155
nışıqlar zamanı Perri onun təklifi rədd ediləcəyi təqdirdə yenə
də Yaponiyaya qarşı müharibəyə başlayacağı ilə hədələyirdi.
Qətiyyətsizlik və tərəddüd göstərən syoqun hökuməti nəticə
etibarilə 1854-cü il martın 31-də "Sülh və dostluq haqqında"
Yaponiya Amerika
ilə (Perri-Xayasi) müqaviləsi imzalamağa
məcbur oldu. Bu birinci müqavilə nəticəsində Yaponiyanın
iki limanı Simoda və Xakodate Amerika gəmiləri üçün açıldı.
Yaponiyanın 215 ildən bəri davam edən nisbi təklənmə siya-
sətinə son qoyuldu.
Yaponiya
ilə Amerika arasındakı birinci sazişdən sonra
başqa dövlətlərlə də bir sıra müqavilələr imzalandı. Bunlar-
dan İngiltərə-Yaponiya müqaviləsini (1854), admiral Putyati-
nin eskadrası gəldikdən sonra (yazıçı İ. A. Qonçarov da hə-
min eskadraya daxil olan "Pallada" gəmisində idi) Rusiya-
Yaponiya müqaviləsini (1855), Yaponiya-Hollandiya (1856),
Yaponiya-Fransa (
1858) müqavilələrini və başqalarını göstər-
mək olar. Bu müqavilələrin hamısının şərtləri demək olar ki,
bir-
birinin eyni idi. Bunlar yaponiyanın ən mühüm limanları-
nı (Simoda, Naqasaki, Xakodate) xarici dövlətlərlə ticarət
üçün açırdı.
ABŞ-ın baş konsulu Qarris Yaponiyaya gəldikdən sonra
1857-ci il iyunun 17-
də Yaponiya ilə Amerika arasında yeni
saziş, 1858-ci il iyulun 29-da isə Yaponiya-Amerika ticarət
mü
qaviləsi imzalandı. Yaponiyada ABŞ-ın mövqeyini möh-
kəmlədən bu müqavilələr qeyri-bərabərhüquqlu müqavilələr
idi. Bu müqavilələr ABŞ-a eksterritoriallıq hüququ verir və
Yaponiyaya gətirilən mallar üçün aşağı gömrük müəyyən
edili
rdi. Bu müqavilələr əsasında, Yaponiya-Amerika ticarəti
üçün açılmış limanların sayı beşə çatırdı.
1858-ci ilin avqust-oktyab
r aylarında Hollandiya, Rusi-
ya, İngiltərə və Fransa ilə, 1860-cı ildə isə Portuqaliya ilə də
belə müqavilələr imzalandı.
156
İki əsas cəbhə arasında siyasi mübarizənin kəskinləşməsi
Syoqun
hökumətinin 1854-1858-ci illərdə bağladığı qeyri-
bərabər hüquqlu müqavilələr və bunun ardınca xarici kapita-
lın Yaponiyaya soxulması ölkədə siyasi böhranın yenidən
kəskinləşməsinə səbəb oldu ki, bu mübarizədə əsas iki cəbhə
iştirak edirdi. Xüsusilə, Perrinin ekspedisiyası Yaponiyaya
gəldikdən sonra burada iki cəbhə yarandı ki, bunlar arasında
da müba
rizə kəskin şəkil aldı. Xarici dövlətlərlə müqavilələr
bağlamaq tərəfdarları "ölkənin açılması dəstəsində" birləşdi-
lər. Bu dəstəyə hökumətin başçısı İi Naoske rəhbərlik edirdi.
İkinci cəbhə isə "barbarları qovmaq" adlanan dəstədə birləş-
mişdi. Bu dəstəyə feodal knyaz Miti Nariaki başçılıq edirdi.
Beləliklə, ənənəvi təklənmə siyasətinin davam və ya ləğv edil-
məsi məsələsi, xarici dövlətlərə və onların Yaponiyaya zorla
qəbul etdirmiş olduqları müqavilələrə münasibət məsələsi si-
yasi müba
rizənin əsas motivini təşkil edirdi. Bu mübarizənin
müəmmalı cəhətlərindən biri də bunda idi ki, təkcə samuray-
lar içərisində
1
deyil, cəmiyyətin daha geniş təbəqələri içəri-
sin
də də xaricilərə qarşı nifrət əhvali-ruhiyyəsi geniş yayıl-
mışdı. Çünki Yaponiyanın apardığı təklənmə siyasətinin davam
etdirilməsi, onun müstəqilliyinin qorunması ilə əlaqələndiri-
lirdi. Kiotoda
kı imperator sarayı da syoqunata qarşı mübarizə
taktikası nöqteyi-nəzərindən "rədd olsun barbarlar" şüarını
müdafiə edirdi və ölkənin yadellilərdən təmizlənməsi işi vic-
dan və namus məsələsi olduğunu bildirirdilər.
1857-1858-
ci il müqavilələri imzalandıqdan və müqavi-
lələrə yenidən baxılması ilə əlaqədar 1860-cı ilin fevralında
Yaponiyanın ABŞ-a göndərdiyi səfirliyin müvəffəqiyyətsizli-
yindən sonra, Yaponiyada siyasi mübarizə son dərəcə gərgin-
ləşdi. Müxalifət cəbhəsi İi Naoskenin qətlini hazırladı və 1860-
1
Samuray məfkurəçilərinin (Yesida, Syoin, Xasimoto, Sakai və başqaları)
xaricilərə qarşı əhvali-ruhiyyəsinin əsil səbəbi XIX əsrin ortalarında
Kamçatka, Ryukyu, Koreya, Mancuriya, Tayvan, Filippinin işğal edilmə-
si, Yaponiya ilə qonşu olan kiçik" millətlərin əsarət" altına alınması idi.
157
cı ildə qətl baş tutdu. Odur ki, 1860-cı ilin martında bir qrup sa-
mu
ray tərəfindən Naoskenin öldürülməsi vəziyyəti xeyli
gərginləşdirdi və xaricilərə qarşı hərəkatın daha artıq miqyasda
güclənməsinə təkan verdi. Cənub-qərb knyazlıqlarının
antitokuqava blokunun başçılıq etdiyi bu hərəkatın əsas zərbəsi
indi xarici dövətlərin nümayəndələrinə qarşı çevrilmişdi.
Beləliklə, Yaponiyada xarici müdaxiləçilərə qarşı nifrət-
lə qəzəb birləşərək onlara qarşı hücumlar başlandı. 1860-cı
ilin yanvarında ingilis konsulluğunun tərcüməçisi, 1861-cilin
yanvarında isə Amerika səfirliyinin tərcüməçisi öldürüldü.
1862-
ci ilin iyununda ingilis səfirliyinə basqın edilmiş, həmin
ilin sentyabrında isə Edodan Satsumaya qayıdan knyaz Si-
mad
zunun təşrifatına "hörmətsizlik" göstərdiyinə görə ingilis
taciri Riçardson öldürülmüşdü. Bütün bu sui-qəsdlər xarici
dövl
ətlərin nümayəndələrinə Yaponiyanı tərk etdirmək və
qeyri-
bərabərhüquqlu müqavilələri həyata keçirməkdən imti-
na etmək məqsədi güdürdü.
Xaricilər əleyhinə qəsdlərin çox hissəsi İngiltərəyə qarşı
çevrildiyindən İngiltərə hökuməti cəza ekspedisiyası düzəlt-
mək təşəbbüsünü öz üzərinə götürmək qərarına gəldi və İn-
gil
tərə beynəlxalq jandarma rolunu oynamağa başladı. Eyni
zamanda
Riçardsonun öldürülməsi Yaponiya İngiltərə müna-
qi
şəsinə bəhanə oldu. İngiltərə Riçardsonun öldürülməsi mü-
qa
bilində syoqun hökumətinin 100 min f. st. və Satsuma
knyazının 25 min f. st. ödəməsini tələb etdi. Bundan başqa,
Ya
poniya hökumət orqanlarına təklif edilirdi ki, Riçardsonun
öldürülməsində müqəssir olanları məhkəməyə təqdim etsin.
Yaponiyaya qarşı zor gücünə əl atacağı ilə hədələyən
İngiltərənin ultimatum xarakterli tələbləri, həmçinin iki zidd
cəbhə qüvvələrinin bir-birilə rəqabət aparan syoqunat və
impe
rator sarayı müvəqqəti olaraq barışdılar. Nəticə etibarilə
syoqun
saray zadəganları və syoqun əleyhinə müxalifətçilər
ara
sında "syoqun və imperatorun birliyi" adı ilə məşhur olan
saziş imzalandı. Bundan sonra başlıca olaraq ölkənin cənub-
qərb knyazlarının iqtisadi qüvvələrini sarsıdan "zaminlik" sis-
temi 1862-
ci ildə ləğv edildi. Syoqun İyemoti "barbarları
Dostları ilə paylaş: |