Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə39/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   35   36   37   38   39   40   41   42   ...   142

115 

sonra Audun 

strateji əhəmiyyəti xüsusilə artdı. Dehli uğrunda 

vuruşma  qələbə  ilə  başa  çatdıqdan sonra  Dehli  əməliyyatında 

iştirak  edən  ingilis  qoşunları  digər  vilayətlərə  göndərildi. 

Əyalətlərdə    xalq  müqaviməti  o  qədər  güclü  idi  ki,  yeni 

göndərilmiş  ingilis  qoşunları  da  üsyanı  yatıra  bilmirdi  və 

partizan dəstələri 1859-cu ilin axırlarınadək müstəmləkəçilərə 

qarşı mübarizəni davam etdirdilər.  

 

Üsyançıların  böyük  birləşmələrinin  toplaşdığı  üçüncü 



mərkəz olan Kanpurda sipahi alayları 1857-ci il iyunun 4-də 

üs

yana  başladılar.  Üsyanda  sipahilərlə  yanaşı  kəndlilər,  sə-



nətkarlar və maratxaların axırıncı peşvəsi II Baci Raonun və-

rəsəsi  Nana  Sahib  başda  olmaqla  bir  qrup  feodal  da  iştirak 

edirdi. İngilislər Kanpurdan qovulan kimi burada üsyançılar 

başda  Nana Sahib olmaqla  mərkəzi  idarə  yaratdılar.  Hindu 

Na

na Sahib müsəlman imperatoru Bahadır şahın ali hakimiy-



yətini tanıdı. Yerli məhkəmələr yaradıldı. Yeni hökumətin adı 

ilə  pul  kəsilirdi.  İdarə  işlərinin  təşkilini  və  ingilislərə  qarşı 

barizə  işlərini  əməli  surətdə  Əzimulla  xan,  Tika  Sinq, 



Tan

tiya Topi yerinə yetirirdilər. 

Əvvəlki dövrlərdə olduğu kimi üsyanın əsas mərkəzləri 

Dehli,  Aud  və  Kanpur  idi.  Bütün  Şimali  Hindistanda  xüsu-

silə,  Aqrada,  Allahabadda,  Cxansidə  silahlı  çıxışlar  davam 

edirdi. Keç

miş Cxansi knyazlığında Cxansi knyazının dul qa-

dını Lakşmi Bayın başçılığı altında ingilislərə qarşı mübarizə 

son dərəcə şiddətli idi. Knyaz arvadı Lakşmi Bayın Hindista-

nın  milli-azadlıq  hərəkatı  tarixində  çox  böyük  qəhrəmanlıq-

ları olmuşdu. Bu qadın kəndir pilləkənlərlə ingilislərin silah 

anba


rına enmiş və orada ingilislərlə əlbəyaxa döyüşlərdə xeyli 

düşməni məhv etmişdir. Əməliyyatı uğurla başa çatdırdıqdan 

sonra  ingilislərin  silah-sursat anbarını  partlatmağa  nail  ol-

muşdu. Hindistanda bu qadın "xalqın milli iftixarı" adlandı-

rılmışdı. 

Dehli, Aud və Kanpurdan fərqli olaraq təəssüf ki, Pən-

cab

da və Hindistanın cənubunda kütləvi çıxışlar baş vermədi, 



onlar döyüşləri yalnız müşahidə edirdilər. 

Üsyanın birinci mərhələsi çoxlu hərbi birləşmələrin işti-

rakı ilə fərqləndiyi halda, 1858-ci ilin martında Laknau süqut 



116 

etdik


dən  sonra  üsyan  partizan  dəstələrinin  əməliyyatı  ilə 

məhdudlaşmağa başladı. Ən güclü partizan dəstələrindən biri 

Tantiya  Topinin  komandası  altında  olan  dəstə  idi.  Bu  dəstə 

yalnız 1859-cu ilin əvvəllərində məğlub edildi. Müstəmləkə-

çi

lər kiçik partizan dəstələrini yalnız 1859-cu ilin axırlarında 



özü də çox çətinliklə dağıda bilmişdilər.  

Beləliklə,  Britaniya  müstəmləkə  sisteminə  zərbə  vurul-

ma

sı baxımından üsyan hind xalqlarının tarixinin şanlı səhifə-



lərindən birini təşkil edir. Bu üsyan əhatə dairəsinə görə Hin-

distanda Britaniya hökmranlığı ərzində ən qüdrətli üsyan idi. 

Üsyanda Hindis

tan əhalisinin geniş təbəqələri, kəndlilər, sə-

nətkarlar, sipahilər, feodalların bir hissəsi iştirak edirdi. Ümu-

mi düşmənə qarşı mübarizə gedişində hindularla müsəlman-

lar arasındakı dini ziddiyyətlər aradan qalxmışdı. Üsyan ölkə-

nin bir çox 

böyük vilayətlərini bürümüşdü. 

Üsyan  nəticəsində  İngiltərə  hökuməti  xalqın  coşan 

qəzəbindən vahiməyə  düşərək  Ost-Hind kompaniyasını  ləğv 

etməyə məcbur oldu. Amma ingilislər siyasi hakimiyyətlərini 

və strateji mövqelərini daha da möhkəmlətməyə nail oldular. 

Kraliça Viktoriyanın intibahnaməsi ilə  1858-ci il noyabrın 1-

də  Hindistanda  hakimiyyəti  Britaniya taxt-tacına  verdi. 

Əlbəttə,  Ost-Hind kompaniyasından  idarəçiliyin  alınıb 

Britaniya  krallığına  verilməsi  o  qədər  də  mütərəqqi  hadisə 

deyildi. 

Sipahilər hərəkatı haqqında K.Marks 1857-1859-cu illər-

dəki böyük üsyanı təhlil edərək yazırdı: "Hind ordusunda əv-

vəllər də üsyanlar baş vermişdir, lakin indiki üsyan öz xüsu-

siy


yətləri  və  qorxunc  əlamətləri  ilə  fərqlənir.  Bu  ilk  dəfədir 

ki, sipahi alayları öz avropalı zabitlərini qırmış, müsəlmanlar 

və hindular aralarındakı qərəzi unudaraq öz ümumi ağalarına 

qarşı birləşmiş, hindular içərisində başlanan iğtişaşlar doğru-

dan da Dehlidə müsəlman imperatorunun taxta çıxarılmasına 

səbəb olmuşdu. Üsyan bir neçə yerlə məhdud qalmamışdır və 

nəhayət, ingilis-hind ordusundakı üsyan İngiltərə hökmranlı-

ğına qarşı böyük Asiya xalqlarının ümumi narazılığının təza-

rü ilə bir vaxta təsadüf etmişdir, zira, Benqaliya ordusunun 



üsyanı şübhəsiz İran və Çin müharibələri ilə sıx əlaqədardır". 


117 

 

Əlbəttə, 1857-1859-cu illərdəki milli-azadlıq müharibəsi-

nin bir sıra çatışmayan cəhətləri də var idi. Belə ki, üsyançılar 

ölkənin müxtəlif yerlərində birgə əməliyyat aparmağa müvəf-

fəq  olmadılar.  Pəncabın,  Cənubi  Hindistanın  xalq  kütlələri 

müba


rizəyə  cəlb  edilmədi.  Sipahi  alayları  ümumi  plan  olma-

dan  vuruşurdular,  onların  əməliyyatı  yalnız  bölük  həcmində 

hərbi qüvvədən ibarət idi. Üsyançılar daxilindəki ziddiyyətlər 

də  məğlubiyyətə  zəmin  yaratdı.  İngilslərin  Hindistanı  ikinci 

dəfə işğal etməsi hələ onun tabe edilməsi demək deyildi. İngi-

lis müstəmləkəçilərini yetişməkdə olan yeni döyüşlər və Hin-

distan xalq

larının  milli-azadlıq  və  milli-müqavimət  hərəkatı 

gözləyirdi. 

 

Mədəniyyət 



 

Böyük 


Moğol dövlətinin yaranması ilə Hindistanın mədə-

niy


yəti  yüksəliş dövrünə qədəm qoydu. Bu yüksəlişin əsasını 

ölkənin iqtisadiyyatındakı müəyyən tərəqqi və onun müvəqqəti 

olaraq 

siyasi cəhətdən birləşməsi təşkil edirdi. Moğol hakimlə-



rinin, 

xüsusilə  Əkbərin  və  Şah  Cahanın  elmə,  ədəbiyyata  və 

incəsənətə qayğı göstərməsi, Hindistanın beynəlxalq əlaqələri-

nin, Asiya və Avropa ölkələri ilə mədəni mübadilənin geniş-

lənməsi də mədəniyyətin yüksəlişinə kömək etdi. 

Orta əsrlərin son dövrünün ən böyük hind şairi, məşhur 

"Ramayana

" poemasının müəllifi Tulsi Das 1532-1623-cü il-

lərdə  yaşayıb  yaradaraq  dünya  mədəniyyətinə,  poeziyasına 

nadir incilər bəxş etmişdir.  

  

Bu dövrdə memarlıq da yüksək səviyyəyə çatmışdı. Ən 



görkəmli binalar moğol imperatorlarının Dehlidə, Aqrada və 

Fəthpur  Siqridəki  sarayları,  Dehli  və  Aqradakı  məscidlər, 

Tac

mahal  məqbərəsi  dünyanın  ən  gözəl  memarlıq  abidələri 



sırasında durur. 

Tacmahal 

türbəsi 1630-1652-ci illərdə Moğol hökmdarı 

cahan  şah  tarafindən  həyat  yoldaşı  Mümtaz  Mahal  Banu 

Bəyimin  qəbri  üstündə  tikdirilmişdi.  Təbrizin  azəri  mənşəli 

ustaları əsas işi görənlərdən idilər. 

Hindistanın istedadlı xalqları öz mədəniyyətini min illər-

dən  gələn  ənənələr  əsasında  inkişaf  etdirib  zənginləşdirirdi. 

Əcnəbilərin  saysız-hesabsız  basqınlarına  baxmayaraq,  başqa 

ölkələrdən,  xüsusilə  İrandan  və  Orta  Asiyadan  gətirilən 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə