Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə55/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   51   52   53   54   55   56   57   58   ...   142

164 

1868-1873-cü 

illərdəki inqilab nəticəsində burjua 

dəyişiklikləri 

 

Yaponiyada 1867-1868-



ci illər hadisəsi mahiyyətinə gö-

rə köhnəliklə yeniliyin mübarizəsi idi. Hakim təbəqə yenə də 

bu  hadisələrdən  səmərəli  şəkildə  bəhrələnmişdi.  Tarixi  ob-

yek


tivlik  isə  bundan  ibarətdir  ki,  feodal  Yaponiyası  Şərqin 

başqa ölkələrindən yarım əsr tez, Rusiya, Almaniya və



 

İtaliya 


ilə bir vaxtda, lakin İngiltərə, Farnsa və ABŞ kimi ölkələrdən 

sonra  kapitalist 

inkişafı yoluna keçmişdir. Yuxarıda deyilən-

lərdən başqa, bu hal bir də onunla izah olunur ki, Yaponiya-

nın ətrafında olan ölkələr iqtisadi cəhətdən zəif dövlətlər idi 

və Yaponiya kapitalizmin ilk mərkəzi olan Avropadan uzaq 

Asiya ölkəsi idi. İnqilab dövründə Yaponiyanın geriliyi, onun 

xarici kapitalist ölkələrinin müstəmləkəçisinə çevrilməsi təh-

kəsi  yaratmışdı.  Odur  ki,  Yaponiyanın  düşdüyü  vəziyyət-



dən, müstəmləkə əsarətinə alınması təhlükəsindən xilas olması, 

gerilik 


vəziyyətindən obyektiv çıxış yolu, Yaponiyanın müs-

təqil olması üçün möhkəm baza yarada biləcək sürətli iqtisadi 

inkişaf ola bilərdi. 

 

İnqilab  nəticəsində  hakimiyyətə  keçən  Arisuqavanın 



yeni hökuməti ölkədə bir sıra dəyişikliklər həyata keçirməyə 

başladı. Mülkədar-burjua blokunun mənafeyini əks etdirən bu 

dəyişikliklərin məqsədi ölkənin iqtisadi asılılığını ləğv etmək 

və onun kapitalist inkişafı yolundakı maneələri aradan qaldır-

maq idi. Ən əvvəl və ən vacib şərtlərdən biri də o idi ki 1868-ci 

ildə, xaricilərə qarşı çevrilmiş köhnə siyasət avropalaşma si-

yasəti ilə əvəz olundu, sənət sexləri və ticarət gildiyaları in-

hisarının  ləğvi  qanunla  rəsmiləşdirildi,  ayrı-ayrı  knyazlıqlar 

arasındakı  daxili  gömrük  sədləri  və  qaçan  kəndliləri  tutmaq 

üçün yollardakı qaravulxanalar ləğv edildi. Bununla da vahid 

daxili milli bazar və azad işçi qüvvəsinin əmələ gəlməsi üçün 

şərait yarandı. Sonra yəni 1869-ci ildə, "dörd silk haqqındakı" 

qanun ləğv edildi və bütün silklər hüquqca bərabərləşdirildi. 

1869-1870-

ci illərdə maarif islahatı keçirildi. Ən mühüm isla-



165 

hatlar 1871-

ci ildə keçirildi. Toxunulmazlar kastası rəsmi su-

rətdə  ləğv  edildi.  Əhalinin  bütün  təbəqələrinə,  o  cümlədən 

samuray

lara azad surətdə özünə peşə seçmək və istədiyi müa-



milə  fəaliyyətilə  məşğul  olmaq  ixtiyarı  verildi.  Ölkənin 

knyaz


lıqlara bölünməsinə son qoyan və bunu prefektura sis-

temi  ilə  əvəz  edən  inzibati  idarəçilik  sisteminə  dair  islahat 

keçirildi. Bu islahatın keçirilməsi mərkəzləşmiş burjua dövlət 

aparatı  yaradılmasına  kömək  etdi.  Hökumətdən  başqa  heç 

kimə pul buraxmaq ixtiyarı verilməməsi də buna kömək etdi 

və  vahid  pul  sistemi  yaratmağa  imkan  verdi. 1872-ci  ildə 

ümumi  hərbi  mükəlləfiyyət  qoyulması  haqqındakı  tədbirlər 

nizami ordu təşkil etmək üçün qanunla tənzimləndi. 

 

Ən  başlıcası  isə  ölkədə  həyata  keçirilən  dəyişikliklərin 



yekunu aqrar islah

atla  nəticələndi. Bu islahat 1871-1873-cü 

illərdə  hökumətin  bir  sıra  qanunlarında  öz  ifadəsini  tapdı. 

1871-


ci ildə "samuray torpaqları" adlanan yerlər və "şəhərli-

lərin torpaqları" adlanan torpaqlar ləğv edildi, istənilən ərzaq 

və texniki bitkilər yetişdirilməsinə ixtiyar verən və kəndlilə-

rin kənd təsərrüfatı bitkiləri yetişdirməkdən başqa, digər pe-

şələrlə  məşğul  olmasına  icazə  verən  qanun  nəşr  olundu  və 

xalq  hökumətin  islahatı  haqqında  məlumatlandırıldı.  Qanun 

x

alqa aydın şəkildə təqdim edilməyə başladı. Bununla yanaşı 



əvvəllər feodal qaydaları ilə müəyyən edilmiş torpaq müamil-

ləri  qanuna salındı  və  azad  bir  surətdə  torpağı  alıb-satmağa 

icazə verildi. Torpaq sahiblərinə xüsusi torpaq biletləri deyi-

lən ("tiken") kağız verilirdi ki, bu da müəyyən torpaq sahə-

sinə, yəni sahibkarlığa hüquq verirdi. Bununla da torpaq üzə-

rində mülkiyyət hüququ təsdiq edilirdi. Bundan başqa, natural 

vergi pul vergisi ilə əvəz olunurdu və torpağın bazar qiyməti-

nin 3 faizi miqdarında vahid vergi norması qoyulurdu. 1873-cü 

ildə  torpaq  mülkiyyətinin  girova  qoyulmasını  nizama salan 

qanun


un verilməsi mütərəqqi hal idi. 

 Amma m


ülkədar-burjua blokunun həyata keçirdiyi aqrar 

islahat 


yalnız yapon kəndinin varlı təbəqələrinin mənafeyinə 

uyğun idi. Təssüfedici hal idi ki, bu islahat yarımfeodal mül-

kədar  torpaq  sahibliyini  və  əsarətli  icarə  formasını  saxladı. 



166 

İslahat  kəndlilərin  yalnız  vergi  yükünü  bir  qədər  yüngülləş-

dirdi. 

Əlbəttə, bütün məhdudiyyətlərə baxmayaraq aqrar isla-



hat  kənd  təsərrüfatında  kapitalizmin  inkişafı  üçün  imkan 

yaradırdı,  kəndin  təbəqələşməsi  prosesini  isə  sürətləndirirdi. 

Nəticədə gələcəkdə sinfi mübarizəyə yol açırdı. 

Əlbəttə, etiraf olunmalıdır ki, Yaponiyada sənaye müəs-

si

sələri inkişaf etsə də yaponiyalı proletariat hələ tam forma-



laşmamışdı. Yaponiya proletariatı zəif olduğuna görə əvvəlki 

kim


i  yenə  də  hökumətə  qarşı  çıxışların  təşəbbüsçüsü  yeni 

hökumət tərəfindən soyulub qarət edilən kəndlilər idi. 1868-

1873-

cü  illərdəki  üsyanlarda  kəndlilərin  bütün  təbəqələri,  o 



cümlədən  kəndin  yuxarı  təbəqələri  də  iştirak  edirdi.  Lakin 

aqrar  islahata  başlanması  ilə  əlaqədar  olaraq  kəndin  yuxarı 

təbəqələri mübarizədən uzaqlaşır və 90-cı illərdə mübarizənin 

rəhbərliyi  kənd  yoxsullarının  əlinə  keçirməyə  başlamışdı. 

Üsyanlar  mülkədarların  və  kənd  burjuaziyasının  zülmünə 

qar


şı,  vergilərin  yığılmasında,  vergi  qoyulmasında  və  aqrar 

islahatın  keçirilməsində  hökumət  məmurları  ilə  birlikdə 

qanunsuzluq və özbaşınalıq edən kəndxudalara qarşı, yüksək 

icarə haqqına qarşı çevrilmişdi. Kəndlilər kəndxudaların seç-

ki

li olmasını, vergi alınmasında sabit norma qoyulmasını və 



vergilərin  azaldılmasını,  düyünün  qiymətinin  qaydaya  salın-

ma

sını tələb edirdilər. Bir sıra hallarda onlar hökumətin bəzi 



yeni tədbirlərinə qarşı o cümlədən ümumi hərbi mükəlləfiy-

yət,  yeni  təqvim  və  sair  qanunlara  qarşı  protest  edirdilər. 

Əslində  dərk  edilməsi  o  qədər  də  çətin  olmayan  bir  proses 

baş  verirdi.  Yəni,  haqlı  olaraq  Yaponiyada  gələcək  naminə 

ədalətli  cəmiyyət  uğrunda  mübarizə  aparılırdı.  Yaponiyada 

ge

dən bu proses cəmiyyətin saflaşmasına, vətəndaş cəmiyyə-



tinin qurulmasına, ideal cəmiyyət quruculuğuna, hər şey xalq 

üçün prinsiplərinə yönəlmişdi. Ən başlıcası seçimi xalq sər-

bəst  şəkildə  özü  edirdi.  Xalq  kütlələri  sərbəst  toplaşmaq 

hüququnu  əldə  etmək  üçün  mübarizəni  kütləviləşdirirdi.  Bu 

məqsədlə 1868-1873-cü illərdə 172 kəndli üsyanı baş vermişdi. 

1868-1873-

cü  illərdəki  üsyanlar,  inqilabın  yarımçıq  xa-

rakterinə qarşı idi və yapon kəndlilərinin narazılığının ümumi 

ifadəsini göstərirdi. Bu üsyanları tez yatırmaq üçün yarımfeo-



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə