158
qov
mağa" başlamaq və xarici dövlətlərlə hər cür ticarəti
dayan
dırmaq haqqında müxalifətin təklifini 1863-cü ildə qə-
bul etməklə ciddi güzəştə getdi. Buna müvafiq olaraq Tyosyu
knyazlığı 1863-cü il iyunun axırlarında Simonoseki körfə-
zində Amerika, Fransa və Hollandiya gəmilərini atəşə tutdu.
Buna cavab olaraq,
Amerikanın "Vayominq" hərbi gəmisi
onunla döyüşə girən yapon gəmilərini, həmçinin sahil ba-
tareyalarını top atəşinə tutdu. Eyni zamanda bir neçə gündən
sonra Simonoseki
körfəzindəki yapon istehkamçıları Fransa-
nın iki gəmisini yenidən atəşə tutdu. Bütün bunlar dövlətlərin
Yaponiyaya qarşı cəza ekspedisiyası göndərməsini sürətlən-
dirdi. Bunların içərisində ən böyüyü ingilis cəza ekspedişi-
yası idi. Admiral Kuperin başçılığı altında 7 gəmidən ibarət
olan ingilis e
skadrası 1863-cü il avqustun 11-də Satsuma
knyaz
lığının paytaxt şəhəri Krasimanı top atəşinə tutdu və
xey
li tələfat oldu.
Simonoseki körfəzində xarici gəmilərin atəşə tutulması
halları davam etdiyindən bir sıra dövlətlər birgə cəza ekspedi-
siyası təşkil etmək qərarına gəldilər ki, bu da əslində ABŞ
başda olmaqla Avropa dövlətlərinin Yaponiyaya qarşı hərbi
koalisiyası idi.
Beləliklə, admiral Kuperin komandası altında 290 topla
silahlanmış və 5014 nəfərlik canlı qüvvəsi olan 17 gəmidən
iba
rət birləşmiş ingilis, fransız, holland və ABŞ eskadrası
1864-
cü il sentyabrın əvvəllərində Simonoseki körfəzindəki
Tyosyu knyazlığının sahillərini atəşə tutdular. Bundan sonra,
1864-
cü ilin oktyabrında xarici səfirlərlə hökumət nümayən-
dəsi arasında saziş imzalandı. Saziş Tyosyu knyazının Simo-
no
seki körfəzi sahillərində istehkamlar tikməsini qadağan
etməyi nəzərdə tutur və xarici gəmilərin körfəzdən keçməsinə
tam
sərbəstlik verirdi. Syoqun hökuməti müəyyən edilmiş
müd
dətlərdə 3 milyon dollar təzminatı verməyi öhdəsinə gö-
türdü
. Bu sazişin bağlanması syoqunatın hərbi-iqtisadi qüvvə-
lərini daha da sarsıtdı.
Xarici
hərbi müdaxilə Yaponiyada əsas siyasi qrupların
mübarizəsinin kəskinləşməsinə böyük təsir göstərdi. Bu hadisə
159
Tyosyu, Satsuma, Tosa və Xidzen knyazlıqlarının daxil olduğu
antitokuqava ittifaqının təbliğ etdiyi "rədd olsun barbarlar"
şüarının daha geniş yayılmasına səbəb oldu. Mərkəz və Şimal
knyaz
lıqlarına nisbətən iqtisadi cəhətdən daha çox inkişaf
etmiş olan cənub-qərb knyazlıqlarına ticarət burjuaziyası,
xüsusilə varlı Mitsui və Konoike ailələri yardım göstərirdilər.
Öz müstəmləkəçilik məqsədlərinə və Yaponiyada üstün nüfuz
qazanmaq uğrunda rəqabət mübarizəsi mənafeyinə görə
Avropa dövlətləri müxtəlif qruplara kömək edirdi. Fransa və
A
BŞ syoqunatın tərəfində, İngiltərə isə 1864-cü ildən etibarən
im
perator ailəsi və cənub-qərb knyazlıqlarının antisyoqun
ittifaqı tərəfində dururdular. Bununla bərabər, xarici döv-
lətlərin hamısı bakufunun xaricilərlə bağlamış olduğu qeyri-
bərabərhüquqlu müqavilələrin imperator tərəfindən təsdiq
edilməsinə çalışır və Yaponiyanın daxili həyatına daha dərin-
dən sirayət etməyə can atırdılar. Bu məqsədlə də ingilis vitse-
admiralı Kinqin komandası altında 9 gəmidən ibarət birləşmiş
ingilis, fra
nsız və holland eskadrası Osaka körfəzində hədə-
ləyici manevrlər etdi. Syoqun hökuməti qarşısında yeni tələb-
lər qoyuldu. Bunların içərisində, əlavə olaraq Osaka, Xioqo,
Niiqata liman
larının da xarici ticarət üçün açılması və Yaponi-
yaya gətirilən bütün mallardan alınan gömrük haqqının azal-
dılması və həmin malların qiymətinin 5 faizinədək endirilməsi
tələbləri də var idi. Nəticə etibarilə bakufu və imperator sarayı
xarici koalisiya qüv
vələri qarşısında təslim oldular. 1865-ci
ilin noyabrında imperator bütün müqavilələrin təsdiq olundu-
ğunu elan etdi. 1866-cı ilin yayında isə, idxal olunan mallar
üzərinə qoyulan gömrük haqqına dair yeni saziş imzalandı ki,
bu da Yaponiya iqtisadiyyatının vəziyyətini daha da pisləşdirdi.
Dövlətlərin müdaxiləsi şəraitində Yaponiyada bir tərəf-
dən dövləti iflic vəziyyətinə salan vətəndaş müharibəsi, digər
tərəfdən isə antitokuqava ittifaqı daxilində mübarizə, çevriliş-
dən sonra yaranacaq hökumətdə nüfuz qazanmaq uğrunda
mübarizə başlandı. 1863-cü ilin sentyabrında bir tərəfdən
syo
qun qoşunları və Satsuma knyazının qoşunları, o biri
160
tərəfdən də Tyosyu knyazlığı qoşunları və Ronin dəstələri
ara
sında qanlı toqquşma baş verdi. Tyosyu knyazlığı qoşun-
ları və Ronin dəstələri məğlub oldular. Nəhayət, təxminən bir
il sonra,
yəni 1864-cü ilin avqustunda Tyosyu qoşunları və
R
oninlərin Kiotoda qisas almaq səyləri onların yeni məğlu-
biy
yətilə nəticələndi. Tyosyu knyazlığı syoqunatı devirmək
üçün qüvvə toplamaq işini davam etdirdiyindən, bakufu onu
qiyamçı elan etdi və 1865-ci ilin iyulunda ona qarşı yürüşə
başladı. Lakin bu yürüş dayandırıldı. Yürüşün dayandırılma-
sının zahiri səbəbi 1866-cı ildə syoqun İyemoti və imperator
Komenin, demək olar, eyni vaxtda vəfat etmələri idi. Bu isə
cənub-qərb knyazlıqlarının zadəgan-burjua müxalifətçi qüv-
vələrinin sıx birləşməsinə və əlverişli şəraitdə onların hücuma
keçməsinə kömək etdi. Tyosyu knyazlığının başçısı Yamano-
u
ti antitokuqava ittifaqı adından syoqun Keykiyə memorandum
təqdim edərək hakimiyyəti imperatora qaytarmağı məsləhət
gördü. İmperator Mutsuxito (Meydzi) oktyabrın 14-də Satsuma
və Tyosyuya syoqun hökumətinə qarşı hərbi əməliyyata baş-
lamaq əmri verdi. Qüvvələr nisbətinin əlverişli olmadığını
nəzərə alıb silahlı mübarizəyə hazırlaşmaq üçün vaxt əldə
etməkdən ötrü Keyki 1867-ci il oktyabrın 28-də istefaya çıx-
maq təklifini qəbul etdi. İmperator Mutsuxito (Meydzi) 1868-ci
il yanvarın 3-də şahzadə Arisuqava başda olmaqla yeni höku-
mət təşkil olunduğunu elan etdi.
Lakin yeni hökumətdə öz nüfuzunu və mövqeyini saxla-
mağa ümid bağlayan Keyki yenidən hərbi mübarizəyə yolunu
tutdu və müqavimət göstərmək qərarına gəldi. Uzun müddətdən
bəri ölkədə təkbaşına hökmran olan feodal sinfinin mənafeyini
təmsil edən Keyki ona sadiq qalan qoşunları ilə Osakadan Kioto
üzərinə hərəkət etdi. Fusimi və Toba yaxınlığındakı vuruşma-
larda Keyki
nin qoşunları məğlub edildi, o özü isə Edoya qaçdı.
Cənub-qərb knyazlıqlarının üstün qüvvələrinin müvəfəqiyyətli
hücumu nəticəsində syoqunatın qoşunları təslim olmağa məcbur
oldu. Aydzu başda olmaqla şimal-şərq knyazlıqlarının müqavi-
məti davam etdirmək təşəbbüsü 1868-ci ilin noyabrında onların
Dostları ilə paylaş: |