif inkişaf etmişdi. Torpaq və otlaqlar tamamilə
feodal
təbəqəsinin mülkiyyətində idi. Monqolustanın iqtisadi
quruluşunun əsasını təhkimli aratların əməyinin istismar edil-
məsi təşkil edirdi. Monqolustanda geniş yayılmış hakim din
lamaizm dini
idi ki, bu da Monqolustana XVI əsrin ikinci ya-
Dostları ilə paylaş: |